Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2553/2024 22.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı( üçüncü şəxslər: X9, X5) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(103)-2039/2024 saylı qərarından üçüncü şəx s X9 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsində 0.1164 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 228.27 kv.m olan ev 85 İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışa əsasən, xx.xx.1996-cı il təvəllüdlü X9, iddiaçı X5 Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadırlar.
3. Daşınm az Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********81 nömrəli məktubunda bildirilmişdir ki, X1 ünvanda istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-974/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-359/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” ilk iddiası və cavabdeh, qarşılıqlı id dia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddiası rədd edilmişdir.
5. Cavabdehin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 13-45/2-A18269/11/23 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq sözügedən məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyi tövsiyə etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiy yətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanından X9 və X2 qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 2 ünvanda 0,1164 ha torpaq sahəsində istifadədə olan, 228,27 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriyalı RX № ******* saylı, 22 avqust 2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət kimi tam pay iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 195 nömrəli reyestr kitabının 17960 nömrəli vərəqində ********** qeydiyy at nömrəsi ilə qeydə alınmışdır. X9 17 yanvar 2013-cü il tarixdən iddiaçıya məxsus həmin fərdi yaşayış evində qeydiyyatdadır. X9 həmin evdə pasport qeydiyyatında olsa da bir gün də olsun həmin evdə yaşamadığı bildirilmişdir. X6 həmin mənzildə yaşamasa da formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırmaqla, mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneədir. Bununla bağlı olaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət edərək, X6 mübahisələndirilən mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etsə də İdarədən verilmiş cavab məktubunda məhkəmə orqanlarına müraciət etməsi “tövsiyə” edilmişdir. Halbuki işin halları ilə X6 mübahisələndirilən mənzilə istifadə hüququ müəyyən edilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2765/2024 nömrəli, xx.xx. 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və X9 və X2 Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs mübahisəli ünvana hər hansı əmlak, istifadə hüququnun olmadığına dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Qeydiyyatdan çıxarılma ilə bağlı mübahisənin həllinə dair digər hal faktiki yaşama ilə bağlı məsələyə gəlincə də işin mübahisəsiz halıdır ki, üçüncü şəxslər mübahisəli ünvanda yaşamırlar. Üçüncü şəxs X1 fərdi yaşayış evinə istifadə hüququnun mövcud olmaması barədə məsələ öz həllini tapdığından, qanunla himayəsində olan, valideynin yaşadığı yer həm də yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri hesab olunduğundan hazırkı halda məhkəmə üçüncü şəxsin yetkinlik yaşına çatmayan ailə üzvü olan X2 da həmin ünvandan qeydiyyatdan çıxarılmasını əsaslı hesab etdiyini bildirmişdir.
10. Üçüncü şəxs X9 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2039/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Üçüncü şəxs X9 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tə min edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə, İ instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 İİİ şəxs qismində işə cəlb etmişdir. Halbuki Miroslava xx.xx.2020-ci ildə doğulub, yetkinlik yaşına çatmayıb. Məhkəmə prosessual fəaliyyət qabiliyyəti olmadığı halda azyaşlını inzibati məhkəmə icraatına cəlb edib. Halbuki AR İPM-in 26.1.1-ci maddəsinə görə mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna malikdirlər (prosessual hüquq qabiliyyəti). AR MM-in MM-in 28.2-ci maddəsinə görə fiziki şəxsin fəaliyyət qabiliyyəti, o, yetkinli k yaşına, yəni 18 yaşına çatdıqda tam həcmdə əmələ gəlir.
15. Məhkəmənin qərarı azyaşlı uşağın maraqlarına toxunsa da, məhkəmə onun valideynlərindən hansının himayəsində olmasını müəyyən edərək həmin valideyni qanuni nümayəndə kimi işə cəlb etməyib. Halbuki AR İPM-in 26.3-cü maddəsinə görə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında AR MPM-in müvafiq maddələrinə uyğun olaraq təmsil olunurlar.
16. Yuxarıda sadalanan hallar kifayətdir ki, İ instansiya məhkəməsi AR İPM-in 28.1-ci maddəsinə uyğun olaraq öz qərarını ləğv etsin və işə mahiyyəti üzrə baxılmasını təzələsin. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin də eynilə bu dəlillərinə İPM-in 26.1.1, 26.3-cü maddələrinin pozulmasına ümumiyyətlə, qiymət verməmişdir.
17. Məhkəmə hazırkı işin mahiyyəti üzrə qeyd olunan nəticəyə gələrkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-974/2023 N-li qətnaməsi ilə Timur Atakişiyevin Bakı ş, Buzovna qəsəbəsi, Abşeron küç, ev 85-də istifadə hüququnun olmadığının müəyyən edildiyinə əsaslanmışdır. Halbuki həmin qətnamə ilə müəyyən olunan hallar yalnız Timur Atakişiyevə münasibətdə tətbiq oluna bilər və onun azyaşlı övladının həmin evə qeydiyyatının ləğv olunması üçün əsas ola bilməzdi.
18. İşdən görünür ki, cavabdeh Xəzər RPİ xx.xx.2023-cü il tarixli məktubunda Timur Atakişiyevin və azyaşlı qızının qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətinə imtina cavabı vermişdir.
19. AR İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
20. İddiaçı hazırkı iddiasını imtina barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırmalı olduğu halda iddianı bu müddəti ötürməklə xx.xx.2023-cü ildə məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə iddianın mümkünlüyü haqqında məsələyə baxarkən iddia müddətinin ötürüldüyünü nəzərə almamışdır. Halbuki iddianın mümkünlük şərtlərindən biri də onun iddia müddəti çərçivəsində məhkəməyə verilməsidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Azərbaycan Respublikasını n vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə
2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mən zil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə
9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldı qda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı:... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbayca n Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir....“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.... Mülkiyyətçinin ərizəsi əsasında ona məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırs a, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçü n hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına istinadla haqlı olaraq qeyd etmişdir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
30. Üçüncü şəxsin sözügedən ünvanla bağlı hüququna mülki məhkəmə icraatında qanuni qüvvədə olan qətnamələrlə hüquqi qiymət verilmiş, hazırkı iş üzrə üçüncü şəxsin mübahisəli əmlaka istifadə yaxud digər əşya hüququnun olmadığı müəyyən edilmişdir.
31. Digər tərəfdən, üçüncü şəxslər mübahisəli ünvanda yaşamırlar.
32. Üçüncü şəxs X1 fərdi yaşayış evinə istifadə hüququnun mövcud olmaması barədə məsələ öz həllini tapdığından, qanunla himayəsində olan, validey nin yaşadığı yer həm də yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri hesab olunduğundan hazırkı halda üçüncü şəxsin yetkinlik yaşına çatmayan ailə üzvü olan X2 da həmin ünvandan qeydiyyatdan çıxarılmalıdır.
33. Kassasiya şikayətinin dəlilinə görə, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə yetkinlik yaşına çatmayan X3 üçüncü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə prosessual fəaliyyət qabiliyyəti olmadığı halda, azyaşlını inzibati məhkəmə icraatına cəlb edib. Məhkəmənin qərarı azyaşlı uşağın maraqlarına toxunsa da, məhkəmə onun valideynlərindən hansının himayəsində olmasını müəyyən edərək həmin valideyni qanuni nümayəndə kimi işə cəlb etməyib.
34. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kim i qəbul etmir. Belə ki, İPM-in 26.3-cü maddəsinə əsasən, məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.
36. İşdən göründüyü kimi, X5 hazırkı icraatda atası (qanuni nümayəndəsi) X9 ilə təmsil olunub. Qanuni nümayəndənin qoruduğu hüquqlar X4 (yaşından asılı olmayaraq) məxsus olduğundan, məhkəmə X3 icraata cəlb etməkdə haqlı olmuşdur.
37. Şik ayətin digər dəlilinə görə, cavabdeh Xəzər RPİ xx.xx.2023-cü il tarixli məktubunda Timur Atakişiyevin və azyaşlı qızının qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətinə imtina cavabı vermişdir. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı hazırkı iddiasını imtina barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırmalı olduğu halda, iddianı bu müddəti ötürməklə xx.xx.2023-cü ildə məhkəməyə təqdim etmişdir.
38. Şikayətin həmin dəlili də əsaslı deyil, belə ki, hazırkı iddia məcburetmə haqqında deyil, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında) iddiadır və həmin növ iddialar üzrə İPM-də müddət müəyyən edilməmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2039/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.