Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2562/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər: "xxxx" Mənzil Tikinti Kooperativi, "xxxx" MMC və "xxxx" ASC) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük məsələsi; iki inzibati orqan arasında olan mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublika sı Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər: "xxxx" Mənzil Tikinti Kooperativi, "xxxx" MMC və "xxxx" ASC) qarşı “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 232 nömrəli və xx.xx.2007-ci il tarixli 307 nömrəli sərəncamların və həmin sərəncamlar əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının balansına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələb inə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2188/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MTK Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən H.Sarabski adına mədəniyyət evinin binasının yerində və tutduğu ərazidə tikiləcək binada mədəniyyət evinin yerləşdirilməsi öhdəliklərini götürmək şərti ilə çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsi məqsədilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etmişdir. "xxxx" MTK ilə danışıqlar aparıldıqdan sonra MTK ilə H.Sarabski adına mədəniyyət evi arasında ikitərəfli müqavilə imzalanmış və bu müqaviləyə əsasən MTK t ikinti müddətinə mədəniyyət evinin kollektıvinin müvəqqəti yerləşdirilməsinə, tikiləcək yaşayış evinin aşağı mərtəbələrində Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış layihə tapşırığı əsasında öz vəsaiti hesabına müstəqil girişə malik, ümumi sahəsi 800 kv.m olan mədəniyyət evinin layihəsinin hazırlanmasına və tikintisini başa çatdırıb əvəzsiz olaraq mədəniyyət evinin balansına verilməsinə təminat vermişdir. Yuxarıdakıları nəzərə alaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ünvan 2 ünvanda H.Sarabski adına mədəniyyət evinin binasının sökülərək onun yerində "xxxx" MTK tərəfindən yeni mədəniyyət evinin “açar təhvili” şərtləri ilə təmənnasız olaraq inşa etməklə çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılmasına və binanın özəlləşdirilməsinə etiraz etməmişdir. 2. ünvan 3 ünvanında yerləşən 1716.9 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 1396.3 kv.m olan qeyri-yaşayış sahəsi 1 və 2 mərtəbəli ayrı tikililər) "xxxx" MTK tərəfindən özəlləşdirilmiş və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnamə və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli, 002291 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir.
3. Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində mülkiyyətində olan 0,17169 ha torpaq sahəsində yerləşən 13 nömrəli 1396.3 kv.m ümumi, 989.6 kv.m əsas, 406.7 kv.m köməkçi sahədən ibarət 1 v ə 2 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" MTK-nın adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 2215 nömrəli vərəqində qeydiyyata alınmış və MH seriyalı, ******* nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
4. Daha sonra sözügedən qeyri-yaşayış binası xx.xx.2013-cü il tarixdə X5 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonuncunun adına RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
5. X6 xx.xx.2010-cu il tarixdən "xxxx" ASC-də ipotekada olan qeyri-yaşayış sahəsini X1 və tərəflər arasında AN-İ seriyalı, ******* nömrəli, 12 fevral 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həm in qeyri-yaşayış sahəsinə dair "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli M/03-715 nömrəli məktuba və alıcının razılıq ərizəsinə əsasən ipoteka hüququ qüvvədə qalmaq şərtilə əməliyyat aparılmışdır.
6. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışla müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1396.3 kv.m olan qeyriyaşayış binası və onun yerləşdiyi 0,17169 ha torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.
7. İddiaçı özəlləşdirmə ilə bağlı şəhadətnamələrin ləğv edilməsi və əvvəllər Bakı şəhər Mədəniyyət Baş İdarəsinin balansında olmuş qeyri-yaşayış binasının yenidən idarənin balansına qaytarılması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 31 yanvar 2022-ci il tarixli məktubla bildirmişdir ki, qeyri-yaşayış binası xx.xx. 2007-ci il tarixli, 002291 nömrəli və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2007-ci il tarixli, 000771 nömrəli şəhadətnamələrə əsasən özəlləşdirilmişdir. Qeyd edilən əmlakların özəlləşdirilməsinə etiraz edilməməsi ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xx.xx.2007-ci il tarixli 1425/07 nömrəli məktubunun surəti təqdim edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 232 nömrəli və xx.xx.2007-ci il tarixli 307 nömrəli sərəncamların və həmin sərəncamlar əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının balansına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən, 1396,3 kv.m ümumi, 989,6 kv.m əsas, 406,7 kv.m köməkçi sahədən ibarət iki mərtəbəli qeyriyaşayış sahəsi 1890-cı ildə inşa edilmişdir. Ötən əsrin 30-cu illərindən etibarən həmin qeyri-yaşayış sahəsində müvafiq mədəniyyət müəssisələri, sonradan isə Hüseynqulu Sarabski adına mədəniyyət evi fəaliyyət göstərmiş, təyinatına uyğun olaraq, adıçəkilən qeyri-yaşayış sahəsi də uzun illə r Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin balansında olmuşdur. Sözügedən qeyri-yaşayış sahəsinin uzun illər istismar olunması ilə əlaqədar təmir edilməsi zərurəti yaranmış, bu səbəbdən də, Hüseynqulu Sarabski adına mədəniyyət evi 2013-cü ildə müvəqqəti olaraq ünvan 5 ünvanına köçürülmüşdür. Sonradan şifahi məlumata əsasən mübahisə predmeti qeyri-yaşayış sahəsinin özəlləşdirildiyi və müvafiq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi məlum olmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğu ilə müraciət edilmiş, sonuncu cavab məktubunda göstərmişdir ki, qeyri-yaşayış sahəsi xx.xx.2007-ci il tarixli 002291 nömrəli, onun yerləşdiyi torpaq sahəsi isə xx.xx.2007-ci il tarixli 000771 nömrəli şəhadətnamələrə əsasən özəlləşdirilmiş, həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi etiraz etməmiş, bununla bağlı məktubun surəti əlavə edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 07 may 2007-ci il tarixli 1425/07 nömrəli məktubu ilə Nazirlik mübahisə predmeti qeyriyaşayış sahəsinin özəlləşdirilməsinə həmin qeyri-yaşayış sahəsinin ərazisində çoxmərtəbəli yaşayış binasının tikilməsi; tikinti müddətində mədəniyyət evinin kollektivinin müvəqqəti yerləşdirilməsi, tikiləcək binanın aşağı mərtəbələrində Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış layihə tapşırığı əsasında yeni mülkiyyətçinin öz vəsaiti hesabına müstəqil girişə malik, ümumi sahəsi 800 kv.m olan mədəniyyət evinin layihəsinin hazırlanması və tikintisini başa çatdırıb əvəzsiz olaraq H.Sarabski adına mədəniyyət evinin balansına verilməsi kimi şərtlərlə razılıq vermişdir. İlk növbədə qeyd olunmalıdır ki, "xxxx" MTK ötən müddət ərzində öz öhdəliklərinə əməl etməmiş, bununla paralel olaraq, mübahisə predmeti dövlət əmlakı qanunsuz olaraq özəlləşdirilmiş və "xxxx" MTK-ya müvafiq çıxarış verilmişdir. Qeyd olunmalıdır ki, mübahisə predmeti özəlləşdirilmənin həyata keçirildiyi tarix - 2007-ci il Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”-nın tətbiq edildiyi dövrə daxildir. Qanunvericilikdə dövlət mülkiyyə tində olan sosial-mədəni təyinatlı müəssisə və obyektlərin özəlləşdirilməsinin dəqiq qaydası müəyyən edilmişdir. Həmin qaydaya əsasən H.Sarabski adına mədəniyyət evinin yerləşdiyi qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilə bilərdi. Cavabdeh həmin qaydaya əməl etməmiş, buna səlahiyyəti olmadığı halda, sosial-mədəni təyinatlı müəssisə - mədəniyyət evinin özəlləşdirilməsi barədə qərar qəbul etmiş, nəticədə qanunvericiliyin tələblərini kobud şəkildə pozulmuşdur. Bununla bağlı, cavabdeh dövlət orqanına müraciət edilsə də, müraciət təmin olunmamış, nəticədə iddiaçının qanunla qorunan mülkiyyət hüququ kobud formada pozulmuşdur. Eyni zamanda, iddiaçının müb ahisə predmeti əmlakın özəlləşdirilməsindən məlumatı olmamış, bununla əlaqədar şifahi məlumat yalnız 2021-ci ildə bəlli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 07 may 2007-ci il tarixli 1425/07 nömrəli məktubu ilə mübahisə predmeti əmlakın özəlləşdirilməsinə etiraz etməsə də, həmin məktubda göstərilən şərtlər yerinə yetirilmədiyindən, bu hal səbəbindən mübahisə predmeti əmlakın özəlləşdirilmədiyi qənaətinə gəlinmişdir.
10. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 1396.3 kv.m qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 11 iyun 2007-ci il tarixli, 5692 nömrəli icarə müqaviləsi əsas ında sonuncunun icarəsinə verilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativi ərizə ilə komitəyə müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin qeyd olunan müraciəti nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 232 nömrəli sərəncamı ilə ünvan 3 ünvanında yerləşən 1396.3 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və komitə ilə bağlanmış xx.xx.2007-ci il tarixli, 1747 nömrəli alqı-satqı müqaviləsi əsasında qeyd olunan qeyri-yaşayış sahəsi "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən satın alınmış və özəlləşdirilmiş əmlaka dair sonuncuya xx.xx.2007-ci il tarixli, 002291 nömrəli şəhadətnamə verilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativi ərizə ilə müraciət edərək həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 307 nömrəli sərəncamı ilə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 1716.9 kv.m torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və qeyd olunan torpaq sahəsinə dair komitə ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında xx.xx.2007-ci tarixli, 893 nömrəli alqısatqı müqaviləsi bağlanmış və özəlləşdirilmiş əmlaka dair "xxxx" Mənzil-Tikinti Kooperativinə xx.xx.2007-ci il tarixli, 000771 nömrəli şəhadətnamə verilmişdir. Daha sonra 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə iddiaçılar X2 və X3 iddiası təmin edilmiş, hazırkı mübahisənin predmeti olan Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Nəsimi rayon Mədəni-Maarif idarəsinin mərkəzləşdirilmiş mühasibatlığının balansında olan qeyri-yaşayış sahəsinin "xxxx" MTK-ya icarəyə verilməsi barədə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 11 iyun 2007-ci il tarixli, 177 nömrəli və "xxxx" MTK-nın icarəsinə verilmiş, ünvan 6 ünvanında yerləşən 1396.3 kv.m qeyri-yaşayış sahəsinin icarəçi "xxxx" MTK-ya satın alınmaq üçün təklif edilməsi barədə xx.xx.2007-ci il tarixli, 232 nömrəli sərəncamların ləğv edilməsi qərara alınmışdır. Qeyd olunan qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qərar dəyişdiril mədən saxlanılmışdır. Bundan başqa Qənbərov Füzuli tərəfindən iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunaraq, qeyd edilən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 307 nömrəli sərəncamının ləğv edilməsi xahiş edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-1928/2017 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)-2297/2017 nömrəli qərardadı ilə 1-ci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 21(102)-605/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməs inin qərardadı qüvvədə saxlanılmışdır. İddianın qeyri-mümkün sayılması üçün əsas kimi məhkəmələr tərəfindən qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsində iddiaçı Qənbərov Füzuliyə məxsus hər hansı qeyri-yaşayış binası mövcud olmadığına görə, onun həmin torpaq sahəsi ilə bağlı iddia irəli sürməyə subyektiv hüququ yoxdur. Qeyd edilənləri və qəbul edilmiş məhkəmə qərarlarını nəzərə alaraq iddia tələbi üzrə qanunamüvafiq qərar qəbul edilməsi xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8269/2022 nömrəli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi, xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC, xx.xx.2022-ci il tarixli "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
12. Bakı İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(112 )-1075/2023 nömrəli qərardadı (hakim M.C.Qarayeva) ilə iddia mümkün sayılmamışdır.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrıayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu inzibati məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” o nların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Həmin hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Həm də, ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yeni icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki ş əxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Beləliklə, dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə əlaqədar mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilməz. Bu halda, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan iddiadır. İnzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin q anunla tənzimlənməsini nəzərdə tutur.
14. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2-1(103)-2188/2023 nömrəli qərardadı (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2-1(112)-1075/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qərardadında İnzibati Prosessual Məcəllənin 12.1, 35.1, İnzibati icraat haqqında Qanunun 2.0.2- 2.0.6, 4.3-cü maddələrinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarına istinad etmişdir.
17. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. İdd iaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
19. İddiaçı şikayətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Üçüncü şəxs "xxxx" MMC kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Cavabdeh və digər üçüncü şəxslər tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanl arı, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. 2.0.2. İnzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. Maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya q əbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.4. Ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. 2.0.5. İnzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. 2.0.6. İnzi bati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətidir. Maddə 4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
9. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. Daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. Bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən e dilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası q üvvədədir. 16.6. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri e tməkdən çəkinməyə dair iddia mümkün sayılır. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmi ş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qayda sında baxılır. 26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar....
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. 27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, 25 yanvar 2019-cu il tarixli Fərmanı: "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin q ərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, hazırki qərarın 24, 26 və 28-ci bəndlərində sadalanan qanunvericiliyin tələblərinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
32. Hazırki iş üzrə iddiaçının ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sah əsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 232 nömrəli və xx.xx.2007-ci il tarixli 307 nömrəli sərəncamların və həmin sərəncamlar əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının balansına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə cavabdeh olan inzibati orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir.
33. Göründüyü kimi, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrı-ayrılıqda onların hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu inzibati məhkəmədə mübahisələndirə bilməzlər. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin, başqa sözlə dövlətin adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqları” onların bilavasitə özlərinə deyil, dövlətə məxsus hüquqlardır. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı mübahisə icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyildir.
34. Eyn i zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun və İnzibati Prosessual Məcəllənin məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir.
35. Bundan əlavə hazırki vaxtadək “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya” barədə hər hansı tənzimləyici hüquqi akt qəbul ed ilməmişdir. Göründüyü kimi, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir.
36. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə əlaqədar mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilmədiyindən, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan iddiadır.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
38. Odur ki, hazırki qərarın 24-29-cu bəndlərində qeyd olunan maddi prosessual hüquq normalarının tələbi baxımından kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 21(103)-2188/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.