Məhkəmə qərarları › İş №2-1(102)-2544/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2544/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2544/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(103)-2274/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.1979xx.xx.1981-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir.

2. İddiaçıya məxsus NV 972302 nömrəli diploma əsasən o, 1982-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutuna daxil olmuş və 1987-ci ildə həmin institutu bitirmişdir.

3. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı 1977-ci ildən əmək fəaliyyətinə başlamış, tələb olunan vaxtadək (57 yaşadək) 25 ildən artıq staja malik olmuşdur.

4. Həmin əmək kitabçasına əsasən iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən aşağıdakı peşələrdə çalışmışdır: - xx.xx.1988-xx.xx.1990-cı illərdə MİMK istilik tikintidə iş icraçısı (2 il 2 ay 22 gün); -xx.xx.1990-xx.xx.1998-ci illərdə "xxxx" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində iş icraçısı və usta (8 il 3 ay 1 gün); - xx.xx.2001-xx.xx.2001-ci illərdə Nərimanov rayon MH-nin nəzdində Təmir-tikinti İdarəsində iş icraçısı (7 ay 2 gün); - xx.xx.2002-xx.xx.2002-ci illərdə "xxxx" kiçik müəssisəsində iş icraçısı (3 ay 1 gün); - xx.xx.2003-xx.xx.2006-cı illərdə “A+A” Müstəqil Ticarət Firmasında iş icraçısı ( 2 il 9 ay); - xx.xx.2006-xx.xx.2006-cı illərdə “A+A” Müstəqil Ticarət Firmasında iş icraçısı (2 ay 29 gün); - xx.xx.2007-xx.xx.2008-ci illərdə "xxxx" MMC-də iş icraçısı (1 il 6 ay 17 gün); - xx.xx.2008-xx.xx.2010-cu illərdə "xxxx" MMC-də iş icraçısı (1 il 3 ay 16 gün). 5. “A+A” Müstəqil Ticarət Firmasının 24 oktyabr 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2003-cü il tarixdə 1262 nömrəli əmrlə “A+A” Müstəqil Ticarət Firmasında iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. Başqa işə keçirildiyinə görə xx.xx.2006-cı il tarixli 2(a) 3 saylı əmrlə işdən azad edilmişdir (əmək stajı 2 il 9 ay təşkil edir). İddiaçının “A+A” Müstəqil Ticarət Firmasında iş icraçısı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsd iq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda XXVİİ fəsildəki bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsindəki 2290100b-24441 kodu ilə uyğunluq təşkil edir. Həmin arayışa müvafiq sənədlərin təsdiq olunmuş surətləri əlavə edilmişdir.

6. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı "xxxx" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində iş icraçısı və usta vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirib, xx.xx.1990-cı il tarixdə 42/1 nömrəli ə mrlə işə qəbul olunub, xx.xx.1998-ci ildə isə 44/1 nömrəli əmrlə işdən azad edilib. Beləliklə, iddiaçının iş icraçısı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda XXVİİ fəsildəki bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsindəki 2290100b-24441 kodu ilə uyğunluq təşkil edir. 7. "xxxx" MMC-nin 19 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2008-ci ildə 40 saylı əmrlə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. Azər baycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən 09 saylı xx.xx.2010-cu il tarixli əmrlə öz xahişi ilə işdən azad edilmişdir (əmək stajı 01 il 03 ay 18 gün təşkil edir). İddiaçının "xxxx" MMC-də iş icraçısı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda XXVİİ fəslindəki bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsindəki 2290100b-24441 kodu ilə uyğun təşkil edir. 8. “X2” MMC-nin 23 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2007-ci ildə 55 saylı Əmrlə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən 35K saylı xx.xx.2008-ci il tarixli əmrlə öz xahişi ilə işdən azad edilmişdir (əmək stajı 01 il 06 ay 16 gün təşkil edir). İddiaçının "xxxx" MMC-də iş icraçısı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda XXVİİ fəslindəki bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsindəki 2290 100b-24441 kodu ilə uyğunluq təşkil edir.

9. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə ilk dəfə 17 iyun 2021-ci il tarixdə müraciət etmiş, lakin onun müraciətindən imtina edilmişdir. İddiaçı 12 yanvar 2022-ci ildə yenidən cavabdehə güzəştli şərtlərlə pensiya təyin olunması ilə bağlı müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq 26 yanvar 2022-ci il tarixli, **********2 nömrəli məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.

10. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, təqdim edilən əmək kitabçasına əsasən iddiaçının güzəştli iş stajı 12 il 22 gün (xx.xx.1987-xx.xx.1988; xx.xx.1988xx.xx.1990; xx.xx.1990-xx.xx.1998; xx.xx.2001-xx.xx.2001; xx.xx.2006-xx.xx.2006; 20072008-ci illər üzrə 5 ay) təşkil edir. Bundan başqa fərdi hesabın sığ orta hissəsində qeydə alınmış pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 43440,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 21684,22 manat təşkil edir. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi 17 iyun 2021-ci il tarixdən əvvəlki 3 il üçün 17 iyun 2018-ci il tarixdən hesablan araq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. 16 fevral 2021-ci il tarixdə 57 yaşı tamam olmuşdur. Bu tarixədək ümumi əmək stajı 30 il 11 ay təşkil edir. Ümumi əmək stajından 18 il 6 ayını iş icraçısı işləmişdir. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illik ümumi və 12 il 6 aydan çox güzəştli olan əmək stajı olduğunu nəzərə alaraq, pensiya hüququnun yarandığı xx.xx.2017-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün etdiyi müraciətə cavabdeh tərəfindən imtina verilmişdir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, əmək ki tabçasının təsdiq edilmiş surətindən də görünür ki, o, 30 il 11 ay ümumi əmək fəaliyyətinin 18 il 6 ayını bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə iş icraçısı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) “tikinti və quraşdırma işləri üzrə ustalar” peşəsi və “iş icraçıları” peşəsi güzəştli iş kimi nəzərdə tutulmuşdur.

13. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh tərəfindən verilmiş etiraza əlavədə isə göstərilmişdir ki, iddiaçı tərəfindən Filiala müraciət zamanı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işlədiyini iddia etdiyi dövrlər üzrə arayış təqdim edilməmişdir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

14. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 1 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1995ci ildə dövlət qeydiyyatına alınmış “A+A” Müstəqil Ticarət Firmasının (VÖEN **********) hüquqi varisliyi və ləğv olunması barədə məlumat müəyyən edilməmişdir. Reyestrdə "xxxx" Kiçik Müəssisəsi adlı bir neçə fərqli kommersiya hüquqi şəxs aşkar edilmişdir.

15. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 2 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan “Elvin kiçik müəssisəsi”nin və “A+A” Müstəqil Ticarət Firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir və mühafizə olunduğu yer haqqında heç bir məlumatları yoxdur.

16. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 4 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Elvin kiçik müəssisəsi” adı il ə 34 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 10-u xx.xx.1996-xx.xx.2005-ci il tarixləri ərzində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdan keçmiş və hal-hazırda qeydiyyatdadırlar, 10-u xx.xx.1996-xx.xx.2001-ci il tarixləri ərzində müxtəlif dövrlərdə qeydiyyatda olmuş, 14-ü isə xx.xx.1996-xx.xx.2001-ci il tarixləri ərzində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. “A+A” Müstəqil Ticarət Firması 06 avqust 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır.

17. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(112 )-760/2023 nömrəli qərarı (hakim H.A.Ağalarov) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olduğundan, hazırkı iddia “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-dək qüvvədə olan məzmununa uyğun həll edilməlidir. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahi sə etdiyi məsələ iddiaçının güzəştli iş stajının yetərli olmaması və bu barədə arayışın təqdim edilməməsi ilə bağlıdır. İddiaçının ümumi iş stajı ilə bağlı şərti ödəməsi işin mübahisəsiz halıdır. Məhkəmə iş materiallarında olan arayışları və əmək kitabçasını tədqiq edərək iddiaçının güzəştli iş stajını (ümumilikdə 17 il 2 ay 1 gün olmaqla) aşağıdakı kimi müəyyən etmişdir: xx.xx.1988-xx.xx.1990-cı illərdə MİMK istilik tikintidə iş icraçısı (2 il 2 ay 22 gün); xx.xx.1990-xx.xx.1998-ci illərdə "xxxx" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində iş icraçısı və usta (8 il 3 ay 1 gün); xx.xx.2001-xx.xx.2001-ci illərdə Nərimanov rayon MH-nin nəzdində Təmir-tikinti İdarəsində iş icraçısı (7 ay 2 gün); xx.xx.2002xx.xx.2002-ci illərdə "xxxx" kiçik müəssisəsində iş icraçısı (3 ay 1 gün); xx.xx.2003xx.xx.2006-cı illərdə “A+A” Müstəqil Ticarət Firmasında iş icraçısı (2 il 9 ay); xx.xx.2006xx.xx.2006-cı illərdə “A+A” Müstəqil Ticarət Firmasında iş icraçısı (2 ay 29 gün); xx.xx.2007-xx.xx.2008-ci illərdə "xxxx" MMC-də iş icraçısı (1 il 6 ay 17 gün); xx.xx.2008xx.xx.2010-cu illərdə "xxxx" MMC-də iş icraçısı (1 il 3 ay 16 gün). Belə olan halda, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-dək qüvvədə olan tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdeh inzibati orqanın fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı imtina dəlili əsaslı deyildir.

19. Cavabdeh həmin qərardan apellyas iya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(103)-2274/2023 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(112)-760/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh inzibati orqan iddiaçının adına xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək sığorta olunan kimi məcburi dövlət sosial sığortası ödənilmədiyini və bu səbəbd ən həmin dövrlərin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əmək kitabçası və təqdim edilmiş güzəştli arayışlarına əsasən iddiaçının hətta həmin dövrlər nəzərə alınmasa belə 12 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur.

23. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası bildirmişdir ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə ol an prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və iddia edir ki, xx.xx.2017-cı ilədək əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır və tələb olunan şərtləri tam yerinə yetirmişdir. Həmin dövrdə qüvvədə olan normaya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı şərt tələb olunmurdu.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA Ş İKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddia tələbinə etirazın və etiraza əlavənin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinin tələbləri, eyni zamanda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinin tələbləri nəzərə alınmamışdır.

26. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 06 ay: əmək kitabçası, hərbi xidmət və təhsil dövrü daxil olmaqla) təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Filiala müraciət zamanı isə iddiaçı tərəfindən güzəştli arayış təqdim olunmamışdır. B u isə Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinin tələblərinin ödənilməməsinə dəlalət edir.

27. Həmçinin məhkəmə iddiaçının güzəştli iş stajını ümumilikdə 17 il 2 ay 1 gün müəyyən etsə də, iddiaçının xx.xx.1988-xx.xx.1990-cı illərdə MİMK istilik tikintidə iş icraçısı (02 il 02 ay 22 gün); xx.xx.2001-03.12,2001-ci illərdə Nərimanov rayon MH-nin nəzdində Təmir-tikinti İdarəsində iş icraçısı (07 ay 02 gün); xx.xx.2002-xx.xx.2002-ci illərdə "xxxx" kiçik müəssisəsində iş icraçısı (03 ay 01 gün); xx.xx.2006-xx.xx.2006-cı illərdə “A+A” Müstəqil Ticarət Firmasında iş icraçısı (02 ay 29 gün) işlədiyini iddia etdiyi dövrlər üzrə güzəştli arayış nə məhkəmə sorğusu əsasında əldə olunmuş, nə də iddiaçı tərəfindən təqdim olunmuşdur.

28. Həmçinin iddiaçı tərəfindən təqd im olunmuş "xxxx" MMC-nin 19 yanvar 2023-cü il tarixli 19/01 nömrəli arayışına əsasən, iddiaçının xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" MMC-də iş icraçısı işləməsi qeyd olunsa da, X1 Sığorta Alt Sistemindən əldə edilən məlumatlara əsasən, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək iddiaçının adına sığortaolunan kimi məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi müəyyən olunmuşdur. Bu hal təqdim olunan arayışın əsassız olduğuna dəlalət edir.

29. Bununla yanaşı, müvafiq digər arayışların Filiala müraciət zamanı təqdim edilməməsi, o cümlədən Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etməsinə baxmayaraq müvafiq arayışların xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə təqdim olunması cavabdeh orqanda şübhə yaradan haldır. Lakin Bakı Apellyasiya Məhkəməsi qeyd olunanları nəzərə almadan, əsassız və qanunsuz qərar qəbul edərək apellyasiya şikayətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

30. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 22900000 - XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri... 2290000b - b) rəhbərlər və mütəxəssislər... 2290000b-24441 - iş icraçıları...

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:...

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri... b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar iş icraçıları...

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətl əndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandır ma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həd də (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

35. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

40. Məhkəmə kolleg iyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

41. Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) iddiaçının 57 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

42. Hazırki iş üzrə müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuş və həmin tarixə ümumi iş stajı 25 ildən artıq olmuşdur. Cavabdeh iddiaçının yaşı ilə bağlı mübahisə açmasa da, iddiaçı barəsində xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə istinad etməklə onun xx.xx.2006-cı il tarixədək ümumi stajının 25 ildən az olmasına dair əsassız dəlil irəli sürmüşdür.

43. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına istinad edilməsi tamamilə əsaslı olmuşdur. Belə ki, iddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdən öncə tamam olmuş və iddiaçı həmin tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajına sahib olmuşdur. Yəni iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında göstərilən bü tün şərtləri ödəmiş və 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ qazanmışdır.

44. Cavabdehin kassasiya şikayətinin “A+A” Müstəqil Ticarət Firmasında iş icraçısı (02 ay 29 gün) işlədiyini iddia etdiyi dövrlər üzrə güzəştli arayışın nə məhkəmə sorğusu əsasında əldə olunmaması, nə də iddiaçı tərəfindən təqdim olunmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının həmin müəssisədə işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda XXVİİ fəsildəki bina, qurğu və d igər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsindəki 2290100b-24441 kodu ilə uyğunluq təşkil edən iş icraçısı vəzifəsi ilə eynilik təşkil etməsinə dair 24 oktyabr 2022-ci il tarixli arayışı mövcuddur.

45. Bundan başqa, cavabdeh şikayətində iddiaçının xx.xx.1988-xx.xx.1990-cı illərdə MİMK istilik tikintidə iş icraçısı (02 il 02 ay 22 gün); xx.xx.2001-03.12,2001-ci illərdə Nərimanov rayon MH-nin nəzdində Təmir-tikinti İdarəsində iş icraçısı (07 ay 02 gün); xx.xx.2002-xx.xx.2002-ci illərdə "xxxx" kiçik müəssisəsində iş icraçısı (03 ay 01 gün) vəzifəsinə dair güzəştli arayışın olmamasını, habelə iddiaçının xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" MMC-də iş icraçısı işləməsi qeyd olunsa da, X1 Sığorta Alt Sistemindən əldə edilən məluma tlara əsasən, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək iddiaçının adına sığortaolunan kimi məcburi dövlət sosial sığorta haqqı ödənilməməsi qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, müvafiq dövrlər nəzərə alınmasa belə, iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur.

46. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə 12 il 6 aydan az işləməsi barədə cavabdehin şikayətinin dəlili əsaslı olmamışdır.

47. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla düzgün qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya mə hkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

48. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 21(103)-2274/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar