Məhkəmə qərarları › İş №2-1(102)-256/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-256/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-256/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya icraatında yeni sübutun təqdim edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1382/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Cavabdeh başçısının 56 nömrəli, 25 fevral 2013-cü il tarixli “İddiaçı güzəştli mənzil uçotuna qəbul edilməsi haqqında” sərəncamına əsasən, iddiaçı yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, oğlu) güzəştli əsaslarla mənzil uçotuna götürülərək ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. 2. xx.xx.2019-cu il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi” barədə müqaviləyə əsasən, X1 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 16 kv.m olan, 1 otaqlı mənzili iddiaçıya kirayəyə vermişdir.

3. İddiaçı ailə üzvlərinin adına hər hansı bir əmlakın olub-olmaması ilə bağlı arayış təqdim etmədiyindən, iddiaçıya ödənilən mənzil kirayə haqqı dayand ırılmışdır.

4. İddiaçı ödənişin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona ayrılmış kompensasiyanın bərpa edilməsi və 2020-ci ilin yanvar ayından məhkəmə qərarı qəbul edilən günə qədər dayandırılmış hissənin hesablanaraq yaranmış fərqin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin sərəncamına əsasən o, yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Qəbul edilmiş sərənca ma görə, güzəştli mənzillə təmin edilmədiyi üçün “Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinə əsasən ona 150 manat və ailə üzvlərinə 50 faiz miqdarında 150 manat, cəmi 300 manat hər ay kompensasiya ödənişinə dair qərar qəbul edilmişdir. Sözügedən məbləğ sonuncu dəfə 2020-ci ilin yanvar ayında ödənildikdən sonra ona heç bir xəbərdarlıq edilmədən və heç bir qanuni əsas olmadan dayandırılmışdır. Bununla bağlı cavabdehə müraciət etsə də, ona heç bir əsaslı səbəb göstərilməmiş və qanunvericiliyin heç bir normasına istinad edilmədən şifahi cavablar verilmişdir.

7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıdan Azərbaycan Resp ublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ailə üzvlərinin adına əmlak olub-olmaması barədə rəsmi arayış gətirilməsi dəfələrlə tələb olunsa da, bunu təqdim etməkdən imtina etmişdir. Bundan əlavə, məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi olan oğlu Səməd Abasov anası X4 adına Xaçmaz şəhərində yaşayış evinin olmasını bildirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1-ci madəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsini əldə etmiş, yaşayış sahəsinə ehtiyacı olmayan vətəndaşlar uçotdan çıxarılır. İddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün o, yaşayış sahəsinə ehtiyacı olan şəxslər dairəsinə aid olmalıdır.

8. Cavabdehin məhkəməyə ünvanladığı 1415/d nömrəli, 12 iyul 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının həyat yoldaşının adına mənzil olması ehtimalı olduğundan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən özünün və ailə üzvlərinin adına əmlak və torpaq sahəsinin olmaması barədə arayışları təqdim etmədiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən iddiaçıya güzəştli əsaslarla mənzillə təmin edilənədək mənzil kirayə haqqının ödənilməsi müvəqqəti dayandırılmışdır. Qeyd olunan arayışlar təqdim edildikdən sonra kirayə haqqı ödəniləcəkdir.

9. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********80 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əsasən, iddiaçının və X5 adlarına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

10. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********97 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əsasən, X4 adına Xaçmaz rayonu, Cəfər Cabbarı küçəsi, 1-ci dalan, 5 nömrəli fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Belə ki, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X2 vəsiyyətnamədə göstərilən miras əmlakın (ünvan 2 ünvanında yerləşən, 0.0609 ha torpaq sahəsi) vərəsəsi X6 olmuşdur. Həmin şəhadətnamə əsasında S.Abbasovanın ünvan 2 ünvanında yerləşən, 0.0609 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir.

11. İşdə olan sənədlərdən müəyyən edilir ki, X6 iddiaçının həyat yoldaşıdır.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5602/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ailə üzvü olan arvadının adına ünvan 3 ünvanında mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evi və torpaq sahəsi mövcud olduğundan o, yaşayış sahəsinə ehtiyacı olan şəxslər dairəsinə aid deyildir.

14. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1382/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5602/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya ayrılmış kompensasiyanın verilməsinin bərpa edilməsi, habelə 2020-ci ilin yanvar ayından məhkəmə qərarı qəbul edilən günə qədər ödənilməmiş kompensasiya məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qərara alınmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Cavabdeh ba şçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli “S.S. Abasovun güzəştli mənzil uçotuna qəbul edilmasi haqqında" sərəncamı ləğv edilməmişdir və hal-hazırda qüvvədədir. Belə olan halda, hərbi qulluqçu mənzil uçotuna alınıbsa, ona müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyası da ödənilməlidir. Kompensasiyanın verilməsi o vaxt dayandırıla bilər ki, şəxs mənzil uçotundan çıxarılsın. Lakin hazırki halda iddiaçı mənzil üçotunda ola-ola, ona kompensasiyanın verilməsi dayandırılmışdır ki, bu da əsaslı və qanuni hesab edilə bilməz.

17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikay ətində işin hallarını və iddia tələbinə etirazın dəlillərini təkrarlamış, əlavə olaraq Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 525 nömrəli Sərəncamını təqdim etmişdir. Həmin sərəncama əsasən iddiaçı və onun ailə üzvləri ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh başçısının 56 nömrəli, 25 fevral 2013-cü il tarixli “İddiaçı güzəştli mənzil uçotuna qəbul edilməsi haqqında” Sərəncamı ləğv edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düz gün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli v ə şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Şikayət qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilm əli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarına əsasən, iddiaçı Bakı şəhəri Cavabdeh başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu) güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmiş, sonradan ailə üzvlərinin adına hər-hansı bir əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış təqdim etmədiyi üçün kirayə pulunun ödənilməsi dayandırılmışdır.

25. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, iddiaçının həyat yoldaşı X4 mülkiyyətində torpaq sahəsi və fərdi yaşayış evi olduğundan onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxslər kateqoriyasına aid edildiyinə əsaslansa da, işə baxan apellyasiya instansiya məhkəməsi isə Bakı şəhəri Cavabdeh başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli “S.S. Abasovun güzəştli mənzil uçotuna qəbul edilmasi haqqında" Sərəncamının qüvvədə olduğu müddətdə kirayə pulunun dayandırılmasının qanunvericiliyə zidd olduğu nəticəsinə gəlmişdir.

26. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin iddianı təmin edərkən haqlı olaraq əsaslandığı hal cavabdehin xx.xx.2013-cü il tarixli sərəncamının qüvvədə olmasıdır.

27. Hazırda cavabdeh kassasiya şikayətinə sözügedən sərəncamın ləğvinə dair Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 525 nömrəli Sərəncamının kserosurətini əlavə etmişdir. Lakin sərəncam kassasiya şikayətinə əlavə olunsa da, həmin sərəncamın qüvvədə olub-olmaması, h əmçinin iddiaçı tərəfindən mübahisələndirilib-mübahisələndirilmədiyi bəlli deyildir. Halbuki, bu halların araşdırılması hazırkı iddia tələbinin əsaslılığının qiymətləndirilməsi, o cümlədən digər inzibati icraatda sərəncamın mübahisələndirildiyi halda hazırkı iş üzrə icraatın dayandırılması məsələsinin həlli üçün zəruridir. Qeyd edilən halların araşdırılması isə kassasiya icraatının xüsusiyyətlərinə görə mümkün olmadığından, iş təkrar apellyasiya baxışına qaytarılmalıdır.

28. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi sözügedən sərəncamın hüquqi qüvvəsi ilə bağlı hərtərəfli araşdırma aparmalı, zərurət yarandıqda, hüquqi marağına uyğun iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıya yardım göstərməlidir.

29. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlərə əsasən kassasiya ş ikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1382/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar