Məhkəmə qərarları › İş №2-1(102)-256/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-256/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-256/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona əlillik dərəcəsinin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2223/2021 nömrəli iş üzrə 20.10.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə 12 yanvar 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona əlillik dərəcəsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Birinci instansiya məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(112)1513/2021 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı əlilliyinin təqdim edilmiş sənədlər əsasında məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

3. Cavabdeh həmin qərarı 16.05.2021-ci il tarixdə almış, 29.06.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(112)-1513/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 20.10.2021-ci il tarixli, 2-1(103)-2223/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Həmid Həmidov) qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmaması və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyindən şikayət mümkün sayıla bilməz.

6. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, buraxılmış müddətin üzrlü hesab edərək bərpa edilməsini və apellyasiya şikayətinin iş materialları ilə birlikdə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

7. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadında maddi və prosessual hüquq normalarını kobud şəkildə pozulmuş və cavabdeh təşkilatın apellyas iya şikayəti vermək hüququ əsassız olaraq məhdudlaşdırılmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 26.04.2021-ci il tarixli qərarı Agentliyə daxil olan müraciətlərin həddindən çox olması və məktubun Agentliyə gec daxil olması səbəbilə sözügedən qərarın qeydiyyatı 18.05.2021-ci il tarixində mümkün olmuşdur. Tətbiq edilən hüquq

9. İnzibati Prosessual Məcəllə: Maddə 20.1 Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85.1 Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

10. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, iş materiallardan görünür ki, birinci instansiya məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(112)-1513/2021 nömrəli qərarının sürəti cavabdehin nümayəndəsi tərəfindən 16.05.2021-ci il tarixdə qəbul edilmişdir. Bu barədə poçt göndərişinin verilməsi haqqında xəbərnamə işə əlavə edilmişdir (iş səh. 82). Buna baxmayaraq, iddiaçının apellyasiya şikayəti 21.06.2021-ci il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti başa çatdıqdan sonra təqdim edilmişdir. Bununla da, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür.

13. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfə göndərilmiş məhkəmə qərarı “X.S.Həsənova” tərəfindən 16.05.2021-ci il tarixdə qəbul edilmişdir. Digər tərəfdən, cavabdehin nümayəndəsinin təqdim etdiyi “poçt göndərişlərin izlənməsi” barədə sənəddə SS728889311AZ saylı xəbərnaməli məktubun ünvan sahibinə 16.05.2021-ci il tarixdə daxil olduğu, alıcıya isə həmin məktubun 18.05.2021-ci il tarixdə çatdırıldığı müəyyən olunsa da, həmin məktubun məhz cavabdeh Agentliyə göndərilmiş 26.04.2021-ci il tarixli məhkəmə qərarının məktubu olduğunu müəyyən etmək mümkün deyildir.

14. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd edir ki, 26.04.2021-ci il tarixli məhkəmə qərarının 18.05.2021-ci il tarixdə cavabdeh orqana təqdim edildiyi təqdirdə, ondan şikayətin 21.06.2021-ci il tarixdə verildiyi və bununla da qanunla müəyyən edilmiş 30 gündük prosessual müddətin ötürüldüyü, cavabdehin həmin məhkəmə qərarını mübahisələndirmək üçün lazımi operativliyi vaxtında göstərmədiyi və bunda maraqlı olmadığı müəyyən olunur. H əmçinin cavabdehin nümayəndəsi həmin prosessual müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi prosessual hüquq normaları düzgün olmuşdur.

16. Belə ki, birinci instansiya məhkəməsinin qərarından onun rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində şikayət vermək hüququnun olmasına baxmayaraq iddiaçı tərəfindən həmin müddətdə apellyasiya şikayəti verilməmiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir.

17. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyas iya instansiyası məhkəməsinin 20.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2021-ci il tarixli, 2-1(103)-2223/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar