Məhkəmə qərarları › İş №2-1(102)-255/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-255/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-255/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-812/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əzizbəyov rayon Xalq Deputatları Sovetinin 29 aprel 1988-ci il tarixli, 4 saylı qərarı ilə Binə kənd XDS İK-nın “ Dövlət fondundan Binə qəsəbəsinin cənub –qərb hissəsində fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” 08 yanvar 1988-ci il tarixli qərarı təsdiq edilmiş, eyni zamand a həmin qərarla İddiaçı Binə qəsəbəsində fərdi ev tikmək üçün sahəsi 600.0 kv. metr olan, 33 saylı torpaq sahəsi ayrılmışdır.

2. Həmin torpaq sahəsinin cizgisi və xəritədən çıxarış hazırlanmış və təsdiq edilərək Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 15.07.2013-cü il tarixli, Q-78 saylı məktubu ilə iddiaçıya göndərilmişdir.

3. İddiaçının etibarnamə üzrə nümayəndəsi cavabdehə müraciət edərək xxxx 33 nömrəli sahədə yerləşən 600.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmişdir.

4. Cavabdeh 20 sentyabr 2018-ci il tarixli, **********28 saylı məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 29 aprel 1988-ci il tarixli 4 saylı qərarı ilə vətəndaş İddiaçı adına verilmiş adıçəkilən torpaq sahəsinin birmərtəbəli çoxmənzilli yaşayış binasının ümumi istifadəsində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan 0.06 ha torpaq sahəsinin qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əzizbəyov rayon XDS-nin 29.04.1988ci il tarixli 4 saylı qərarına əsasən, Xəzər rayonunun Binə qəsəbəsində onun adına 600.0 kv.m torpaq sahəsi ayrılmışdır. 18.01.2018-ci il tarixli ********** nömrəli məktubla yuxarıda qeyd olunan torpaq sahəsinə aid plan və ölçülərin tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə əlaqədar olaraq cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, istifadəsində olan torpaq sahəsi birmərtəbəli çoxmənzilli yaşayış binasının ümumi istifadəsində olan torpaq sahəsi olduğundan qeydiyyata alınması mümkün deyildir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2019-cu il ta rixli, 2-1(82)2798/2019 saylı qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilmiş, xxxx 33 nömrəli sahədə yerləşən 600.0 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmiş, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrə Fərmanı ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün müəyyən edilmiş əsasları nəzərə almadan iddiaçının müraciətini təmin etməmişdir.

9. Cavabdeh apelyasiya şikayəti verərək həmi n qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Apelyasiya icraatında iddiaçı tələbinin həcminin azaldılması barədə ərizə verərək, Əzizbəyov rayonu XDS-nin 29.04.1988-ci il tarixli 4 saylı qərarı ilə Xəzər rayonu, Binə qəsəbəsində yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-812/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və A.Ə.Hüseyn) iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə əri zəsi icraata qəbul edilmişdir.

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-812/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2-1(82)-2798/2019 saylı qərarı dəyişdirilmiş, Əzizbəyov rayonu XDS-nin 29.04.1988-ci il tarixli 4 saylı qərarı ilə Xəzər rayonu, Binə qəsəbəsində yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

13. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan qanuni öhdəliyinin icrasını istisna ed ən faktiki şərtləri sübuta yetirə bilmədiyindən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadığından onun mövqeyi əsassızdır.

14. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayon XDS İK-nın 29 aprel 1988-ci il tarixli 4 saylı qərarı ilə iddiaçıya ayrılmış Xəzər rayonu, Binə qəsəbəsi 33 ünvanında yerləşən torpaq sahəsi birmərtəbəli çoxmənzilli yaşayış binasının ümumi istifadəsində olan torpaq sahəsidir. Həmçinin, müvafiq torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.

16. Daha sonra qeyd edilir ki, işin düzgün və ədalətli araşdırılması üçün Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, xxxx Açıq Səhmdar Cəmiyyəti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf k imi cəlb edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

19. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə ü stünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti o rqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudl aşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdik də; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqlar ın əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı: Bənd 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: Bənd

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində sə lahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... Bənd

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan i stifadə hüququna dair dövlət aktı; 24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

25. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə: Bənd

1. Vətəndaşların qanuni istifadəsind ə və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bənd

2. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respubl ikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 28.1 İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhk əmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımd an lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və öz mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir.

30. Kassasiya şikayətində cavabdeh əsas olaraq aşağıdakı məsələləri mübahisələndirir: 1) iddiaçıya ayrılmış torpaq sahəsinin birmərtəbəli çoxmənzilli yaşayış binasının ümumi istifadəsində olan torpaq sahəsi olması; 2) torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi; 3) Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəh əri Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, xxxx Açıq Səhmdar Cəmiyyəti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməli olduğu halda, cəlb edilməməsi.

31. Şikayətin birinci dəlili bağlı qeyd olunmalıdır ki, cavabdeh iddiaçının torpaq sahəsinin birmərtəbəli çoxmənzilli yaşayış binasının ümumi istifadəsində olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, cavabdehin bu dəlili sübuta yetirilmədiyindən əsassızdır.

32. Digər tərəfdən, işdən görünür ki, keçmiş Əzizbəyov rayon XDS İK-nın 29 aprel 1988-ci il tarixli, 4 saylı qərarı ilə Binə kənd XDS İK -nın fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə qərarı təsdiq edilmiş, həmin qərarla iddiaçıya fərdi yaşayış evi tikmək üçün sahəsi 600,0 kv. metr olan torpaq sahəsi ayrılmışdır. Həmin qərar heç bir orqan və ya məhkəmə tərəfindən ləğv edilməmiş, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır.

33. Şikayətin ikinci dəlili ilə (torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi) bağlı məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş Dx-18/0204 saylı, 14 mart 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, torpaq sahəsi 10kV-luq YS “Binə”-TM355 budaqlanma TM363№1 hava elektrik verilişi xəttinin istismarında heç bir çətinlik yaratmadığından torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reye strində qeydiyyata alınmasına etiraz edilmir. (səh 9)

34. Kassasiya şikayətinin digər dəlili Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, xxxx Açıq Səhmdar Cəmiyyətinin əsassız olaraq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməməsi ilə bağlıdır.

35. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə iki formada: ya həmin şəxsin özünün vəsatəti, ya da məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə o şəxsləri üçüncü şəxs qismində cəlb edir ki, qəbul olunacaq qərarla həmin şə xslərin maraqlarına toxunacağı ehtimalı yaranmış olsun.

36. Hazırkı halda isə belə bir ehtimal yaranmadığı üçün aşağı instansiya məhkəmələri həmin orqanları üçüncü şəxs kimi işə cəlb etməmişdir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilir: “Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyy atı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4- daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqd a. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”

38. Apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-812/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar