Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-256/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2-1(104)-169/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2012-ci il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Əlliyin müddəti bitdikdən sonra iddiaçı yenidən əlilliyin qiymətləndirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciətlər etmiş, sonuncu xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və sonuncu dəfə xx.xx.2021-ci il tarixdə imtina edərək sonuncu imtinasını onunla əsaslandırmışdır ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Diaqnozun təsd iqi üçün Respublika Baş nevroloqunun rəyi vacibdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının Amasya rayonunda doğulmuşdur. xx.xx.2006-cı il tarixdə sol döşünün süd vəzi cərrahiyyə yolu ilə Gəncə şəhəri Onkologiya xəstəxanasında kəsilmiş, həkimlər tərəfindən cərrahiyyə əməliyyatı zamanı sinir sistemi zədələndiyindən, mütəmadi olaraq Onkologiya Xəstəxanasında müalicə olunmuşdur. Sinir sist emindəki ağrıların ağırlaşması ilə bağlı 2011-ci ilin iyul ayının 12-də Gəncə şəhəri A.Səhhət adına xəstəxananın nevrologiya şöbəsinə müraciət edərək stasionar müalicə almış, xx.xx.2011-ci ildə xəstəxanadan buraxılmışdır. Daha sonra, sinir ağrıları şiddətləndiyi üçün xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək və xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək yenidən stasionar müalicədə olunmuşdur. Xəstəliyi ilə bağlı həkimlər onu Gəncə şəhərindəki Tibbi Sosial Ekspert Komissiyasına yönləndirmiş, 2012-ci ilin yanvar ayının 15-də TSEK-də həkim komissiyasından keçirilmiş və ona ümumi xəstəliklə bağlı ikinci dərəcə əlillik təyin edilmişdir. Xəstəliyi ilə bağlı hər il xəstəxanada müayinə və stasionar müalicə olunmuşdur. Sonuncu dəfə 2016-cı ilin yanvar ayının 25-də ona 5 il müdd ətinə ikinci qrup əlillik təyin edilmiş, həmin beş il müddətində hər ildə bir dəfə həkim müayinəsində olmaqla, stasionar müalicədə olmuşdur. Bütün bunlara baxmayaraq, cavabdeh orqan 2021-ci ilin yanvar ayının 15-nə onu növbəti komissiyaya dəvət edərək bildirmişdir ki, sistemdə problem olduğundan əlilliyin təyin olunub-olunmaması ilə bağlı telefon vasitəsi ilə cavab veriləcəkdir. O, Gəncə şəhəri Kəpəz rayon Həkim Məsləhət Komissiyasından xx.xx.2021-ci il tarixdə keçmiş və həmin komissiya tərəfindən ona 0452003AAJL7 nömrəli bildiriş (Forma-88) verilmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan Forma 88-in natamam doldurulduğunu bildirərək, 3-cü dəfə xx.xx.2021-ci il tarixdə cavab vermişdir ki, xəstəliyin diaqnozu ilə əlaqədar Akademik M.Qasımov adına Respublika Kliniki Xəstəxanasında ix tisaslaşmış müayinə və müalicə məsləhət görülür. Bu səbəbdən, Gəncə şəhər Səhiyyə İdarəsindən göndəriş alaraq Akademik M.Qasımov adına Respublika Kliniki Xəstəxanasında ixtisaslaşmış müayinədə olmuş və 21 avqust 2021-ci il tarixdə onun xəstəliyi ilə bağlı əvvəllər həkimlər tərəfindən təyin edilmiş diaqnoz təsdiqlənmişdir. Xəstəxanadan aldığı xəstəlik vərəqəsini də əlavə edərək Forma 88-i təkrar Tibbi-Sosial Ekspert Komissiyasına göndərsə də, xx.xx.2021-ci il tarixdə ona yenidən imtina verilmiş və bildirilmişdir ki, Baş nevropatoloqun rəyi vacibdir. Gəncə şəhər Səhiyyə İdarəsindən yenidən göndəriş alaraq Bakı Klinik Tibb mərkəzinə və Akademik M.Qasımov adına Respublika Kliniki Xəstəxanasına getsə də, ona belə qurumun olmadığı bildirilmişdir. Həmin xəstəlikdən əlavə həm də sol ayağında, eləc ə də onurğasında əyrilik var və bu xəstəliklər müvafiq sənədlərlə öz əksini tapır. Bu xəstəliklərlə əlaqədar və yaşına görə işləmək imkanı yoxdur, 4 uşaq anasıdır. Hesab edir ki, cavabdehin ona əlillik təyin edilməsindən imtinası əsassız olmuşdur.
3. Cavabdeh inzibati orqan yazılı etirazını hazırkı qərarın 1-2-ci bəndlərində sadalanan işin halları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” nın müvafiq maddələri ilə əsaslandır mışdır.
4. Gəncə İnzibati Məhkəməsinin (hakim: E.T.Axundov) 25 oktyabr 2022-ci il tarixli 2-1(114)-252/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi 31 avqust 2022-ci il tarixli, T 386/2022 nömrəli ekspert rəyinə istinad etməklə mövqeyini onunla əsaslandırmışdır ki, rəydən göründüyü kimi, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin son göndərişində qeyd edilən "vertebrobazilyar arterial sistem sindromu, baş beyin qan dövranının vertebrobazilyar arteriyası hövzəsində xroniki tez-tez pozulması, ensefalopatiya İİ mər., kəllədaxili hipertenziya, boyun fəqərələrinin yayılmış osteoxondrozu, kökcük ağrı sindromları, vegetodamar paroksiz mal krizlərlə, kəskin ifadəli asteno-nevrotik sindrom" diaqnozu nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün deyildir.
6. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.V.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.İsgəndərova və Ə.İ.Məmmədov) 18 avqust 2023-cü il tarixli, 2-1(104)-169/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-252 /2022 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçının əlilliyinin 2021-ci ilin yanvar ayından bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan ona daxil olan göndərişi dərhal TSEK-ə göndərməmiş, göndərişlə bağlı özü qərar qəbul etmişdir. Belə olan halda, reabilitasiya imkanlarının qiymətləndirilməsində özünü səlahiyyətli hesab etmiş, lakin səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplam ağa borclu olduğu halda bunu etməmişdir. Bundan başqa, iddiaçının vertebrobazilyar arterial sistem sindromu, baş beyin qan dövranının vertebro- bazilyar arteriyası hövzəsində xroniki tez-tez pozulması. Ensefalopatiya İl mərhələ. Kəllədaxili hipertenziya. Boyun fəqərələrinin yayılmış osteoxondrozu kökcük ağrı sindromları. Veqeto-damar paroksizmal krizlərlə. Kəskin ifadəli asteno-nevrotik sindromu diaqnozu ilə xəstə olması iş materialları ilə öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçıya xx.xx.2016-cı il tarixdə ilkin olaraq 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlliyin müddəti bitdikdən sonra iddiaçı yenidən əlilliyin qiymətləndirilməsinə dair inzibati orqana müraciət etmiş, sonuncu əlillik əlamətinin təyin olunmaması barədə qərar qəbul etmişdir.
9. Eyni zamanda, T231/2 023 saylı ekspert rəyi ilə müəyyən olunur ki, təqdim edilmiş tibbi sənədlərə əsasən, iddiaçı "vertebrobazilyar arterial sistem sindromu, baş beyin qan dövranının vertebrobazilyar arteriyası hövzəsində xroniki tez-tez pozulması, ensefalopatiya İİ mərhələ, kəllədaxili hipertenziya, boyun fəqərələrinin yayılmış osteoxondrozu, kökcük ağrı sindromları, vegeto-damar paroksizmal krizlərlə, kəskin ifadəli asteno-nevrotik sindrom, xroniki qastrik, xroniki xolesistit, xroniki pankreatit, hər iki oynağının deformasiyası, sol süd vəzinin kistoz fibroz mastopatiyası cərrahi müdaxilədən sonrakı vəziyyət" xəstəliyindən əziyyət çəkir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edil miş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-18381/2023 saylı məktubundan görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixində ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2013-cü ilədək) təyin edilmiş ikinci dərəcə ilkin əlillik təyinatı sonuncu dəfə xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əlillik" altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Bildirilir ki, şəxsin əlil lik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra şəxsin əlillik vəziyyəti A.Səhhət adına Gəncə Şəhər Xəstəxanasının 0452003AAJL7 və 0452003AAJ4Z nömrəli göndərişləri əsasında müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində qiymətləndirilmiş və əsas diaqnozun ağırlaşmalarına görə xəstənin laborator, instrumental müayinələrinin dəqiqləşdirilməsi məsləhət görüldüyündən, həmçinin diaqnozun təsdiqlənməsi üçün aparılan müayinələr yetərli olmadığından, hər iki halda natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsin ə geri qaytarılmışdır. Sonrakı dövrdə vətəndaşa dair A.Səhhət adına Gəncə Şəhər Xəstəxanası tərəfindən 0452003AAKQB nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicə müddəti yetərli olmadığından və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ixtisaslaşmış müayinə-müalicə məsləhət görüldüyündən əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə iddiaçı xx.xx.2021-ci il tarixində 8 nömrəli Tibbi sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X3-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Həmin rəyə məhkəmə kollegiyası tənqidi yanaşaraq qeyd etmişdir ki, X4 adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0452003AAK5V saylı göndərişlə göndərilmiş 88 saylı arayışını rəyin nəticə hissəsinə köçürmüş və məhkəmənin ekspertiza qərardadında ekspert qarşısında qoyulan suallara cavab verilməmişdir. Yəni, ekspert mahiyyət üzrə əhatəli tədqiqat aparmamışdır. Göründüyü kimi, təqdim olunmuş sənədlərlə iddiaçının xəstə olması təsdiqlənir və qeyd olunan Əsasnamənin 2.2.9 və 2.2.11-ci bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (G45) üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik təyin edilm əli idi.
10. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
11. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün deyildir. Cavabdeh inzibati orqan isə yalnız göndərişdə əlillik üçün əsaslar olduqda əlillik təyin etmək səlahiyyətinə malikdir. Məhkəmə faktiki olaraq dövlət orqanının əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlillik təyin etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş): Bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respub likasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərə cə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35G37.8, G45-G46.8, G95-G95.9);... 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);...
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”: Bənd 1.2. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konst itusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasın ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.5. Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olu nması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. Bənd 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X2 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.x x.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:... 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərd ə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, ça tışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədə k artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticə ləri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibat i orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olsa da, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2021-ci il tarixdən əlillik təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
22. Əvvəla, məhkəmə kollegiyası qərarın dəyişdirilməyən hissəsinə, yəni iddiaçının ikinci dərəcəli əlilliyinin bərpa edilməli olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Yuxarıda sadalanan qaydalara görə əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtı nı TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət (cavabdeh inzibati orqan) müəyyən edir.
23. Göründüyü kimi, iddiaçının reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını ya TSEK müəyyən etməli, ya da Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən cavabdeh inzibati orqan müəyyən etməlidir. Göndərişin icrası ilə bağlı hazırkı vəziyyətdə cavabdeh inzibati özünü səlahiyyətli hesab etmişdir ki, bu halda TSEKin vəzifələrini yerinə yetirən cavabdeh inzibati orqanın iddiaçı ilə bağlı tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə Xəstəxanaya sorğu göndərmək vəzifəsi olmuş, lakin cavab bu vəzifəsini icra etməmişdir. Başqa sözlə, inzibati i craat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda, bunu etməmişdir.
24. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının vertebrobazilyar arterial sistem sindromu, Baş beyin qan dövranının vertebro-bazilyar arteriyası hövzəsində xroniki tez-tez pozulması. Ensefalopatiya İl mərhələ. Kəllədaxili hipertenziya. Boyun fəqərələrinin yayılmış osteoxondrozu kökcük ağrı sindromları. Veqetodamar paroksizmal krizlərlə. Kəskin ifadəli asteno-nevrotik sindromu diaqnozu ilə xəstə olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Hazırkı qərarın 13-cü bəndində istinad olunan Əsasnamənin 2.2.9 və 2.2.11- ci bəndlərində göstərilmiş indekslərlə səhiyyə müəssisəsinin göndərişində göstərilən indekslər (G45) üst-üstə düşdüyündən məhkəmə kollegiyası hesab edir ki, Əsasnamənin tələbi baxımından iddiaçıya ikinci dərəcə əlillik təyin edilməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilən hissəsinə, yəni əlilliyin hansı tarixdən təyin edilməli olmasına münasibətdə qeyd edir ki, iddiaçıya təyin edilmiş əlillik müddəti sonuncu dəfə xx.xx.2016-cı il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əlillik" altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra iddiaçının əlillik vəziyyəti A.Səhhət adına Gəncə Şəhər Xəstəxanasının 045200 3AAJL7 və 0452003AAJ4Z nömrəli göndərişləri əsasında müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində qiymətləndirilmiş və əsas diaqnozun ağırlaşmalarına görə xəstənin laborator, instrumental müayinələrinin dəqiqləşdirilməsi məsləhət görüldüyündən, həmçinin diaqnozun təsdiqlənməsi üçün aparılan müayinələr yetərli olmadığından, hər iki halda natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra A.Səhhət adına Gəncə Şəhər Xəstəxanası tərəfindən iddiaçıya dair 0452003AAKQB nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər stasionar müalicə müddəti yetərli olmadığından və Akademik M.Ə.Mirqasımov adına Re spublika Klinik Xəstəxanasında ixtisaslaşmış müayinə-müalicə məsləhət görüldüyündən əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.
26. Göründüyü kimi, iddiaçı əlilliyinin müddəti 2021-ci ilin yanvar ayında bitsə də, əlillik müddətinin növbəti dəfə uzadılması üçün müraciətlər etmiş, cavabdeh inzibati orqan tərəfindən müxtəlif səbəblərdən xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə əlilliyin təyinindən imtina edilmişdir. İddiaçı cavabdehin həmin imtinalarını mübahisələndirməmiş, bu imtinalarla razılaşmış, həmin imtina səbəblərini aradan qaldırmış və yenidən cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan sonuncu dəfə xx.xx.2021-ci il tarixdə imtina edərək bildirmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş n atamam doldurulmuşdur. Diaqnozun təsdiqi üçün Respublika Baş nevroloqunun rəyi vacibdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlillik müddəti 2021-ci ilin yanvar ayında bitsə də, yuxarıda qeyd edilən səbəblərdən (əlliyin təyini ilə bağlı əvvəlki imtinalar mübahisələndilmədiyindən), cavabdehin sonuncu xx.xx.2021-ci il tarixli imtinası hazırkı məhkəmə araşdırmasının predmetini təşkil edir və bu imtinanın əsassız olması öz təsdiqini tapdığından, iddiaçıya həmin tarixdən əlillik təyin edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2-1(104)-169/2023 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar qətidir.