Məhkəmə qərarları › İş №2-1(102)-255/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-255/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-255/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iş illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-237/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus diploma, eləcə də hərbi biletə əsasən o, xx.xx.1971-ci ildən xx.xx.1975-ci ilədək Bakı Politexnikumunun gündüz şöbəsində texnik-mexanik ixtisası üzrə orta ixtisas təhsil almış, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh 31 avqust 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş əmək kitabçasına, təhsil haqqında diploma və hərbi biletə əsasən İddiaçı sığorta stajı (xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 22 il 3 ay təşkil edir. Bundan əlavə xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı işlədiyi “X8 Vahid”nin əmr kitabları və əmək haqqı cədvəlləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilməmişdir. Odur ki, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajı qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Bakı Politexnik texnikumunda təhsil aldığı, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu illərin, xx.xx.1977-c i il tarixdən xx.xx.1994-cü il tarixədək Tərtər Elektromexanika zavodunda və xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək X8 Vahidində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1977-ci ildən başlamışdır. Belə ki, xx.xx.1977-ci ildən xx.xx.1994-cü ilədək Tərtər Elektromexanika zavodunda fəhlə, çilingər, mexanik və rəis, xx.xx.1994-cü ildən xx.xx.2002-ci ilədək X8 Vahidində mexanik işləmişdir. xx.xx.1971-ci ildən xx.xx.1975-ci ilədək Bakı Politexnik texnikumunun gündüz şöbəsind ə texnik-mexanik ixtisası üzrə orta ixtisas təhsil almış, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçasında, eləcə də diplomda və hərbi biletdəki müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini cavabdehə göndərərək ona yaşa görə əmək pensiyasının təmin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən imtina edilmişdir.

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək X8 Vahidində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(114)-2904/2022 saylı qərardadı ilə iddia ərizəsinin dəyişdirilməsi qəbul edilmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(114)-2904/2022 saylı qərarı ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2022ci il tarixədək “X8 Vahidi”-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat ı üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, iş materialları ilə iddiaçının ümumi sosial sığorta stajının 29 il 11 ay 3 gün olduğu müəyyən edilir.

12. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-237/2023 nömrəli iş üzrə 08 avqust 2023-ci il tarixli qərarı ilə (hakimlər X7 (məruzəçi), X3 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(114)-2904/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Bundan əlavə kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1,7, 31.2-1-ci maddələrinə, Əmək Məcəlləsinin 87-c i maddəsinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"sinə istinad edilməklə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.

17. Belə ki, İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.1956cı il tarixdə anadan olmuşdur. İddiaçı qanunla müəyyən olunmuş pensiya yaşına xx.xx.2021-ci il tarixdə çatmışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş əmək kitabçasının, diplomun və hərbi biletin surətlərinə əsasən iddiaçının sosial sığorta stajı (xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil aldığı dövr, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət də olduğu dövr, həmçinin əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla) 22 il 3 ay 20 gün təşkil edir.

18. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 3 ay 20 gün sığorta stajına uyğun olaraq 17019,56 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb.

19. Bundan başqa araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının “X8 Vahidi”ndə işləməsi faktı əmək kitabçasında qeyd olunsa da, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Tərtər Rayon Dövlət Ar xivinin xx.xx.2021-ci il tarixli, № 236 nömrəli məktubuna əsasən bu dövrlərin arxiv sənədlərini aşkar etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün (22 il 3 ay 10 gün) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabi liyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddət i;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabça ları nəzərə alınır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmi ş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şika yətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn iş in hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

33. Apelyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2 021-ci ildə (65 yaş) yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.

34. Cavabdeh apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də iddiaçının ümumi iş stajının 22 il 3 ay 20 gün olduğunu qəbul edir. Mübahisəli müddət iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək X8 Vahidində işlədiyi illəri (7 il 7 ay 25 gün) əhatə edir.

35. Kassator qeyd edir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək X8 Vahidində işl ədiyi illər barədə əmr kitabları və əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyi üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir.

36. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq bildirir ki, əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin illərlə bağlı təhvil verilməyən əmr kitabları və əmək haqqı cədvəllərinə görə iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir.

37. Eyni zamanda iş materiallarında olan əmək kitabçası ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək X8 Vahidində işləmişdir.

38. Bunun əksi olaraq, yəni iddiaçının xx.xx.1994-cü il tar ixdən xx.xx.2002-ci il tarixədək X8 Vahidində işdən çıxması və sonradan həmin müəssisəyə qayıtması, həmçinin həmin müddətdə öz hesabına məzuniyyətdə olması barədə inzibati orqan tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən, “Aqroyol” kollektiv müəssisəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 09 nömrəli əmr, üzərində X8 Vahidin möhürü olan ezamiyyə vərəqi və sənədlərin təqdim edilməsinə dair xx.xx.2002-ci il tarixli akt ilə X8 Vahidinin bir müəssisə kimi mövcudluğu təsdiq edilir. (səh 137)

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən və mübahisələndirilən sığorta stajı (xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək X8 Vahidində işlədiyi illər) nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.

40. Odur ki, yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-237/2023 nömrəli, 08 avqust 202 3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar