Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2564/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 aprel tarixli 2-1(103)-125/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qə bul etdi. Təsviri hissə: İşin halları: Abşeron rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1990-cı il 20 sentyabr tarixli, 195 saylı Qərarına əsasən, Cəvahir Məcid qızına 0,12 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması haqqında Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin və əmək kollektivi şurasının sentyabr 1991-ci il tarixli, 6 nömrəli birgə qərarı və sovxozun 1991-ci il 12 sentyabr tarixli əmri nəzərə alınaraq, ona verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Cəvahir Məcid qızı 2004cü il 5 oktyabr tarixdə vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında 2013-cü il 24 avqust tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 2004-cü il 5 oktyabr tarixdə vəfat etmiş mərhum anası Cəvahir Məcid qızına məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir. Cavabdeh 2016-cı il 20 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Tarif Şurasının 2009-cu il 31 iyul tarixli, 4 saylı Qərarının tələblərinə uyğun olaraq İdarə tərəfindən müxtəlif arayışların verilməsi ilə bağlı xidmət haqlarının ödənilməsi nəzərdə tutulmuşdur. Təqdim edilmiş sorğuya müəyyən edilmiş xidmət haqqının ödənilməsi ilə bağlı qəbz əlavə edilmədiyindən sorğunun icrasının təmin edilməsi mümkün olmamışdır. Daha sonra iddiaçı xidmət haqqının ödənilməsi ilə bağlı ödəniş qəbzi əlavə edilməklə eyni məzmunlu ərizə ilə cavabde hə müraciət etmiş, cavabdeh qeyd edilən ərizəyə cavab olaraq 2017-ci il 9 fevral tarixli məktubla bildirmişdir ki, Cəvahir Məcid qızının adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. İddiaçı 2017-ci il 20 fevral tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2016-cı il 10 noyabr tarixli, 2-1(82)3038/2016 nömrəli qərardadının tələblərinə riayət etməməsi əsası ilə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, **********38 saylı 2017-ci il 9 fevral tarixli və **********67 saylı, 2016-cı il 20 dekabr tarixli cavab məktublarının etibarsız hesab edilməsi, Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 2004-cü il 5 oktyabr tarixdə vəfat etmiş Cəvahir Məcid qızına məxsus olması haqqında arayışın verilməsi və ödənilmiş 135089 saylı qəbzlə 11 manat pulun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 2004-cü il 5 oktyabr tarixdə vəfat etmiş Cəvahir Məcid qızına məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Abşeron rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1990-cı il 20 sentyabr tarixli Qərarına əsasən vətəndaş Cəvahir Məcid qızına 0, 12 ha torpağ ın ayrılması haqqında Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun, Həmkarlar Komitəsinin və Əmək Kollektivi Şurasının 1991-ci il 10 sentyabr tarixli, 6 nömrəli birgə qərarı və Sovxozun 1991-ci il 12 sentyabr tarixli əmri nəzərə alınmaqla vətəndaşa verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Cəvahir Məcid qızı 2004-cü il 5 oktyabr tarixdə vəfat etmişdir. 17 saylı Dövlət Notariat Kontorunun 2013-cü il 27 avqust tarixli məktubu ilə vərəsələrin dairəsi müəyyən edilməklə vərəsəlik işinin açılması barədə cavabdehə məlumat verilmiş, lakin cavabdeh məktubda göstərilənləri yerinə yetirməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı 2017-ci il 9 fevral tarixli imtina məktubu nda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 10 avqust tarixli 2-1(82)1492/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə hüququn 2004-cü il 5 oktyabr tarixdə vəfat etmiş Cəvahir Məcid qızına məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinə hüququn mərhum Cəvahir Məcid qızına məxsus olması barədə arayışın verilməsi üçün zəruri olan sənədə malik olduğu halda cavabdehin qanunla onun səlahiyyətlərinə aid edilmiş hərəkəti icra etməkdən imtina etməsi qanunsuz olmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qər arın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 17 noyabr tarixli 2-1(103)-2618/2017 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən torpaq sahəsi qanunvericiliyin tələblərinə əsasən buna səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən ayrılmamışdır. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycana Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 iyun tarixli 2-1(102)-1179/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 17 noyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə iş materiallarında olan sənədlərə düzgün hüquqi qiymət verməmiş, nəticədə prosessual normaların tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 aprel tarixli 2-1(103)-125/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 4 iyun tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 4 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını 2017-ci il 9 fevral tarixli imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işin obyektiv araşdırılması məqsədilə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməs i “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1, 23-cü maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan R espublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərin də hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbər inin (direktor və s.) əmri daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndində nəzərdə tutulan sənədi təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölm üş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi hald a, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Cavabdeh həmin normaların tələblərini formal mülahizələrdən çıxış edərək təmin etməmişdir. Beləliklə, iddiaçının yuxarıda qeyd edilən normalardan irəli gələn tələb hüququ vardır. Şikayətdə göstərilən dövlət orqanlarının icraata cəlb edilməli olduqlarına dair dəlil də əsassızdır. Belə ki, dövlət hazırkı icraatda cavabdeh inzibati orqan (müvafiq icra hakimiyyəti orqanı) vasitəsilə təmsil olunmuşdur. Bu isə, cavabdehi həmin orqanların hüquqi yardımından istifadə etmək (onlarda olan sübutlardan istifadə etmək, mütəxəssis cəlb etmək, irəli sürdüyü dəlillərin əsasına dair rəy almaq və s.) imkanından məhrum etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 aprel tarixli 2-1(103)-125/2019 nömrəli qərarı də
Məhkəmə qərarları › İş №2-1(102)-2564/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2564/2019
18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver