Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-255/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina, şəxsin hərbi xidmətinin atəşkəs dövründən sonraya aid olması, əlilliyin hərbi xidmət dövründə meydana gəlməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavab dehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-163/2024 nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Ali Hərbi Məktəbində kursant, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici, xx.xx.2004-cü il tarixdən xx.xx.2008ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək isə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur.
2. N saylı hərbi hissə komandirinin xx.xx.2011-ci il tarixli, 158 nömrəli əmrindən ç ıxarışdan müəyyən olunur ki, iddiaçı 1811-ci motoatıcı taborun Qərargah bölüyünün kəşfiyyat tağım komandiri Azərbaycan Respublikası Müdafiə nazirinin 0185 saylı, xx.xx.2011-ci il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi uçotdan çıxarıldıqda) əsasən həqiqi hərbi xidmətdən istefaya buraxıldığı üçün xx.xx.2011-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Goranboy HK-na göndərilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi xahiş etmişdir.
4. İddiaçının xidmətinin atəşkəs dövründən sonra və əlilliyinin hərbi xidmət zamanı olduğu, lakin döy üş əməliyyatları ilə bağlı olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdindəki Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üzrə Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsini verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdindəki Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üzrə Komissiyasına qarşı müharibə vet eranı adı və vəsiqəsinin verilməsi tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdindəki Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üzrə Komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-2011-ci illər ərzində Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsində zabit kimi taborun kəşfiyyat rəisi və kəşfiyyat tağımının komandiri kimi xidmət etmişdir. Xidmət vaxtı müxtəlif əməliyyatlarda iştirak etmiş və aldığı mənəvi-psixoloji travmaya görə 2-ci qrup əlil kimi ordu sıralarından ehtiyata buraxılmışdır. Məhz bu səbəblərdən də müharibə veteranı vəsiqəsi almaq üçün cavabdeh orqana müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazları:
8. Cavabdeh məhkəməyə iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, 3-25-11/2948/2023 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, araşdırma nəticəsində iddiaçının döyüş əməliyyatları ilə əlaqədar xəsarət(travma, kontuziya) alması faktı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1096/2023 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə fak tı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, hazırkı iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissədə xidmət etməsini, həmçinin düçar olduğu xəstəliyə döyüş əməliyyatları nəticəsində xəstələndiyini təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
11. Cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun xidməti Atəşkəs dövründən sonra və əlilliyi hərbi xidmət dövründə olduğu, lakin döyüş əməliyyatları ilə bağlı olmadığı olmuşdur. 12. “Hərbi Həkim Komissiyası”nın xx.xx.2011-ci il tarixli 723 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən müəyyən olunu r ki, iddiaçıya şizofreniya, paranoid forma, natamam remissiya mərhələsində xəstəliyi diaqnozu qoyulmuşdur və qeyd edilmişdir ki, iddiaçı bu xəstəliyə hərbi xidmət dövründə düçar olmuşdur. Odur ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-163/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1096/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə r azılaşmışdır.
16. İddiaçı Gəncə Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək qərardan kassasiya şikayətinin verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-163/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı dövlət hesabına vəkillə təmin edilmişdir.
18. Bundan sonra iddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
19. İPM-nin 12.1-ci maddəsinin tələbinə görə məhkəmə proses iştirakçılarının izahatları, (qarşı tərəfi n heç birindən izahat alınmayıb sadəcə) ərizə və təklifləri, onların təqdim etdikləri sübutlara və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin mübahisəsiz halı bundan ibarətdir ki, iddiaçı xidmət dövründə ön cəbhə xəttində döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətlə əlaqədar əlil olmuş və 2-ci qrup əlil kimi Ordu sıralarından ön cəbhə xəttindən təxris olunaraq ehtiyata buraxılmışdır. Hal hazırda 2-ci qrup əlildir. Məhkəmə iclasının sədri və katib birdə köməkçisi işin bu halına ümumiyyətlə qiymət verməmişdir və ya unutmuşdur.
20. Birinci instansiya məhkəməsi sübutları araşdırmayıb.
21. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
22. N saylı hərbi hissə və Müdafiə nazirliyi indiyə qədər məhkəmənin və iddiaçının sorğularına düzgün-dürüst cavab verə bilməyib, məsuliyyətdən qaçıb, vəzifə borcunu üzərindən ataraq hakimin son sorğusuna da cavab verməyib, məhkəmədə iştirak etməyib, təmsil olunmayıb hüquqi nümayəndə ilə məhkəmə iclaslarında. Hakim bir dəfə də olsun iddiaçının müharibə ilə əlaqədar əlil olması faktını Qərardadında hallandırmayıb və bu fakta istinad etməyib.
23. Nə birinci instansiya məhkəməsi nə də, apellyasiya instansiya məhk əməsi iddiaya və şikayətə mahiyyəti üzrə yəni aydınlıq gətirici dəlil və sübutlara əsaslanaraq tam məhkəmə ekspertizasında baxmamışdır. İşin çalarları mahiyyəti budur ki, iddiaçı müharibə dövründə sülh yox ikən, döyüş zonasında döyüş mövqeyində xidmət edib şahidləri də komandanlıqdan tutmuş əsgərlərə, pozisiyaya gələn yoxlamalara qədər hamının adını familiyasını yazıb ərizə və vəsatətlərində, bilinir ki, cəbhə xəttində səngərdə döyüş tapşırığını icra edib və əməliyyatlarda da şəxsən özü də əmr verib tapşırıqda alıb icra edib. Baldır nahiyyətində yara izi də var, travmaları da var, psixi travmadan xəstəlik də tapıb Xocavənd köhnə Martuni Xorozdərə taktiki əməliyyat zonasında xəritələrində də adı var. Bunu qəsdən hakim və cavabdeh saxtalaşdırmaq üçün qətnamə çıxardıb. Bu da vahid məhkəmə təc rübəsinin vahidliyinə ziddir. kassasiya şikayətinə etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Veteranlar haqqında” Qanunun: - 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası v ə şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyya tları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərba ycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmə lərinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət M ühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
27. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsi ndə şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunm uş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 9 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir.
34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Ali Hərbi Məktəbində kursant, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici, xx.xx.2004-cü il tarixdən xx.xx.2008ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək isə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur.
35. İddiaçı 1811-ci motoatıcı taborun Qərargah bölüyünün kəşfiyyat tağım komandiri Azərbaycan Respublikası Müdafiə nazirinin 0185 saylı, xx.xx.2011-ci il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi uçotdan çıxarıldıqda) əsasən həqiqi hərbi xidmətdə n istefaya buraxıldığı üçün xx.xx.2011-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Goranboy HK-na göndərilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçının xidməti atəşkəs dövründən (xx.xx.1994-cü il tarixdən) sonra lakin döyüş əməliyyatları ilə bağlı olmadığı dəlili “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun araşdırılıb hüquqi qiymətini tapmalıdır.
37. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdi q edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
38. Məhkəmə kollegiyası qe yd edir ki, 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması şərtdir.
39. Hazırkı işdə iddiaçının döyüş şəraitində olan hərbi hissədə xidmət keçmə faktı mövcud olsa da, iş materiallarında iddiaçının döyüş əməliyyatlarında bilavasitə iştirak etməsini, həmçinin yaralanmasını və ya düçar olduğu xəstəliyə döyüş əməliyyatları nəticəsində xəstələndiyini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil. 40. “Hərbi Həkim Komissiyası”nın xx.xx.2011-ci il tarixli 723 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən müəyyən olunur ki, iddiaçıya şizofreniya, paranoid forma, natamam remissiya mərhələsində xəstəliyi diaqnozu qoyulmuşdur və qeyd edilmişdir ki, iddiaçı bu xəstəliyə hərbi xidmət dövründə düçar olmuşdur.
41. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-12992 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçının sənədlərinə müvafiq komissiyada baxılmış, xidməti atəşkəs dövründən (xx.xx.1994-cü il tarixdən) sonra və əlilliyi hərbi xidmət dövründə olduğu, lakin döyüş əməliyyatları ilə bağlı olmadığı üçün barəsində müsbət qərar qəbul olunmamışdır.
42. Beləliklə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Gəncə Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-163/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.