Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2543/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı XXXnın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2543/19 Bakı şəhəri 25 dekabr 2019-cu il Açar sözlər: torpaq sahəsinə dair plan-ölçünün etibarsız hesab edilməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı XXXnın nümayəndəsi XXXun, üçüncü şəxs XXXun vəkili Və kil2 iştirakları ilə, üçüncü şəxs XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-1(103)-796/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı XXX (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) Sabunçu rayon İcra Hakimiyyəti və XXX üçüncü şəxslər qismində cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs XXXa verilmiş **********69 reyestr nömrəli və onun verilməsinə əsasə olmuş XXX və XXXya verilmiş **********05 və A 497636, XXXa verilmiş **********86 və A 497627, XXXa verilmiş ** ********03 və A 497637 nömrəli torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 hektar ölçüdə torpaq sahəsi XXXna (hazırda XXX) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı 20 fevral 1981-ci il tarixli “X10 X28” verilmiş və dövlət aktlarının qeydiyyatı kitabında qeydə alınmış, habelə göstərilən fakt Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli, 2(102)-6123/2016 saylı qərarı ilə də öz təsdiqini tapmışdır. Ayrılmış yardımçı təsərrüfat Sabunçu rayonun inzibati ərazisində, kənd təsərrüfatı təyi natlı 15 hektar ölçüdə olmaqla torpaq sahəsində yerləşməklə iddiaçının qanuni istifadəsində olmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran - Maştağa massivi, kvartal 83, 2 sahə kimi göstəriləməklə, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü isə fərdi yaşayış kimi qeyd olunmaqla üçüncü şəxs XXXa iddiaçıya məxsus torpaq sahəsinin ərazisində yerləşən 0,36 hektar torpaq sahəsi ilə bağlı 01 may 2014-cü il tarixli, **********69 saylı çıxarış və torpaq sahəsinin plan və ölçüsü verilmişdir. İddiaçı yol verilmiş yanlışlığın aradan qaldırılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə bununla bağlı hər-hansı tədbir görməmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmi şdir ki, üçüncü şəxs X21 Ağarzayev və XXX arasında bağlanmış 19 aprel 2014-cü il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsinə, üçüncü şəxslər XXX arasında bağlanmış 19 aprel 2014-cü il tarixli ANİ ******* saylı alqı-satqı müqaviləsinə, üçüncü şəxslə XXX arasında bağlanmış 18 aprel 2014-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxsin adına ********** saylı, 01 may 2014-cü il tarixli çıxarış və **********69 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İddiaçının iddia ərizəsində göstərilmiş tələbləri ilə bağlı müraciət cavabdeh inzibati orqana daxil olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2-1(82)3191/2018 saylı qərarı ilə (hakim Çingiz Bəşirov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etm işdir ki, üçüncü şəxsə verilmiş Sabunçu rayonu, Nardaran-Matağa massivi, 82 saylı kvartaldakı 2 saylı torpaq sahəsinin və XXX massivi 2 saylı kvartaldakı 2 saylı torpaq sahəsinin yerləşmə sxemində torpağın yerinin müəyyənləşdirilməsi üçün vacib olan istinad nöqtləri göstərilməmiş, lakin həmin torpaq sahəsinə plan və ölçülər tərtib olunarkən onun koordinatları iddiaçıya məxsus 15 hektarlıq torpaq sahəsinin daxilinə düşmüşdür. Həmin torpaq sahəsinin iddiaçıya yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi cavabdeh tərəfindən torpaq sahələrinin yerləşmə sxemi və plan-ölçüləri tərtib olunarkən yol verilmiş texniki səhv və ya səhlənkarlıq nəticəsində baş vermişdir. Həmin qərardan üçüncü şəxs XXX apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilm əsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-1(103)-796/2019 saylı qərarı ilə (sədrlik edən İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 158.1, 158.1.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.1, 36.2, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 8.0.1, 8.0.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şika yəti Sonuncu qərardan üçüncü.şəxs kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Üçüncü şəxs kassasiya şikayətində bildirmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilsə də, dövlət mülkiyyətində olan torpaq sahəsidir və onunla bağlı iddia irəli sürmək hüququ da dövlət əmlakını idarə edən qurum olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətidir. Digər dəlil kimi göstərilmişdir ki, mübahisənin ədalətli həll edilməsi üçün iş üzrə məhkəmə ekspertizasının keçirilməsinin zəruri olmasına baxmayaraq, aşağı instansiya məhkəmələri eskpertizanın keçiri lməsi ilə bağlı vəsatətləri təmin etməmiş, yalnız mütəxəssis rəyinə əsaslanmaqla qərar qəbul etmişdirlər. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad etmişdir. Kassasiya şikayətinə etiraz İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsinə verildiyindən, onun həmin torpaq sahəsinə qanunsuz şəkildə verilmiş plan və ölçüləri mübahisələndirmək üçün kifayət qədər subyektiv hüququ olmuşdur. Başqa bir dəlillə bildirilmişdir ki, üçüncü şəxsə verilmiş çxıarışda fərdi yaşayış evinin ünvanı kimi Bakı şəhəri, Sabunçu rayonu, XXX massivi, kvartal 83, 2-ci sahə olaraq, X5 verilmiş çıxarışda isə evin ünvanı Bakı şəhəri, Sabunçu rayonu, XXX massivi, kvartal 83, 2-ci sahə olaraq göstərilmişdir. Bununla da, iddiaçıya plan və ölçünün verildiyi torpaq sahəsinin hansı qəsəbənin ərazisində yerləşməsi ziddiyyət təşkil etmişdir. Həmçinin iddiaçıya təsərrüfat təyinatlı torpaq sahəsi verilməklə həmin sahə hasara alınmış, lakin cavabdeh tərəfindən həmin torpaq sahəsinin daxilində yaşayış məntəqəsi təyinatlı torpaq kimi etibarsız plan və ölçü tərtib edilmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəx sin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişd ir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. X4 Sovetinin İcrayyə Komitəsi tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli, B000369 saylı X10 X23 görünür ki, 15 ha ölçüdə torpaq sahəsi XXXna (indiki XXX) yardımçı təsərrüfat yaradılması üçün müddətsiz ayrılmışdır və həmin akt 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. İnzibati işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 2(102)-6123/2016 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15,0 ha torpaq sahəsi p ulsuz və müddətsiz “Kommunist" nəşriyyatına (hazırda XXX) verilmiş, 20 fevral 1981-ci il tarixdə X10 dair dövlət aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçirilmiş “X10 dair Dövlət Akt”-da göstərilən sərhədlər daxilində olan 15,0 ha torpaq sahəsindən oranı zəbt edən vətəndaşların həmin torpaq sahəsindən çıxarılmaları qərara alınmışdır. “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, 20 fevral 1981-ci il tarixli “X10 X28”-na əsasən XXXnın qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 metr məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir. Həmin torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 6 saylı xəritə üzərində göstərilmiş 1 saylı döngəsinin koordinatları X=416049.63 Y=4492833.10, 2 saylı döngəsinin koordinatları X=416347.10, Y=4492886.90, 3 saylı döngəsinin koordinatları X=416383.96, Y= 4492388.32, 4 saylı döngəsinin koordinatları isə X=416086.62, Y= 4492334.47- dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 302.3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 499.9, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 302.2, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 500 metrdir. X7 verilmiş **********69 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, XXX massivi, kvartal 83, 2 saylı sahədə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=4 16354.47 Y=4492755.37, 2 saylı döngəsinin koordinatları X=416359.79, Y=4492729.46, 3 saylı döngəsinin koordinatları X=416353.14, Y= 4492728.38, 4 saylı döngəsinin koordinatları X=416359.17 Y= 4492700, 5 saylı döngəsinin koordinatları X=416364.55 Y=4492674.41, 6 saylı döngəsinin koordinatları X=416316.73 Y=4492668.55, 7 saylı döngəsinin koordinatları X=416315.01 Y=4492694.33, 8 saylı döngəsinin koordinatları X=416313.15 Y=4492721.92-dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 26.45, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 6.74, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 29.01, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 26.15, 5 saylı döngədən 6 saylı döngəyə qədər məsafə 48.18, 6 saylı döngədən 7 saylı döngəyə qədər məsafə 25.84, 7 saylı döngədən 8 saylı döngəyə qədər məs afə 27.65, 8 saylı döngədən 9 saylı döngəyə qədər məsafə 26.61 metrdir. X14 Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********03 və A 497637 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, XXX massivi, 83 saylı kvartalda yerləşən 15 saylı sahə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416315.01 Y=4492694.33, 2 saylı döngəsinin koordinatları X=416359.17, Y=4492700, 3 saylı döngəsinin koordinatları X=416364.55, Y= 4492674.41, 4 saylı döngəsinin koordinatları X=416316.73 Y= 4492668,55-dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 44.52, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 26.15, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 48.17, 4 saylı döngədən 5 saylı döngəyə qədər məsafə 2 5.83 metrdir. X2 Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********1041 və A 497636 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, XXX massivi, 83 saylı kvartaldakı 2 saylı torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416311.39 Y=4480748.47, 2 saylı döngəsinin koordinatları X=416354.47, Y=4492755.37, 3 saylı döngəsinin koordinatları X=416359.49, Y= 4493729.36, 5 saylı döngəsinin koordinatları X=416313.15 Y= 4492721,92-dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 43.63, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 26.45, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 47.25, 5 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 26.60 metrdir. X18 oğluna Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəç əkmə Komitəsi tərəfindən verilmiş **********86 və A 497627 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı ş.,Sabunçu rayonu, XXX massivi, 82 saylı kvartaldakı 14 saylı torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416313.15 Y=4492721.92, 2 saylı döngəsinin koordinatları X=416353.14, Y=4492728.38, 3 saylı döngəsinin koordinatları X=416359.17, Y= 4492700, 4 saylı döngəsinin koordinatları X=416315 Y= 4492694,33-dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 40.51, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 29.01, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 44.53, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 27.66 metrdir. X18 oğluna verilmiş Bakı şəhəri, Sabunçu rayonu, XXX massivi, 82 saylı kvartaldakı 14 saylı torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, hə min sxem ona Bakı ş.,Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş və Rayon Təsərrüfat Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Həmçinin, həmin torpaq sahəsinə Bakı ş.,ünvan 3 ünvanı verilmişdir. Torpaq sahəsi Lenin (hazırki Sabunçu) rayon X13 İcrayyə Komitəsinin 05 oktyabr 1990-cı il tarixli sərəncamı ilə ayrılsa da, torpaq sahəsinin yerləşmə sxeminin tərtibi zamanı həmin vaxt Azərbaycan SSR-da istifadəsi mümkün olmayan latın qrafikalı əlifbadan istifadə edilmişdir. Həmin sxemdə isə torpaq sahəsinin məhz həmin yerdə yerləşməsini təsdiq edən heç bir istinad nöqtəsi göstərilməmişdir. X2 verilmiş Bakı ş.,Sabunçu rayonu, XXX massivi, 83 saylı kvartaldakı 2 saylı torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, həmin sxem ona Bakı ş.,Sabunçu rayo n İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş və Rayon Təsərrüfat Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Həmçinin həmin torpaq sahəsinə Bakı şəhəri, ünvan 5 ünvanı verilmişdir. Torpaq sahəsi Lenin (hazırki Sabunçu) rayon X13 İcrayyə Komitəsinin 14 yanvar 1991-ci il tarixli sərəncam ilə ayrılsa da, torpaq sahəsinin yerləşmə sxeminin tərtibi zamanı həmin vaxt Azərbaycan SSR-da istifadəsi mümkün olmayan latın qrafikalı əlifbadan istifadə edilmişdir. Həmin sxemdə isə torpaq sahəsinin məhz həmin yerdə yerləşməsini təsdiq edən heç bir istinad nöqtəsi göstərilməmişdir. X14 verilmiş Bakı ş.,Sabunçu rayonu, XXX massivi, 82 saylı kvartaldakı 15 saylı torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, həmin sxem ona Bakı ş.,Sabunçu rayon İcra Hakimiyyətinin Narda ran qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş və rayon Təsərrüfat Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Həmçinin həmin torpaq sahəsinə Bakı şəhəri, ünvan 6 ünvanı verilmişdir. Torpaq sahəsi Lenin (hazırki Sabunçu) rayon X13 İcrayyə Komitəsinin 05 oktyabr 1990-cı il tarixli sərəncam ilə ayrılsa da, torpaq sahəsinin yerləşmə sxeminin tərtibi zamanı həmin vaxt Azərbaycan SSR-da istifadəsi mümkün olmayan latın qrafikalı əlifbadan istifadə edilmişdir. Həmin sxemdə isə torpaq sahəsinin məhz həmin yerdə yerləşməsini təsdiq edən heç bir istinad nöqtəsi göstərilməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən mübahisələndirilən torpaq sahəsinin hüdudlarının (parametrlərinin) müəyyən olunması və həmin sahənin zəbt edilməsi hallarının mövcud olub-olmamasının müəyyənləşdirilməsi m əqdəsilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sorğu edilmişdir. Həmin Komitənin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində, “X10 aid Dövlət Aktı” ilə XXXna Abşeron rayonunun (hazırda Sabunçu rayonunun) ərazisində ayrılmış 15,0 ha torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən geri alınmadığı və həmin sahənin Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə keçmiş “Kommunist” (hazırki “Azərbaycan”) Nəşriyyatına daimi istifadə üçün ayrılmış 15 hektar torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olduğu və cavabdehlər tərəfindən torpaq sahəsinin özbaşına zəbt olunması hallarının mövcud olduğu göstərilmişdir, birinci instansiya məhkəməsində dindirildiyi zamanda həmin rəyin müəllifi olan mütəxəss is torpaq sahəsinə baxış keçirildiyini, torpaq sahəsinin ölçülərinin müəyyənləşdirildiyini və həmin torpaq sahəsinin XXXna Azərbaycan SSR-nın Nazirlər Sovetinin qərarı ilə ayrılmış torpaq sahəsi olduğunu, həmin sahədə torpağı zəbt edənlərə məxsus müxtəlif tikililərin olduğunu bildirmişdir. Həmçinin, Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin məktubu ilə də müəyyən edilmişdir ki, “X10 X28” ilə verilmiş torpaq sahəsi “xxxx” MMC-nin arxiv və elektron baza məlumatlarına əsasən “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahələrinə daxil deyildir. Həmin ərazi Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyində olmaqla dövlət mülkiyyətində olan torpaqdır. X5 və X3 verilmiş **********05 və A 497636, X15 verilmiş **********86 və A 497627, X14 verilmiş **********03 və A 497637 nömrəli torpaq sahələrinin planı və ölçülərində göstərilmiş torpaq sahəsinin koordinatları Azərbaycan SSR-nın Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi XXXna (hazırki XXX) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi öz təsdiqini tapmışdır. Halbuki, X2 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, XXX massivi, 82 saylı kvartaldakı 2 saylı torpaq sahəsinin yerləşmə sxemində,X18 oğluna verilmiş Bakı şəhəri, Sabunçu rayonu, XXX massivi, 82 saylı kvartaldakı 14 saylı t orpaq sahəsinin yerləşmə sxemində torpağın yerinin müəyənləşdirilməsi üçün vacib olan istinad nöqtələri göstərilməmişdir. Lakin buna baxmayaraq, həmin torpaq sahələrinə plan-ölçülər tərtib olunarkən həmin torpaq sahələrinə göstərilən koordinatlar XXXna məxsus torpaq sahəsinin koordinatlarının daxilinə düşmüşdür. Halbuki, XXXna ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu üçün, X11 və X3, X15, X14 ayrılmış torpaq sahələri fərdi yaşayış evlərinin tikilməsi üçün ayrıla bilməzdi. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4 maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda həmin Məcəllədə və digər qanunvericilik aktlarında müə yyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 6.3 bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.2 bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Məhkəmə araşdırması zamanı isə X5 və X3, X15, X14 ayrılmış, hazırda isə X6 mülk iyyətində olan torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının olmadığı aşkar edilmişdir. Bundan başqa, X15 verilmiş Bakı ş.,Sabunçu rayonu, XXX massivi, 82 saylı kvartaldakı 14 saylı torpaq sahəsi X14 verilmiş Bakı ş.,Sabunçu rayonu, XXX massivi, 82 saylı kvartaldakı 15 saylı torpaq sahəsi və X2 verilmiş Bakı ş.,Sabunçu rayonu, XXX massivi, 82 saylı kvartaldakı 2 saylı torpaq sahəsi müvafiq olaraq Lenin (hazırki Sabunçu) rayon X13 İcrayyə Komitəsinin 05 oktyabr 1990-cı il, 05 oktyabr 1990-cı il və 14 yanvar 1991-ci il tarixli sərəncamları ilə ayrılsa da həmin torpaq sahələrinin yerləşmə sxeminin tərtibi zamanı həmin vaxt Azərbaycan SSR-da istifadə edilməyən latın qrafikalı əlifbadan istifadə edilmişdir. Bu isə onların sonradan tərtib olunmasını sübut edir. Mütəxəssis C.F.Zeynalov izahatından da göründüyü kimi XXXnın 20 fevral 1981-ci il tarixli “X10 X28”-na əsasən qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 metr məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir. Həmin torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 6 saylı xəritə üzərində göstərilmiş 1 saylı döngənin koordinatları X=416049.63 Y=4492833.10, 2 saylı döngəsinin koordinatları X=416347.10, Y=4492886.90, 3 saylı döngəsinin koordinatları X=416383.96, Y= 4492388.32, 4 saylı döngəsinin koordi natları isə X=416086.62, Y= 4492334.47- dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 302.3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 499.9, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 302.2, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 500 metrdir. Həmçinin, o, bildirdi ki, X6 mülkiyyətində olan torpaq sahəsi Nardaran qəsəbəsi ərazisində yerləşən XXXna (hazırki XXX) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış 15 ha torpaq sahəsi ilə üst-üstə düşür. Lakin, X7 verilmiş **********69 reyestr nömrəli və onun verilməsinə əsas olmuş X5 və X3 verilmiş **********05 və A 497636, X15 verilmiş **********86 və A 497627, X14 verilmiş **********03 və A 497637 nömrəli torpaq sahələrinin plan və ölçüləri tərtib olunarkən həmin torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün əsas ola n ayrıc aktı və mərz nişanları qoyulmuş torpağın təhvil verilməsi barədə akt olmadan həmin torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün deyil. O,izahatına əlavə olaraq üçüncü şəxsə məxsus torpaq sahələrinin yerləşmə sxemlərinə əsasən onların məhz həmin yerdə yerləşməsini təsdiq edən heç bir istinad nöqtəsi göstərilmədiyinə görə naturada müəyyənləşdirilməsinin mümkün olmadığını bildirmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyas ı həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın əsaslarını düzgün müəyyən etməmişdir. Hazırki iş üzrə iddiaçının iddia tələbinin əsasını X7 və mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri olmuş X5, X3, X15 və X14 verilmiş torpaq sahələrinin plan və ölçülərində göstərilən əsas döngə nöqtələri koordinatlarının XXXnın yardımçı təsərrüfatının yerləşdiyi 15 hektar ölçüdə torpaq sahəsinin üzərinə düşməsi təşkil etmişdir. İddiaçı iddia tələbinin əsası kimi, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarına (XXXna (hazırdaXXX) Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsinin yardımçı təsərrüfat yaradılması üçün ayrılması barədə), bununla bağlı Abşeron ZDS İK tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli “X10 X28”na, XXXnın yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsində Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına istinad etmişdir. Sabunçu rayon X13 05.10.1990 tarixli, 30/51 saylı qərarı ilə Nardaran qəsəbəsi, 82-ci kvartal, 15 saylı sahədən fərdi yaşayış evinin tikilməsi üçün 0,12 ha torpaq sahəsi X14, 14.01.1991 tarixli, 1/56 saylı qərarla Nardaran qəsəbəsi, 82-ci kvartal, 14 saylı sahədən fərdi yaşayış evinin tikilməsi üçün 0,12 ha torpaq sahəsi X2, 05.10.1990 tarixli, 30/50 saylı qərarla Nardaran qəsəbəsi, 83-cü kvartal, 2 saylı sahədən fərdi yaşayış evinin tikilməsi üçün 0,12 ha torpaq sahəsi X15 ayrılmışdır. Daha sonra, X6 X11 və X1 aldığı 0,12 hektar, X8 aldığı 0,12 hektar və X9 aldığı 0,12 hektar torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 01 may 2014-cü il tarixdə qeydiyyata alınaraq ona **********69 nömrəli çıxarış və həmin reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Hazırki iş üzrə iddia tələbinə qiymət verilməsi baxımından müəyyən edilməli olan məsələ X7 və mübahisəli torpaq sahələrinin əvvəlki mülkiyyətçi ləri X5, X3, X15, X14 verilmiş torpaq sahələrinin plan və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının XXXnın yardımçı təsərrüfatının yerləşdiyi 15 hektar ölçüdə torpaq sahəsinin ərazisinə düşüb-düşməməsidir. İlk növbədə iddiaçı tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları öz əksini tapmamışdır. İş materiallarında iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarını özündə əks etdirən mütəxəssis rəyi mövcuddur. “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, 20 fevral 1981-ci il tarixli “X10 X28”-na əsasən XXXnın qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 metr məsafədən başlaya raq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir. Həmin torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 6 saylı xəritə üzərində göstərilmiş 1 saylı döngəsinin koordinatları X=416049.63 Y=4492833.10, 2 saylı döngəsinin koordinatları X=416347.10, Y=4492886.90, 3 saylı döngəsinin koordinatları X=416383.96, Y= 4492388.32, 4 saylı döngəsinin koordinatları isə X=416086.62, Y= 4492334.47- dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 302.3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 499.9, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 302.2, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 500 metrdir. Mübahisəyə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh məhkə məyə vəsatət təqdim edərək iş üzrə məhkəmə ekspertizasının keçirilməsini xahiş etmiş, məhkəmə isə iş materiallarında yuxarıda göstərilən ekspert rəyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış qərarının mövcud olması əsası ilə ekspertizanın keçirilməsinə dair vəsatətin təmin olunmasından imtina etmişdir. Halbuki, qeyd olunan mütəxəssis rəyində onun Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2-1(82)-2233/2018 saylı məktubuna əsasən aparılmış araşdırma nəticəsində verilməsi qeyd olunmuşdur. Aydın olduğu kimi, sözügedən mütəxəssis rəyi başqa icraatla əlaqədar əldə edilmiş, iş materiallarında 2-1(82)-2233/2018 saylı iş üzrə icraatla bağlı hər-hansı məlumat mövcud olmamış, məhkəmə isə həmin işin nəticəsi barədə ə lavə məlumat əldə etməmişdir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə bağlı qeyd edilməlidir ki, həmin iş üzrə tərəflər «Azərbaycan» Nəşriyyatı, X17, X19 olmuş, hazırkı iş üzrə üçüncü şəxslər və cavabdeh həmin iş üzrə tərəf olmadığından o qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz. Azərbaycan Respublikası İPM-nin: - 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İstinad olunan müddəanın tələbin ə zidd olaraq, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmadan, bu barədə məlumatların əldə edilməsi istiqamətində müvafiq dövlət orqanlarına sorğular vermədən, torpaq sahələrinin yerləşdiyi yerlərə baxış keçirmədən və əldə edilmiş məlumatlar əsasında ekspertiza təyin etmədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli, 2(102)-6123/2016 saylı qərarına və “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə istinad etməklə torpaqların üst-üstə düşməsi nəticəsinə gəlmiş, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. Bundan başqa, iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı torpaqlara aid olm uş, üçüncü şəxsə verilmiş torpaq sahələri isə yaşayış məntəqələrinin torpaqlarına aiddir. İşə baxan aşağı instansiya məhkəmələri tərəflərə məxsus torpaq sahələrinin kateqoriyalarının müəyyən edilməsi istiqmətində də hər hansı araşdırma aparmamışlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, bu barədə məlumatın əldə edilməsi mümkün olan müvafiq dövlət orqanlarına sorğular verməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, əldə edilmiş məlumatlar əsasında ekspertiza təyin etməli, torpaq sahələrinin kateqoriyasının müəyyən edilməsi istiqamətində araşdırma aparmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: üçüncü şəxs XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tari xli, 2-1(103)-796/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2543/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2543/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver