Məhkəmə qərarları › İş №2-1(102)-2554/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2554/2019

08.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2554/2019 08.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: toxucu peşəsi, 52 yaşdan güzəştli şərtlə pensiya giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X16, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı(bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə (bundan sonra cavabdeh)q arşı“2007-2017-ci illərdə iddiaçı 70 yaşına çatmış atasına qulluq etdiyi və 2012-2017-ci illərdə məcburi dövlət sosial sığorta haqqı ödədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi, 06.03.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iş üzrə ŞəkiApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-244/2019 saylı, 7 iyun 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 8 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 6 mart 1965-ci il tarixdə Şəki rayonu Kiş kəndində doğulmuşdur. O, 01.09.1982-ci il tarixdən 01.12.1995-ci il tarixədək V.İ.Lenin adına X30 Birli yinin toxucu istehsalatında toxucu şagirdi və toxucu işləmiş, müəssisənin 17.12.1996-cı il tarixli əmrinə əsasən müəssisənin iş fəaliyyətinin dayandırılması ilə əlaqədar digər işçilərlə yanaşı əmək haqqı saxlanılmamaq şərti ilə öz hesabına məzuniyyətə buraxılmışdır. “xxxx” ASC-in 26.01.2007-ci il tarixli əmri ilə işdən azad edilmişdir. İddiaçının qeyd olunan iş stajı “xxxx” ASC tərəfindən verilmiş 28.02.2017-ci il tarixli 67, 68 və 69 nömrəli arayışlarda və adına olan 16.02.1984-cü il tarixli ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasında, öz hesabına məzuniyyətə buraxılması isə müəssisənin 17.12.1996-cı il tarixli əmrində qeyd olunmuşdur. Bundan başqa, iddiaçı 2012-2017-ci illər ərzində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə etdiyi ödənişlərə əsasən 19 ay sığorta stajına və 53,9 3 manat sığorta kapitalına malikdir. İddiaçı 2007-ci il tarixdə anası Nailə Süleymanova vəfat etdikdən sonra atası X9 ilə birgə yaşamış və ölüm gününə qədər atasına qulluq etmiş, qayğısına qalmış və bütün ehtiyaclarını qarşılamışdır. İddiaçı heç vaxt ərə getməmiş, daim ata evində yaşayaraq ona qulluq etmişdir. Bu hal işdə olan Şəki Şəhər İcra Hakimiyyəti başçısının Kiş kəndi üzrə nümayəndəsi, İddiaçı və sonuncunun qonşuları X1, X5 və X10 tərəfindən tərtib edilmiş 22.09.2017-ci il tarixli aktla müəyyən olunmuşdur. İddiaçının atası 26 mart 2017-ci il tarixdə vəfat etmişdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 05.03.2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçının atası X3 üzərində qəyyum təyin edilib-edilməməsi barədə məlumat son 5 ilə əsasən Şəki Şəhər İcra Hakimiy yətində müəyyən edilməmişdir. Cavabdeh 30.03.2018-ci il tarixli 80/2-738 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə etdiyi ödənişlərə əsasən 19 ay sığorta stajı və 53.93 manat sığorta kapitalı vardır. İddiaçı iş illərinin, 70 yaşına çatmış atasına qulluq etdiyi və məcburi dövlət sosial sığorta haqqı ödədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, sonuncu 12.12.2017-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının qeyd etdiyi məsələ qanunvericiliyə uyğun olmadığından, təqdim etdiyi sənədlər ona geri qaytarılır. Bununla razılaşmayan iddiaçı 22 dekabr 2017-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2007-2017-ci illərdə iddiaçı 70 yaşına çatmış atasına qulluq etdiyi, 20122017-ci illərdə əmək stajı hesablanması üçün məcburi dövlət sosial sığorta haqqı ödədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və ona 06.03.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X15,2-1(84)-215/2018 saylı iş) 24 may 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin üzərinə iddiaçının atasına qulluq etdiyi 10.06.2007-06.03.2017 illər sosial sığorta stajına daxil edilməklə ona 06.03.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissəsinin təmin edilməməsi qərara alınmışd ır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2018-ci il tarixliqərarı ilərazılaşan ŞəkiApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6-məruzəçi, X2 və X22, 2-1(107)-418/2018 saylı iş) 6 sentyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4-məruzəçi, Dadaşov İlqar Ağababaş oğlu və X17, 2-1(102)-69/2019 saylı iş) 9 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək ŞəkiApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının6 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki İnzibati-İqt isadi Məhkəməsinin 24 may 2018-ci il tarixliqərarı ilərazılaşan ŞəkiApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X18-məruzəçi, X19 və X12, 2-1(102)-244/2019 saylı iş) 7 iyun 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 12 iyun 2019-cu il tarixdə qərarın surətini almış, 9 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmələr iddiaçının 01.09.1982-ci il tarixdən 01.12.1995-ci il tarixədək ipək kombinatında toxucu kimi işlədiyi dövrü güzəştli dövr kimi nəzərə almışdır. Lakin toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə 52 yaşına çatdıqda və həmin işlərdə ən azı 20 il iş stajı olduqda güzəştli şərtlərə görə pensiya hüququna malikdir. Yəni iddiaçı toxucu kimi dəzgahlarda və ya maşınlarda işləmişdirsə ona işlədiyi həmin dövr güzəştli hesab oluna bilər. Qeyd olunan bu hal, yəni iddiaçının X30 Birliyində işlədiyi dövr aşağı məhkəmə instansiyaları tərəfindən ətraflı araşdırılmamışdır.Məhz buna görə də iddiaçının iddia tələbi bu hissədə təmin edilməməlidir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haq qında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı iş illərinin, 70 yaşına çatmış atasına qulluq etdiyi və məcburi dövlət sosial sığorta haqqı ödədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə ona toxucu işlədiyi peşəyə görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. İddiaçı 6 mart 1965-ci ildə doğulmuş, 52 yaşı 6 mart 2017-ci ildə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ilə qədər (iddiaçının 52 yaşı olan vaxt) qüvvədə olmuş 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Araşdırılmalı hal iddiaçının 6 mart 2017-ci ildə azı 20 il sığorta stajına malik olması və bu müddətin azı 10 ilinin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsidir. İddiaçı 01.09.1982-01.12.1995-ci illərdə (13 il 10 ay) keçmiş V.İ.Lenin adına X30 Birliyində (hazırda “xxxx” ASC) işlədiyi müddət, anasının öldüyü 10.06.2007-ci il tarixdən 52 yaşının tamam olduğu 06.03.2017-ci il tarixədək ahıl atası na qulluq etdiyi müddət (9 il 9 ay) cəmi 20 ildən çox olmaqla ümumi stajı mövcud olmuşdur. İddiaçının 52 yaşı tamam olan vaxt azı 20 ilə qədər ümumi stajının olması apellyasiya instansiyası məhkəməsinin təkrar araşdırması zamanı sübuta yetmiş, ümumi stajının 22 il 11 ay 24 gün olması müəyyən edilmişdir. O da qeyd edilməlidir ki, cavabdeh kassasiya şikayətində iddiaçının ümumi stajı ilə bağlı mübahisə açmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısının Toxuculuq istehsalatı adlanan 32-ci bəndinə görə kağız-pambıq, pambıq, kətan, yun, ipək, kəndir-cut, trikotaj, toxuculuq-qalantereya, keçə isteh salatları: süni və sintetik istehsalatlarında toxuculuq sexləri (sahə, bölmə) güzəştli şərtlə pensiya hüququ verən istehsalatı kimi nəzərdə tutulmuşdur. İddiaçı 01.09.1982-01.12.1995-ci illərdə keçmiş V.İ.Lenin adına X30 Birliyində (hazırda “xxxx” ASC) toxucu istehsalatında toxucu peşəsində işləmişdir. Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 32-ci bəndinə görə iddiaçının işlədiyi peşə güzəştli şərtlə pensiya hüququ verən peşə olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçıya təyin edilməli pensiyanın hansı vaxtdan hesablanmasını göstərməsə də, nəzərə alınmalıdır ki, İddiaçının güzəştli şərtlə əmək pensiyası hüququ 52 yaşının tamam olduğu 6 mart 2017-ci il tarixdə yarandığından kassasiya şikayətinin dəlilləri əsaslı olmamı şdır. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasi ya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-244/2019 saylı, 7 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar