Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2548/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və vergi borcunun silinməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 06.11.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığo rta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2023-cü il tarixli, **********954600 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-410/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” xx.xx.2023-cü il tarixli, **********954600 nömrəli qərarın ləğv edilməsi və onun vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddia tə ləbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli İddiaçı MMC barəsində Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2023-cü il tarixli, **********954600 nömrəli qərar qəbul etmişdir. Qərara əsasən 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən aparılan kameral yoxlama nəticəsində müəssisənin Vergi Xidmətinə təqdim etdiyi bəyannamə üzrə hesablanmış 7.475,57 manat sosial sığorta və işsizlik sığortası əvəzinə, Vergi Xidməti 14.467,2 manat, yəni 6.991,63 manat əlavə hesablama etmişdir. İddiaçı tərəfindən dəfələrlə müraciət edilməyinə baxmayaraq hər hansı bir əsas olmadan hesablanmış artıq 6.991,63 manatın ləğv edilməsi həyata keçirilməmişdir. Vergi orqanının sistem də olan işçiləri əsas götürərək sistemdən çıxarış əsasında hamıya hesablama aparması tamamilə yanlışdır. Sistemdə muzdlu müqavilə olsa da, 2-ci rübdən bir çox işçi öz hesabına məzuniyyətdə olub. Bir qisim işçi isə xəstəliyə görə hətta oktyabr ayına kimi müalicədə olduğundan nə işə gəlməyi, nə də tibb arayışı təqdim etmədiyinə görə heç bir hesablama aparılmayıb. Nəticədə həmin işçilər tutduğu vəzifəsindən azad edilərək əmək müqavilələrinə xitam verilib. İddiaçı hesab edir ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən hesablama hərəkətləri qanunsuz hesab edilərək, tərtib edilmiş xx.xx.2023-cü il tarixli, **********954600 saylı qərar ləğv edilməli, artıq hesablanmış 6.991,63 manat şəxsi hesab vərəqəsindən silinməlidir.
3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1099/20 24 saylı qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi mübahisələndirilən qərardan 2023-cü ilin noyabr ayında məlumat tutduqlarını və dərhal məhkəmədə iddia qaldırdıqlarını, həmin qərarı MMC-nin elektron kabinetində oxumadıqlarını bildirsə də, məhkəmə araşdırması zamanı cavabdeh orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərar iddiaçı ilə vergi orqanı arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqaviləyə uyğun olaraq xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 15:11-də oxunmuşdur. Göründüyü kimi, iddiaçının s özügedən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır. Yəni, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüş və ötürmədiyini iddia edərək, müddətin bərpasına dair ərizə verməmişdir.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün yeni qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
6. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-410/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərardadı ilə (hakimlər: A.Bayramov /sədrlik edən və məruzəçi/, R.Mamedov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qə rardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməklə işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardan 2023-cü ilin noyabr ayında agah olduğunu bildirsə də, vergi orqanı tərəfindən idarə olunan sistem üzrə məlumatın daha əvvələ təkamül etdiyi vurğulanmışdır. Dəfələrlə ilkin instansiya, eləcə də apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, ekspert tərəfindən qiymət ve rilməsi üçün ekspertiza təyin olunmasını tələb etsək də, müraciətləri cavabsız qalmışdır. Nəticə etibarilə məhkəmədə Konstitusiya ilə qorunan müdafiə hüquqları pozulmuşdur.
10. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır.
11. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməklə işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
12. İnzibati Prosessual Məcəllə: Maddə
91. Müba hisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. A pellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələn dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisə üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən, xx.xx.2024-cü il tarixli qərarının əsaslandırma hissəsində qeyd etmişdir ki, “İş materiallarından görünür ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********954600 nömrəli qərarı elektron poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2023-ci il tarixdə saat 15:11-də həmin sənəd oxunmaqla qəbul edilmişdir. İddiaçı həmin qərarın ləğv edilməsinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründ üyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə ona təqdim edilən qərarı 1 ay 29 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəmədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. İnzibati akt poçt rabitəsi vasitəsilə və ya elektron üsulla göndərilir. Elektron üsulla göndərilmiş sənədin əlavə olaraq poçtla göndərilməsinə zərurət yoxdur. Həmçinin işə əlavə edilmiş elektron sənəd mübadiləsi haqqında xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, iddiaçı sənədlərin elektron mübadiləsi ilə bağlı cavabdeh orqanla 3 illik müqavilə imzalamışdır. Müqavil ənin müddəti xx.xx.2018-ci tarixdə bitsə də, müqavilənin 7.2-ci bəndinin tələbinə əsasən tərəflərdən hər hansı birinin müqavilədən imtina və yaxud müddətin uzadılması ilə bağlı müraciətləri olmadığından müddət müqavilədə nəzərdə tutulmuş müddətə, yəni 5 il müddətinə uzadılır. Bununla da, müəyyən edilir ki, tərəflər arasında elektron sənəd mübadiləsi ilə bağlı münasibətlər cavabdeh orqanın mübahisələndirilən qərarı iddiaçıya elektron üsulla göndərdiyi zaman da davam etmişdir.”
16. Beləliklə apellyasiya məhkəməsinin mövqeyinə görə mübahisə predmeti olan cavabdehin qərarı elektron poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 15:11-də həmin sənəd oxunmaqla qəbul edilmişdir. Yəni, apellyasiya məhkəməsi sözügedən qərarın xx.xx.2023-cü il tarixdə, məhz bu üsulla- elektron vasitə ilə iddiaçıya çatdırılmasını, başqa sözlə rəsmi qaydada verilməsini kifayət hesab etmiş və buna görə də iddiaçı tərəfindən iddia müddətinin verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük iddia müddətinin buraxılması nəticəsinə gəlmişdir.
17. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin həmin mövqeyi yanlışdır.
18. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: elektron sənədin göndərilməm əsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.
19. Lakin iş materiallarında olan və mübahisələndirilən qərar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir.
20. Bununla yanaşı məhkəmə kollegiyası ümumiyyətlə qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddə si ilə tənzimlənir.
21. Belə ki, Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə, Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.
22. Həmin Məcəllənin 49.5-ci maddəsinə müvafiq olaraq, Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.
23. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, hətta mübahisəli qərarın elektron üsulla göndərilməsi əsas kimi götürülsə də, işdə iddiaçının elektron imzasının olması təsdiq olunmur.
24. Həmçinin qeyd edilməlidir ki, işdə iddiaçının şəxsi vərəqəsi də mövcud deyildir.
25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır.
26. Belə ki, sözügedən qərar cavabdeh tərəfindən elektron üsulla göndərilsə də, iddiaçının elektron imzanın mövcud olub-olmaması məsələsi ümumiyyətlə apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, halbuki sözügedən məsələ iş üzrə həlledici xarakter daşıyır.
27. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəm əsinin 11 iyun 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 21(104)-410/2024 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.