Məhkəmə qərarları › İş №2-1(102)-2553/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2553/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2553/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; pensiya kapitalı; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1961-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyina t üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 2021-ci il 15 fevral tarixində 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1824/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının işlədiyi xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək “Azərbaycan X1” QSC-nin Gəmi Təmiri Emal atxanasında gövdə təmiri və elektrik qaynaq sahəsində usta, böyük sahə ustası vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda Metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) mütəxəssislər yarımbəndində (b) qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) vəzifələrinə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçının xx.xx.2021-ci tarixdə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. O, xx.xx.1981-ci ildən 1985-ci il tarixədək Azərbaycan X1ndə tərsanədə gəmi gövdəsinin seksiyalarının yığılması, nizamlanması və quraşdırılması (4 il 1 ay 19 gün), Cənub rayon X2 idarəsinin Gəmi Təmiri Emalatxanasına anbardar, xx.xx.2003-xx.xx.2014-cü il tarixinədək Gəmi Təmiri Emalatxanasına böyük sahə usta (gövdə təmiri və elektrik qaynaqçısı) qazanxana işləri (8 il 10 ay 20 gün), xx.xx.2014xx.xx.2014-cü il tarixədək Gəmi Təmiri Zavodunda gövdə təmirçisi (6 ay 1 gün) vəzifələrində işləmişdir.

5. Azərbaycan Respublikası “X1" QSC-nin “Bibiheybət Gəmi Təmiri Zavodunun" xx.xx.2021-ci il tarixli, “X1" QSC-nin Xəzər X2nın xx.xx.2022-ci il tarixli, "X1" QSC-nin Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun xx.xx.2022-ci il tarixli arayışından göründüyü kimi işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 11-ci bölmə 11.6a bəndinə əsasən təmirçi gəmi gövdəçiləri, Azərbay can Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 №-li əlavəsi ilə təsdiq edilmiş Siyahısının Metal emalı 14-cü bəndinin 14.3 b yarımbəndi kod 2150300b-23187 gövdə təmiri elektrik qaynaqçısı güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı:

6. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, ca vabdeh güzəştli şərtlərlə pensiya təyinatından imtina etmiş, və imtina haqqında məktubla bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərə əsasən Xəzər X2nın xx.xx.2022-ci il tarixli EN 01/02-167 nömrəli arayışında iddiaçının xx.xx.2003xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Gəmi Təmiri Emalatxanasında gövdə təmiri və elektrik qaynaq sahəsində usta və böyük usta, xx.xx.2014-cü il tarixindən bu günədək Qaradağ Texniki Xidmət və Təmir Bazasında mühəndis və mühəndis-texnoloq vəzifələrində işlədiyi qeyd olunmuşdur. 7.Göründüyü kimi işlədiyi usta, böyük usta, mühəndis və mühəndis-texnoloq vəzifələri Siyahıda və arayışda adıçəkilən müəssisə tərəfindən istinad olunan qazanxana işləri ilə məşğul olan ustalar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan a z (4 il 7 ay 19 gün (xx.xx.1981- xx.xx.1985-ci il, xx.xx.2014-xx.xx.2014-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəblərdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

8. İddiaçı xx.xx.1977-ci il tarixdən hal-hazırkı tarixədək müxtəlif idarələrdə, müxtəlif vəzifələrdə işləmişdir və hal hazırda da işləyir. İddiaçının “Azərbaycan X1” QSC-də 20032014-cü illər arasında işlədiyi dövrlərlə bağlı təqdim etdiyi arayışda Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının istinad olunan yarımbəndində (11.6) nəzərdə tutulan vəzifələr ilə iddiaçının işlədiyi vəzifələr üst-üstə düşmür. Bu səbəbdən iddiaçının güzəştli stajı 12 il 6 aydan az (4 il 7 ay 19 gün (xx.x x.1981-xx.xx.1985-ci il, xx.xx.2014-xx.xx.2014-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilənlərə əsasən iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10064/2022 saylı qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixindən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının imtinası əsassızdır. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə onun ümumi əmək stajı hərbi xidmətdə olduğu dövr və ali təhsili aldığı dövr də nəzərə alınmaqla 25 ildən, xx.xx.1981-xx.xx.1985-ci il, xx.xx.2003-xx.xx.2012-ci il, xx.xx.2014-xx.xx.2014-cu il tarixlərdə zərərli peşələrdə iş stajı isə qanunver iciliklə tələb olunan 12 il 6 ay müddətindən çoxdur.

11. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - gəmi gövdə yığıcısı, böyük sahə ustası (gövdə təmiri, elektrik qaynaqçısı), böyük usta, gövdə qaynaq sexində gəmi gövdə təmirçisi vəzifəsində 12 il 6 aydan çox müddətdə işləməsi əmək kitabçası və arayışlar ilə təsdiqlənir.

12. İşin həqiqi hallarına əsasən, iddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2022-ci ildə müraciət etmişdir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1824/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10064/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağ lı hər hansı araşdırma aparılmamış, yalnız iddiaçının qanunvericiliklə tələb olunan yaş həddinə çatması və güzəştli iş stajının olması qənaətinə gələrək, əsassız olaraq iddia tələbi təmin edilmişdir. Halbuki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır. Qeyd edilən tarixdə isə qüvvədə olan qanunvericilik normasının məzmunundan da aydın olduğu kimi iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olması ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün vacib şərtlərdən biridir. Lakin birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilənlərə diqqət yetirilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada): 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğind ən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 20.“Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada): “Maddə 9.Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həd di 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (s übutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütö vlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır.

25. İddiaçının xx.xx.2021-ci il tarixə 25 ildən artıq ümumi iş stajına malik olduğu mübahisəsizdir.

26. Cavabdeh, həmçinin iddiaçının xx.xx.1981-xx.xx.1985-ci il və xx.xx.2014xx.xx.2014-cu il tarixləri arasındakı 4 il 7 ay 19 gün güzəştli stajının mövcudluğunu təsdiq edir. Lakin iddiaçının xx.xx.2003-xx.xx.2012-ci il tarixləri aralığında çalışdığı vəzifələrdəki iş müddətini güzəştli iş staj kimi qəbul etmir.

27. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının xx.xx.2003-xx.xx.2012-ci il tarixləri aralığın da güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə - gəmi gövdə yığıcısı, böyük sahə ustası (gövdə təmiri, elektrik qaynaqçısı), böyük usta, gövdə qaynaq sexində gəmi gövdə təmirçisi, vəzifəsində 12 il 6 aydan çox müddətdə işləməsi əmək kitabçası və arayışlar ilə təsdiqlənir.

28. Bununla yanaşı, qeyd olunanlar iddia olunan məzmunda tələbin təmin olunmasına özü-özlüyündə əsas vermir.

29. Cavabdeh haqlı olaraq qeyd edir ki, iddiaçının 60 yaşının xx.xx.2021-ci il tarixdə tamam olduğu nəzərə alındıqda, apellyasiya instansiyası məhkəməsi mübahisəni “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun həll uyğun həll etməli idi. Belə ki, normanın xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəs ənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə... çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

30. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının qanunla tələb olunan yaş həddini, ümumi və güzəştli iş stajlarını nəzərə alsa da, fərdi hesabın sığorta hissəsində xx.xx.2021-ci il tarixə qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtlə bağlı hər hansı araşdırma apardığına dair məlumat işdə yoxdur. Belə bir məlumat apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərilməyib. Halbuki, işin bu halı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Həm də nəzərə alınmalıdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2021-ci il tarixə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduqda, o, əmək fəaliyyətini davam etdirdiyindən, bununla da pensiya kapitalının zəruri həddə toplanması və ya yeni qanunla həmin şərtin ümumiyyətlə aradan qalxması halları nəzərə alınmaqla, iddiaçının ərizəsinə əsasən, ona güzəştli şərtilərlə yaşa görə əmək pensiya sı həmin halların baş verdiyi vaxtdan təyin oluna bilər.

31. Məhkəmə kollegiyası işin hallarının araşdırılması prinsipinin tələbləri baxımından qeyd edir ki, məhkəmə tərəflərin iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

32. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin dispozis iya şərtlərinin hər birinin, hazırkı halda, həm də iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2021-ci il tarixə qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinin təmin olunduğunu, - cavabdehin bunu bildirməsindən asılı olmayaraq, - yoxlamalı idi. Belə ki, cavabdeh normada nəzərdə tutulan öncəki şərtin (hazırkı halda, güzəştli iş stajının) olmaması faktından çıxış edərək, artıq digər - növbəti şərtə münasibət bildirməyi zəruri hesab etməyə bilərdi. Bu isə, həmin şərtin mübahisəsiz olduğu qənaətinə gəlməyə özü-özlüyündə əsas vermir.

33. Beləliklə, İPM-nin 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.

34. Apellyasiya instansiyası məhkəməsinin qərar ı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. 36.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1824/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar