Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2554/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (İİ qrup əlillik dərəcəsinin təyin edilməsinin yenidən yoxlanılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin ə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, qiymətləndirilməsi tarixindən orqanizmin funksiyasının 61-80 faiz arasında müəyyən edilməsi və ikinci qrup əlilliyin təyin edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 2-1(103)2370/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində xx.xx.2013-cü il tarixli 380 saylı qərar verilmişdir. Həmin Qərarda “Sol böyrəyin daşı. Xroniki pielonefrit.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi və “Sol göz ün buynuz qişasının infeksiyalaşmış yad cismi. Sol əlin İİ dərəcəli elektrik yanığı. Yanıqdan sonrakı allergik reaksiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin müayinəsi zamanı şikayətləri bel nahiyəsində ağrılardan, iştahasızlıqdan, ürək bulanmadan, başgicəllənmədən, ümumi zəiflikdəndir. Obyektiv müayinədə düzgün bədən quruluşludur. Dəri və selikli qişaları təmiz, adi rəngdədir. Dərialtı piy təbəqəsi kafi inkişaf etmişdir. Sümük-əzələ sistemində gözlə görünən patologiya yoxdur. Aşağı ətraflarda ödem və üz nahiyəsində pastozluq izlənilmir. SpO2-95%-dir. Tənəffüs aktında döş qəfəsinin hər iki yarısı bərabər səviyyədə inkişaf edir. Perkussiya zamanı ağciyərlərin üzərində aydın ağciyər səsi, auskultasiyada vezikuly ar tənəffüs eşidilir. Tənəffüs hərəkətlərin sayı dəqiqədə 18-dir. Nəbzi dolğundur, dəqiqədə 88 vurğudur. Ürək tonları aydındır. A/T 150/80 mm.c.st. Dili nəm, təmizdir. Palpasiyada qarnı yumşaq, ağrısızdır, qaraciyər və dalaq böyüməmişdir. Pasternatski simptomu zəif müsbətdir. 2. 37 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N23 - Dəqiqləşdirilməmiş böyrək sancısı; Diaqnozun mətni: Nefrolitiaz. Sol böyrəyin daşı. Xroniki pielonefrit. Nefrogen hipertoniya. Anemiya. XBÇ İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.8." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişd ir. 3. 37 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X2: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N23 - Dəqiqləşdirilməmiş böyrək sancısı; Diaqnozun mətni: Nefrolitiaz. Sol böyrəyin daşı. Xr pielonefrit. Nefrogen hipertoniya. Xr böyrək çatmamazlığı İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.8” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 4. 37 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X2: XİV Sinif – Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 - Böyrək və sidik axarı daşları => N20.0 - Böyrək daşları; Diaqn ozun mətni: Böyrək daşı xəstəliyi.Xronik nefritik sindrom.Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti.Xroniki böyrək xəstəliyi V mərhələ.Xr.böyrək çatmamazlığı İİ mərhələ.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Böyrək daşı xəstəliyi.Xronik nefritik sindrom.Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti.XBÇ İİ mərhələ." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
5. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X2: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 Böyrək daşı xəstəliyi => N20 – Böyrək və sidik axarı daşları => N20.0 – Böyrək daşları; Diaqnozun mətni – Böyrək daşı xəstəliyi. Xronik nefritik sindrom. Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti. Xroniki böyrək xəstə liyi V mərhələ. Xr.böyrək çatışmazlığı İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Böyrək daşı xəstəliyi. Xronik nefritik sindrom. Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti. XBÇ İİ mərhələ” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.
6. Bakı şəhəri X5 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə xx.xx.2022-ci il tarixində baxılmış və “X2”: XİV sinif – sidik – cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 – Böyrək daşları: Diaqnozun mətni: Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları. Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu; Mərkəzə göndərilmənin – imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 2022-ci il 7 iyul tarixli qərarına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları A) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra-“iddiaçı” və ya “İddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra-“cavabdeh” və ya “TSERA”) qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, qərarın ləğv edilməsi və ikinci qrup hərbi xidmət əlil i kimi pensiya təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildə Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət dövründə aldığı və xx.xx.1998ci il tarixdə Müdafiə Nazirliyi Hərbi Klinik Hospitalında ambulator müayinə olunduğu xəstəlik diaqnoz “sol böyrəyin daşı, xroniki pielonefrit xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Bununla bağlı 2013-cü il tarixdə hərbi xidmət dövründə alındığı 2-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Təyin edilmiş pensiya 2021-ci ilin noyabr ayından sonra dayandırılmış və yenidən müayinə olunmuşdur. Yenidən müayinə olunduqda 3-cü mərhələli xroniki böyrək çatışmazlığı diaqnozu q oyulmuş və müvafiq tibbi sənədlər Komissiyaya göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1.4-cü bəndinə əsasən xroniki böyrək çatışmazlığı əlilliyin təyin edilməsinə imkan verdiyi halda təyin edilməmişdir. Müayinə üzrə tibbi sənədlər əsasında hərbi xidmət dövründə 2-ci qrup üzrə əlilliyə görə pensiya təyin olunmalı olduğu halda cavabdeh orqan tərəfindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır.
10. Birinci instansiya məhkəməsinin 2022-ci il 23 sentyabr tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin imtinasının əsassız hesab edilməsi və qiymətləndirilməsi tarixindən orqanizmin fun ksiyasının 61-80 faiz arasında pozulmasının müəyyən edilməsi və ikinci qrup əlilliyin təyin edilməsi” kimi dəyişdirilmişdir.
11. Cavabdeh iddiaya dair etiraz etmiş və etirazını yuxarıda (§§ 1-7) göstərilən hallara istinad edərək bildirmişdir ki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyin in qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – “Komissiya”) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi(bundan sonra-“ƏƏSMN” “İTSDA”) ilə razılaşdırılaraq, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilmə si üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itiri lməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra-“TSEK”) göndərilir. TSEK-in sədri və üzv ləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. TSEK-də sonuncu müayinəyə dair məlumata əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə “böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları, onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu” diaqnozu ilə qiymətləndirilmişdir. Əlillik altsistemdən çıxarışa əsasə n iddiaçıya ilk dəfə əlillik xx.xx.2013-cü il tarixdə təyin edilmişdir, sonuncu dəfə əlillik vəziyyətinə X7 publik hüquqi şəxs 1 nömrəli poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik əlaməti təyin etməməsi əsası (səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) ilə əlilliyin təyinindən imtina edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
12. Cavabdehin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsini xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli, 2-1(112)-10900/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərb aycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspert və X6-Təcrübi və Tədris Birliyinə (bundan sonra-“MTE və PAB”) həvalə edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur. Birinci sual: İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur? Həmin xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verirmi? İkinci sual: İddiaçı müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacı varmı?
14. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin T51/2023 saylı ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçının tibbi sənədlərinə əsasən, o, hazırda “N20- Böyrək daşları, hər iki böyrəyin kasacıqlarını n daşları. N18.3- Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi 3-cü mər. M42-onurğanın osteoxondrozu. Onurğanın yayılmış ostreoxondrozu, kökcük ağrı sindromu” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən xəstəliklərlə əlaqədar ehtiyac yarandığı hallarda, o, müalicəyə cəlb edilə bilər. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin 11 saylı xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (cavabdeh) tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir.
15. Bakı İnzibati Məhkəməsinin 2023-cü il 10 mart tarixli, 2-1(112)-1791/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim-A.Almazova).
16. Məhkəmə qeyd etmişdir ki, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.6–cı maddəsinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz – böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları; ağırlaşmaları – ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri) göstərilmişdir və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olması, Forma 88 arayışına və iş üzrə tədqiq edilmiş ekspert rəyinə əsasən həmin xəstəliklə rin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunur. İddiaçının göndərişdə qeyd edilən əsas diaqnozun (böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları) və ağırlaşmaları (Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi 3-cü mərhələ) iddiaçıya cavabdeh tərəfindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən də mövcud olmuş, lakin, buna baxmayaraq əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
17. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. B) apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 2-1(103)2370/2023 saylı qərarı ilə (hakimlər-R.Səmədov /sədrlik edən, X.Cəmilova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
19. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə (bax yuxarı § 16) razılaşmış və onun istinad etdiyi qanunvericilik normalarına istinad etmişdir.
20. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri A) Kassasiya şikayətinin dəlilləri
21. Apellyasiya məhkəməsi öz qərarında ekspert rəyini əsas göstərərək, iddiaçı barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişməyərək, ikinci qrup əlilliyin təyin edilməsini müəyyən etmişdir.Eksperti za rəyi heç bir əsas olmadan iddiaçının lehinə qiymətləndirilməklə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Odur ki, Agentlik tərəfindən hər hansı qeyri-qanuni hərəkət edilməmiş və diaqnoz ona əlillik təyin edilməsinə əsas vermədiyi üçün Agentlik tərəfindən belə bir qərar qəbul edilmişdir.
22. Kassasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarına dair Əsasnaməyə” istinad edilməklə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respubliksının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafi q icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxs in əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Ə lilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSE K 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: (Əlil liyin təyini zamanı qüvvədə olan)... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9);...”
30. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildi yi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl etmədiyindən qəbul etdiyi qərar ləğv edilməlidir.
32. Oby ektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
33. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
34. Bəhs olunanlara əsasən kassasiya şikayətinin dəlili əsaslı olduğundan qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.
35. İşin hallarından görünür ki, 4 dəfə iddiaçının əlilliyi müəyyən edilmişdir. 2013, 2014, 2015-ci illərdə ardıcıl olaraq 1 il müddətinə ikinci dərəcə əlillik, 2016-cı ildə isə 5 il müddətinə ikinci dərəcə əlillik müəyyən olunmuşdur.
36. Sonuncu dəfə Bakı şəhəri X5 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə xx.xx.2022-ci il tarixində baxılmış və “X2”: XİV sinif – sidik – cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 – Böyrək daşları: Diaqnozun mətni: Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları. Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu; Mərkəzə göndərilmənin – İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, 2013-2015-ci illərin göndərişlərində diaqnoz (bax §§ 25) “böyrək çatışmazlığı İİ mərhələ” qeyd edilmişdir və həmin diaqnoz da o zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarında 2.2.6-cı bəndində təsbit edilmişdir.
38. Lakin sonuncu xx.xx.2022-ci il tarixli göndərişdə əvvəlki göndərişlərdə İİ dərəcəli əlilliyin təyininə əsas olmuş “böyrək çatışmazlığı” diaqnozu göstərilməmiş, əksinə diaqnoz “böyrək daşları, hər iki böyrəyin kasacıqlar ının daşları, onurğanın osteoxondrozu” göstərilmişdir.
39. Əlilliyin qiymətləndirilməsi Qaydalarının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
40. Apellyasiya instansiyası məhkəməsi § 38-də vurğulanan sonuncu göndərişdə göstərilən diaqnozun “Əlilliyin qiymətləndirilməsi Qaydalarında mövcud olub-olmamasını yoxlamamış, ikinci dərəcə əlilliyə səbəb olan halın Qaydaların hansı bəndinə uyğun olmasını müəyyən etməmişdir.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi ekspert rəyini ətraflı tədqiq edib qiymətləndirməmişdir.
42. Məhkəmə tərəfindən ekspertiza qarşısında iddiaçının müayinəsi zamanı onda hal- hazırda hansı xəstəlik və qüsurların aşkar olunması barədə sual qoyulmuş, verilmiş rəydə iddiaç ının tibbi sənədlərinə əsasən xəstəliklərdən əziyyət çəkdiyi qeyd edilmiş, iddiaçının ekspertizada əyani müayinə olunması, əyani müayinənin nəticəsində tibbi sənədlərdə qeyd edilən xəstəliyin onda müəyyən edilməsi barədə məlumat olmamış, məhkəmə isə bəhs olunan halları diqqətə almamışdır.
43. Apellyasiya instansiya məhkəməsi göndərişdə qeyd olunan diaqnozun onun verildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nın 2.2.6-cı bəndinə uyğun olduğunu qeyd etsə də, göndərişdə göstərilən diaqnozun məhz 2.2.6-cı bəndə uyğun olmasını əsaslandırmamışdır.
44. İPM-in 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkə mə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır (apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda).
45. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
46. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 21 yanvar tarixli qərarı).
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlid ir.
48. Cavabdeh şikayətində iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə əlavə araşdırmaya zərurət olduğundan, bu hissədə şikayət təmin edilməməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2370/2023 nömrəli 20 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.