Məhkəmə qərarları › İş №2-1(102)-2560/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2560/2025

22.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2560/2025 22.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2025-ci il tarixli, 2-1(103)-1987/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur.

2. İddiaçıya məxsus hərbi biletin surəti, Г 601654 nömrəli diplomun surəti və 07 dekabr 1995-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında əksini tapan məlumatlara əsasən iddiaçı, - xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. - xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə qədər Bakı şəhəri 22 nömrəli Peşə Məktəbində çilingər ixtisası üzrə təhsil almışdır. - xx.xx.1984-cü il tarixində Kavkazenerjiquraşdırma trestinin Abşeronquraşdırma idarəsində quraşdırıcı və zifəsinə təyin edilmiş, xx.xx.1989-cu ildə 3-cü dərəcəli quraşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə 4-cü dərəcəli quraşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə boru kəmərlərinin qazla kəsilməsi üçün 5-ci dərəcəli quraşdırıcı keçirilmiş, xx.xx.2001-ci ildə Abşeron quraşdırma İdarəsinin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. xx.xx.2008-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 3. "xxxx" ASC tərəfindən verilən arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1981-ci ildə hərbi xidmətdə olub. xx.xx.1984-cü ildə Bakı şəhəri 22 nömrəli Peşə Məktəbini qurtarmışdır. xx.xx.1984-cü ildə Kavkazenerjiquraşdırma trestinin Abşeronquraşdırma idarəsinə 265/k əmrlə 4-cü dərəcə quraşdırıcı işinə qəbul edilmiş, xx.xx.1990-cı ildə 6 nömrəli əmrlə 3-cü dərəcəli quraşdırıcı işinə qəbul olunmuş, xx.xx.1990-cı ildə 96 nömrəli əmrə əsasən 4-cü dərəcəli quraşdırıcı işinə qəbul olmuş, xx.xx.1992-ci ildə 43/k əmrə əsasən boru kəmərlərinin qazla kəsilməsi üçün 5-ci dərəcəni almışdır. xx.xx.2008-ci ildə öz xahişi ilə 68h 2/a nömrəli əmr ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda (fəsil 35), qazla kəsicilərlə eyni işi görür. Mingəçevir, Sumqayıt, Şimal elektrik stansiyasında və Bayramzadə adına istilik elektrik stansiyalarında quraşdırma və təmir işlərində qazla kəsici işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 35-ci fəslinə əsasən işlədiyi sahələr zərərli olduğu üçün güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ daşı yır. Abşeron Quraşdırma İdarəsinin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır.

4. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin İddiaçı dair arayışında xx.xx.1984-xx.xx.1992-ci il tarixləri arasındakı dövrdə adıçəkilən müəssisədə quraşdırıcı, xx.xx.1992-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə boru kəmərlərinin qazla kəsilməsi peşələrində işlədiyi qeyd olunub. Araşdırma zamanı xx.xx.2006 - xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabın ın sığorta hissəsində yalnız 2007-ci ilin 4 ayı üzrə sığorta ödənişlərinin öz əksini tapdığı müəyyən edilib. Bu səbəbdən də İddiaçı xx.xx.1984-xx.xx.2006-cı il tarixləri arasındakı dövrdə də işləyibişləməməsinə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəbdən də həmin dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığından güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 (altmış) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixindən ödənilməmiş pensiya ödənişlərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxa rıda qeyd olunan hallarına istinadən onunla əsalandırılmışdır ki, Filialın imtina məktubunda qeyd etdiyi xx.xx.1984-xx.xx.2006-cı il tarixləri arasındakı dövrdə işləyib-işləməməyi ilə bağlı mövqeyi haqlı deyildir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İddiaçının işlədiyi dövrləri, hərbi xidmət və təhsil illərini nəzərə alaraq 25 ildən çox sığorta stajı vardır və bu müddətin 12 il 06 ayından çoxunu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq işlərdə çalışmışdır. Ona görə də 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün məhkəməyə müraciət etmişdir.

8. Cavabdeh iddia tələbinə etiraz etmiş, etirazın dəlillərini iddiaçının müraciətindən imtinanın dəlillərinə uyğ un əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad olunan Siyahı üzrə müəyyən edilmiş “sənaye dəmirbeton borularının boruçəkənləri” vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.

9. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2163041/2023 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlarından göründüyü kimi iddiaçının hesabına "xxxx" ASC tərəfindən 2007-ci ilin iyun, iyul, avqust, oktyabr, 2010-cu ilin yanvar ayı üçün, 16 nömrəli X2 Tresti tərəfindən 2008-ci ilin aprel-dekabr, 2 009-cu ilin fevral-sentyabr aylarınadək, 2017-ci ilin may, noyabr, 2018-ci ilin yanvar-iyul ayları üzrə VÖEN üzrə, "xxxx" MMC tərəfindən 2021-ci ilin yanvaroktyabr ayları, X1 Firması tərəfindən 2022-ci ilin iyul ayı üzrə MDSS-lər ödənilmişdir.

10. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, “İddiaçı, həqiqətən də, xx.xx.1984cü ildən Kavkazenerjiquraşdırmatrestin Abşeronquraşdırma idarəsinə 265/k nömrəli əmrlə 4-cü dərəcə quraşdırıcı işinə qəbul edilmişdir. xx.xx.2008-ci ildə öz xahişi ilə 68h 2/a nömrəli əmri ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Milli Əmlak Nazirliyi tərəfindən təşkil olunan özəlləşdirmə prosesində "xxxx" ASC təşkilatı arxiv sənədləri ASCyə təhvil verilmədiyi üçün həmin vaxt ərz ində arxivləşdirilməmişdir. İddiaçı "xxxx" ASC-də işlədiyi dövrə dair arxiv sənədləri ilə bağlı Milli Əmlak Komitəsinin Özəlləşdirmə İdarəsinə müraciət etmək zəruridir. Abşeron Quraşdırma İdarəsinin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır (əmr 24/k nömrəli, xx.xx.2001-ci il tarixli). Arayış əmək kitabçasının əsasında verilmişdir. Milli Arxiv İdarəsi tərəfindən sənədlərin saxlanılması müddəti müəyyən edilib (12 aprel 2016-cı il tarixli, 3/1 nömrəli əmr). Həmin sənədə əsasən mühasibat uçotu sənədlərinin saxlanılması müddəti 5 il, kadr uçotu sənədlərinin saxlanılma müddəti isə 75 il müəyyən edilmişdir.

11. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 23/**********900 məktubunda qeyd olunmu şdur ki, xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" ASC xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır.

12. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-19365/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Azəristilikenerjiquraşdırma trestinin Abşeron Quraşdırma idarəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 136 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixində tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) xx.xx.2000-c i il tarixinə səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2-1(112)-1201/2024 nömrəli qərarı ilə (hakim Aygün Əhədova) iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən görünür ki, iş materiallarında olan hərbi bilet, diplom və əmək kitabçasına əsasən iddiaçının xx.xx.1981-xx.xx.1983-cü ilədək hərbi xidmət dövrü 02 il 01 ay 02 gün, xx.xx.1984-xx.xx.1984-cü ilədək təhsil dövrü 05 ay 14 gü n, xx.xx.1984-xx.xx.2006-cı il tarixədək işlədiyi dövr 21 il 04 ay 06 gün olmaqla 23 il 10 ay 22 gün və xx.xx.2006-cı il tarixdən sonra məcburi sosial sığorta haqlarının ödənildiyi dövr 03 il 06 ay olmaqla ümumilikdə 27 il 04 ay 22 gün ümumi iş stajı toplamışdır.

15. Cavabddeh iddiaçının xx.xx.1984-xx.xx.2006-cı il tarixləri arasındakı dövrü mübahisələndirir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçının əmək fəaliyyəti əmək kitabçasında işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, ASC-nin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlərlə sübut olu nur. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi arayışlarda da iddiaçının əmək fəaliyyətinin həqiqiliyi barədə məlumatlar əks olunmuş, xx.xx.2006-cı il tarixdən sonra fərdi uçotun yarandığı ilk dövrlər üzrə də həmin müəssisə tərəfindən müvafiq aylar üzrə MDSS-lə ödənilmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və hazırkı əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özüözlüyündə şübhə doğurmur. Bu ndan əlavə məhkəmə sorğusu ilə əldə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin cavabından müəyyən olunur ki, iddiaçının işlədiyi müəssisə "xxxx" Dövlət Şirkətinin Azəristilikenerjiquraşdırma trestinin Abşeron Quraşdırma idarəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 136 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, xx.xx.2001-ci il tarixində tam özəlləşdirilmişdir. Özəlləşmə zamanı müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən emissiya prospektində müəssisənin, onun əmlakının özəlləşməsində güzəştli şərtlərlə iştirak etmək hüququ olan əmək kollektivi üzvlərinin siyahısı tərtib olunmuşdur ki, həmin kollektivin üzvü kimi xx.xx.2000-ci il tarixinə səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siya hısında İddiaçı adı aşkar qeyd edilmişdir. Beləliklə, emissiya prospektində (özəlləşmə planında) iddiaçının adının əmək kollektivinin sırasında göstərilməsi onu deməyə əsas verir ki, iddiaçı həmin müəssisədə çilingər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuş, o tutduğu vəzifəyə uyğun ştat vahidi, əməkhaqqı və s. ilə təmin olunmuşdur. Əks halda əmək kollektivinin sırasında adı çəkilməməklə bərabər özəlləşmədə güzəştli şərtlərlə çıxış etmək imkanı tanınmazdı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.1984 - xx.xx.2006-cı il tarixədək dövrün iddiaçının ümumi stajına daxil etməməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

16. Birinci instansiya məhkəməsi iddiaçının işlədiyi peşənin güzəştli pensiya təyinatına əsas verib-verməməsinə münasibətdə isə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-11618 qazla kəsicilər peşəsi, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda “35. Ümumi peşələr” bölməsində “qazla kəsicilər” peşəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. İş yerindən verilmiş güzəştli arayışda iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi 5-ci dərəcə boru kəmərlərinin qazla kəsicisi vəzifəsinin funksional təyinat baxımından Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Siyahıda 35-ci bölmədə “qazla kəsicilər”lə eyni işi gördüyü qeyd edilərək həmin vəzifəyə uyğunlaşdırılmışdır. İddiaçının əmək fəaliyyətinə dair sənədlər və təqdim edilmiş güzəştli iş arayışları onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir.

17. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 13 il 11 ay 27 gün və xx.xx.2006cı il tarixdən sonra 05 ay olmaqla, cəmi 14 il 04 ay 27 gün güzəştli iş stajı var. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.

18. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia təl əbinin təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2025-ci il tarixli, 2-1(103)-1987/2025 nömrəli qərarı ilə (hakimlər - Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Nigar Nəbizadə və Kamran Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinas ının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafi q icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə t utulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

25. Azərbaycan Respublikası Na zirlər Kabinetinin 23 yanvar 2007-ciil tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

35. Ümumi peşələr qazla kəsicilər

26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı

2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi ü çün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam v ə ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasi ya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İ nsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

34. Qanunv ericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də, cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hes ab edir.

36. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi, əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müv afiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

37. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutla rla bağlı deyildir.

38. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

39. Yuxarıda istinad edilən, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta h issəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.

40. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

41. Həmçinin iddiaçının işlədiyi peşənin (“boru kəmərlərinin qazla kəsilməsi”) və sahənin ümumi peşələr sahəsinə aid və bağlı olduğu işin apellyasiya instan siyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

42. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müə yyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

43. Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

45. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin q ərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2025-ci il tarixli, 21(103)-1987/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar