Məhkəmə qərarları › İş №2-1(102)-2565/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2565/2019

01.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2565/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyası, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, X1 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərb aycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıyı yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1033/2019 saylı iş üzrə 22 may 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 01 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı atası X4, anası X2r, iddiaçının atası 01.09.2011-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıyı yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin X3 ünvanl adığı 03/89/02-577 nömrəli, 06.08.2018-ci il tarixli məktubda göstərilmişdir ki, oğlu İddiaçı ailə başcısını itirməsinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş məlumat vərəqi əsasında 01.09.2011-ci ildə pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.3-cü maddəsinə əsasən İddiaçı peşə ixtisas təhsilini 30 iyun 2018ci il tarixdə bitirdiyi üçün pensiya ödənilməsi həmin tarixdən dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə görə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. TSEK-in arayışından da göründüyü kimi xx.xx.1999-cu il tarixli İddiaçı ilkin əlillik dərəcəsi 18 yaşı tamam olduqdan sonra təyi n edilmişdir. Ona görə də, ona ailə başçısını itirməyə görə pensiya təyin olunması qanunun tələblərinə uyğun deyildir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əlilliklə bağlı TSEK arayışından da göründüyü kimi o, anadangəlmə inkişaf qüsurludur, bu xəstəlik onda uşaqlıqdan vardır. Əlliliyi uşaqlıqdan yarandığı üçün qanunvericiliyə əsasən atasının vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası almalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-305/2019 saylı, 01 fevral 2019-cu il tarixli qərarı (hakim – M.T.Hacıbəyova) ilə iddia tələbi t əmin edilmiş, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublıkasının Əmək və X5 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1033/2019 saylı, 22 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-305/2019 saylı, 01 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019-cu il tarixli qərarını ləğv edib, iddia təl əbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları; 14.1.1.1.18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil. Lakin məhkəmənin qərarında iddiaçının uşaqlıqdan əlil olması faktı müəyyən edilməmişdir. Buna görə də, onun ailə başçısını itirməyə görə pensiya almaq hüqu qu yaranmamışdır. Qanunvericiliyə görə məhz 18 yaşınadək uşaqlıqdan əlil olduğu təsdiqini tapdığı halda, şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı təsbit edilmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kö mək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1.18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Qanunve riciliyin qeyd edilən müddəasından göründüyü kimi, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Buna görə, iddiaçıya ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilə bilməsi üçün onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmalıdır. Çünki işin hallarından göründüyü kimi iddiaçıya əlillik 18 yaşından sonra təyin edilmişdir. Bu halda, müəyyən edilməli məsələ ondan ibarətdir ki, iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs qismində q əbul edilə bilərmi? Bununla bağlı olaraq iddiaçının mövqeyi ondan ibarətdir ki, o, anadangəlmə inkişaf qüsurludur, bu xəstəlik onda uşaqlıqdan vardır. Əlillik dərəcəsini təyin edən orqan olan tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışından göründüyü kimi əlilliyin səbəbi "anadangəlmə" sözləri ilə ifadə olunmuşdur. Deməli, iddiaçıya əlillik dərəcəsinin verilmə səbəbi onun sağlamlığında uşaq (anadangəlmə) vaxtlarında yaranmış pozuntularla bağlıdır və onun sağlamlıq imkanlarının məhdudluğu faktı doğulduğu andan mövcuddur. Cavabdehin mövqeyinə görə isə iddiaçının uşaqlıqdan əlil olması faktı müəyyən edilmir. Buna görə də, onun ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmamışdır. Qanunvericiliyə görə məhz 18 yaşınadək uşaqlıqdan əlil olduğu təsdiqini tapdığı halda, şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı təsbit edilmişdir. İşin hallarından görünür ki, tərəflər arasındakı mübahisəli məsələnin məhkəmələr tərəfindən araşdırılması ilə əlaqədar olaraq işdə olan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya ikinci dərəcəli əlillik təyin olunmasına dair 16.11.2017-ci il tarixli müayinə ilə bağlı məlumatın verilməsinə dair sənəddə iddiaçıda aşkar olunmuş anomaliyaların anadangəlmə olduğu, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun müddətsiz olduğu vurğulanmış, ilkin hərbi qeydiyyata alınma haqqında 592 nömrəli, 19.02.2015-c il tarixli vəsiqədə də iddiaçının anadangəlmə xəstəliyi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğu göstərilmişdir. Apellyasiya məhkəməsi düzgün o laraq qeyd etmişdir ki, iddiaçının 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etməsi və ona bu barədə məhz 18 yaşından sonra arayış verilməsi iddiaçının uşaqlıqdan əlil olması faktını dəyişdirmir və bu hal ona Qanunun 14.1.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil kateqoriyasında olan şəxs kimi ailə başçısının himayəsində olmaqla onun ölümü ilə əlaqədar pensiya alması hüququnu aradan qaldırmır. Kollegiya hesab edir ki, məhkəmələrin iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunduğu nəticəsinə gəlmələri əsaslı olmuşdur. Belə ki, məhkəmələrin bu qənatə gəlməsi işdəki sübutlara əsaslanır və həmin sübutlardan irəli gələn nəticələrlə uyğunluq təşkil edir. Q eyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1033/2019 saylı iş üzrə 22 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar