Məhkəmə qərarları › İş №2-1(102)-2565/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2565/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2565/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icrası, inzibati orqanın üzərinə qoyulmuş öhdəliklərin icra olunmamasına görə cərimə tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1980-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik statusunun bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə “məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etmədiyi üçün cavabdehin cərimə edilməsi barədə” iddiaçının ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2-1(103)-2768/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC77 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “gözdən əlil” ümumi xəstəlik səbəbi ilə o na müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. 2. 2017-ci ilin ikinci yarım ili və 2018-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrupu tərəfindən araşdırılarkən Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubu ilə 378 nəfərin, o cümlədən iddiaçının əlilliyinin təyini üçün əsas olmuş göndərişin etibarsız hesab edilməsi barədə daxil olan məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi etibarsız edilmişdir. Tibb İdarəsi tərəfindən göndərişin əsassız hesab edilməsinə səbəb, iddiaçının daxili işlər orqa nlarında xidmət etməməsi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmaması olmuşdur.

3. Əlilliyinin bərpa edilməsi ilə bağlı cavabdehə etdiyi müraciəti təmin olunmayan iddiaçı 4110003AAC77 nömrəli, xx.xx.2018-ci il tarixli göndəriş əsasında təyin edilmiş üçüncü dərəcəli əlilliyinin etibarsız hesab edildiyi, yəni xx.xx.2019-cu il tarixdən bərpa edilməsi barədə cavabdehə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır.

4. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, dövlət vergi orqanları əməkdaşlarının sağlamlıqlarının profilaktikası məqsədi ilə “Dövlət vergi orqanlarında idmanın kütləviliyinin təbliği və əməkdaşların tibbi müayinədən keçmələrinin zəruriliyi haqqında” Vergilər Nazirliyinin 19 mart 2004-cü il tarixli, F-61 nömrəli əmrinə əsasən nazirliyin mərkəzi aparatının əmək daşlarının tibbi müayinədən keçmələri ildə iki dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında (Nazirliyin xx.xx.2008-ci il tarixli, **********058800 nömrəli əmri ilə edilmiş dəyişikliyə əsasən ildə bir dəfə DİN-in poliklinikasında) 2004-cü ilin may ayından həyata keçirilməyə başlanılmış, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 nömrəli poliklinikasında xx.xx.2007-ci il tarixdən qeydiyyatda olmuş, onun adına 1012 nömrəli tibbi kitabça açılmışdır.

5. Qeyd edilən əsasla, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 21(112)-1598/2021 nömrəli qərarı ilə iddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh tərəfindən Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemində etibarsız edilməsi qanunsuz hesab edilərək həmin alt sis temdə iddiaçıya aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

6. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2021-ci il tarixli, 2-1(103)- 1492/2021 nömrəli qərarı ilə təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-1598/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

7. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2-1(102)1972/2021 nömrəli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2021-ci il tarixli, 2-1(103)-1492/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı birinci instansiya məhkəməsi tərəfindən 27 dekabr 2021-ci il tarixli məktubla 27 yanvar 2022-ci il tarixədək icra edilməsi üçün cavabdehə göndərilmişdir.

9. Cavabdeh tərəfindən fevral 2023-cü il tarixli qərarla iddiaçıya xx.xx.2018-ci il tarixli qərarla təyin edilmiş müddətsiz üçüncü dərəcə əlillik ləğv edilmişdir. Buna əsas kimi cavabdeh göstərmişdir ki, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi qərara alınm ışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1972/2021 nömrəli qərarı ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etmədiyi üçün 50000 manat məbləğində cərimə edilməsini xahiş etmişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC77 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “gözdən əlil” ümumi xəstəlik səbəbi ilə ona müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sonradan Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubu ilə idd iaçının əlilliyinin təyini üçün əsas olmuş göndərişin etibarsız hesab edilməsi barədə daxil olan məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində onun əlilliyi etibarsız edilmişdir. Tibb İdarəsi tərəfindən göndərişin əsassız hesab edilməsinə səbəb onun daxili işlər orqanlarında xidmət etməməsi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmaması olmuşdur. İddiaçının əlilliyinin bərpa edilməsi ilə bağlı cavabdehə müraciətinə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubla bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Sonradan iddiaçı idd ia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 4110003AAC77 nömrəli xx.xx.2018-ci il tarixli göndəriş əsasında təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab edildiyi, yəni xx.xx.2019-cu il tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1598/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1492/2021 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1598/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin həmin qərardan verdiyi kassasiya şikayəti Azərba ycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1972/2021 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1492/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdeh tərəfindən yekun qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası həyata keçirilmir. Belə ki, iddiaçının üçüncü dərəcəli əlilliyi hələ də bərpa edilməmişdir. İddiaçı hesab edir ki, qeyd edilmiş hallar nəzərə alınmaqla, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra edilmədiyinə görə məhkəmə cavabdehi 50000 manat məbləğində cərimə etməlidir.

12. Cavabdehin ərizəyə qarşı təqdim etdiyi etirazda qeyd edilmişdir ki, xx.xx.2018ci il tarixli müayinənin qiymətləndirmə nəticələri barədə sən ədə əsasən iddiaçıya gözdən əlilliyi səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin qərarından görünür ki, xx.xx.2023-cü il tarixində əyani müayinəsi keçirilmiş 3 nəfər barəsində qüvvədə olan qərarların ləğv edilməsi və “Tam reabilitasiya olunması”na dair qərarın qəbul edilməsi; xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 1 nəfər barəsində qüvvədə olan qərarın ləğv edilməsi və “Müalicənin davam etdirilməsi”nə dair qərarın qəbul edilməsi; mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 10 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarlarının ləğv edilməsi qərar a alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyasının 2023-cü ilin fevral ayında qəbul etdiyi qərarından görünür ki, İddiaçı (FİN: xxxxxxx) dair tibb müəssisəsinin 411003AAC77 nömrəli göndərişi DTSERA-da əyani müayinə əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilməmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin 2.5.14-cü bəndinə müvafiq olaraq Ümumi xəstəlik – Gözdən əlil səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS: **********3). Əlillik təyinatlarının əsa slığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Əlillik altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-1598/2021 nömrəli qərarı icra edildiyindən ərizənin əsassız olduğu üçün təmin edilməməsi xahiş edilir.

13. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 16 may 2023-cü il tarixli, 2-1(112)-1598/2021 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən g öründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 21(112)-1598/2021 nömrəli qərarı icra olunmuşdur. Lakin cavabdeh orqan tərəfindən əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etmədiyindən mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Əlillik altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qərarı 2023-cü ilin fevral ayında müvafiq qərarla ləğv edilmişdir. Yəni cavabdeh tərəfindən 2023cü ilin fevral ayında iddiaçının əlilliyinin ləğvi barədə qəbul edilən qərarının ləğvi artıq yeni inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan icra icraatı qay dasında baxıla bilməz. Çünki şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər.

15. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, üzərinə qoyulmuş öhdəlikləri (vəzifələri) icra etməyən inzibati orqanların cərimə edilməsi ilə bağlı məsələlər isə İnzibati Prosessual Məcəllənin 120-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin dispozisiyasında konkret olaraq qeyd edilmişdir ki, bu Məcəllənin 33.4-cü, 40 -cı, 70-ci, 71ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Göründüyü kimi, cavabdeh inzibati orqan barəsində Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimənin təyin edilməsi üçün həmin inzibati orqan tərəfindən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş ha lların mövcud olması əsas şərt kimi qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə qərarı icra edildiyindən ərizəçinin ərizəsi təmin edilə bilməz.

16. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 27 iyul 2023-cü il tarixli, 2-1(103)-2768/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşm ış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən ilk öncə, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı icra olunmuş, daha sonra, xx.xx.2023-cü il tarixində müxtəlif risk qrupları üzrə əlillik təyinatlarının əsaslığının araşdırılması istiqamətində inzibati icraat çərçivəsində əlavə müayinələr aparılması üçün iddiaçı əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş, mövcud sənədlər üzrə araşdırma aparılmaqla, onun əlillik təyinatına dair Tibbi-sosial ekspert komissiyasının Əlillik altsistemindəki qərarı ləğv edilmişdir. Belə olan halda, cavabdeh barəsində məhkəmə qərarının icra edilməməsinə görə cərimə tətbiq oluna bilməz.

19. Qeyd olunmalıdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarında iddiaçının əlilliyinin bərpa edilməsinin əsası kimi, cavabdeh inzi bati orqan tərəfindən inzibati icraat aparılmadan və inzibati akt (qərar) qəbul edilmədən, AR DİN Tibb İdarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubunda iddiaçının 088 formalı göndərişin etibarsız hesab olunması barədə məlumatı əsas götürülməklə, cavabdeh tərəfindən faktiki hərəkətlərlə əlillik altsistemində iddiaçının əlilliyinin etibarsızlığı barədə məlumat yerləşdirilməsi təşkil etmişdir. Konkret halda isə qeyd olunanlardan göründüyü kimi, iddiaçının Əlillik altsistemində etibarsız hesab olunmuş həmin əlilliyi məhkəmənin qərarına əsasən bərpa olunmuş, daha sonra cavabdeh tərəfindən müvafiq inzibati icraat qaydaları çərçivəsində qərar qəbul edilməklə, iddiaçının əlilliyi ləğv edilmişdir. Bu baxımdan, iddiaçının apellyasiya şikayətinin, onun əlilliyin müdd ətsiz olmasını, müddətsiz əlilliyin isə yenidən qiymətləndirilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını mübahisələndirən dəlilləri əsassızdır.

20. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçının kassasiya şikayətinin dəlilləri onun ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı kassasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, inzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarlarının qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Cavabdeh orqan tərəfindən bu kimi hallar nəzərə alınmamış və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərar qəsdən icra edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisəni n düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Ka ssasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul ed ir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.... Maddə

116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarları nın icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir.... Maddə

120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəz ifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. 24. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarı “....

25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəz ifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkə tlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.

26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra ol unmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.

27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdud iyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədb iri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.

28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icr a yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.

29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz nö vbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır.” KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə mübahisə üzrə mühüm əhəmiyyətə malik olan işin faktiki halları tam və hərtərəfli olaraq araşdırılmamış və qiymətləndirilməmişdir. Ona görə də, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilib iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

28. Belə ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC77 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “gözdən əlil” ümumi xəstəlik səbəbi ilə ona müddətsiz üçüncü dərəcə əli llik təyin edilmişdir. 29. 2017-ci ilin ikinci yarım ili və 2018-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrupu tərəfindən araşdırılarkən Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubu ilə 378 nəfərin, o cümlədən iddiaçının əlilliyinin təyini üçün əsas olmuş göndərişin etibarsız hesab edilməsi barədə daxil olan məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi etibarsız edilmişdir. Tibb İdarəsi tərəfindən göndərişin əsassız hesab edilməsinə səbəb, iddiaçının daxili işlər orqanlarında xidmət etməməsi və D İN-in poliklinikasında tibbi qeydiyyatda olmaması olmuşdur.

30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, dövlət vergi orqanları əməkdaşlarının sağlamlıqlarının profilaktikası məqsədi ilə “Dövlət vergi orqanlarında idmanın kütləviliyinin təbliği və əməkdaşların tibbi müayinədən keçmələrinin zəruriliyi haqqında” Vergilər Nazirliyinin 19 mart 2004-cü il tarixli, F-61 nömrəli əmrinə əsasən nazirliyin mərkəzi aparatının əməkdaşlarının tibbi müayinədən keçmələri ildə iki dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında (Nazirliyin xx.xx.2008-ci il tarixli, **********058800 nömrəli əmri ilə edilmiş dəyişikliyə əsasən ildə bir dəfə DİN-in poliklinikasında) 2004-cü ilin may ayından həyata keçirilməyə başlanılmış, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 nömrəli poliklinikasında xx.xx.2007-ci il tarixdən qeydiyyatda olmuş, onun adına 1012 nömrəli tibbi kitabça açılmışdır.

31. Qeyd edilən əsasla, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 21(112)-1598/2021 nömrəli qərarı ilə iddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh tərəfindən Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemində etibarsız edilməsi qanunsuz hesab edilərək həmin alt sistemdə iddiaçıya aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

32. Həmin qərar cavabdeh tərəfindən müvafiq olaraq verilmiş apellyasiya və kassasiya şikayətlərinə əsasən yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

33. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarı birinci instansiya məhkəməsi tərəfindən 27 deka br 2021-ci il tarixli məktubla 27 yanvar 2022-ci il tarixədək icra edilməsi üçün cavabdehə göndərilmişdir.

34. Hazırda tərəflər arasındakı mübahisə qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarının icra olunub-olunmaması, qərar icra olunmamış sayılacağı halda borclu barəsində müvafiq məsuliyyət tədbirlərinin tətbiqi ilə bağlıdır.

35. Cavabdeh sözügedən məhkəmə qərarının onun tərəfindən xx.xx.2022-ci il tarixli qərar qəbul edilməklə icra olunduğunu bildirir. Lakin eyni zamanda qeyd edir ki, tərəfindən fevral 2023-cü il tarixli qərarla iddiaçıya xx.xx.2018-ci il tarixli qərarla təyin edilmiş müddətsiz üçüncü dərəcə əlillik ləğv edilmişdir. Buna əsas kimi cavabdeh göstərmişdir ki, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılm ası üçün iddiaçı xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Əlillik altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi qərara alınmışdır.

36. İddiaçı isə qeyd edir ki, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarının icrası həyata keçirilmir, iddiaçının üçüncü dərəcəli əlilliyi hələ də bərpa edilməmişdir.

37. Beləliklə, qiymət verilməli məsələ ondan ibarətdir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsi forma və məzmun etibarilə qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarının icrası kimi qəbul edilə bilərmi?

38. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ca vabdeh tərəfindən ilk öncə, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı icra olunmuş, daha sonra, xx.xx.2023-cü il tarixində müxtəlif risk qrupları üzrə əlillik təyinatlarının əsaslığının araşdırılması istiqamətində inzibati icraat çərçivəsində əlavə müayinələr aparılması üçün iddiaçı əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş, mövcud sənədlər üzrə araşdırma aparılmaqla, onun əlillik təyinatına dair Tibbisosial ekspert komissiyasının Əlillik altsistemindəki qərarı ləğv edilmişdir. Belə olan halda, cavabdeh barəsində məhkəmə qərarının icra edilməməsinə görə cərimə tətbiq oluna bilməz. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılmadan və inzibati akt (qərar) qəbul edilmədən, AR DİN Tibb İdarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 0291354- 1219 nömrəli məktubunda iddiaçının 088 formalı göndərişin etibarsız hesab olunması barədə məlumatı əsas götürülməklə, cavabdeh tərəfindən faktiki hərəkətlərlə əlillik altsistemində iddiaçının əlilliyinin etibarsızlığı barədə məlumat yerləşdirilməsi təşkil etmişdir. Konkret halda isə qeyd olunanlardan göründüyü kimi, iddiaçının Əlillik altsistemində etibarsız hesab olunmuş həmin əlilliyi məhkəmənin qərarına əsasən bərpa olunmuş, daha sonra, cavabdeh tərəfindən müvafiq inzibati icraat qaydaları çərçivəsində qərar qəbul edilməklə, iddiaçının əlilliyi ləğv edilmişdir.

39. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

40. Məhkəmə kollegiyası “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilmə si haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarının 1-ci bəndindəki mövqeni xatırlatmaqla bir daha qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur.

41. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təm in etməlidir.

42. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyin xarakterindən asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Hazırkı halda qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarı ilə iddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh tərəfindən Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemində etibarsız edilməsi qanunsuz hesab edilərək həmin alt sistemdə iddiaçıya aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh inzibati orqan məhz həmin məzmunlu inzibati akt qəbul etdikdə, icra baş tutmuş sayılır. Cavabdehin belə bir inzibati akt qəbul edib-etmədiyini müəyyən etmək üçün isə onun qəbul etdiyi yeni qərarın məzmun və mahiyyəti təhlil olunmalıdır.

43. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarından irəli gələn icranın baş tutub-tutmadığı məsələsinə qiymət verərkən apellyasiya instansiyası məhkəməsi sözügedən qaydada təhlil və qiymətləndirmə aparmamışdır. Ona görə də, qərardad ləğv edilməklə iş təkrar apellyasiya baxışına qaytarılmalıdır.

44. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təkrar baxışda ilk növbədə cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarının icrasını təmin etmək üçün qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın “formal icra” olub-olmadığına qiymət verməlidir. Məhkəmə, həmçinin müəyyən edilmiş müddət ərzində icra ilə bağlı qərarın qəbul edilməməsinin səbəblərini də araşdırmalı, icranın həyata ke çirilməsi ilə bağlı hər iki tərəfin davranışlarına işin hallarını və yerinə yetirilməli olan icra hərəkətlərinin məzmununu nəzərə almaqla qiymət verməlidir. Sözügedən məsələlər aydınlaşdırıldıqdan sonra icra ilə bağlı hərəkətlərin davam etdirilməsinə ehtiyacın olub-olmaması və cərimənin tətbiqi müzakirə olunmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 21(103)-2768/2023 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar