Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2545/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi, pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fond u publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2023-cü il tarixli, 2-1(103)-1871/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarı ilə DSMF Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının DSMF Daxili Nəzarət Departamentinin **********1 nömrəli məktubuna əsasən dayandırılması qərara alınmışdır.
2. Cavabdehin xx.xx.2021-ci il tarix li **********3 nömrəli qərarı ilə xx.xx.1958-ci il tarixində doğulmuş ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2015xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 13578,15 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır.
3. Cavabdeh tərəfindən “pul tələbinin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il № **********9 nömrəli qərarı ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarı (icra sənədi) icraya yönəldilməsi qərara alınmışdır.
4. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli məktub la bildirmişdir ki, “xx.xx.1980-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası "xxxx" ASC-nin “X1” TASC-də itiləyici peşəsində işlədiyi müəyyən edilmişdir. İşlədiyiniz itiləyici peşəsi Siyahı üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq ona xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13578,15 manat artıq pul vəsait inin Dövlət Sosial Müdafiə X2 departamenti tərəfindən ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021- ci il tarixli **********9 nömrəli, “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli ********* *3 nömrəli və “Pul tələbinin icraya yönəldilməsi haqında” 04 noyabr 2021-ci il tarixli **********9 nömrəli qərarlarının ləğv edilməsi və iddiaçıya 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxxxx 1958-ci ildə doğulmuş, 03 mart 1980-ci ildən 15 mart 2006-cı ilədək “X1” TASC-də alət sexində itiləyici peşəsində işləmişdir. Ona 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin tarixdən də o, mütəmadi olaraq əmək pensiyası almışdır. Lakin DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı tərəfindən 28 fevral 2021-ci il tarixdən onun pensi yası kəsilmiş, dəfələrlə pensiyasını bərpa etmələri üçün cavabdehə müraciət etsə də, hər dəfə ona hələ araşdırma aparıldığını, tezliklə pensiyanın bərpa ediləcəyi deyilmişdir. Lakin 15 oktyabr 2021-ci il tarixdə ona məktub ünvanlayaraq 24 sentyabr 2015- 28 fevral 2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13 578.15 manat artıq pul vəsaitinin DSMF Daxili Nəzarət departamenti tərəfindən ödənildiyinin müəyyən edilməsi və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarmağını tələb etmişlər. Qeyd edilən məktuba 05 oktyabr 2021-ci il tarixli **********3 saylı “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında" qərar da əlavə edilmişdir. Həmin qərarla da ondan 24 sentyabr 2015-28 fevral 2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə ona 1 3 578,15 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının hesabına ödənilməsinin tələb edilməsi qərara alınmışdır. Cavabdeh heç bir əsas olmadan, ona 24 sentyabr 2015ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını dayandırmış və bundan sonra ona ödənilmiş pensiya məbləğinin ondan tələb edilməsi barədə qərar qəbul etmişdir. Bu baxımdan aşağıda qeyd edilən hallara əsasən ona 24 sentyabr 2015-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması qanunsuz hesab edilməli və 05 oktybar 2021-ci il tarixli **********3 saylı “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar ləğv edilməlidir. Belə ki, cavabdeh ona ünvanladığı məktubda onun pensiyasının dayandı rlımasının əsası kimi onun işlədiyi peşənin itiləyici peşəsi olması və həmin peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında nəzərdə tutulmaması göstərmişdir. Cavabdehin əsasına görə həmin Siyahının metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndində (11.14) metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur, onun pensiya sənədlərinin məlumatına əsasən isə o itiləyici peşəsində işləmişdir. Yəni cavabdehin əsasına görə itiləyici peşəsi fəhlə kateqoriyasına aid deyil o na görə də onun pensiyası dayandırılmışdır. Cavabdeh nəzərə almamışdır ki, adından asılı olmayaraq istehsalatda əllə görülən işləri yerinə yetirən şəxslərin peşələri fəhlə peşələri hesab edilir və fəhlə həmin peşələrin ümumi adıdır və hər bir fəhlə peşəsinin öz xüsusi adı da ola bilər. Məsələn: itiləyici, kəsici, yonucu, bişirici, maşinist, aparatçı və s. Hətta cavabdehin öz istinad etdiyi siyahıda da itiləyicilər fəhlə peşələrinin tərkibində göstərilmişdir. Məsələn həmin siyahının 26-ci bəndinə yüngül sənayenin fəhlə peşəsi kimi digər peşələrlə yanaşı “arayıcı aparatın təmizləyici-itiləyiciləri" göstərilmişdir. Burada Qanunverici yüngül sənayedə işləyən bütün fəhlələri deyil, yalnız fəhlə peşəsinin xüsusi hissəsini, yəni “arayıcı aparatın təmizləyici-itiləyiciləri” ni güzəştli şərtlərlə y aşa görə əmək pensiyası hüququ verən peşə kimi göstərmişdir. Eyni zamanda həmin siyahının digər hissəslərində də itiləyici peşələri fəhlə kateqoriyasına aid edilmişdir. Göründüyü kimi onun işlədiyi itiləyici peşəsi ümumilikdə fəhlə peşəsinə aiddir və onun gördüyü işlər əsasən abraziv daşlardan istifadə edərək, metal alətlərin yonularaq, itilənməsindən ibarət olmuşdur. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Metal Bölməsinin 11.14-cü bəndində nəzərdə tutulmuşdur. Həmin bəndə əsasən metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, k əsilməsi, cilalanması ilə məşğul olan fəhlələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yəni onun metal emalı sahəsində metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması peşəsi üzrə fəhlə kimi işləməyi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. onun peşəsinin isə itiləyici adlandırılması həmin peşənin fəhlə kateqoriyasına aid edilməməsi demək deyildir. Cavabdeh isə öz məktubunda onun peşəsinin adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnda göstəriİməməsini əsas gətirmiş, əsas bir halı nəzərə almamışdır ki, həmin siyahıda təkcə peşələrin xüsusi adları deyil, eyni zamanda peşələrin ümumi adları ilə birlikdə peşələrin göstəriciləri də qeyd edilmişdir. Yəni hər hansı bir peşənin xüsusi adından asılı olmayaraq əgər həmin peşənin ümumi adı ilə birlikdə onun göstəricisi qeyd edilən siyahıda nəzərdə tutulubsa, o zaman həmin peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edilir. Belə ki, hər bir peşənin fəaliyyət istiqaməti vardır ki, itiləyici peşəsi də metal məmulatlarının quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması fəaliyyətini həyata keçirən fəhlə işi hesab edilir və həmin peşə sahiblərinin adətən dəmir tozu ilə təmasda olması həmin işin zərərli iş olmasının göstəricisidir. O, öz peşəsini həyata keçirən zaman metal məmulatı yonmadan o nu itiliyə bilməz. Yəni abraziv daşlardan istifadə edərək metal məmulatı yonaraq itilədiyinə görə onun peşəsi ümumilikdə fəhlə adlansa da, xüsusi adı itiləyici olmuşdur. Ona görə də 57 yaşına çatdıqda onun güzəştli şərtlərlə iş stajının olmasını əsas götürüb ona 24 sentyabr 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh 28 fevral 2021-ei il tarixdən ona təyin edilmiş pensiyanı əsassız olaraq dayandırmışdır. Göründüyü kimi onun 57 yaşında 12 il 6 aydan çox xüsusi stajının və 25 ildən çox ümumi stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir və idiaçı da iddianın bu hissədə əsaslandırmağa lüzum görmür, lakin cavabdeh onun peşəsinin fəhlə peşəsi olmamasını mübahisələndirdiyinə görə o iddia ərizəsinii bu hissədə əsaslandırmışdır. Belə ki, “X1 ” TASC tərəfindən də ona verilmiş arayışda da onun işlədiyi itiləyici peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın Metal Emalı bölməsinin 11.14. (Metal emalının digər peşələri- a) fəhlələr qrupunun metal məmulatlarının və alətlərinin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilməsi göstərilmişdir. Beləliklə də, onun işlədiyi iş yerinin rəsmi sənədi ilə onun işlədiyi itiləyici peşəsinin metal məmulatlarının və alətlərinin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşəsi olması öz təsdiqini tapmışdır. Belə olduqda isə cavabdeh tərəfindən ona təyin edilmiş pensiyanın dayandırılması qanunsuz hesab edilməli və cavabdehin 05 oktyabr 2021-ci il tarixli **********3 saylı “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarı ləğv edilməlidir.
7. Cavabdeh iddia tələbinə qarşı təqdim etdiyi yazılı etirazda göstərmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işl ər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndində (11.14) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə İddiaçı pensiya təyin olunarkən təqdim olunan sənədlərində qeyd olunan məlumatlara əsasən xx.xx.1980xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində onun Azərbaycan Respublikası "xxxx" ASC-nin “X1” TASC-də itiləyici peşəsində işlədiyin müəyyən edilmişdir. Göründüyü kimi adıçəkilən şəxsin işlədiyi itiləyici peşəsi yuxarıda Siyahı üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq ona xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
8. Məhkəmənin müvafiq sorğularına əsasən: - "xxxx" ASC “X1” törəmə ASC-nin xx.xx.2021-ci il tarixli 11/176 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı alət sexində işlədiyi itiləyici peşəsində, müxtəlif kə sici alətlərin (müxtəlif ölçülü və formalı kəski, frez. metçik) quru üsulla abraziv daşlardan istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını tam iş rejimində yerinə yetirmişdir. Bundan başqa müxtəlif ölçülü metal kəsən mişarların dişlərinin kəsən tərəflərinin quru üsulla abraziv daşlardan (KZ və GB tipli abraziv daşlardan) istifadə edərək itilənməsi, yonulması və tamamlanması əməliyyatlarını yerinə yetirmişdir. “İtiləyicinin” vəzifə təlimatının surəti məktuba əlavə edilərək göndərilmişdir. - Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı pensiya işinə dair və inzibati icraat materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən “X1” ASC tərəfindən verimiş 08/191 nömrəli 25 noya br 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, zavodun keçmiş işçisi İddiaçı əmək kitabçasında göstərilən itiləyici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə uyğun sayılır. Zavodun keçmiş işçisi İddiaçı məxsus əmək kitabçasında fəaliyyəti ilə bağlı aparılan qeydlərin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin müvafiq kodlarına uyğunluğunu təqdim edirərək; - xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək F.Dzerjinski adına maşınqayırma zavodunda “formalaşdırılmış dairələrlə qəliblənmiş məhsulların alətlə itilənməsi üzrə it iləyici” vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a)fəhlələr qrupunun,metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması,kəsilməsi,cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; - xx.xx.1982-ci il tarixdən xx.xx.1993-ci il tarixinədək F.Dzerjinski adına maşınqayırma zavodunda 7 saylı alət sexində itiləmə sahəsinin briqadiri vəzifəsində, 11.14. Metal emalının digər peşələri- ajfəhlələr qrupunun,metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması,kəsilməsi,cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; - xx.xx.1993-ci il tarixdən xx.xx.1997-ci il tarixinə kimi “X1”nda 8 saylı tədarük sahəsində 3 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a) fəhlələr qrupunun.metal məmul atlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; - xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixinə kimi “X1”nda 8 saylı tədarük sahəsində 4 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a)fəhlələr qrupunun.metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması,kəsilməsi,cilalanması ilə məşğul olan fəhlələrə aid edilir; - xx.xx.1998-ci il tarixdən xx.xx.2006-ci il tarixinə kimi “X1”nda 8 saylı tədarük sahəsində zərərli şərtlərlə işləyən 4 dərəcəli itiləyici vəzifəsində, 11.14. Metal emalının digər peşələri- a)fəhlələr qrupunun,metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması,kəsilməsi,cilal anması ilə məşğul olan fəhlələrə aid edilir. Zavodun keçmiş işçisi İddiaçı xx.xx.1980-ci ildən xx.xx.2006-ci ilədək işlədiyi itiləyici peşəsi əmək şəraiti zərərli olan işlərə aid edilmiş, onun tarif maaşına əlavə haqq, əlavə məzuniyyət günləri və kollektiv müqavilədə nəzərdə tutulan digər sosial güzəştlər verilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin 22 aprel 2021-ci il tarixli **********9 nömrəli “əmək pensiyasının dayandırılması haqqında” qərarın ləğv edilməsi və “24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair hissədə mümkün sayılmaması qərara alınmışdır.
10. Məhkəmənin eyni tarixli qərarı ilə cavabdeh in xx.xx.2021-ci il tarixli **********3 nömrəli (13.578,15 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması barədə) qərarının və 04 noyabr 2021-ci il tarixli **********9 nömrəli qərarının (pul tələbinin icraya yönəldilməsi barədə) ləğv edilməsi qərara alınmışdır.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından və qərardadından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, məhkəmədən qərarın ləğv edilərək, iddianın təmin olunmasını və qərardadın ləğv edilərək, iddianın həmin hissədə də mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2540/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apel lyasiya şikayəti təmin olunaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3463/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması, iddianın – cavabdehin 22 aprel 2021-ci il tarixli **********9 saylı “əmək pensiyasının dayandırılması haqqında” qərarın ləğv edilməsi və 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi hissələrində mümkün sayılması, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. c) birinci instansiyası məhkəməsində ikinci icraat
13. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(112)-508/2023 nömrəli (hakim İddiaçı) qərarı ilə iddianın təmin edilməsi, cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********9 saylı qərarının ləğv edilməsi və i ddiaçıya 24 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
14. Birinci instansiya məkəməsi qeyd etmişdir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəmə yə təqdim olunmamışdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2023-cü il tarixli, 21(103)-1871/2023 nömrəli qərarı (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(112)-508/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh X1” ASC tərəfindən verilmiş 08/191 №li 25 noyabr 2022-ci il tarixli cavab məktubunda göstərilənlərin nəzərə alınmaması ilə bağlı mövqeyini istinad etdiyi qanunvericiliyin tələbləri baxımından əsaslandıra bilməmişdir. Halbuki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır ( 37.8.3-cü maddəsi).
18. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəli lləri:
19. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndində (11.14) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə İddiaçı pensiya təyin olunarkən təqdim olunan sənədlərində qeyd olunan məlumatlara əsasən xx.xx.1980-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində onun Azərbaycan Respublikası "xxxx" ASC-nin “X1” TASC-də itiləyici peşəsində işlədiyi müəyyən edilmişdir. Göründüyü kimi adıçəkilən şəxsin işlədiyi itiləyici peşəsi yuxarıda Siyahı üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq ona xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin ediləməməsi, apellyasiya instansiyası m əhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... Maddə
71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı... İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.... 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.... 31.1. əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensi yasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə
39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.... 23. “İnzibati icraat haqqında” Qanun: Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tər əfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikay a əsaslanan inam;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə
14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiy yətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnziba ti orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya s ubordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklə rinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.... Maddə
68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin ak tın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər....
24. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının q anunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şik ayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi k assasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qeyd olunma lıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********9 saylı qərarın ləğv edilməsi, həmin qərar əsasında iddiaçının əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhk əməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********9 saylı qərarın ləğv edilməsini, həmin qərar əsasında dayandırılmış əmək pensiyasının bərpa edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
35. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona mütəmadi ödənilən pul vəsaitinin azaldılacağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı mə lumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
37. Eyni zamanda, təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırmaq vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
38. Nəzərə almaq lazımdır ki, şəxsin əmək pensiyasının dayandırılması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə ba ğlı olduğu üçün inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından həmin məbləğin azaldılmasının qanuniliyini yoxlamağa və yalnız bundan sonra pensiyanın yenidən hesablanması barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin «bona fides» prinsipi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının etimad hüququnun qorunmalı olmasına dair məsələ tam və hərtərəfli araşdırılmışdır. Kassa tor şikayətində sadəcə olaraq «bona fides» prinsipi ilə bağlı ümumi müddəaları göstərməklə şikayətinin dəlillərini əsaslandıra bilməmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası nəzərə alır ki, cavabdehin iddiaçının əmək pensiyasını dayandırması qanunsuz olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
41. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2023-cü il tarixli, 21(103)-1871/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.