Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2562/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə (bundan sonra cavabdeh) qarşıazyaşlı uşaqlarına vahid maddi yardımdan yararlanması üçün ədalətli qətnamə çıxarılması, bu qətnamələrin 1 yanvar 2017-ci ildən sonra doğulan uşaqlara da şamil olunması üçün lazımi tə şkilatlar qarşısında məsələ qaldırılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1290/2019saylı, 16 may 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 avqust 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək məcburi köçkün olduğunu, 1 yanvar 2017-ci ildən sonra iki uşağının doğulduğunu, onların məcburi köçkün statusuna malik olsa da, 1 yanvar 2017-ci ildən sonra doğulan məcburi köçkün uşaqlarına maddi yardım ödənilməsinin dayandırılması barədə cavabdehin 24 yanvar 2017-ci il tarixli qərarının qanunsuz olduğunu bildirib azyaşlı uşaqlarına vahid ma ddi yardımdan yararlanması üçün ədalətli qətnamə çıxarılması, bu qətnamələrin 1 yanvar 2017-ci ildən sonra doğulan uşaqlara da şamil olunması üçün lazımi təşkilatlar qarşısında məsələ qaldırılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-1326/2019 saylı iş) 1 aprel 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3-məruzəçi, X4 və X5, 2-1(103)1290/2019 saylı iş) 16 may 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, İnzibati Pro sessual Məcəllənin 2 və 3-cü maddəsində inzibati məhkəmə icraatı qaydasında belə iddialara baxılması nəzərdə tutulmamışdır və Konstitusiyanın 149-cu maddəsinə, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.7-ci maddəsinə əsasən, cavabdehin qəbul etdiyi akt normativ hüquqi akt olmaqla inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməz. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsində inzibati orqan, 2.0.2-ci maddəsində inzibati akt anlayışı verilmişdir. Nazirlər Kabinetinin təsdiq etdiyi 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarında cavabdeh inzibati orqan kimi göstərilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.1 və 2.2.6-cı maddələrinə əsasən, məh kəmənin mübahisəyə baxmaq səlahiyyəti olmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı bildirir ki, o, məcburi köçkündür və 1 yanvar 2017-ci ildən sonra iki uşağı doğulmuşdur. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na uyğun həll edilir. 1 yanvar 2017-ci ildən qüvvədə olan adı çəkilən Qaydanın 2-ci hissəsində qeyd edilmişdir ki, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir:...2.15. 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına (“məcburi köçkün” statusu saxlanılmaqla). İddiaçı Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilən Qaydanın 2.15-ci bəndini mübahisələndirir. İPM-in 2.2.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu madd əsinin İİİ hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir: 1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;... Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının Konstitusiyaya uyğunluğunu yoxlamaq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. İnzibati prosessual qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddialara baxılmasını məhkəmənin (apellyasiya instansiyası məhkəməsinin) səlahiyyətinə vermişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından narazılığını bildirir və onun hazırkı tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilir. İP M-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mümkünlük şərtlərinə cavab verməmişdir, odur ki, iddianı mümkün saymamaqla apellyasiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası şikayətin o dəlili ilə razılaşır ki, Nazirlər Kabineti inzibati orqan funksiyasını həyata keçirir, lakin apellyasiya məh kəməsi haqlı olaraq qəbul etdiyi qərardadında Nazirlər Kabinetinin inzibati orqan olmaması əsası ilə deyil, onun qəbul etdiyi qərarın məhkəmə qaydasında mübahisələndirilməsinin yolverilməzliyinə görə iddianı mümkün saymamışdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası nın 2-1(103)-1290/2019 saylı, 16 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2562/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2562/2019
14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver