Məhkəmə qərarları › İş №2-1(102)-2549/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2549/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2549/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər üzrə gəlir vergisindən azad olma, şərti rentabellik) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər B aş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2-1(104)-432/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 nömrəli qərarı və JN 0085, KOD 61100048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında iddiaçı və onun ailə üzvlərinə Tərtər rayonu, Hüsənli kəndində 4.49 ha torpaq verilmişdir.

2. Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 nömrəli qərarı və JN 0042F, KOD 61100048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında iddiaçı və onun ailə üzvlərinə T ərtər rayonu, Hüsənli kəndində 0,22 ha həyətyanı torpaq sahəsi verilmişdir.

3. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 100 saylı sərəncama əsasən, İddiaçı Tərtər rayonu, Hüsənli kəndi ərazisində kənd təsərrüfatı məqsədi ilə 13.0 ha torpaq sahəsi ayrılmışdır. 4. 06.05.2019-cu il tarixli, A 391609 nömrəli və xx.xx.2022-ci il tarixli, A 905596 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, İddiaçı istifadəsində Tərtər rayonu, Hüsənli kəndi ərazisində yerləşən 10.0 və 12.37 ha torpaq sahəsi vardır.

5. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 59-Q-00142 qeydiyyat nömrəli “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış”dan görünür ki, İddiaçı tumlu və çəyirdəkli meyvələrin becərilməsi üzrə ilkin istehsalçısı kimi qeydiyyatdan keçmişdir.

6. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərarı ilə, iddiaçıya 189.485,70 manat əlavə dəyər vergisi hesablanmışdır.

7. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərarı ilə, iddiaçıya Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən 57.150,74 manat gəlir vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin qərarları qanunsuzdur. Belə ki, onun həmin qərarların qəbul edilməsindən məlumatı olmamışdır. Qəbul edilmiş qərarda vergi borcunun hansı səbəbdən yaranması öz əksini tapmamışdır. Bundan başqa, cavabdeh xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, vergi ödəyicisinin kənd təsərrüfatı məhsulunun istehsalı fəaliyyəti ilə məşğul olduğu göstərilsə də, istehsal həcminə uyğun işçi sayının olmadığı, torpaq sahəsinin qeydiyyata alınmadığı və s. təsdiqedici sənədlər təqdim edilməmişdir. Hansı ki, işə əlavə edilmiş sənədlərdən də g öründüyü kimi torpaq sahəsi iddiaçıya məxsus olmaqla öz həyətində yetişdirdiyi məhsulun satışı ilə məşğul olmuşdur. Öz bağının məhsulunu digər bir şəxsə satdığı üçün isə ona vergi hesablanması qanunsuzdur. Bələ ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 100 saylı Sərəncama əsasən iddiaçıya Tərtər rayonu, Hüsənli kəndi ərazisində kənd təsərrüfatı məqsədi ilə 13.0 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin kadastr planı” sənədi almışdır. Beləliklə, iddiaçı öz həyətyanı torpaq sahəsində becərdiyi məhsulun (nar, xurma) satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cü mlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilmişdir. Buna əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin sözügedən qərarları ilə ona vergi borcu hesablaması qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.

10. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin t əmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdə fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçmiş, fəaliyyət növlərinin "Yem bitkilərinin və onların toxumlarının becərilməsi" və "Digər iribuynuzlu mal-qaranın və camışların yetişdirilməsi" olmuşdur. xx.xx.2020-ci il tarixdə "FERMA" adlı təsərrüfat subyekti vergi orqanında qeydiyyata alınmışdır. Vergi ödəyicisi tərəfindən 32640 manat dəyərində xx.xx.2021-ci il tarixli EBBL seriyalı 799246 nömrəli qaimə xx.xx.2022-ci il tarixdə, 87439,8 manat dəyərində xx.xx.2021-ci il tarixli EBBP seriyalı 63689 nömrəli qaimə isə xx.xx.2022-ci il tarixdə ləğv edildiyindən hazırkı iddia ilə mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********958500 nömrəli və xx.xx.2023-c ü il tarixli **********535600 nömrəli qərarlar ləğv edilərək müvafiq olaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********711700 nömrəli və xx.xx.2023-cü il tarixli **********414600 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçının elektron qaimə məlumatlarına əsasən 2021-ci il ərzində təqdim etdiyi malların dəyəri oktyabr ayında 11000 manat, noyabr ayında 650823.75 manat (ƏDV-siz), dekabr ayında 1052698.31 manat (ƏDV-siz) olmaqla 2021-ci il üzrə cəmi 1714522.06 manat olduğu, xərclərini təsdiq edən sənədlərin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olm adığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 6.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında hesablanır. Beləliklə də, vergi ödəyicisinin 285753.68 manat vergiyə cəlb olunan gəlirindən 20% dərəcə ilə 285753.68*20%=57150.74 manat gəlir vergisinin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********711700 nömrəli qərar qəbul edilmişdir. Bundan başqa, vergi ödəyicisi tərəfindən 2021-ci ilin dekabr ayı üzrə 1126799,83 manat (ƏDV-siz) dəyərində mallar təqdim edilmiş, təqdim edilmiş mallardan 74101,52 manat (ƏDV-siz) dəyərində olan hissəsi ləğv edilmişdir. Odur ki, (1126799,83- 74101,52)*18%=189485,7 manat əlavə də yər vergisinin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********414600 nömrəli qərar qəbul edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, təqdim etdiyi məhsulları öz həyətyanı sahəsində özü yetişdirdiyindən vergi hesablanması qanunsuzdur. Bununla bağlı bildirilmişdir ki, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azad edir. Bu maddədə əsas məqam bilavasitə sözü ilə bağlıdır hansınınki mənası vasitəsiz olaraq, arada heç bir vasitə olmadan mənasına bərabərdir. Hazırkı iş üzrə isə iddiaçının təqdim etdiyi həcmdə kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün müvafiq təsərrüfat subyektinin, işçi qüvvəsinin olmaması səbəbindən həmin məhsulların onun tərəfindən istehsal olunması mümkün deyildir. Bundan əlavə, iddiaçının saxlanc anbarının olmamasına baxmayaraq 2021-ci ilin noyabr ayında 64300 kq qarpız və 970 kq alça satması onu deməyə əsas verir ki, iddiaçı həmin məhsulları özü istehsal etməmiş, alıb satmışdır.

11. Gəncə İnzibati Məhkəməsinın 2 mart 2023-cü il tarixli, 2-1(114)-1501/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********414600 nömrəli və xx.xx.2023-cü il tarixli, **********711700 nömrəli qərarları ləğv edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi həcmdə kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün müvafiq təsərrüfat subyektinin, işçi qüvvəsinin olmaması səbəbindən hər-hansı fəaliyy ətinin mümkünsüzlüyü ehtimalı ilə barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin cavabdeh orqan ehtimallara əsaslanaraq həmin məhsulların iddiaçı tərəfindən istehsal olunmasının mümkün olmaması əsası ilə qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2-1(104)-432/2023 nömrəli qərarı ilə (hakimlər: A.Bayramov - sədrlik edən və məruzəçi, R.Mamedov və A.İsgəndərova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinın 2 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh kənd təsərrüfatı məhsullarının iddiaçının özü tərəfindən istehsalının mümkünsüz olduğunu, işçi qüvvəsindən istifadə olunduğunu bildirsə də, bununla bağlı məhkəmələrə mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin cavabdeh ehtimallara əsaslanaraq həm in məhsulların iddiaçı tərəfindən istehsal olunmasının mümkün olmadığı dəlilini irəli sürsə də, işin bu halı mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilmir. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi arayışlar (bələdiyyə və icra hakimiyyətinin) şikayətin dəlillərini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, arayışlarda göstərilən xüsusatlar heç də yeni bir hal deyildir, iddiaçı tərəfindən məhkəmə icraatları zamanı da təkzib edilməmişdir. Beləliklə hazırki iş üzrə cavabdeh orqan ehtimallara əsaslanaraq iddiaçının təqdim etdiyi kənd təsərrüfatı məhsullarının işçi qüvvəsi olmadan istehsal edilməməsi qənaətinə gələrkən əsaslı sübutlarla təsdiq edilən qərar qəbul etməmiş, qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

16. Həmin n əticəyə gələrkən apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 102.1.11 və 164.1.8-ci maddələrinə “İnzibati icraat haqqında” Qanunun 61.4, 67.1, 67.2, 67.3-cü maddələrinə istinad etmişdir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi həcmdə kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün müvafiq təsərrüfat subyektinin, işçi qüvvəsinin olmaması səbəbindən hər-hansı fəaliyyətinin mümkünsüzlüyü ehtimalı ilə barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbul edil məsinin qanunvericiliyə uyğun olmaması barədə mövqeyi vergi qanunvericiliyinə ziddir. Belə bir mövqeyə istinad edərək qərar qəbul edən məhkəmə iddiaçının təqdim etdiyi kənd təsərrüfatı mallarını həqiqətən özünün istehsal edib-etməməsini aydınlaşdırmaq üçün araşdırma aparmaq vəzifəsi olduğu halda, heç bir araşdırma aparmadan iş üzrə birtərəfli mövqe sərgiləyərək qərar qəbul etmişdir. Çünki, hazırkı iş üzrə təqdim etdiyi kənd təsərrüfatı mallarını iddiaçının özünün istehsal edibetməməsi faktının həlledici əhəmiyyəti var. Qanunvericiliyin tələbinə əsasən, hazırkı iş üzrə düzgün nəticəyə gəlmək üçün aydınlaşdırılmalı olan əsas əhəmiyyət kəsb edən məsələ iddiaçı tərəfindən təqdim edilmiş kənd təsərrüfatı məhsullarının onun özü tərəfindən istehsal edilməsi, yaxud alınıb-satılması məsələsidir k i, bu məsələnin araşdırılması istiqamətində birinci instansiya və apellyasiya məhkəmələri heç bir tədbir görməmişdir. Belə ki, iddiaçının istifadəsində torpaq sahəsinin olması həmin torpaq sahəsində həqiqətən iddiaçının təqdim etdiyi meyvələrin yetişdirildiyi meyvə bağlarının olması, yaxud təqdim etdiyi digər tərəvəz məhsullarının həqiqətən iddiaçı tərəfindən istehsal olunması demək deyildir.

19. Məhkəmənin işin ədalətli həlli üçün etməli olduğu, lakin etmədən iddiaçının mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin olmasına və X1 yalnız nar bağı üçün verdiyi Çıxarışa istinad edilməklə qərarını iddiaçının hazırkı əməliyyatlarının kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər və həmin gəlirin vergidən azad olunan gəlir kimi əsaslandırması məhkəmənin vergi qanunverici liyinin özünün başa düşdüyü tərzdə tətbiqini açıq-aydın ortaya qoymuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı 2021-ci ildə 1379090,0 kq xurma, 1006650,0 kq nar, 10760,0 kq heyva, 970,0 kq alça, 31100,0 kq çuğundur, 156190,0 kq kartof, 64300,0 kq qarpız və 15180,0 kq yerkökü təqdim etmişdir. Ancaq məhkəmənin X1 yalnız nar bağı üçün verdiyi Çıxarışını qərarında göstərməklə nə qədər sahədə və hansı həcmdə məhsul istehsal edilməsi bilinməyən sənədə istinad edərək göstərilən digər məhsulların necə və hansı formada əldə olunmasını sübuta yetirən dəlilləri olmadan iddiaçının tumlu və çəyirdəkli meyvələrin ilkin istehsalı ilə məşğul olduğunun işin mübahisəsiz halı olmasını bildirməsi, həmin halı necə müəyyən etməsi məhkəmənin özünə aydın olmadığı kimi cavabdeh vergi orqanına da həmin hal qaranlıq olaraq qalmaqdadır. Yəni həmin çıxarış vergi ödəyicisinin fəaliyyət istiqamətini göstərir, lakin onun tərəfindən istehsal olunan məhsulun həcmini müəyyən etmir.

20. Həmçinin qeyd edilmişdir ki, “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2018-ci il 303 nömrəli qərarı vergitutma məqsədləri üçün vergi ödəyicisinin uçotunu nəzərdə tutmur. Adıçəkilən qanunvericilik aktı qida və yeyinti məhsullarının qida təhlükəsizliyi baxımından qeydiyyatını tənzimləyir. Vergitutma məqsədləri üçün vergi ödəyicisinin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 32-34-cü maddələri və sahə qanunvericili k aktları tənzimləyir.

21. İddiaçı xx.xx.2010-cu il tarixdə fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçmiş, fəaliyyət növlərinin “Yem bitkilərinin və onların toxumlarının becərilməsi” və “Digər iribuynuzlu mal-qaranın və camışların yetişdirilməsi” olmuşdur. xx.xx.2020-ci il tarixdə “FERMA” adlı təsərrüfat subyekti vergi orqanında qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının təqdim etdiyi kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün müvafiq təsərrüfat subyekti vergi orqanında uçotda olmamışdır və hal-hazırda da belə bir təsərrüfat subyekti uçotda deyil. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Vergi Məcəlləsi: Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədə n vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.... Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannam əsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 54.0.1 və 54.0.2 Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsiri olmadıqda, şəxsin məsuliyyətə cəlb olunması istisna edilir. Maddə 62.1 Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə 62.2 Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı ve rgi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Maddə 67.1 Bu məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: -67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmi ş vergi bəyannamələri -67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; -67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; -67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; -67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; -67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; -67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; -67. 1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; -67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: -67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; -67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; -67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə

102. Gəlir vergisindən azadolmalar və güzəştlər 102.1. Fiziki şəxslərin aşağıdakı gəlir ləri gəlir vergisindən azaddır:... 102.1.11. bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar;... Maddə

106. Azadolmalar və güzəştlər 106.1. Vergidən azaddır:... 106.1.14. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə; 106.1.14-1. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 il müddətinə;...

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habel ə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, iddiaçı barəsində kameral vergi yoxlaması keçirilmiş və onun barəsində Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərarla 189.485,70 manat əlavə dəyər vergisi, xx.xx.2023-cü il tarixli qərarla isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən 57.150,74 mana t gəlir vergisi hesablanmışdır.

32. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğvinə yönəlmişdir.

33. Cavabdeh kassasiya şikayətində təkrarlanan dəlili ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş kənd təsərrüfatı məhsullarının onun özü tərəfindən istehsal edilməsi, yaxud alınıb-satılması istiqamətində məhkəmələr tərəfindən araşdırma aparılmamışdır və bunu onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi həcmdə kənd təsərrüfatı məhsullarını işçi qüvvəsi olmadan istehsal etmək ağlabatan deyil.

34. İPM 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 3

5. Lakin cavabdeh yuxarıda qeyd edilən dəlili təsdiq edəcək konkret faktları və bu faktları təsdiq edən sübutlar təqdim etməmişdir (qaimə-faktura və s.).

36. Cavabdehin digər dəlili ondan ibarət olmuşdur ki, iddiaçının istifadəsində olan 22,37 ha torpaq sahəsinin iddiaçının təqdim etdiyi kənd təsərrüfatı məhsulları ilə heç bir əlaqəsi yoxdur, həmin torpaq sahələrinin bir hissəsinin heyvanların örüş yeri kimi, bir hissəsinə isə yonca və taxıl əkilməklə istifadə olunduğu müəyyən edilmişdir.

37. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan (iş səh. 131-151) iddiaçı ilə digər fiziki şəxslər arasında bağlanılmış bir çox icarə müqavilələrindən görünür ki, iddiaçı Tərtər, Göyçay və Bərdə rayonlarında torpaq sahələri icarəyə götürmüşdür. Bu da iddiaçının istehsal etdiyi kənd təsərrüfatı məhsullarını həmin torpaq sahələrində istehsal etməsinə əsas verir.

38. Bundan əlavə cavabdeh iddiaçının 970,0 kq alçanı, 15180,0 kq yerkökünü və 10760,0 kq heyvanı Göyçay rayon, Bəydövül kənd sakini X2, 31100,0 kq çuğunduru isə Tovuz rayon, Düz Qırıqlı kənd sakini X3 aldığına dair dəlil irəli sürmüş və həmin malların alınmasına dair sənədlər iş materiallarına əlavə edilmişdir.

39. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı yuxarıda qeyd edilən həcmdə kənd təsərrüfatı məhsullarını X3 alması, onun həmin məhsulları başqa fiziki və ya hüquqi şəxslərə satması anlamına gəlmir və məhz həmin məhsulların satılması ilə bağlı cavabdeh tutarlı sübut məhkəməyə təqdim edə bilməmişdir.

40. Həmçinin kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi kənd təsərrü fatı məhsullarını istehsal etmək üçün müvafiq təsərrüfat subyekti vergi orqanında uçotda olmamışdır və hal-hazırda da belə bir təsərrüfat subyekti uçotda deyil.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2010-cu il tarixdə fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçmiş, fəaliyyət növlərinin “Yem bitkilərinin və onların toxumlarının becərilməsi” və “Digər iribuynuzlu mal-qaranın və camışların yetişdirilməsi” olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 59-Q-00142 qeydiyyat nömrəli “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” ilə iddiaçının tumlu və çəyirdəkli meyvələrin becərilməsi üzrə ilkin istehsalçı kimi qeydiyyatdan keçməsi müəyyən olunur.

42. Odur ki, kassasiya şikayətinin bu dəlilləri də əsaslı sayıla bilməz.

43. Məhkəmə kollegiyası onu da vurğulayır ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, kameral yoxlama aparmaq üçün sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad olunmaqla hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarına əsasən hesablamışdır. Apellyasiya məhkəməsi tərəfindən qeyd olunan x üsusata qiymət verilərkən analoji işlər üzrə Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmamışdır.

44. Ödənilməli olan verginin məbləğini vergi orqanlarının əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gəlirinin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tə tbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır.

46. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarları maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının qəbulunun vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.

47. Odur ki, apellyasiya instans iyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 21(104)-432/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar