Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2560/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: əmək haqqının 80% miqdarında əmək pensiyasının yenidən hesablanması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 04 iyun 2019-cu il tarixli 2-1(103)-1501/2019 saylı qərardadından cavab deh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 sentyabr 2019-cu il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı əmək haqqının 80 % miqdarında pensiya təyin edilməklə qanunda göstərilmiş qaydada əlavələrin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 12 mart 2019-cu il tarixli iş № 2-1(82)-1210/2019, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək biri nci instansiya məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 04 iyun 2019-cu il tarixli iş № 2-1(103)-1501/19 qərardadı iləhazırkı iş üzrə birinci instansiya məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarından cavabdeh DSMF-nun Nərimanov rayon şöbəsi tərəfindən verilmiş şikayət üzrə apelyasiyanın mümkün sayılmaması və apelyasiya şikayətinin qəbulundan imtina edilməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdeh kasasiya şikayətini onunla əsaslandırmışdır ki,qərarda qeyd edilir ki, iş materiallarının 58-ci vərəqinə əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, iş üzrə qəbul edilmiş qərarın surəti cava bdehə 08 aprel 2019-cu il tarixdə təqdim edilmiş və həmin qərar imza edilməklə qəbul edilmişdir. Cavabdehin həmin qərardan verdiyi apelyasiya şikayəti 13 may 2019-cu il tarixdə birinci instansiya məhkəməsinə daxil edilmişdir. Əslində isə müddət cavabdehdən asılı olmayan səbəblərdən ötürülmüşdür. Belə ki, poçt xəbərnaməsində 08 aprel 2019-cu il tarix göstərilsədə əslində faktiki olaraq cavabdeh qərarı 18 aprel 2019-cu il tarixdə almışdır. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəməsi vasitəsilə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə q ərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib -edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını araşdıraraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə iş materiallarına uyğundur. Belə ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iş materiallarının 58-ci vərəqəsinə əlavə edilmiş poçt xəbərnaməsindən müəyyən olunur ki, iş üzrə qəbul edilmiş qərarın surəti cavabdehə 08 aprel 2019- cu il tarixdə təqdim edilmiş və həmin qərar imza edilməklə qəbul edilmişdir. Cavabdehin həmin qərardan verdiyi apelyasiya şikayəti 13 may 2019-cu il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, cavabdeh 08 may 2019-cu il tarixə qədər apelyasiya şikayəti verməli olduğu halda qanunla müəyyən edilmiş 30 günlük prosessual müddəti ötürməklə apelyasiya şikayəti vermişdir. Buna görə də, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən apelyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, hazırkı işdə cavabdeh buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş və ərizəsində göstərmişdir ki, onun tərəfindən prosessual müddət ötürülməmiş, yəni cavabdeh tərəfindən 18.04.2019-cu il tarixdə qərarı almışlar və dərhal məhkəməyə müraciət etmişlər. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsinin qərarını 08 aprel 2019-cu il tarixdə qəbzə imza etməklə qəbul etmişdir (iş vərəq 58). Belə ki, İnzibati Prosessual Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddəti n axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nət icəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69 və 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli 21(103)-1501/19 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-2560/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2560/2019
11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver