Məhkəmə qərarları › İş №2-1(102)-2547/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2547/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2547/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023- cü il tarixli, 2-1(104)-376/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Anadolu Universiteti tərəfindən iddiaçının adına verilmiş bakalavr diplomuna əsasən, iddiaçı 2016-cı ildə tarixli bakalavr diplomuna əsasən, İddiaçı həmin təhsil müəssisənin İqtisadiyyat fakultəsində 4 illik təhsilini müvəffəqiyyətlə tamamlamışdır. 2. 2016-136664 №-li diploma əlavənin (diplom № 000009) tərcümə və təsdiq edilmiş surətinə əsasən ixtisas sahibi – İddiaçı; ixtisasın adı və dərəcə - İqtisadiyyat, bakalavr; ixtisasın əsas sahə təhsili - iqtisadiyyat; dərəcə verən müəssisənin adı Anadolu Universiteti, Dövlət Universiteti; tədris dili - Türk dili; ixtisas dərəcəsinin səviyyəsi - birinci pillə (bakalavr dərəcəsi); proqramın rəsmi müddəti - 4 il (bir il üçün 2 semestr, bir semestr üçün 14 həftə) 240 AKTS; təhsil forması - Açıq və distant.

3. İddiaçı Anadolu Universiteti tərəfindən ona verilmiş 2016-136664 №-li bakalavr diplomunun tanınması üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin olunmamışdır. İmtinanın əsas dəlili ondan ibarətdir ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi” Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ö lkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxslər Anadolu Universiteti və Azərbaycan Respublikası Təhsildə X9) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Təhsil Nazirliyinin Təhsildə X1 müraciətinin rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli, NA00003103 nömrəli qərarının ləğv edilməsi, X10 Universitetinin ona verdiyi xx.xx.2016-cı il tarixli diplomun, ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4902/2022 nömr əli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

6. İddiaçının etibarnamə üzrə nümayəndəsi X14 xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyini cavabdeh siyahısından və Anadolu Universitetinin üçüncü şəxs siyahısından çıxarılmasını və Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X3 isə cavabdeh kimi qeyd olunmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 2010-cu ildə Anadolu Universitetinə daxil olub 2016-cı ildə həmin univeristetdə İqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisası üzrə distant (məsafəli) təhsil almaqla bakalavriat səviyyəsində təhsilini müvəffəqiyətlə bitirmişdir. Aldığı təhsilə görə ona xx.xx.2016-cı ildə bakalavr diplomu və diplomun təsdiqinə dair apostil təqdim edilmişdir.

8. Təhsili bitirdikdən sonra o, işlə təmin olunmaq məqsədi ilə müxtəlif dövlət qurumlarını müraciət etsə də, Anadolu Universitetini bitirdiyi üçün işə qəbulda maneələr yaranmışdır. Halbuki, Anadolu Universitetinin diplomu dünyanın 50-dən çox ölkəsində, o cümlədən inkişaf etmiş ölkələrində tanınmışdır və məzunlar ən yüksək səviyyədə iş və əmək fəaliyyəti ilə məşğuldurlar. Onun məlumatına görə Təhsil Nazirliyində Anadolu Universitetinin müəyyən qisim məzunlarının da diplomları tanınmışdır. Bu fakt özlüyündə diskriminasiyanı (ayrı-seçkiliyi) ehtiva edir. Təhsil Nazirliyinin dövlət siyasətinin əksinə olaraq gənclərin təhsillərinə və inkişafına süni əngə llər yaratması təəccüb və sual doğurur.

9. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvesiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin piraoritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. O, 6 il müddətinə hər il 1100 (min yüz) avro köçürmə yolu ilə Anadolu Universitetinin büdcəsinə pul ödəmişdir. Əgər Universitet qanunsuz fəaliyyət göstərirdisə nə üçün Təhsil Nazirliyi səhlənkarlıq göstərərək müəssisənin fəaliyyətinin dayandırılmasına qanunla nəzərdə tutulan qaydada müdaxilə etməmiş, buna görə heç bir təşəbbüs göstərməmiş, məhkəməyə ölkə başçısına müraciət etməmişdir. Bununla da 2009-cu ildən başlayaraq hazırki vaxta qədər onun kimi yüzlərlə gəncə həm maddi, həm də mənəvi ziyan vurulmasına şərait yaradılmışdır. Bu faktı Təhsil Nazirliyi inkar və təkzib edə bilməz. Çünki “Anadolu Dövlət Universitetinin“ Azərbaycan proqramları”nda distant formada təhsilalma “X11 Universitetinin qəbul edilmə və tələbə statusuna yiyələnmək şərtləri”ni müəyyən edən 3-cü maddəsinin 3.1-ci bəndində konkret olaraq göstərilmişdir. Qəbul imtahanları X4 texniki dəstəyi və TC-nin Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyinin təşkilatı dəstəyi ilə ADU tərəfindən müstəqil şəkildə həyata keçirilir”. Bu dövlətlərarası məsələdir. Hüquqi və demokratik təməllərə sahib olan qardaş Türkiyə Cümhuriyyətinin səfirliyi heç bir halda və heç bir zaman dövlətimizin razılığı olmadan bu ciddi siyasi aksiyanın həyata keçirilməsinə razılıq və rəvac verməzdi. Hesab edir ki, təhsil aldığı xarici dövlətin diplomunun, ali təhsil ixtisasının və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsinə dair müraciətinə Təhsil Nazirliyinin Təhsildə X3 (TKTA) 19 noyabr 2021-ci il tarixli, NA 00003103 № cavabında nə ana qanuna, nədə ki, digər təhsil sistemini tənzimləyən qanunlara istinat edilmədən, yalnız qanun qüvvəsi olmayan normativ aktlara əsaslanaraq onun qanuni tələbini təmin etməkdən imtina etmişdir. Bu səbəbə və əsasa görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir.

11. Etirazda göstərilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respub likası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı və təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsil formaları müəyyən edilmişdir: əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat). Göründüyü kimi, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanın ması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Re spublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Qaydaların 3.7ci bəndində isə qeyd olunur ki, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1423/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Türkiyə Respublikasının Anadolu Universitetində təhsilalma forması hazırkı iş üzrə mübahisəli haldır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edilən Universitetdə açıq və distant formada təhsil adığını qeyd etsə də, məhkəmə araşdırması zamanı təhsilalma formasının distant, yekun olaraq isə açıq təhsil (açık öğretim) formasında olduğu müəyyən edilmişdir.

14. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, qiyabi və distant təhsilalma formaları «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsində təsbit olunmaqla tamam fərqli təhsilalma formaları olduğu müəyyən edilir.

15. Eyni zamanda, "Formal təhsilin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 147 №-li Qərarının 5.4-cü bəndində qeyd edilmişdir ki, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - part time), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - parttime) təhsilalma formaları nəzərdə tutulmuşdur. 16. “Açıköğretim” (open education) təhsilalma forması Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmamışdır.

17. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, Tanıma və X13 Başkanlığı Başkan, ENİC-NaRc Türkiye Ofisi/APNNİC X12 Kurulu (Fatma Öztürk şube Müdürü) tərəfindən cavabdehə ünvanlanmış cavab məktubuna əsasən müəyyən edilmişdir ki, (məktubun məzmunu) “1- Açıköğretim, distant ya da part-time eğitim anlamına gelmiyor. Başka bir anlama geliyor: Açıköğretim bizim için “Open Education” olarak tanımlanıyor. Bu eğitim modelinde öğrenci ve öğretmenlerin aynı mekanda bu lunmadan ve karşılıklı iletişim ve etkileşime dayanmadan gerçekleşdirdikleri eğitimöğretim türü olarak tanımlanıyor. Eğitimin tamamı açıköğretim olarak alınmışsa tanımıyoruz/ not recognized. Ancak bir kısmı açıköğretim bir kısmı örgün (on campus/ayani) ise tanıyoruz.”

18. Göründüyü kimi iddiaçının qeyd etdiyi “açıköğretim” (open education) təhsilalma forması distant təhsilalma formasından fərqlənməklə, tələbə və müəllimlərin eyni məkanda olmadan və qarşılıqlı əlaqə qurmadan həyata keçirilən təhsilalma formasıdır və yalnız göstərilən təhsilalma formasının bir qismi əyani şəkildə həyata keçirildiyi təqdirdə diplomun müvafiq qurum tərəfindən tanınmasının mümkünlüyü qeyd edilmişdir.

19. Məhkəmə hesab edir ki, iddiaçının yekun olaraq qeyd etdiyi “açıköğretim (open education)” təhsil forması A zərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.

20. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

21. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-376/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsinə” dair iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.

22. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-376/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Gənc ə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1423/2022 saylı qərarı ləğv edilmiş, iddiaçıya diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

24. Bundan əlavə, Azərbaycan Respubl ikasının xx.xx.2018-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin”in 1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hazırkı Sazişin məqsədi beynəlxalq hüquq normalarına və tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq hər iki tərəfin müvafiq qurumları arasında bərabərlik və qarşılıqlı hörmət əsasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.

25. Həmin Sazişin 12-ci maddəsinə əsasən, azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən dip lomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

26. Qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin internet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıq öyrətim” formasının “distant” təhsil formasına aid olması təkzibolunmaz haldır. Türkiyədə təhsil forması kimi “açık öğretim” və “uzakdan eğitim” kimi anlayışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Göründüyü kimi, Türkiyə Respublikasında “distant” təhsil forması bir neçə növə ayrılmışdır ki, bu hal da iddiaçının aldığı təhsil formasının “distant” forma hesab edilmə meyarına xələl gətirmir. 27. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməm əsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün kifayət qədər zəruri əsasdır.

28. Qeyd olunanlara əsasən, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır.

29. Həmçinin iş materiallarına əlavə edilmiş X5 X6 Mərkəz Büro Yönəticiliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Anadolu Universitetinə müraciət etmişdir. Həmin sənəddə qeyd edilmişdir ki, X7 çağdaş mənada uzaqdan təhsil modeli ilə ali təhsil verən ilk qurumdur. İddiaçı Universitetin “İqtisadiyyat” fakültəsini 4 il ərzində iqtisad proqramında uzaqdan təhsil modelində (distan t) təhsil alaraq xx.xx.2016-cı il tarixdə təhsilini tamamlayaraq 2016136664 nömrə ilə bakalavr məzunu olmuşdur.

30. Odur ki, iddiaçıya X10 Universitetinin iqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasından (bakalavr proqramında) verilmiş xx.xx.2016-cı il tarixli, 2016-136664 nömrəli diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

31. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri:

32. Kassasiya şikayətində imtina məktubunun və iddia ərizəsinə qarşı etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya in stansiyası məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 73.3-cü maddələrinin tələblərini kobud şəkildə pozmuşdur.

33. Ərizəçinin diplom əlavəsindən onun aldığı təhsil üzrə təlim müddətinin 4 (dörd) il olması müəyyən olunmuşdur ki, bu da qeyd olunan ixtisas üzrə Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulmuş təlimin normativ müddətindən bir il azdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas( baza ali) tibb təhsili) təhsilin məzmunu və təşkili Qaydalan”nm 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində yalnız əyani təhsilaima formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətinin 4 il ol ması mümkündür.

34. İddiaçı məhkəmə icraatı zamanı təhsil aldığı proqram üzrə tədrisin və imtahanların təşkilinin Anadolu Universitetinin Bakı filialında həyata keçirildiyini vurğulamışdır. Məsələ ilə bağlı qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının ərazisində digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin akkreditasiyası məsələləri Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq tənzimlənir. Sözügedən müəssisə Azərbaycan Respublikasında qeyd olunmuş Qaydalara uyğun olaraq heç vaxt akkreditasiyadan keçməmişdir.

35. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırılır ki, “Lisenziyalar və icazələr haqqında” Azərb aycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunun 1 nömrəli əlavəsinə əsasən xarici ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır.

36. Qeyd olunmuş oxşar halla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-794/2022 nömrəli Qərarının 35ci bəndində Məhkəmə Kollegiyasının təhsil alınması üçün onun mütləq şəkildə akkreditasiyadan keçmiş təhsil müəssisəsində təhsil alması mövqeyi açıq və qəti şəkildə əks olunmuşdur.

37. Auditoriya dərslərinə əlavə olaraq, ”açıq təhsil” təhsilalma forması imtahanların əyani keçirilməsini nəzərdə tutur. Bununla əlaqədar olaraq “T.C. Cumhurbaşkanlığı Mevzuat Bilgi Sistemi”nin rəsmi saytında “X8”nin 10-cu maddəsində qeyd olunmuşdur ki, tələbələr yarım semestr və semestr imtahanlarında eyni zamanda və eyni məkanda imtahanlarda iştirak etməlidir.

38. İddiaçının təhsil aldığı dövr ərzində ümumiyyətlə Türkiyə Respublikası ərazisində olmaması onun dövlət standartlarında nəzərdə tutulan auditoriya saatlarında, eləcə də əyani imtahanlarda iştirak edərək tədris yükünü yerinə yetirməsini qeyri-mümkün edir. b. kassasiya şikayətinə etiraz və mülahizə:

39. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 40. “Təhsil haqqında” Qanun: Maddə

13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat).

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəl ləsi (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qər arını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. 46. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən ed ilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

47. Göründüyü kimi, “Təhsil haqqında” Qanunda distant (məsafədən) təhsilalma forması bilavasitə təsbit olunmuşdur. Həm də nəzərə alınmalıdır ki, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın, buradan, hazırkı məzmunda iddianın rədd edilmə sinin qeyd-şərtsiz əsası kimi çıxış edə bilməz.

48. Açıq təhsil (açık ögretim) adi ənənəvi təhsil tərzindən fərqli olaraq kampusa (təhsil müəssisəsinə) gəlmək məcburiyyətinin olmadığı, dərslərin kompüter vasitəsilə tam virtual mühitdə keçdiyi, iştirakçının istənilən vaxt onları təkrar-təkrar izləyə biləcəyi təhsilin adıdır.

49. Distant (“Uzaktan öğretim”) təhsil “tələbələrə kommunikasiya texnologiyalarından istifadə edərək öyrənməyə imkan verən” müasir təcrübədir. Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə, hər yaşdan, gəlirdən və ya peşədən olan insanların öz sürət və imkanlarına uyğun olaraq öz təhsillərini nizamlayaraq, məhsuldarlığını itirmədən təhsillərini davam etdirdikləri bir sistemdir. Müxtəlif yerlərdə tələbələri, müəllim ləri və təhsil vasitələrini kommunikasiya texnologiyaları ilə birləşdirən təhsil modellərini özündə birləşdirən distant təhsil çağın texnologiyasından istifadəni təmin edən təhsil fəlsəfəsidir (https://www.anadolu.edu.tr/akademik/aosakademik/2/acikogretimfakultesi/genelbilgi).

50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq nəzərə alır ki, distant (məsafədən) təhsilin anlayışı baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıq öyrətim” formasının “distant” (məsafədən) təhsil forması ilə uzlaşdığı qəbul edilməlidir. Belə ki, Türkiyə Respublikasında hər iki təhsil forması oxşar cəh ətlərə malik olmaqla eyni təhsilalma imkanlarını və bu formaların tətbiqinin məqsədlərini təmin edir.

51. Digər tərəfdən, Anadolu Universiteti də təsdiq edir ki, Açıq Təhsil Sisteminin (Açıköğretim Sistemi) tətbiqinə 1982-1983-cü tədris ilində İqtisadiyyat və Biznesin İdarə edilməsi sahələrində iki distant (məsafədən) təhsil proqramı ilə başlamış, bundan sonra da xidmət sahələrini davamlı olaraq genişləndirmişdir (https://www.anadolu.edu.tr/akademik/aos-akademik/2/acikogretim-fakultesi/genel bilgi).

52. Beləliklə, iddiaçının hazırkı məzmunda tələbinə “Təhsil haqqında” Qanunun 13.1, 13.1.3-cü maddələri (distant /məsafədən/ təhsilalma forması) tətbiq edilməlidir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, cavabdehin istinad etdiyi halları apellyasiya instansiyası məhkəməsinin qər arının ləğvinin əsası kimi qəbul etmir.

54. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(104)-376/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar