Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2546/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosia l Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iş illərinin dövlət qulluğu stajına daxil edilməsi, pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2-1(104)-65/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxx 1948-ci ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus xx.xx.1967-ci il tarixli əmək kitabçası ilə müəyyən edilir ki, o, xx.xx.1966-cı il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin əmək pensiyası təyin edən kom issiyasının xx.xx.2011-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
4. İddiaçı sabiq dövlət qulluqçusu kimi pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən ona ödənilən 317.33 manat yaşa görə əmək pensiyasının məbləğinin həmin Qanunun 20.1.7-ci maddəsinə uyğun olaraq sabiq dövlət qulluqçusu kimi yaşa görə təyin ediləcək 269,94 manat (245,40 manat əmək pensiyası+10 faiz maddi yardım (24,54 manat) pensiya məbləğindən çox olduğu müəyyən edilib. Buna görə də sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması təxirə salınmışdır. İŞ ÜZRƏ QƏ BUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, işlədiyi xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək X7 Partiya Bürosunun katibi vəzifəsi, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Hacıkənd İcraiyyə Komitəsinin sədri vəzifəsinin müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.6-cı və 1.17-ci bəndlərində nəzərdə tutulmuş rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılaraq, xx.xx.19 80-ci il tarixdən xx.xx.1994-cü il tarixədək dövrlərin dövlət qulluğu stajına daxil etməklə xx.xx.2011-ci il tarixdən dövlət qulluğunun pensiyasının təyin edilməsi üçün yenidən hesablanması, dövlət qulluğu pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək X7 Partiya Bürosunun katibi vəzifəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Hacıkənd İcraiyyə Komitəsinin sədri vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının m üavini vəzifəsində işləmişdir. Qeyd olunan vəzifələrin hamısı dövlət qulluğu hesab olunan vəzifələrdir. 2011-ci il tarixdə yaşa görə pensiya təyin edilsə də 14 il dövlət qulluqçusu kimi işləməyi nəzərə alınmamışdır. Bununla bağlı olaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı olaraq cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh ona hazırda "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən ödənilən 317.33 manat yaşa görə əmək pensiyasının məbləğinin həmin Qanunun 20.1.7-ci maddəsinə uyğun olaraq sabiq dövlət qulluqçusu kimi yaşa görə təyin ediləcək 269.94 manat (245.4 manat əmək pensiyası+10 faiz maddi yardım (24.54 manat)) pensiya məbləğindən çox olduğundan sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanmasını təxirə salaraq imtin a etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.
7. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun dövlət qulluğu stajı 5 il 10 ay təşkil edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il ta rixli 290 nömrəli Fərmanının 1.17-ci bəndində Rayon Xalq Deputatları Sovetinin icraiyyə komitəsinin aparatında işləmiş şəxslərin vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında işləyən şəxslərin vəzifəsinə uyğunlaşdırılmışdır. İddiaçının xx.xx.1985-ci il tarixdən Hacıkənd İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunan siyahıda Rayon Xalq Deputatları Sovetinin icraiyyə komitəsində işləmiş şəxslər nəzərdə tutulmuşdur.
8. Gəncə İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-1(114)-362/2024 nömrəli qərarı ilə (hakim X2) iddia tələbi qismən təmin edilmiş, İddiaçı noyabr 1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi müddətlərin onun dövlət qulluğu stajına daxil edilməsi, ona hüququ yarandığı xx.xx.2011-ci il tarix dən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması və yaranmış fərqin müraciət etdiyi vaxtdan 3 il geriyə hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya pensiya təyin edilən dövrdə (2011-ci ildə) şəxsə dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün minimum 5 il tələb olunmuşdur. Hazirki işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının dövlət qulluğundakı iş stajı 5 ildən çoxdur. İddiaçıya xx.xx.2011-ci il tarixdə pensiya təyin edilərkən ona yaşa görə deyil, dövlət qulluğuna görə pe nsiya təyin edilməli idi. Çünki iddiaçı həmin əsasla pensiya təyin edilməsi üçün müvafiq şərtlərə (pensiya yaş həddi, ümumi iş stajı, dövlət qulluğu stajı və.s) cavab vermişdir.
10. Cavabdeh apelyasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-65/2024 nömrəli iş üzrə 24 aprel 2024-cü il tarixli qərardadı ilə (hakimlər X3 (məruzəçi), X11 və X4) apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-362/2023 nömrəli qərarı qismən –İddiaçı xx.xx.1982-xx.xx.1985-ci il tarixlərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamışdır.
12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan xx.xx.1982-xx.xx.1985-ci il tarixlərlə bağlı hər hansı mövqe bildirməmiş, həmin illər mübahisəsiz staj illəri kimi nəzərə alınmışdır.
13. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-65/2024 nömrəli iş üzrə 24 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X11 və X4) apelyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı noyabr 1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək işlədiyi müddətlərin onun dövlət qulluğu stajına daxil edilməsi, ona hüququ yarandığı xx.xx.2011-ci il tarixdən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması və yaranmış fərqin müraciət etdiyi vaxtdan 3 il geriyə hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli vəsatətdə qeyd olunur ki, noyabr 1980-ci il tarixdən xx.xx.1982-ci tarixədək olan dövrlər dövlət qulluğu stajı kimi nəzərə alınsa belə sabiq dövlət qulluqçusu kimi yaşa görə təyin ediləcək 420 manat pensiya məbləği iddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən ödənilən 426 manat yaşa görə əmək pensiyasının məbləğindən az olacaqdır. Beləliklə, qeyd olunan halda nəzərə alınmalı, məbləğin dəyişdirilməsi iddiaçının tələb hüququndan asılı olduğundan bu cür əsasla imtina qeydləri əsaslı hesab edilməməlidir.
15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının şikayətin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi təqdirdə pensiya məbləği 420 mana t təşkil edəcəkdir. Bu da iddiaçıya təyin edilmiş və hazırda ödənişi davam etdirilən ümumi əsaslarla yaşa görə əmək pensiyasının məbləğindən 426 manat azdır. Məhkəmə məbləğin dəyişdirilməsinin iddiaçının tələb hüququndan asılı olmasına istinad edərək imtina qeydlərini əsassız hesab etmişdir. Lakin məhkəmənin tələb hüququna əsaslanması iş üzrə pensiya məbləğinin hesablanması, həmçinin miqdarının az olması barədə məlumatların ətraflı araşdırmamasına dəlalət vermir.
17. Bundan başqa məhkəmə qərarının nəticəvi hissəsində İddiaçı noyabr 1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək işlədiyi müddətlərin onun dövlət qulluğu stajına daxil edilməsi, ona hüququ yarandığı xx.xx.2011-ci il tarixdən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesabl anması və yaranmış fərqin müraciət etdiyi vaxtdan 3 il geriyə hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qeyd edilmişdir.
18. Məhkəmə qərarın nəticəvi hissəsində pensiyanın yenidən hesablanması və yaranmış fərqin müraciət etdiyi tarixdən 3 il geriyə hesablanaraq ödənilməsini qeyd etsə də, məbləğin az olması ilə əlaqədar bu hesablamanın hansı formada icra edilməsi ilə bağlı məsələyə münasibət bildirməmiş, həmçinin hər hansı qanunvericilik aktına da istinad etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 20. “Əmək pensiyaları haqqında” Azərba ycan Respublikasının Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
20. Qulluq stajına gör ə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: … 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam veril məsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandı rılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 2
3. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə qismən riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları qismən düzgün tətbiq olunmuşdur.
25. Cavabdehin mübahisə açdığı apelyasiya məhkəməsinin qərarı ilə bağlı məhkəmə araşdırılmasının predmetini iddiaçının işlədiyi noyabr 1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək illərin dövlət qulluğu kimi onun sosial sığorta stajına daxil edilməsini təşkil edir.
26. İddiaçı xx.xx.1982-ci il tarixli əmrlə Gəncə Yağ-Pi y kombinatına partiya komitəsinin katibi vəzifəsinə qəbul olunmuşdur. Onun dövlət qulluğu stajının 5 il 10 ay hissəsi (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər) cavabdeh tərəfindən dövlət qulluğu üzrə sığorta stajı olaraq qəbul edilmiş, noyabr 1980-xx.xx.1982-ci il tarixləri arasında işlədiyi illər mübahisələndirilmişdir.
27. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, Gəncə Yağ-Piy Kombinatına partiya komitəsinin katibi vəzifəsinə təyinat barədə əmr xx.xx.1982-ci il tarixdə verilməsinə baxmayaraq əmrin məzmununda 1980-ci ilin noyabr ayında həmin vəzifəyə seçildiyi qeyd edilmişdir.
28. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 19 yanvar 2024-cü il tarixli, 1-2-27/2-30/ 2024 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı Yağ-Piy Kombinatı partiya komitəsinin katibi vəzifəsində işləyərkən, 1981-ci ilin yanvar ayından 1983-cü ilin dekabr (sorğuda son tarix xx.xx.1982-ci il göstərilmişdir) ayına kimi əmək haqqı almışdır.
29. İddiaçının qeyd edilən vəzifədə 1980-ci ilin noyabr ayından işləməsi əmək kitabçasında qeyd edilmiş, 1981-ci ildən isə həmin əmək haqqı alması ayrı-ayrı arxiv arayışları ilə təsdiq olunmuşdur.
30. Odur ki, cavabdeh iddiaçının partiya komitəsini katibin vəzifəsini dövlət qulluqçusu kimi qəbul etdiyindən eyni iş yerində eyni vəzifədə işlədiyi əvvəlki dövrü dövlət qulluğu stajı saymaqla apelyasiya məhkəməsi haqlı olmuşdur.
31. Cavabdehin işdə olan dəlillərindən görünür ki, onun mübahisə açdığı1980-ci ilin noyabr ayından 1983-cü ilin yanvar ayın adək olan dövr də dövlət qulluğu stajı kimi nəzərə alınsa belə, sabiq dövlət qulluqçusu kimi yaşa görə təyin ediləcək 420 manat pensiya məbləği iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən hesablanıb ödənilən 426 manat yaşa görə əmək pensiyasının məbləğindən az olacaqdır.
32. Cavabdehin dəlilinə görə ümumi qaydada yaşa görə əmək pensiyası iddiaçının 25 il sığorta stajına görə hesablanmışdır. Dövlət qulluqçusu kimi pensiya təyinatı aparılarsa, iddiaçının dövlət qulluğunda xidmət illəri təxminən 8 ilə yaxın olmaqla həmin xidmət illərinə görə hesablama aparılacaq, bu zaman pensiya məbləği qismən az olacaqdır.
33. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddiasında dövlət qulluğunda xidmət illəri nəzərə alınmaqla pensiya təyin edil məsini xahiş etdiyindən iddiaçının noyabr 1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək müddətlərin onun dövlət qulluğu stajına daxil edilməsi, dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, bu hissədə şikayət təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Lakin məhkəmə kollegiyası vurğulayır ki, cavabdehin hesablamasına görə iddiaçının 8 ilə yaxın dövlət qulluğunda xidmət illəri nəzərə alınmaqla təyin ediləcək pensiyanın məbləği 420 manat, yaşa görə hesablanmış pensiyanın məbləği 426 manat olduğundan, yenidən hesablama aparılarkən hər hansı əlavə fərq yaranmadığından yaranmış f ərqin iddiaçının müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair apelyasiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır.
35. Odur ki, yaranmış fərqin müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir.
36. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2-1(104)-65/2024 saylı qərarı yaranmış fərqin müraciət etdiyi vaxtdan 3 il geriyə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar İddiaçı noyabr 1980-ci il tarixdən 10 dekabr 1982-ci il tarixədək işlədiyi müddətlərin onun dövlət qulluğu stajına daxil edilməsi, dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.