Məhkəmə qərarları › İş №2-1(102)-256/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-256/2021

13.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-256/2021 13.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X4 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (qərarların, torpaq sahəsinə dair tərtib edilmiş situasiya planının və müqavilənin etibarsız hesab edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı X4 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı qərarların, torpaq sahəsinə dair tərtib edilmiş situasiya planının və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Bakı A pelyasiya Məhkəməsinin İK-nın xxxx-ci il tarixli 2-1(103)-1691/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 13 yanvar 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı X6 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 47 saylı, 25.07.2003-cü il tarixli qərarının, qərara əsasən 169 kv.metrdən ibarət torpaq sahəsinə dair tərtib edilmiş situasiya planının, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 237 saylı, 08.10.2004-cü il tarixli qərarının və 150 kv.metr torpaq sahəsinə dair bağlanmış 08.10.2004-cü il tarixli müqavilənin etibarsız hesab edilməs barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi ) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

2. Birinci instansiya məhkəməsinin 27.08.2020-ci il tarixli, 2-1(112)-4800/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərardadı ilə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 35.1, 35.3-cü maddələrinə, Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyə dair» Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçının qərarların etibarsızlığını tələb etməsi üzrə subyektiv hüququ mövcud deyil.

4. Məhkəmənin qeyd olunan qərarından narazı iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 27.08.2020-ci il tarixli qərardadının ləğv edilməsini, işin baxılması üçün həmin məhkəməyə göndərilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxx-ci il tarixli, 2-1(103)-1691/20 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Rəşad Həsənov və Aida Hüseyn) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 27.08.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual və maddi hüquq norm alarını tətbiq etməklə belə hesab etmişdir ki, iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri:

7. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayonunun işğalından sonra məcburi köçkün kimi 1993-cü ildən xxxxı orta məktəbin arxasında yerləşən fərdi yaşayış evində ailəmlə birgə yaşayıram, evin yerləşdiyi həyətin ölçüsü təxmini 60, evin ölçüsü 90 kvadrat metrdir, cəmi istifadə etdiyim sahə 150 kvadrat metrdən ibarətdir.

8. Binəqədi rayon Məhkəməsinin xxxcu il tarixli, 2(001)-333/2009 saylı qətnaməsi ilə X2 mənə qarşı iddiası təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, xxxorta məktəbin yanında yerləşən iddiaçıya məxsus 69,0 kvadrat metr torpaq sahəsin dən çıxarılmağım, həmin ərazidə inşa edilmiş hamam, tualet və evin iddiaçıya məxsus 69,0 kvadrat metr torpaq sahəsi üzərinə düşən bir hissəsinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması qət edilmişdir.

9. X2 iddia tələbi və qətnamələr onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 25 iyul 2003-cü il tarixli, 47 saylı qərarı iləxxx xxxx məktəbin yaxınlığında 169 kvadrat metr torpaq sahəsinin icarə əsasında istifadəsinə ayrılması qərara alınmışdır. Qərara əsasən Binəqədi Bələdiyyəsi tərəfindən 169 kvadrat metrdən ibarət torpaq sahəsinə dair situasiya planı tərtib edilmişdir.

10. Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 08 oktyabr 2004-cü il tarixli, 237 saylı qərarı ilə xxxxx 150 kvadrat metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçü n ayrılması qərara alınmış, ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən alınmasıxxx tapşırılmışdır.

11. Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi ilə xxx arasında bağlanmış 08 oktyabr 2004-cü il tarixli müqaviləyə əsasən ayrılmış 150 kvadrat metr torpaq sahəsinin hər 1 kvadrat metrinin dəyəri 20800 AZM (4,16 AZN) müəyyən edilmiş, qeyd edilən pul vəsaiti bələdiyyə qərarı verildikdən və müqavilə bağlandıqdan 1 gün əvvəl, 07 oktyabr 2004-cü il tarixdə sonuncu tərəfindən 157428 saylı qəbzlə bələdiyyəyə ödənilmişdir.

12. Binəqədi rayon Məhkəməsinin 20 iyun 2008-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur ki, X3 Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 25 iyul 20 03-cü il tarixli, 47 saylı qərarı ilə ayrılmış xxxsaylı məktəbin yaxınlığında 169 kvadrat metr torpaq sahəsi situasiya planına uyğundurmu?

13. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 oktyabr 2008-ci il tarixli, 9552 sayı rəydə göstərilmişdir ki, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 25 iyul 2003cü il tarixli, 47 saylı qərarı iləxxx ayrılmış xxxsaylı məktəbin yaxınlığında 169 kvadrat metr torpaq sahəsi həmin torpaq sahəsinin situasiya planına uyğundur.

14. Qətnamə hazırda icra mərhələsindədir, lakin icrası təmin edilməmiş, inşa etdiyim fərdi yaşayış evi sökülməmişdir. Qətnamə üzrə 2020-ci ildə verilmiş icra sənədinə əsasən Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra hərəkətlərinə başlanılmış və bundan sonra mən yaranmış vəziyyətlə bağlı vəkillə məsləhətləşib, X2 çıx arılmağımı tələb etdiyi torpaq sahəsinin dövlət orqanlarında olan GPS məlumatlarına əsasən kimə məxsus olmasını müəyyən etmək üçün bu sahə üzrə müvafiq icra hakimiyyəti olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə (keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri verilmiş Xidmət) sorğu verib, məskunlaşdığım 150 kvadrat metrlik ərazinin (Bakı şəhəri, Rxxxx (283 saylı orta məktəbin meydançasının arxasında yerləşən fərdi yaşayış evi, təxmini koordinatları 40.429604, 49.850012) Bələdiyyə, yoxsa dövlət mülkiyyətində olması, bələdiyyənin mülkiyyətində olduğu halda, xxxx aid olması barədə mənə yazılı məlumat verilməsini xahiş etdim.

15. Qeyd edilən Xidmət tərəfindən ölçü işləri aparıldıqdan sonra mənə verilmiş 07 aprel 2020-ci i l tarixli cavab məktubunda (məktub poçt vasitəsi ilə 16 aprel 2020-ci il tarixdə ünvanıma daxil olmuşdur) göstərilmişdir ki, müraciətimdə qeyd etdiyim məsələ ilə əlaqədar Xidmətin tabeliyində «xxxx» MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi tərəfindən faktiki istifadəmdə olan torpaq sahəsi GPS aləti vasitəsi ilə ölçülmüş və ərazinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və elektron kadastr baza məlumatlarına əsasən istifadəmdə olan torpaq sahəsi dövlət mülkiyyətinə aiddir.

16. Bununla yanaşı sözügedən torpaq sahəsi Binəqədi yox, Rəsulzadə qəsəbəsinin ərazisindədir və bu fakt Binəqədi rayon İHB-nın müavini İlqar Süleymanov tərəfindən mənə verilmiş 28 fevral 2013-cü il tarixli, A-37 saylı məktubunda da öz əksini tapmışdır. Məktubda göstərilir ki, məcburi köçkün kimi 8 nəfərdən ibarət ailə üzvlərimlə birlikdə xxxx ünvanına qeydiyyata alınmışam. Məktubda fərdi yaşayış evimin məhz Rəsulzadə qəsəbəsində yerləşdiyi xüsusi vurğulanmışdır.

17. Məhkəmənin subyektiv hüquqa malik olmamağımla bağlı qeyd etdikləri ilə əlaqədar bildirirəm ki, mənim mübahisəli sahədə əmlaklarımın, əşyalarımın olması, məcburi köçkün kimi həmin sahədə 20 ildən artiq müddət yaşamağım subyekti hüquqa malik olmağım deməkdir.

18. Başqa bir tərəfdən Binəqədi rayon Məhkəməsinin xxxcu il tarixli, 2(001)333/2009 saylı qətnaməsi ilə məhz mübahisələndirdiyim qərarlar əsas götürülməklə, X2 mənə qarşı iddiası təmin edilmiş və torpaq sahəsindən çıxarılmağım, inşa etdiyim tikililərin sökülməsi qət edilmişdir. Məhz bu qətnamənin mövcudluğu subyektiv hüququ yaradır.

19. Apelyasiya şikayətimə baxılarkə n mən iddiaçı X5 cavabdeh Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə qarşı özbaşına tikililərin sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsi haqqında işi üzrə Azərbaycan Respublikası Alı Məhkəməsinin xxx-ci il tarixli, 2-1(102)-1052/2020 saylı qərarını (sədrlik edən Nigar xanım Rəsulbəyova) Bakı Apelyasiya Məhkəməsinə təqdim edib, iş materiallarına əlavə edilməsini və qərarla əsas götürülmüş hüquqi mövqeyi nəzərə almağı xahiş etsəm də, bu qərarın 1 cüməlisə də istinad edilməmişdir.

20. Belə ki, birinci və apelyasiya instansiyası məhkəmələri X5 torpaq sahəsinin və tikililərin mülkiyyətçisi olmaması səbəbindən iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığını göstərsələr də, Ali Məhkəmə xxx-ci il tarixli, 2-1(102)-1052/2020 saylı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X9rşı» qərarının 139, 141, 142-cı bəndlərinə, «Akimova Azərbaycana qarşı» qərarına istinad etməklə göstərmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasa da, onun həmin əmlak üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur.

21. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xxxx-ci il tarixli, 2-1(103)-1691/2020 saylı qərardadının ləğv edilməsi və növbəti prosessual hərəkətlərin edilməsi üçün iş materiallarının həmin məhkəməyə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxı şı keçirilmədən də qəbul edilə bilər.

23. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (müvafiq bildiriş 16.012.2020-ci il tarixdə göndərilmişdir) Əsaslandırıcı hissə:

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

26. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xxxx-ci il tarixli, 2-1(103)-1691/2020 saylı qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi adıçəkilən inzibati mübahisəni həll edərkən prosessual və maddi hüquq normalarını düzgün tətbiq etmiş, nəticə etibarı ilə də qanuni v ə əsaslı məhkəmə qərarı qəbul etmişdir.

27. Belə ki, iddiaçı kasasiya şikayətində yazır ki, «mənim mübahisəli sahədə əmlaklarımın, əşyalarımın olması, məcburi köçkün kimi həmin sahədə 20 ildən artiq müddət yaşamağım subyekti hüquqa malik olmağım deməkdir».

28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, həm iş materiallarından və həm də iddiaçının vəkilinin, eləcə də iddiaçının özünün apelyasiya instansiyası məhkəməsinin xxxx-ci il tarixli iclasında verdiyi izahatlarından göründüyü kimi (məhkəmə iclas protokolu, iş səhifəsi: 74), iddiaçının mübahisə predmetinə çevrilmiş torpaq sahəsinə dair ümumiyyətlə heç bir hüquqmüəyyənedici sənədi yoxdur.

29. Digər tərəfdən, iddiaçı kasasiya şikayətində göstərir ki, o, Ali Məhkəmənin iddiaçı X5 cavabdeh Bakı şəhər Sabun çu rayon İcra Hakimiyyətinə qarşı özbaşına tikililərin sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsi haqqında iş üzrə xxx-ci il, 21(102)-1052/2020 saylı qərarını Bakı Apelyasiya Məhkəməsinə təqdim etmiş, iş materiallarına əlavə edilməsini və qərarla əsas götürülmüş hüquqi mövqeyi nəzərə almağı xahiş etmiş, lakin bu qərarın 1 cümləsinə də istinad edilməmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, iddiaçının göstərdiyi Ali Məhkəmənin xxx-ci il tarixli qərarı nə iş materiallarında mövcuddur, nə iddiaçının apelyasiya şikayətinə əlavə edilmişdir, nə də ki, iddiaçının dediyi kimi apelyasiya instansiyası məhkəməsinin xxxx-ci il tarixli iclasda onun tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir (apelyasiya instansiyası məhkəməsi nin xxxxci il tarixli iclas protokolu, iş səhifələri: 73–75).

31. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində məhkəmələrində inzibati mübahisələrin prosedent hüququ üzrə həll edilməsi barədə hüquq normaları mövcud deyildir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 25 iyul 2003-cü il tarixli, 47 nömrəli xxx torpaq sahəsinin icarəyə verilməsi haqqında qərarına əsasən, xxxx məktəbin yaxınlığında 169 kvadrat metr torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq bundan belə də əkilib-becərilmək üçün X2 istifadəsinə uzun müddətli icarə əsasında ayrılmışdır.

33. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 08 oktyabr 2004-cü il tarixli, 237 nömrəli xxxx yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında qərarına əsasən, xxxx məktəbin yanında 150 kvadrat metr torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmışdır.

34. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xxxcu il tarixli, 2(001)-333/2009 saylı qətnaməsinə əsasən, həmin qətnamə ilə X2 iddiası təmin edilmiş, cavabdehlər İddiaçı Cəlal oğlunun və X8 zəbt etdikləri Bakı şəhəri, Binəqədi rayonu, xxxorta məktəbin yanında yerləşən X3 məxsus 69,0 kvadrat metr torpaq sahəsindən çıxarılmaları, həmin zəbt edilmiş sahədə cavabdehlərin özbaşına tikdikləri 2,0x1,2 m ölçülü hamam, 1,2x1,0 m ölçülü tualet və İddiaçı özbaşına tikdiyi evin iddiaçıya məxsus 69,0 kvadrat metr torpaq sahəsi üzərinə düşən bir hissəsinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması, iddiaçının həyətinə giriş-çıxış yolunun bərpa edilməsinin cavabdehlərə həvalə edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

35. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07 aprel 2020-ci il tarixli, №**********57 saylı iddiaçıya ünvanlanan məktubundan görünür ki, qeyd olunan məsələ ilə əlaqədar Xidmətin tabeliyində «xxxx» MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi tərəfindən faktiki istifadəsində olan torpaq sahəsi GPS aləti vasitəsi ilə ölçülmüş və ərazinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin və Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xəritələri hazırlanaraq təsdiq olunması üçün Bakı şəhər İcra Hakimiyyətinə təqdim edilmişdir. Hal-hazırda sözügedən xəritələr Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmaması səbəbindən faktiki istifadəsində olan torpaq sahəsinin hansı bələdiyyənin hüdudlarında olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Elektron kadastr baza məlumatlarına əsasən istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətinə aiddir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı apelyasiya instansiyası məhkəməsinin «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə müraciət etməsi doğrudur, belə ki, həmin bəndə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

37. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işin ilkin məhkəmə icraatında müəyyən edilmi şdir ki, İddiaçı xxxcavabdeh Bakı şəhəri, Binəqədi Bələdiyyəsinin üçüncü şəxs X3 torpağının icarəyə verilməsi barədə 25 iyul 2003-cü il tarixli, 47 nömrəli və yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 08 oktyabr 2004-cü il tarixli, 237 nömrəli qərarlarının etibarsızlığını tələb edir. İddiaçı tələbini həmin qərarlarla X3 ayrılmış torpaq sahəsinin onun (iddiaçının) yaşadığı evin yerləşdiyi torpaq sahəsinin bir hissəsi, yəni, 69 kvadrat metr hissəsi ilə üst-üstə düşməsi ilə əsaslandıraraq qanuni istifadəçi kimi hüquqlarının pozulduğunu iddia edir.

38. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq bu qənaətə gəlmişdir ki, işdə olan sənədlərlə mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan ərazilərə aid olması müəyyən edilsə belə mübahisə predmeti olan qərarların qanuni olub-olmamasından asılı olmayaraq İddiaçı Cəlal oğlunun həmin qərarların etibarsızlığını tələb etmək üzrə subyektiv hüququ mövcud deyildir.

39. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qərarından da göründüyü kimi İddiaçı xxxmüvafiq torpaq sahəsini özbaşına zəbt etmişdir.

40. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

41. Belə olan halda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia «qərarların etibarsız hesab edilməsi» hissəsində mümkün sayıla bilməz.

42. İddianın qalan hissəsinə gəldikdə isə, apelyasiya instansiyası m əhkəməsinin qənaəti düzgündür, belə ki, «situasiya planının» və «müqavilənin» etibarsız sayılması barədə iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

43. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

44. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xxxx-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxxx-ci il tarixli, 2-1(103)1691/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar