Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2561/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin e dilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-1(103)-1473/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunun Geoloji-Kəşfiyyat fakültəsinin “Hidrogeologiya və mühəndis geologiyası” ixtisası üzrə əyani şöbəsində ali təhsil almışdır.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2017-ci il tarixli, RA-019/3009 nömrəli arxiv arayışına əsasən, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.198 5-ci il tarixədək “Qaradağneft” NQÇİ-nin QY və ƏTS-də yardımçı fəhlə işləmişdir. 3. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı Termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Xəzəryanı hidrogeoloji kəşfiyyat partiyasında xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək texnik, xx.xx.1987-ci il tarixdən xx.xx.1998-ci il tarixədək hidrogeoloq, Hidrogeologiya və Mühəndis-Geologiyası İdarəsinin Xəzəryanı hidrogeoloji rejim partiyasında xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək hidrogeoloq, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək partiya rəisi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası Şərqi Qobustan Hidrogeologiya partiyasında (sonrada n Xəzəryanı geoloji tədqiqatlar partiyası adlandırılmışdır) xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək partiya rəisi işləmişdir.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli, 18/8-023 nömrəli arayışına əsasən, iddiaçının işlədiyi Termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Xəzəryanı hidrogeoloji kəşfiyyat partiyasında xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək texnik, xx.xx.1987ci il tarixdən xx.xx.1998-ci il tarixədək hidrogeoloq, Hidrogeologiya və MühəndisGeologiyası İdarəsinin Xəzəryanı hidrogeoloji rejim partiyasında xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək hidrogeoloq vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-ci il tarixli, 320 nömrəli qə rarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıdakı (2010100)
1. Dağ mədən işləri, 1) Açıqda dağ - mədən işləri və yer səthində işlər bölməsində (2010100b - b) rəhbərlər və mütəxəssislər - 2010100b-20612 hidrogeoloqlar, sahə hidrogeoloqları) uyğundur. İddiaçının işlədiyi Hidrogeologiya və MühəndisGeologiyası İdarəsinin Xəzəryanı hidrogeoloji rejim partiyasında xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək partiya rəisi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası Şərqi Qobustan Hidrogeologiya partiyasında (sonradan Xəzəryanı geoloji tədqiqatlar partiyası adlandırılmışdır) xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək partiya rəisi Azərbaycan Respublikası Nazirlər Kabineti nin xx.xx.1993-ci il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıdakı (2010100)
1. Dağ mədən işləri, 1) Açıqda dağ - mədən işləri və yer səthində işlər bölməsində (2010100b-24097) sahə rəisləri, onların müavinləri (köməkçiləri) uyğundur.
5. İddiaçı cavabdehə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 11 ay 15 gün (xx.xx.1980-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2001-ci il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) tə şkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 51840 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36236,53 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cav abdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşından, yəni 28 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə doğulmuş, 1980-1985-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Geoloji-Kəşfiyyat fakültəsinin “Hidrogeologiya və mühəndis geologiyası” ixtisası üzrə əyani şöbəsində ali təhsil almışdır və əmək stajı təhsil aldığı müddət də daxil olmaqla xx.xx.2006-cı ilə qədər zərərli işlə birlikdə 25 ildən artıqdır. O, xx.xx.1982-ci ildə “Qaradağneft” NQÇİ-nin QY və ƏTS-yə yardımçı fəhlə peşəsinə işə qəbul olunmuş, xx.xx.1985-ci il tarixdə işdən azad edilmişdir. Lakin cavabdeh həm in müddəti nəzərə almamış və onun güzəştli şərtlərlə iş stajında 15 günün çatmadığını bildirmişdir. Bu barədə onun həmin təşkilatdan möhürlə təsdiqlənmiş arxiv arayışı vardır. Əgər həmin arayış nəzərə alınarsa onun iş stajı 25 il 16 gün təşkil edir. Onun güzəştli şərtlərlə pensiya hüququ 57 yaşında yarandığı üçün cavabdeh orqanın imtinasında göstərdiyi pensiya kapitalı məbləği ona aid edilə bilməz. Belə olan halda, həm zərərli işlərdə iş stajı, həm də ümumi iş stajı ona güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Bu səbəbdən cavabdehin imtinası əsassızdır.
9. Cavabdehin iddiaya qarşı təqdim etdiyi etirazda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı ilədək ümumi iş stajı 25 ildən az, yəni 24 il 11 ay 15 gün təşkil edir (xx.xx.1980-xx.xx.1985, xx.x x.1985-xx.xx.2001 və xx.xx.2002xx.xx.2005-ci il arasındakı dövrlər). Məhz bu səbəbdən ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi tətbiq edilə bilməz. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 51840 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 36236,53 manatdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş olunmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Pərviz Hüseynov) 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8500/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlər lə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı təhsil müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixədək 25 il 1 ay 22 gün ümumi sığorta stajına malikdir (xx.xx.1980-xx.xx.1985 (təhsil), xx.xx.1985-xx.xx.1985, xx.xx.1985xx.xx.2001, xx.xx.2002-xx.xx.2006 işlədiyi müddət). Həmçinin, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək Termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Xəzəryanı hidrogeoloji kəşfiyyat partiyasında texnik, xx.xx.1987-ci ildən xx.xx.1998-ci ilədək həmin partiyada hidrogeoloq, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək Hidrogeologiya və Mühəndis-Geologiyası İdarəsinin Xəzəryanı hidrogeoloji rejim partiyasında hidrogeoloq, xx.xx.2000-ci i ldən xx.xx.2001-ci ilədək Xəzəryanı hidrogeoloji rejim partiyasının rəisi, xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Xəzəryanı hidrogeoloji rejim dəstəsinin rəisi, xx.xx.2002-ci ildən xx.xx.2009-cu ilədək Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının Şərqi Qobustan hidrogeologiya partiyasının rəisi vəzifələrində işləmişdir (xx.xx.2006-cı ilədək cəmi 20 il 1 ay 26 gün). İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur: İ Bölmə - Dağ-mədən işləri, Bən d
1. Açıqda dağ-mədən işləri və yer səthində işlər, Yarımbənd b) rəhbərlər və mütəxəssislər, kod 2010100b—20612 hidrogeoloqlar, sahə hidrogeoloqları, kod 2010100b—24097 sahə rəisləri, onların müavinləri (köməkçiləri). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 20 il 1 ay 26 gün). İddiaçı tərəfindən təqdim edilmiş, ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da onun işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. İddiaçının xx.xx.2006-ci il tarixinədək 25 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən bu müddətin daxilində 12 il 6 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı tələbində haqlıdır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Kamran Əkbərov) 13 iyun 2023-cü il tarixli, 2-1(103)-1473/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məh kəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2017-ci il tarixli RA-019/3009 nömrəli arxiv arayışı möhürlə təsdiqlənmədiyindən, iddiaçının həmin dövrə dair iş stajını nəzərə almaq mümkün deyil. Şikayətin göstərilən dəlilinin araşdırılması ilə bağlı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu göndərilərək, həmin arxiv arayışının əsasında dayanan sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İs tehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsi məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya dair xx.xx.1982-ci il tarixli, 456/k nömrəli və xx.xx.1985-ci il tarixli, 287/k nömrəli əmrlərin, “şəxsi kartoçka”nın, həmçinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin tarixi barədə arayışın surəti məhkəməyə təqdim edilmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri mötəbər sübutlarla təkzib olunmuşdur.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin d əlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qad ınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüv vədə olmuş, 2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmi ş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” İ. Dağ-mədən işləri 20101000 – 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər 2010100b – b) rəhbərlər və mütəxəssislər 2010100b—20612 – hidrogeoloqlar, sahə hidrogeoloqları 2010100b—24097 – sahə rəisləri, onların müavinləri (köməkçiləri)
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə il ə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin t ələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, ha belə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməs i tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
31. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inziba ti orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
32. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. 33. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
34. Bu qərarın 18-19-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.
35. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödəni lir.
36. Cavabdehin iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2017-ci il tarixli RA-019/3009 nömrəli arxiv arayışı möhürlə təsdiqlənmədiyindən onun həmin dövrə dair iş stajının nəzərə alınmasının mümkün olmaması barədə kassasiya şikayətinin təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə sorğu göndərilərək həmin arxiv arayışının əsasını təşkil edən sənədlərin təsdiq edilmiş surəti tələb olunmuş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsi məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya d air xx.xx.1982-ci il tarixli, 456/k nömrəli və xx.xx.1985-ci il tarixli, 287/k nömrəli əmrlərin, “şəxsi kartoçka”nın, həmçinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin tarixi barədə arayışın surəti məhkəməyə təqdim edilmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri mötəbər sübutlarla təkzib olunmuşdur.
37. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi barədə cavabdehin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Həmin normalarda isə şəxsə güzəştli şərtlələ yaşa görə əmək pensiyası təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli olması tələbi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçı tələbində haqlıdır.
38. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız o lduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 21(103)-1473/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.