Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2563/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2563/2019 Bakı şəhəri 20 noyabr 2019-cu il Açar sözlər: sosial sığorta stajının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət S osial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinin vəkili XXXun iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinin müdiri XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019-cu il tarixli, 2-1(103)-839/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 noyabr 1993-cü il tarixdən 21 fevral 2007-ci il tarix ədək XXXnda rəhbər vəzifələrdə, 20 fevral 2007-ci il tarixdən 11 avqust 2008-ci il tarixədək “xxxx” MMC-də sahə rəisi vəzifəsində və Ekologiya və Təbii Sərvətlər Nazirliyində “xxxx” MMC-nin direktoru vəzifəsində işlədiyi illərin onun əmək stajına daxil edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun 29 noyabr 1993-cü il tarixdən 21 fevral 2007-ci il tarixədək XXXnda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası hüququnun yarandığı 02 aprel 2017-ci il tarixdən yaranmış fərqin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin fa ktiki vəziyyəti İddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən ona 182 manat pensiya təyin edilmiş, lakin pensiya təyin olunan zaman onun 29 noyabr 1993-cü il tarixdən 21 fevral 2007-ci il tarixədək XXXnda işlədiyi illər nəzərə alınmamışdır. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş 29 noyabr 1993-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək olan müddətin qarşılıqlı yoxlanılması mümkün olmamış və həmin müddət onun sosial sığorta stajına daxil edilməmişdir. 01 yanvar 2006-cı il tarixindən 21 fevral 2007-ci il tarixinə qədər müddət ərzində iddiaçının adına sosial sığorta səhadətnaməsi rəsmiləşdirilməmiş və bu səbəbdən iddiaçı 22 il 14 gün ümumi staja malik olmuş və ona 02 aprel 2017-ci il tarixdən yaşa görə əmək pensiyası tə yin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2-1(82)3085/2018 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının 29 noyabr 1993-cü il tarixdən 21 fevral 2007-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olması onun əmək kitabçası ilə, habelə həmin illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi işdə olan 12 dekabr 1997-ci il tarixli aktla öz təsdiqini tapdığından, həmin illərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019-cu il tarixli, 2-1(103)-839/2019 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamışdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 1.0.10, 21.1, 30.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmu ş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, XXXnun mövcudluğu barədə heç bir məlumat olmadığından, habelə iddiaçının əmək kitabçasında qeyd olunmuş 29 noyabr 1993-cü il tarixdən 21 fevral 2007-ci il tarixədək dövr üzrə müəssisə tərəfindən sosial ayırmalar olunmadığından, həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası MPM-nin 418-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxt ı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxxx 1954-cü ildə anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının əmək kitabçasının surətindən görünür ki, 29 noyabr 1993-cü il tarixli, 16/k saylı əmrlə XXX” konsorsiumuna işə qəbul edilmiş və 21 fevral 2007-ci il tarixli, 03/h saylı əmrlə işdən azad edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında D SMF-nin 08 avqust 2018-ci il tarixli, **********4 saylı məktubunda qeyd olunmuşdur ki, iddiaçıya aid fərdi şəxsi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və 01 yanvar 2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 4676 (dörd min yeddi yüz yetmiş altı) manat 08 (səkkiz) qəpik pensiya kapitalı qeydə alınmışdır. İddiaçı yaşa görə ona pensiyasının yenidən hesablanraq ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun 29 noyabr 1993-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək sosial sığorta stajı yoxlanılması zərurəti yarandığı, lakin qeyd edilən dövlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna zidd olması əsası ilə cavabdeh inzibati orqan onun müraciə tini təmin etməkdən imtina etmişdir. İş materiallarına XXX” konsorsiumuna məxsus iş qovluğu əlavə edilmişdir. Həmin qovluqda konsorsiumun Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəlləri əks olunmuş və həmçinin qovluğa Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən məcburi dövlət sosial sığortaedəninə ünvanlanmış və Şöbənin möhürü ilə təsdiq edilmiş bildiriş də əlavə edilmişdir. İddiaçının işlədiyi müəssisəyə dair məcburi sığorta haqlarının ödənilməsi işdə olan 12 sentyabr 1997-ci il tarixli aktla öz təsdiqini tapmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellaysiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etsə də, lakin onların tətbiqi üçün işin hallarını tam müəyyən etməmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının işləməsi onun əmək kitabçasında qeyd edilmi ş, habelə məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələr işlədiyi müəssisənin haqq-hesab cədvəllərində əks olunduğundan, mübahisələndirdiyi dövrlər onun sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh bu mövqeyi mübahisələndirərək bildirmişdir ki, iddiaçının mübahisəli dövrdə işlədiyi müəssisənin mövcudluğu barədə heç bir məlumat olmadığından, habelə iddiaçının əmək kitabçasında qeyd edilmiş dövr üzrə müəssisə tərəfindən sosial ayırmalar ödənilmədiyindən, həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməməlidir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İşin hallarına görə iddiaçıya pensya təyin edilmiş, lakin sosial sığorta stajının müəyyən dövrü nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi sığorta stajına aid olan iş dövrlərini iddiaçının əmək kitabçasına əsasən müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontrak tı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin hallarına görə qiymət verilən iddiaçının mübahisəli əmək fəaliyyəti 1994 – 1995 və 1995-2001-ci illəri əhatə edən dövrə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır; - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququn un yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası. Lakin aşağıdakılara əsasən məhkəmə kollegiaysı hesab edir ki, cavabdehin bildirdiyi dəlil üzrə əlavə yoxlamanın aparılması zəruri olmuşdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçının işlədiyi müddətlərə aid olan dövrdə qüvvədə olmuş: - 2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir; - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən (...) bütün idarə, müəssisə və təşk ilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar; - 13-cü maddəsinə əsasən, işəgötürənlər təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan, (...) sonra bir aydan gec olmayaraq, işçilərinin sayı barədə məlumatları təqdim etməklə, (...) məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar; - 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu) həyata keçirir və məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır və s. Habelə, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kollegiyasının 1997-ci il 23 aprel tarixli 3/1 nömrəli qərarı ilə təsdiq olunmuş və 26 iyun 1997-ci il tarixdə 55 sayla qeydiyyata alınmış “Məcburi dövlət sosial sığorta üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın (09 avqust 2006-cı il tarixdə qüvvədən düşmüşdür) 6-cı bəndinə əsasən, Dövlət Sosial Müdafiə Fondu orqanları sığortaedənlərin uçota alınmasında X1 və Ədliyyə orqanları ilə sıx qarşılıqlı əməkdaşlıq edirlər. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə görə, işçilərin məcburi sosial sığortasının həyata keçirilməsi məqsədilə işəgötürənlərin təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan sonra sığortaçı təşkilatda uçota durması, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın isə məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirlərin görülməsi vəzifələri müəyyən edilmişdir. Beləliklə, bu müddəaların tələblərinin tətbiqi üçün ilk olaraq işəgötürənlərin dövlət qeydiyyatına alınması faktı müəyyən edilməlidir. Zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 21 noyabr 2011-ci il tarixli, 17 saylı qə rarı ilə təsdiq edilmiş, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyaları sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” haqqında Qaydalarının 4.2.7-ci bəndində müəyyən olunmuşdur ki, pensiya sektorunun əməkdaşı (müvafiq sahə üzrə)ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Bu müddəanın tətbiqi ilə bağlı cavabdeh bildirmişdir ki, iddiaçının işlədiyi müəssisəyə dair məlumat müəyyən ediməmişdir. Lakin bildirilmiş əsasları, yəni həmin müəssisələrin, hüquqi şəxs kimi dövlət qeydiyyatında olması halını tam yoxlamadan və müvafiq araşdırmanı tam aparmadan, apellyasiya məhkəməsinin nəticəyə gəlməsini məhkəmə kollegiyası yuxarıda göstərilmiş maddələrin tələblərinə görə qanuni hesab etmir və bu halda həmin məhkəmə tərəfindən həmçinin Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində təsbit edilmiş işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifəsinin icra etmədiyini bildirir. Belə ki, işin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 29 noyabr 1993cü il tarixdən 21 fevral 2007-ci il tarixədək əhatə edən dövrə aid olmuşdur və həmin dövr o, XXX” konsorsiumunda işləmişdir. Həmin müəssisədə işləməsi faktını apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş qovluğda olan sənədlərlə də müəyyən etmişdir. Halbuki, həmin qovluqda olan sənədlərin başlanğıc tarixi 1993-ci ilə aid olmaqla 2001-ci il tarixi dö vrü əhatə etmiş və onlara əsasən müəssisə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsində ******* nömrə ilə qeydiyyata alınmışdır. İşin 32-ci səhifəsində olan Dövlət Sosial Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş idarəsinin məlumatından göründüyü kimi, ******* nömrə ilə XXXkonsorsiumu 20 oktyabr 1997-ci il tarixində qeydə alınmışdır. Göründüyü kimi, apellyasiya məhkəməsinin sübut kimi qiymətləndirdiyi sənədlərlə işdə olan digər sənədlər arasında uyğunsuzluq mövcuddur, habelə həmin müəssisənin iddiaçının işlədiyi 2007-ci il tarixədə qədər mövcud olması hər hansı digər sübutla təsdiq edilməmidşir. Kassasiya instansiyası olmaqla məhkəmə kollegiyası işdə olan sənədləri sübut kimi qiymətləndirmək səlahiyyətinə malik deyildir. Lakin onların işdə mövcudluğu iş üzrə qəbul edilən qəra ra təsir etdiyi üçün onların nəzərə alınmasını zəruri hesab edir və qeyd edir ki, bu məsələlərin daha ətraflı araşdırılması işin yenidən apellyasiya baxışına qaytarılmasını zəruri etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə, sosial sığorta stajının mübahisəli dövrə münasibətdə müəyyən edilməsi üçün iddiaçının əmək kitabçasında qeyd edilmiş müəssisə ilə bağlı mübahisəli dövrdə münasibətdə sorğuların verilməsi (müəssisənin adı, hüquqi-təşkilatı formasının dəyişirilibdəyişidirilməməsi, vergi ödəyicisi olması və s.) və uyğunsuzluqlara dair araşdrıma aparılması üçün iş yenidən apellyaisya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri oldu ğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmi ş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsinin müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019-cu il tarixli, 2-1(103)-839/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2563/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2563/2019
20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver