Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2554/2024 22.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(103)-2608/202 4 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən, Qaradağ rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış İddiaçı xx.xx.N-cü il tarixdən hesab olunmaqla 4-cü taborun şəxsi heyətinin siyahısına daxil edilmiş və ştata təyin olunmaqla bütün təminatlarla təmin olunmuşdur.
2. İddiaçıya məxsus hərbi biletə əsasən, o, xx.xx.N-cü il tarixli əmrlə N nömrəli hərbi hissəyə daxil olmuşdur.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sorğuya cavab məktubundan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 1967-ci il təvəllüdlü İddiaçı adı yazılmış, lakin adının qarşısında xidməti bar ədə müvafiq qeydiyyat aparılmamışdır. N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır.
4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin sorğuya cavab məktubuna əsasən, 1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş və tərxis olmuşdur. xx.xx.N-cü il tarixdə keçmiş Qaradağ rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində çağırılmış, N saylı hərbi hissədə hərbi xidməti keçmiş, tərxis olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bu səbəbdən onun müharibə veteranı statusunu qazanmaq hüququ yaranır. Lakin, cavabdeh heç bir əsaslı səbəb gətirmədən əsassız olaraq iddiaçının ərizəsini təmin etmir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı:
7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda bildirilir ki, Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin arayışına əsasən İd diaçı Qaradağ RHK-dan hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cu il tarixli N nömrəli əmri ilə xx.xx.N-cü il tarixdən gəlmiş hesab olunmaqla, 4-cü taborun şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlara və ştata qoyulmuşdur. Arxiv arayışında N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyat kitabında 1967-ci il təvəllüdlü İddiaçı adının yazıldığı, lakin adının qarşısında xidməti barədə müvafiq qeydlərin aparılmadığı, habelə N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının barəsində məlumat aşkar olunmadığı qeyd edilmişdir. Beləliklə, Mərkəzi Arxivin sözügedən məktublarından da görünür ki, İddiaçı hərbi hissənin siyahısında salındığı xx.xx.N-cü il tarixdən sonra hərbi xidməti döyüşlərdə iştirak etməsi, yaralanmağı və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunan səbəbdən iddianın rədd edilməsini xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-3579/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, veteran adı və vəsiqəsinin verilməsini zəruri edən şərtlər - arxiv arayışlarında və nizami hissə üzrə əmrlərdə hərbi qulluqçunun hərbi xidməti ilə bağlı məlumatın mövcud olmasıdır. Lakin cavabdehin məktubundan da göründüyü kimi N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 1967-ci il təvəllüdlü İddiaçı adı qeyd olunsa belə, onun adının qarşısında xidməti barədə müvafiq qeydiyyat aparılmamış, ən əsası isə N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvardekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində onun barəsində məlumat aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının ikinci hərbi xidmət keçdiyi zaman döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar olunmamışdır ki, bu da cavabdehin inzibati orqanının imtinasının əsaslı olmasının göstəricisidir.
10. Bundan başqa, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması haqqında əmrlərin mövcudluğu da müəyyən edilməmişdir. Göründüyü kimi İ Qarabağ müharibəsi dövründə və ondan sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilmişdir. Lakin iddiaçının xx.xx.Ncü il tari xdən N nömrəli hərbi hissəyə daxil olması məlumatından başqa onun sonrakı illərdə hərbi xidməti ilə bağlı heç bir məlumat aşkar edilməmiş, onun döyüşlərin davam etdiyi dövrdə xidməti, eləcə də qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmasına dair hər hansı məlumat və sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, iddiaçının verdiyi izahatda onun hərbi hissədən tərxis olunduğu müddətin 1994-cü ilin fevral ayına təsadüf etdiyi bildirilmişdir ki, bu da onun həmin müddətdən əvvəl xidmətini qanuni əsas olmadan başa vurmuş olduğunu, ən azından qanuni əsaslarla ehtiyata buraxılmadığının göstəricisidir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apel lyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-2608/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-1(112)-3579/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli, 9/2-18390 saylı arxiv arayışı ndan da göründüyü kimi, iddiaçı Qarabağ RHK-dan hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, N nömrəli Əmri ilə xx.xx.N-cü il tarixindən 4-cü taborun şəxsi heyətinin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir.
16. Həmçinin, N nömrəli hərbi hissənin şəxsi heyətinin qeydiyyat kitabında da adının qeyd edilməsi faktı öz əksini tapmışdır.
17. Bundan başqa, Hacıkənd ərazisində N nömrəli hərbi hissənin 4-cü batalyonun tərkibində döyüş əməliyyatlarında iştirak etdiyi zaman mühasirəyə alınmış, Daşkəsən batalyonunun həyata keçirdiyi əməliyyatlar nəticəsində mühasirədən çıxarılmış, məktəbə yerləşdirilmiş, daha sonra isə hərbi maşınlar vasitəsilə hospitala gətirilmişdir. Güllə yarası alan hərb yoldaşları hospitalda qalmış, digər hərbçilər isə Hacıkəndə yollanmışdır. Hərbi hissə dağıldığı üçün silahları təhvil vermiş və evə göndərilmişlər.
18. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamədən də göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir.
19. Ona təqdim edilmiş çağırış vərəqəsindən, Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon hərbi komissarlığı tərəfindən təqdim olunmuş arayışa və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli, 9/2-18390 saylı arxiv arayışında onun həqiqətən də hərbi xidmətə çağırılma və hərbi xidmətdə olmağı faktı öz təsdiqini tapmışdır. Hətta, məhkəmədə yekun aktında onun xx.xx.N-cü il tarixində Qarabağ rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə Azərbaycan Respublikası Silahlı qüvvələrinə çağırıldığını, N saylı hərbi hissədə hərbi xidmət keçdiyini təsdiq etmiş, lakin, tərxislə bağlı qeydin olmamasına əsas gətirmişdir. Onun səfərbərliklə əlaqədar hərbi hissənin tərkibində vuruşmağı öz əksini tapmışdırsa, deməli, o, həqiqətən də müharibə zamanı iştirakçı olmuş və təbii ki, iştirakçı qismində də tərxis edilmişdir. Lakin, tərxisə dair qeydin öz əksini tapmaması onun müharibə veteranı statusunun verilməsindən imtina üçün əsas deyildir. Müharibə zamanı qarışı qlıq nəticəsində bu qeydin edilməməsi normal bir hal olduğundan, eyni zamanda, həmin qeydi aparacaq səlahiyyətli şəxs o olmadığından məhkəmə bu kimi hallara diqqət yetirməli idi.
20. Bundan başqa, mövcud iş materiallarından da aydın olduğu kimi məhkəməyə təqdim edilmiş, eyni zamanda, verilmiş sorğuya Müdafiə Nazirliyi tərəfindən verilmiş cavab da məhkəməyə təqdim edilmişdir. Həmin hüquqi sənədlərdə Azərbaycan Respublikasının Prokurorluğu və Hərbi Prokurorluğu tərəfindən verilmiş məktubdan da göründüyü kimi, İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi prokurorluğunun İstintaq İdarəsində cinayət işinin və ya araşdırılma materiallarının olması barədə məlumat aşkar edilməmişdir. Bu da bir daha onu təsdiq edir ki o həqiqətən də, qanuni əsaslara buraxılmış, xidməti layiqincə yerinə yetirmişd ir. Əks halda qanuni əsaslarla döyüş bölgəsini tərk etməsəydi, barəsində cinayət işi qaldırılar, araşdırılma aparılardı. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995- ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”: - Müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikası nın Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə işt irakı sübut edən başqa sənədlər əsasında.
24. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə
20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131. 3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasi bətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
30. Yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
31. Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteran ı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir.
32. İşin məhkəmələr tərəfindən araşdırılan hallarından göründüyü kimi, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 1967-ci il təvəllüdlü İddiaçı adı qeyd olunsa belə, onun adının qarşısında xidməti barədə müvafiq qeydiyyat aparılmamış, N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-dekabr 1994cü il tarixli nizami hissə üzrə əmrlərində onun barəsində məlumat aşkar olunmamışdır.
33. Döyüş əməliyyatlarının dayandırıldığı xx.xx.1994-cü il tarixədək iddiaçının hərbi xidmətdən ehtiyata və istefaya qanunla müəyyən edilmiş qaydada buraxıldığına dair sübut yoxdur.
34. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərt iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
35. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103 )-2608/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.