Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-255/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı şəhər Səbail rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkün sayılmaması, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə keçirilmiş toplantı, hüquqların pozulmasının əsaslandırılmaması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (bundan sonra mətndəiddiaçılar) cavabdeh Bakı şəhər Səbail rayon Polis İdarəsinə (bundan sonra mətndəcavabdeh) qarşı sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.10.2021-ci il tarixli, 2-1(103)-2171/2021 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar 04 fevral 2021-ci il tarixində məişət zorakılığı və qadın qətllərinə diqqət çəkmək məqsədilə, əvvəlcədən Bakı Şəhər İcra Hakimiyyətinə yazılı xəbərdarlıqla müraciət etmədən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerləşdiyi Hökumət Evinin arxasında, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Azadlıq Meydanında toplantı keçirmişlər. Toplantının məqsədi məişət zəminində qadınların öldürü lməsi və digər zorakılıq faktlarına etiraz etmək, diqqəti həmin problemə yönəltmək olmuşdur.
2. Toplantı barədə Bakı Şəhər İcra Hakimiyyətinə yazılı xəbərdarlıq edilməməsinin səbəbi qismində, iddiaçılar həmin dövrdə bir nəfər qadının hissələrə bölünmüş cəsədinin zibil qutusundan tapılması hadisəsi ilə bağlı dərhal ictimai müzakirələrə başlanılmalı olduğunu göstərlmişlər.
3. İddia ərizəsində qeyd edilənlərə görə, toplantı zamanı iştirakçılar iki metrdən çox ara məsafəsi saxlamaqla dayanmış və “X2” yazılı üç plakat açaraq, susmaqla etiraz etmişlər.
4. Toplantı keçirilən əraziyə Bakı şəhər Səbail rayon Polis İdarəsinin 30-a (otuza) yaxın polis əməkdaşının cəlb edildiyini və toplantının saat 18:00-a kimi onlar tərəfindən müşahidə olunduğunu qeyd edərək, iddiaçılar təsadüfi toplantı keçirmək hü quqlarının pozulduğunu, psixoloji zorakılığa məruz qaldıqlarını iddia edirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar 03 mart 2021-ci il tarixində Bakı İnzibati Məhkəməsinə (bundan sonra-mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 2021-ci il 4 fevral tarixli toplantıya qarşı müdaxiləsinin sərbəst toplaşmaq azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ölkədə məişət zəminində qadınların öldürülməsi və digər zorakılıq faktlarına, həmin faktların hüquq mühafizə orqanları tərəfindən lazımınca araşdırılmamasına etiraz etmək, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diqqətini göstərilən problemə yönəltmək məqsədi ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerləşdiyi Hökumət Evinin arxasında, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Azadlıq Meydanında toplantı keçirmişlər. Toplantı zamanı iştirakçılar iki metrdən çox ara məsafəsi saxlamaqla dayanmış və “X2” yazılı üç plakat açaraq, susmaqla etiraz etmişlər. Toplantı təsadüfi xarakter daşıyırdı və onun baş verməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbər vermək mümkün deyildi. Son bir həftə ərzində baş verən məişət zorakılığı ilə bağlı hadisələrə etiraz etmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndərilməsi diqqət tələb edən vacib hadisəni gecikdirə bilərdi. Bu toplantının məqsədi baş verən hadisələrlə bağlı dərhal ictimai müzakirələr başlatmaq idi. Daha sonra həmin bölgəyə cavabdehin otuza yaxın əməkdaşı cəlb olunmuş, onlar psixoloji zorakılıq tətbiq etmək məqsədi ilə toplantı iştirakçılarını saat 18:00-a kimi izləmişdir. Cavabdehin təsadüfi toplantıya müdaxiləsi və saat 18:00-a kimi psixoloji zorakılıq tətbiq etmək məqsədi ilə toplantı iştirakçılarını izləməsi qanunsuzdur.
7. Birinci instansiya məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-4884/2021 nömrəli (hakim Aygün Abdullayeva) qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırıld ığı hallarda mümkün hesab edilir. Buna istinadən belə qənaətə gəlmişdir ki, iddiaçılar iddia ərizəsində inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqların pozulmasını) əsaslandıra bilməmişlər.
9. İddiaçılar apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Aida Hüseyn) 05 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2171/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq toplantının keçirildiyi dövrdə ölkə ərazisində xüsusi karantin rejimi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq məhdudiyyətlərin tətbiq edilməsi barədə qərarın qəbul olunduğuna istinad edilmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, aidiyyəti səlahiyyətli qurum (AR Nazirlər Kabineti) tərəfindən müvafiq qadağaların tətbiq edilməsi barədə qərar qəbul olunduğundan, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onların hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmamışdır.
13. İddiaçılar kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin həmin qərardadının ləğv edilməsini, cavabdehin toplantıya qarşı müdaxiləsin in sərbəst toplaşma azadlığına müdaxilə sayılmasını və bu müdaxilənin qanunsuz hesab edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. İddiaçıların kassasiya şikayəti mahiyyətcə iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətinin məzmununa uyğun tərtib edilmişdir. Kassasiya şikayətində mübahisəyə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 2021-ci il 5 oktyabr tarixli qərardadında məhkəmə tərəfindən iddia ərizəsində qeyd edilmiş heç bir əsaslandırmaya münasibət bildirilmədiyinə istinad olunmuşdur.
15. Kassasiya şikayətində iddianın mümkün sayılmalı olmasının əsası kimi işin faktiki və hüquqi halları adı altında ümumi şəkildə aşağıdakılara istinad olunmuşdur: 1.1. “X2!” şüarlı səssiz və təsadüfi toplantı keçirilib. To plantı cavabdehin işçiləri tərəfindən dağıdılıb, plakat iştirakçıların əlindən alınıb və aksiya iştirakçıları axşam saat 18:00-a kimi izlənilib. 1.2. Cavabdeh sərbəst toplaşma hüququnu qadağan edirsə, məhz həmin hüququ pozur. Bu fikir onunla əsaslandırılmışdır ki, ölkə Konstitusiyası və qanunlarına görə belə total məhdudlaşdırıcı tədbirlər yalnız Konstitusiyada göstərilən qaydada müvəqqəti olaraq istifadə edilmək şərtilə, fövqəladə vəziyyət rejimi tətbiq edildiyi hallarda mümkün ola bilər. Lakin COVİD-19 pandemiyasının təsirlərinin azaldılması barədə Azərbaycanın hakimiyyət orqanlarının qərarları fövqəladə vəziyyət rejimi tətbiq edilmədən, Konstitusiya və qanunlarda müəyyən edilmiş qaydaların tələblərinə uyğun olmayan formada reallaşdırılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası N azirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli Qərarının qəbul edilmə əsaslarına, məhdudiyyət tədbirlərinin tətbiqi ilə bağlı hakimiyyət orqanlarının (Nazirlər Kabineti və Milli Məclis) səlahiyyətlərinə istinad edilmişdir. 1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Konstitusiyasında müəyyən olunan hüquq və azadlıqları məhdudlaşdıran və ya müəyyən müddətə qadağan edən qərarlar qəbul etməsi konstitusion hüquq və hüququn aliliyi müstəvisində siyasi-hüquqi pozuntudur. Buna həm də konstitusiya və beynəlxalq müqavilələrdə təminat altına alınan insan hüquq və azadlıqlarına qanunda göstərilən qaydaya uyğun olmayan müdaxilə kimi baxmaq olar. 1.4. Kassatorlar ölkədə tətbiq edilmiş xüsusi karanti n rejiminin qanuni olmadığını iddia edərək bildirmişlər ki, hətta ölkədə xüsusi karantin rejimi qanuni olsa idi belə, (lakin qanuni deyil) iddiaçılar məhz nəzərdə tutulan xüsusi karantin rejimini pozmadan, yəni Nazirlər Kabinetinin qoyduğu qadağalara (2 metr məsafə, maska taxılması, 10 nəfərdən) riayət edərək toplantı keçirimişlər. 1.5. Bakı Apelyasiya Məhkəməsinin iddianı mümkünsüz hesab etməsi nəticəsində iddiaçıları səmərəli hüquqi müdafiə vasitəsindən məhrum olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi iddianın inzibati iddia olmadığını bildirsə də, aidiyyətı üzrə hansı məhkəməyə müraciət edilməli olduğuna toxunmur. Bunun da səbəbi ondan ibarətdir ki, inzibati məhkəmə bu iddiaya baxmaqdan imtina etdiyi halda, pozulan hüquqla bağlı heç bir başqa qurum bu iddiaya baxmaq səlahiyyətində olmasın. Bu səbəbdən iddianın geri çevrilməsi nəticəsində Avropa İnsan Hüquqları Konvensiyasının 11, 6, 13, 17, 18-cı maddələri pozulmuş hesab olunmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Konstitusiyası Maddə
41. Sağlamlığın qorunması hüququ İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. İİİ. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Maddə
49. Sərbəst toplaşmaq azadlığı İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. İİ. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ict imai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. 18. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə
1. Sərbəst toplaşmaq azadlığı. İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. İİ. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Maddə
5. Toplantının keçirilməsi barədə xəbərdarlıq İ. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. İİ. Yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır: 1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması; 2) toplantının ümumi məqsədi; 3) toplantının keçirilmə yeri və vaxtı; 4) iş tirakçıların təxmini sayı; 5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer); 6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı); 7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix; 8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı. Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər. İİİ. Toplantı təşkilatçılarının hamısı yazılı xəbərdarlığı imzalamalıdırlar. İV. Təsadüfi toplantılar üçün yazılı xəbərdarlığın təqdim edilməsi tələb olunmur. Təsadüfi toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər. Maddə
6. Toplantını n təşkilatçısı İ. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. İİ. 18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan və fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər himayəçilərinin yazılı razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər. Maddə
7. Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər İ. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarının 1 aprel 2021-ci il tarixədək qüvvədə olan 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2021ci il 1 aprel saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci və 1.3-cü bəndləri nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: - (1.1.5-ci yarımbənd) bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması (tamaşaç ıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla). 20. “Polis haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə
3. Polisin təyinatı və əsas vəzifələri İ. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; 3) şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq; 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati or qanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
22. Azərbaycan Respublikasının İnzib ati Prosessual Məcəlləsi (İPM) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının tə qdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən h əddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət ed ilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, kassasiya mümkün hesab edilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bu mənada hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. İPM-in 35.1-ci maddəsinin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istəni lən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
27. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən iddiaçının hüquqi müdafiə marağının mövcud olması, mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır.
28. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqı nda” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
29. Hazırkı qərarın 23-cü bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
30. Qeyd olunmalıdır ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməs i arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə pozduğunu sübut etməlidir. Kassasiya şikayətinin toplantının “təsadüfi” olması barədə dəlilləri ilə bağlı
32. İş materiallarından müəyyən olunur ki, iddiaçılar əvvəlcədən səlahiyyətli dövlət orqanına yazılı xəbərdarlıqla müraciət etmədən 04 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Hökumət Evinin arxasında, Azadlıq Meydanında toplantı keçirmişlər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 3-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən “toplantı” anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. İddia ərizəsində toplantının təsadüfi olduğu qeyd edilsə də, toplantının məhz təsadüfi xarakterli olmasını təsdiq edən sübut iddia ərizəsinə əlavə edilməmişdir.
33. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, k eçirilmiş toplantının təsadüfi olması ilə bağlı iddiaçıların mülahizələri əvvəlcədən yazılı xəbərdarlıqla bağlı “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsinin tələblərindən yan qaçmaq, buna haqq qazandırmaq cəhdi kimi qiymətləndirilməlidir. Belə ki, həmin maddədə təsadüfi toplantılar üçün yazılı xəbərdarlığın təqdim edilməsi ilə bağlı tələb nəzərdə tutulmamışdır. Lakin konkret mübahisəyə münasibətdə tədbir iştirakçılarının eyni vaxtda eyni məkanda toplaşması, ümumi tələbləri və çağırışları, eləcə də ümumi niyyəti ifadə edən assosiativ identik əyani təşviqat vasitələrindən istifadə etməsi toplantı iştirakçılarının kifayət qədər aşkar şəkildə vahid məqsəd ətrafında birləşdiyinə, qeyd olunan tədbirin əvvəlcədən planlaşdırıldığına və təşkil edildiyinə dəlalət edir. İddia ərizəsi nin işin halları hissəsinin ilk bəndində iddiaçıların özlərinin də qeyd etdikləri kimi “...Toplantı zamanı hər bir iştirakçı aralarında 2 metrdən çox məsafə saxlamaqla dayanıb və “X2” yazılı üç plakat açaraq, susaraq etiraz edib...”. Beləliklə, toplantı təsadüfi olmadığı üçün, iddiaçılar “təsadüfi” toplantı hüququnun pozulduğunu iddia etməkdə haqlı sayıla bilməzlər. Toplantının qanuni olub-olmaması barədə dəlillərlə bağlı
34. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qa nunun 5-ci maddəsi toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi tələbini və qaydasını nəzərdə tutur. Həmin qaydaya əsasən, Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir.
35. Hazırkı mübahisəyə münasibətdə bununla bağlı nəzərə almaq lazımdır ki, qanunvericilikdə toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərda rlıq edilməsi institutunun nəzərdə tutulması legitim məqsədlərə bağlıdır. Xəbərdarlıq, nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən, bir tərəfdən ictimai maraqların, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədlərinə, digər tərəfdən isə, həm də toplantı iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının kənar müdaxilələrdən qorunmasının təmin olunması məqsədlərinə xidmət edir. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 23-ci maddəsinə görə toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin etməyə və qanunauyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməyə borclud ur. Bununla belə, nəzərə almaq lazımdır ki, dövlət eyni zamanda və həm də ictimai qaydanı qorumağa, ictimai təhlükəsizliyi təmin etməyə, əhalinin həyat və sağlamlığının müdafiəsi üçün tədbirlər görməyə də borcludur. Həmin vəzifə fövqəladə vəziyyətlərdə, o cümlədən bəlli pandemiya şəraitində ictimai sağlamlığın qorunması məqsədləri üçün dövlət tərəfindən müvafiq və geniş əhatəli məhdudlaşdırma tədbirlərinin tətbiqini də zəruri edə bilər. Tətbiq edilən həmin məhdudlaşdırma tədbirləri “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin təsir dairəsinə düşür. Belə ki, həmin maddəyə görə, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayəti n qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarının qanunsuz olub-olmaması barədə dəlillərlə bağlı
36. Hazırkı qərarın 19-cu bəndində istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli Qərarının 1 aprel 2021-ci il tarixədək qüvvədə olmuş 1.1-ci bəndi və 1.1.5-ci yarımbəndi ilə Covid-19 pandemiyası ilə əlaqədar müəyyən məhdudiyyətlər nəzərdə tutulmuşdur. Həmin məhdudiyyətlər tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının keçirilməsi istisna olmaqla, bütün kütlə vi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılmasını əhatə edir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 3-cü maddəsi anlamında bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşmasını nəzərdə tutan toplantılara münasibətdə də həmin məhdudlaşdırma tədbirləri şamil olunur.
37. Nəzərə almaq lazımdır ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərar Nazirlər Kabineti tərəfindən “Sanitar-epidemioloji salamatlıq haqqında” Qanunla nəzərdə tutulmuş institusional səlahiyyətləndirməyə əsasən qəbul edilmiş və həmin qərarla müəyyən edilmiş məhdudlaşdırma əhalinin sağlamlığının qorunması məqsədi ilə Covid-19 pandemiyasının yayılmasının və kütləviləşməsinin qarşısının alı nması və bununla bağlı sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması zərurəti ilə əlaqədar olmuşdur. Bu baxımdan “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli Qərarının 1 aprel 2021-ci il tarixədək qüvvədə olmuş 1.1-ci bəndi və 1.1.5-ci yarımbəndində Covid-19 pandemiyası ilə əlaqədar nəzərdə tutulmuş məhdudiyyətlər ictimai sağlamlığın qorunması kimi legitim məqsədə nail olmaq üçün mütənasib sayılmalıdır. Başqa sözlə, həmin məhdudiyyətlərin tətbiqi vasitəsilə qorunan dəyərlər (ölkə əhalisinin sağlamlığının və ya ictimai sağlamlığın qorunması) müdaxilə olunan dəyərlərlə (fərdi və ya qrup maraqları) müqayisədə daha üstün çəkiyə malikdir.
38. Həmçinin qeyd olunmalıdır ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, toplantın ın keçirilməsi ilə iddiaçıların nail olmağı arzuladığı məqsəd, həmin toplantının ictimai sağlamlığın qorunmasına yönəlmiş pandemiyaya qarşı mübarizə tədbirlərini pozmaqla keçirilməsini zəruri edən dərəcədə təcililik keyfiyyətinə malik deyildir və iddiaçıların səlahiyyətli orqana xəbərdarlıq etmədən toplantı keçirməsinə haqq qazandıra bilməz. Bundan başqa, həmçinin nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin qeyd olunan Qərarı qüvvədə olduğu dövrdə qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş və etibarlı olmuşdur. Etibarlı normativ hüquqi aktlar ümumi məcburi qüvvəyə malikdir və həmin aktların tələblərinə riayət olunmalıdır. Toplantı zamanı polis əməkdaşlarının iddia edilən hərəkətləri barədə dəlillərlə bağlı
39. Kassasiya şikayətinin dəlillərinə görə, toplantı polis əməkdaşları tərəfindən dağıdılmış, plakatlar onların əllərindən alınmış, toplantı iştirakçıları polis tərəfindən saat 18:00 kimi izlənilmiş və bununla da onlara psixoloji zorakılıq edilmişdir
40. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, toplantının cavabdeh tərəfindən dağıdıldığını, plakatların onların əllərindən alındığını iddia edən iddiaçılar, son nəticədə toplantı iştirakçılarının saat 18:00 kimi polis tərəfindən izlənilməsi yolu ilə onlara qarşı psixoloji zorakılıq edildiyini vurğulamışdır. Yəni iddiaçılar fiziki zorakılıq deyil, yalnız psixoloji zorakılıq olduğunu iddia edirlər. Nəticə etibarı ilə, iddiaçı tərəfin özünün məhz bu iddiası məzmun baxımından cavabdehin əməkdaşları tərəfindən plakatların alınması, toplantının dağıdılması barədə onun kassasiya şikayətinin dəlillə rini təkzib edir.
41. Mübahisəyə dair iş üzrə materialların araşdırılması zamanı, iddiaçılara qarşı zorakılığın (fiziki və ya psixoloji) ifadə olunduğu obyektiv göstəricilər barədə hər hansı sübut aşkar edilməmişdir. İddiaçılar tərəfindən də məhkəməyə bunu təsdiq edən hər hansı sübut təqdim olunmamışdır.
42. Nəzərə almaq lazımdır ki, “zorakılıq” anlayışı qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir və qiymətləndirmə tələb edir. Zorakılıq zərər yetirmə, yaralama, məhrumiyyət və ya ölümlə nəticələnə bilən qüvvə təhdidi və istifadəsi kimi başa düşülür. Fiziki, şifahi və ya psixoloji formada ola bilər. X1 (ÜST) tərəfindən zorakılığa "ölüm, psixoloji ziyan və ya məhrum etmə ilə nəticələnən və ya nəticələnmə ehtimalı yüksək olan, özünə, başqa bir şəxsə və ya bir qrupa və ya cəmiyyətə qarşı təh did və ya faktiki olaraq fiziki qüvvənin və ya gücün qəsdən istifadəsi" kimi tərif verilir (Zorakılıq və sağlamlıq üzrə dünya hesabatı, ÜST 2002, Cenevrə səhifə 5). Hüquq doktrinasında psixoloji zorakılığın ümumi qəbul olunmuş anlayışı və açıqlaması verilmir. Bununla belə, psixoloji zorakılıq dedikdə, ünvanlandığı şəxsə münasibətdə real və ya potensial olaraq təhdid, qorxutma, alçaltma məqsədi güdən davranış və ya ifadələr başa düşülür. Başqa sözlə, psixoloji zorakılıq müəyyən aktiv hərəkətlərlə və ya ifadələrlə müşayiət olunmalıdır. İş üzrə materiallardan polisin iddiaçılara qarşı həmin şəkildə davrandığı müəyyən olunmur. Hətta cavabdehin əməkdaşlarının hər hansı hərəkətlərinin olduğunu təsəvvür etsək belə, həmin hərəkətlərin yuxarıda qeyd olunan anlamda psixoloji təzyiq həddinə çatdığı i ş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə razılaşdırılmamış toplantı ərazisinə polis əməkdaşlarının cəlb olunmasının və toplantının başa çatdığı saat 18:00-a kimi onu izləməsinin iddiaçı tərəfindən konkret obyektiv göstəricilərə istinad etmədən psixoloji zorakılıq kimi qiymətləndirilməsi əsaslı sayıla bilməz. İddiaçının qiymətləndirməsi onun subyektiv qavramasına əsaslanır. Beləliklə, cavabdehin hərəkətlərinin iddiaçılar tərəfindən psixoloji zorakılıq kimi qiymətləndirilməsinə rəğmən, yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəblərdən qanunsuz müdaxilə və ya psixoloji təzyiq sayıla bilməz. Bu Qərarın 35-ci bəndində qeyd olunduğu kimi, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, insanların həyatının, sağlamlığının, əmlakının hüquqa zidd əməllərdən qorunması və bununla bağlı müvafiq qanuni tədbirlərin həyata keçirilməsi polisin məsuliyyət sferasına aiddir. Bu eyni zamanda və həm də toplantı iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, onların həyat və sağlamlığının qorunmasına yönəlmiş tədbir kimi qiymətləndirilməlidir.
43. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2171/2021 nömrəli, 2021-ci il 05 oktyabr tarixli qərar