Məhkəmə qərarları › İş №2-1(102)-2559/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2559/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2559/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi (zərgər və bədii məmulatları qaralayan) və həmin tarixdən ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən güz əştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya hüququ yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2-1(103)2293/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı Zərgərlik Zavodunun 1 saylı sexində 2-ci dərəcəli zərgər-şəbəkəçi, xx.xx.1986-cı il tarixdən 6 saylı sexə 2-ci dərəcəli zərgər-şəbəkəçi keçirilmiş, xx.xx.1987-ci il tarixdə n 1 saylı sexə quraşdırıcı zərgər keçirilmiş, xx.xx.2012-ci il tarixədək həmin sexdə quraşdırıcızərgər işləmiş, xx.xx.2012-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Azərsuvenir MMC-də eksperimental zərgərlik sahəsinə 5-ci dərəcəli quraşdırıcı-zərgər işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək həmin idarənin medallar, gümüş məmulatları və suvenirlər sahəsində 6-cı dərəcəli modelçi-zərgər işləyir.

2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubla imtina edərək bildirmişdir ki, zərgər-şəbəkəçi və quraşdırıcı-zərgər peşələri zərgər və bədii məmulatlar ı qaralayanlar peşəsinə uyğun deyildir. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Eyni zamanda onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı da 25 ildən az 23 il 4 ay 1 gün (xx.xx.1981-xx.xx.1983, xx.xx.1984-xx.xx.2005) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (39955,53 manat) əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir (iddiaçıya münasibətdə pensiya kapitalının minimum həddi 52320 manat olmalıdır). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlər lə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya hüququ yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif illərdə zərgər olaraq çalışmış və uzun illər əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1978-xx.xx.1981-ci illərdə 3 il təhsil almış, xx.xx.1981-xx.xx.1983-cü illərdə 2 il hərbi xidmətdə olmuş, xx.xx.1984xx.xx.1985-ci illərdə 5 ay 16 gün zərgər köməkçisi, xx.xx.1985-xx.xx.1985-ci illərdə 3 ay 6 gün 2-ci dərəcəli zərgər-şəbəkəçi, xx.xx.1985-xx.xx.1987-ci illərdə 2 il 6 ay zərgər, xx.xx.1987-xx.xx.1988-ci illərdə 4 ay 23 gün zərgər-montajçı, xx.xx.1988-xx.xx.1992-ci illərdə 4 il 4 ay 17 gün zərgər, xx.xx.1992-xx.xx.2010-ci illərdə 18 il 5 ay zərg ər, xx.xx.2010-xx.xx.2012-ci illərdə 1 il 8 ay 17 gün 5-ci dərəcəli quraşdırıcı zərgər işləmiş, xx.xx.2013-cü ildən 5-ci dərəcəli quraşdırıcı - zərgər qəbul edilmişdir. Ümumi iş stajı 42 ildən, xüsusi stajı isə 35 ildən çoxdur. Həmçinin onun 2006-cı ilədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi stajı vardır. Hesab edir ki, ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli imtina məktubu ilə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının 3 əsası vardır - güzəştli iş stajının olmaması, xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması (xx.xx.1981- xx.xx.1983,x x.xx.1984xx.xx.2005) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və qanuna ziddir. Belə ki, 1-ci əsasa görə güzəştli iş stajının olmaması iddiaçının əmək kitabçasına əsasən təkzib olunur. O, zərgər-şəbəkəçi və quraşdırıcı-zərgər vəzifələrində işləmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) zərgər və bədii məmulatları qaralayanlar vəzifəsin ə uyğundur. Bu barədə iş yerindən ətraflı arayışı da vardır. 2-ci əsasda isə təhsil illəri nəzərə alınmamaşdır (xx.xx.1978 – xx.xx.1981). 3-cü əsas isə, yəni pensiya kapitalının olması zəruri deyil, çünki ona əmək pensiyası 2006-cı ilədək olan iş stajına görə təyin edilir, həmin vaxt qüvvədə olan qanunvericiliyə görə isə pensiya kapitalının olması zəruriyyəti müəyyən olunmur.

5. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

6. İşin məhkəmə araşdırması zamanı Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli 3-29-63/2-10/2023 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1978-ci il tarixdə 19 nömrəli Texniki Peşə Məktəbinə avtomobil elektriki ixtisas qrupuna daxil olmuş və xx.xx.1981- ci il tarixdə həmin məktəbi əyani formada bitirmişdir.

7. Eyni zamanda işin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "xxxx" MMC-nin xx.xx.2022-ci il taqrixli məktubu və iddiaçıya verilmiş arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçı işlədiyi müddətdə nümunə əsasında zərgərlik məmulatlarını və onların hissələrini (model üçün) bədii səviyyədə hazırlayır. İş əsnasında o, zərgərlik məmulatlarının üzərində qaynaq işləri aparır, məmulatı qaynaq edən zaman asbest, bor turşusu, xlor turşusu istifadə edir. Həmçinin qaynaq işini aparmaq üçün benzindən istifadə edir və açıq alovla işləyir. İş əsnasında o, eskizlərə baxaraq məmulatın üzərində mina üçün pəncərə düzəldir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) xx.xx.2023-cü il tarixli, 21(112)-854/2023 nöm rəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2017ci il tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısında və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmə k pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 2 nömrəli əlavəsinin 2 nömrəli siyahısının XİV fəslinin (Metal emalı) 7-ci bölməsinin (qaynar üsulla metalın üzlənməsi) 2150700a-19553 bəndinə (zərgər və bədii məmulatları qaralayanlar), həm də qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 tarixli 12 nömrəli qərarına əsasən həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi ”- Zərgər və bədii məmulatları qaralayanlar” peşəsi peşəsi nəzərdə tutulmuşdur. Beləliklə də iddiaçı Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində xx.xx.1985-xx.xx.1987-ci illərdə şəbəkəçi - zərgər (2 il 8 ay 12 gün), xx.xx.1987xx.xx.2012-ci illərdə 2-ci sənət kimi quraşdırıcı - zərgər (24 il 8 ay 22 gün), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərsuvenir (Azərbaycan Suvenirləri)” MMCdə xx.xx.2013-xx.xx.2017- illərdə quraşdırıcı - zərgər (4 il 5 ay 9 gün) işləməklə, ümumilikdə 31 il 10 ay 13 gün xüsusi iş stajını toplamışdır. Bundan başqa iddiaçı xx.xx.1978-xx.xx.1981-ci illərdə təhsil aldıgı dövr - 2 il 10 ay 13 gün, xx.xx.1981xx.xx.1983-ci illərdə həqiqi hərbi xidmət dövrü - 2 il 4 gün, xx.xx.1984-xx.xx.1985-ci illərdə Bakı Zərgərlik Zavodunda 1 nömrəli sexə zərgər kö məkçisi – 5 ay 17 gün işləməklə ümumilikdə 37 il 2 ay 17 gün (31 il 10 ay 13 gün + 2 il 10 ay 13 gün + 2 il 4 gün + 5 ay 17 gün = 37 il 2 ay 17 gün) ümumi iş stajını toplamışdır. Göründüyü kimi, iddiaçının tələb olunan 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajı vardır. İddiaçının işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı arxiv arayışları ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan əlavə, iddiaçı tələb olunan sığorta stajını xx.xx.2017-ci il tarixədək yığdığından, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” A zərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajını da, işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 04 iyul 2023-cü il tarixli, 21(103)-2293/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Ba kı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-854/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair güzəştli iş arayışı tələb edilməli və həmin sənəd iş materiallarına əlavə edilməlidir. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin siyahılarda nəzərdə tutulmu ş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğu dürüstləşdirməkdir. Arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. İşin hazırki mərhələsində cavabdeh orqan tərəfindən iddiaçının güzəştli iş stajının olubolmaması mübahisələndirilir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə onun zərgər-şəbəkəçi və quraşdırıcı-zərgər vəzifələrində işləməsi qeyd olunmuşdur. Həmin peşələr qaynar üsulla metalın üzlənməsi bəndində zərgər və bədii məmulatları qaralayan vəzifəsinə uyğun deyildir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2020-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddə tin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Resp ublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;..... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respubl ikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;.... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ ve rən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: XİV fəsil (Metal emalı). 7-ci bölmə Qaynar üsulla metalın üzlənməsi. 2150700a19553 bəndi zərgər və bədii məmulatları qaralayanlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosess ual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, iddiaçının tələbindən cavabdehin imtinası onun həm güzəştli iş stajının, həm ümumi iş staj ının, həm də pensiya hüququna imkan verən pensiya kapitalının olmamasından ibarət olmuş, apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd olunan imtina səbəblərinin hər birinə hüquqi münasibət bildirmişdir. Lakin cavabdeh inzibati orqanın hazırki kassasiya şikayətinin dəlili məhz iddiaçının zərgər-şəbəkəçi, quraşdırıcı-zərgər kimi işlədiyi xx.xx.1985-xx.xx.2012 və xx.xx.2013-xx.xx.2017 illərin ümumi iş stajına daxil edilsə də, güzəştli iş stajı kimi nəzərə alınmasından ibarətdir.

24. Cavabdehin kassasiya dəlilini əsassız sayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd olunan illərdə zərgər-şəbəkəçi, quraşdırıcı-zərgər kimi işləməsi iş materialları ilə öz təsdiqini tapır. Eyni zamanda iddiaçının işlədiyi həmin peşələrin ona güzəştli pensiya hüququ verməsi barədə birinci instansi ya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu və güzəştli iş arayışı məhkəməyə təqdim edilmişdir.

25. İddiaçının işlədiyi zərgər-şəbəkəçi, quraşdırıcı-zərgər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XİV fəslinin (Metal emalı). 7-ci bölməsində (Qaynar üsulla metalın üzlənməsi) 2150700a-19553 bəndi üzrə zərgər və bədii məmulatları qaralayanlar peşəsinə uyğunluq təşkil etdiyindən qeyd olunan iddiaçıya güzəştli iş stajı kimi hesablanmalıdır.

26. Bundan başqa i ddiaçının işlədiyi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin "xxxx" MMC tərəfindən ona verilmiş güzəştli iş arayışının mötəbərliyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

27. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin "xxxx" MMC tərəfindən iddiaçıya verilmiş güzəştli iş arayışındakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı iş materiallarında heç bir sübut yoxdur. Belə olan halda inzibati orqan arayışda göstərilən məlumatların mötəbərliyini, onların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirild iyi halda, qəbul etməyə və mübahisələndirə bilərdi.

28. Bundan əlavə cavabdehin kassasiya şikayətindəki “güzəştli iş arayışının məzmununun sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmaması, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatların, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli olması və əsaslandırılmış olması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, əvvəla hazırki iş üzrə işəgötürən müəssisə tərəfindən iddiaçıya verilmiş güzəştli iş arayışında cavabdehin qeyd etdiyi bütün məqamlar göstərilməklə onun iş əsnasında zərgərlik məmulatlarının üzərində qaynaq işləri aparma sı, məmulatı qaynaq edən zaman asbest, bor turşusu, xlor turşusu, həmçinin qaynaq işini aparmaq üçün benzindən istifadə etməsi, açıq alovla işləməsi və eskizlərə baxaraq məmulatın üzərində mina üçün pəncərə düzəltməsi qeyd olunmuşdur. Lakin cavabdeh inzibati orqan iddiaçıya güzəştli pensiya hüququ verən sənədi (iş yerindən güzəştli arayışı) tam araşdırmadan, oxumadan onun tələbindən imtina etmişdir.

29. Sonda məhkəmə kollegiyası onu da qeyd edir ki, əgər cavabdeh inzibati orqan iddiaçının zərgər-şəbəkəçi, quraşdırıcı-zərgər kimi işlədiyi iş şəraitinin (açıq alovla qaynaq işləri, kimyəvi turşularla və s.) 2 nömrəli siyahıda qeyd olunan zərgər və bədii məmulatları qaralayanlar peşəsinə uyğun olmadığını iddia edirsə, bu zaman zərgər və bədii məmulatları qaralayanlar peşəsi ilə məşğul olan şəx slərin hansı şəraitdə işləməsi və həmin peşənin iş şəraitinin iddiaçının çalışdığı peşənin iş şəraitinə uyğun olmamasını açıqlamalıdır ki, cavabdeh tərəfindən məhkəmələrə bununla bağlı heç bir açıqlama və sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan ümumiyyətlə bu peşələri müqayisə edəcək dərəcədə iş şəraitləri ilə bağlı kifayət qədər məlumatlı olmamış, yalnız formal və əsassız səbəblər yaratmaqla iddiaçının tələbindən imtina etmişdir.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 21(103)-2293/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar