Məhkəmə qərarları › İş №2-1(102)-2566/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2566/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2566/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 3-cü dərəcə əlilliyin uzadılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən sonrakı dövr üçün 3-cü dərəcə əlilliyin uzadılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(103)-1440/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək prokurorluq orqanlarında xidmət etmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2010cu il tarixli əmri ilə ehtiyata buraxılmışdır.

2. İddiaçı xx.xx.2011-ci il tarixdə (148 nömrəli) Silahlı Qüvvələrin Baş X1 şöbəsinin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, ona sağ bud-çanaq oynağı nahiyəsinin qapalı küt travmasından (2002) sonrakı bud sümüyünün boynunun qeyridüzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ mərhələ deformasiyaedici osteoartrozu funksi yasının mülayim dərəcədə pozulması ilə, Th4 – Th5 L5 – S1 fəqərəarası disklərin protruziyası, funksiyasının pozulmaması ilə diaqnozu qoyulmuş və xəstəliyin hərbi xidmət dövründə alınması ilə bağlı qərar qəbul edilərək Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən də təsdiq edilmişdir.

3. Eyni zamanda Bakı Respublika Endokrinoloji Mərkəzi tərəfindən iddiaçının adına açılmış ambulator kitabçadan çıxarışdan görünür ki, iddiaçıya E10.7 insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla diaqnozu qoyulmuşdur.

4. İddiaçıya sağ bud sümüyü boynunun qeyri-düzgün bitişmiş sınığı diaqnozu ilə xx.xx.2012-ci il tarixdən 1 il, 1 il, 1 il, 1 il və 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmiş, növbəti qiymətləndirmə üçün Bakı 1 saylı şəhər Poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixdə göndəriş verilmiş, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixdə müayinə edilərək diaqnozun əlillik təyin etməməsi səbəbindən əlillik təyinin imtina edilmişdir.

5. İddiaçı əlilliyinin uzadılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci ildə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri hərəkət edərkən ayağında olan məhdudluqdan, ağrıdan ibarətdir. Müayinə zamanı novorapid istifadə etdiyini bildirmişdir. Aşağı ətraflarda pulsasiya dolğundur. Sol ətrafda diz refleksi və Axil refleksi sağa nisbətən zəif çağırılır. Əzələ gücü distal və proksimalda norma daxilindədir. Sağ bud-çanaq oynağında hərəkətlər tam həcmdədir. Sağ bud sümüyündə sümük tamlığı pozulmamışdır. Bud-çanaq oynağında rentgenoloji olaraq oynaq yarığı açıqdır, oynaq səthləri hamardır. Aşağı ətraflarda nəzərə çarpan atrofiya və qısalıq qeyd olunmur. Əyani müayinənin nəticələrinə əsasən şəhadətnamədə qeyd olunan diaqnoz və ağırlaşmaları əlillik səviyyəsində öz təsdiqini tapmamış və əlillik təyininə əsas vermədiyi müəyyən edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə əsasl ı qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən sonrakı dövr üçün 3-cü dərəcə əlilliyin uzadılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-2010-cu illərdə hərbi prokurorluqda xidmət etmiş və sağ bud-çanaq oynağında aldığı xəsarət xidmət dövründə “sağ-bud çanaq oynağının qapalı küt travmasından sonrakı bud sümüyünün qeyri düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ mərhələ - deformasiyaedici osteoartroz” xəstəliyinə inkişaf etmişdir. Ehtiyata buraxıldıqdan sonra hərbi həkim komissiyası tərəfi ndən şəhadətləndirilmiş, xəstəliyinin hərbi xidmət dövründə alınması müəyyən olunmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə xx.xx.2012-ci il tarixdən iddiaçıya üçüncü dərəcəli əlillik təyin edilmiş, sonrakı dövrlərdə əlilliyin müddəti 2021-ci ilin fevral ayınadək uzadılmışdır. İddiaçı əlilliyin növbəti dəfə uzadılması ilə bağlı qeydiyyatda olduğu Bakı şəhəri 1 nömrəli poliklinikasının göndərişinə əsasən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinədə olmuş və 08 yanvar 2021-ci il tarixli arayışla ona “sağ bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, sağ bud çanaq oynağının postravmatik koksartrozu, ağrı sindromu ilə. sağ bud çanaq oynağının kontrakturası, hərəkət məhdudluğu ilə, sağ bud sümüyünün başının osteoporozu” diaqnozu qoyulmuşdur. 2017-ci ilin sentyabr ayından onda şəkərli diabet xəstəliyi aşkar olunmuş, 2019-cu ilin dekabr ayından Respublika Endrokrinoloji Mərkəzdə “insulindən asılı şəkərli diabet. Tip İ” diaqnozu ilə qeydiyyata alınmış və gündə 3 dəfə “Novorapid”, 1 dəfə isə “Tresiba” adlı insulin inyeksiyalarından istifadə edir. Qeydiyyatda olduğu Bakı şəhəri 1 nömrəli poliklinikasının 2782003AABXW nömrəli göndərişi ilə iddiaçı tibbi sənədləri əlilliyin qiymətləndirilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmiş, lakin 2021-ci ilin fevral ayından sonrakı dövrdə əlilliyi uzadılmamış və bununla bağlı ona əlavə məlumat verilməmişdir. İddiaçı dəfələrlə şifahi olaraq cavabdehə müraciət etsə də, sənədlərinin yoxlamada olduğu və əlavə olaraq iddiaçıya məlumat veriləcəyi bildirilmişdir. İddiaçı 01 aprel 2022-ci il tarixin də 34 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən bir daha müayinə olunmuş və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə xx.xx.2022-ci il tarixli, 2784003AACTT nömrəli Həkim Məsləhət Komissiyasının təkrar bildirişi ilə daxil edilmişdir. 12 aprel 2022-ci il tarixində iddiaçı cavabdeh orqana dəvət olunaraq yenidən müayinədən keçmiş, iddiaçıya əlilliyin qiymətləndirilməsi barədə rəsmi məlumatın veriləcəyi bildirilsə də, ona hər hansı bir rəsmi məlumat verilməmişdir. Daha sonra cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli əyani müayinənin nəticələrinə əsasən şəhadətnamədə qeyd edilən diaqnoz və ağırlaşmaların əlillik səviyyəsində öz təsdiqini tapmadığı və əlillik təyininə əsas vermədiyinin müəyyən edildiyi bildirilmişdir. Cav abdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, onda mövcud olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq bəndlərinə əsasən əlilliyin təyini, təyin olunduqda isə müvafiq olaraq uzadılması üçün əsasdır.

8. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) xx.xx.2023-cü il tarixli, 21(112)-10835/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən sonrakı dövr üçün üçüncü dərəcə əlilliyin uzadılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci i nstansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildiyi kimi, TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsində qeyd olunan Əsasnamənin 2.2.7-ci (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34-E35.8), 2.3.2-ci (M21.2, M24.5- M24.6, M25.6, M67.1, M99.0) və 2.5.9-cu (Q65.0, M16.3, M16.5) bəndlərinə əsasən əlillik əlaməti təyin edən diaqnoz göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən aparılan qiymətləndirmədə diaqnozun əlillik əlaməti təyin etmədiyi göstərilmişdir. Belə ki, 2017-ci ilin sentyabr ayından iddiaçıda şəkərli diabet xəstəliyi aşkar olunmuş, 2019-cu ilin dekabr ayından Respublika Endrokrinoloji Mərkəzdə “İnsulindən asılı şəkərli diabet. Tip İ” diaqn ozu ilə qeydiyyata alınmışdır. Həmçinin ElmiTədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinədə olmuş və 08 yanvar 2021ci il tarixli arayışla iddiaçıya “Sağ bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, sağ bud çanaq oynağının postravmatik koksartrozu, ağrı sindromu ilə. Sağ bud çanaq oynağının kontrakturası, hərəkət məhdudluğu ilə, sağ bud sümüyünün başının osteoporozu” diaqnozu qoyulmuşdur və həmin diaqnoz ilə iddiaçıya xx.xx.2012-ci ildən xx.xx.2021-ci ilədək üçüncü dərəcə əlillik təyin edilmişdir (sonuncu dəfə xx.xx.2016-cı il tarixdə xx.xx.2021-ci il tarixədək 5 il müddətinə). Göründüyü kimi, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur (şəkərli diabet istisna olmaqla), cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2016-cı il tarixdə 05 il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə əlilliyin uzadılmasından imtina etmişdir. Eyni zamanda təkrar tibbi müayinə zamanı iddiaçıda insulindən asılı şəkərli diabet diaqnozu da müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən əlilliyin təyin edilməsi üçün əsasdır. Eyni zamanda əlillik altsistemində xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması, xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumat qeyd edilmədiyi göstərilir. Lakin göndərişin natamam və ya yanlış doldurulması imtina üçün deyil, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişin alts istem vasitəsilə onu rəsmiləşdirmiş komissiyaya göndərilməsi üçün əsasdır.

11. Bundan başqa, xx.xx.2021-ci il tarixdə qiymətləndirmə zamanı iddiaçının əlilliyi ilkin olaraq təyin edilmədiyindən cavabdehin iddiaya yazılı etirazında “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə istinadı əsassızdır. Belə ki, Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin a mbulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir.

12. Məhkəmə onu da qeyd etmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş diaqnoz iddiaçıya üçüncü dərəcə əlilliyin təyininə əsas olmuşdur və iddiaçıya xx.xx.2021-ci il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qeyd olunan qərarı hazırda da qüvvədədir və iddiaçıya əlilliyin təyininə əsas olan həmin diaqnoz tibbi müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişində də əks olunmuşdur. Belə olan halda həmin halın əlavə olaraq məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiq və ya təkzib olunması zərurəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, cavabdeh imtinasının hüquqi və faktiki ə saslarını göstərə bilməmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuş, imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) xx.xx.2023-cü il tarixli, 21(103)-1440/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10835/2023 nömrəli qərarı “iddiaçıya xx.xx.2021-ci il tarixli göndəriş əsasında İİİ dərəcə əlil liyin həmin tarixdən təyin olunması” göstərilməklə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Eyni zamanda məhkəmə qərarının nəticəvi hissəsində iddiaçının tələbinə uyğun olaraq “onun qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən sonrakı dövr üçün üçüncü dərəcə əlilliyinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” göstərilmişdir. Halbuki qanunvericilikdə cavabdeh inzibati orqanın “əlilliyin uz adılması” deyil, “əlilliyin təyini” ilə bağlı müvafiq qərar qəbul etmə səlahiyyəti müəyyən edilib. Hazırki işdən müəyyən olunur ki, əslində iddiaçının hüquqi marağı “ona xx.xx.2021-ci il tarixli göndəriş əsasında İİİ dərəcə əlilliyin həmin tarixdən təyin olunması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması”na yönəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı “iddiaçıya xx.xx.2021-ci il tarixli göndəriş əsasında İİİ dərəcə əlilliyin həmin tarixdən təyin olunması” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri on un imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (bundan sonra mətndə TSEK, göndərişə baxılan dövrdə qüvvədə olmuşdur): 1.2. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini v ə qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.5. Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.3. Göndərişl ər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X2 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əli lliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. 20. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslə rin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtın da verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəmə sinin araşdırmaları yetərli hesab olunur.

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona 3-cü dərəcə əlillik təyin edilməsindən ibarətdir.

28. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş və iş materialları ilə təsdiq olunan hallarına əsasən iddiaçının sağ bud-çanaq oynağı nahiyəsinin qapalı küt travmasından (2002) sonrakı bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı nəticəsində budçanaq oynağının İİ mərhələ deformasiyaedici osteoartrozu funksiyasının mülayim dərəcədə pozulması ilə, Th4 – Th5 L5 – S1 fəqərəarası disklərin protruziyası, funksiyasının pozulmaması ilə diaqnozu qoyulan xəstəliyi hərbi xidmət dövründə almışdır ki, bu fakt Silahlı Qüvvələrin Baş X1 şöbəsinin hərbi-həkim komissiyası tərəfindən verilmiş, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən də təsd iq edilmiş xx.xx.2011-ci il tarixli 148 nömrəli qərarla öz təsdiqini tapır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya sağ bud sümüyü boynunun qeyridüzgün bitişmiş sınığı diaqnozu ilə xx.xx.2012-ci il tarixdən 1 il, 1 il, 1 il, 1 il və 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmiş, növbəti qiymətləndirmə üçün Bakı 1 saylı şəhər Poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixdə göndəriş verilmiş, lakin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixdə müayinə edilərək diaqnozun əlillik təyin etməməsi səbəbindən əlillik təyinin imtina edilmişdir ki, cavabdeh inzibati orqanın imtinası formal olmaqla qanuni və əsaslı deyildir. Belə ki, qeyd olunan xəstəlik qanunvericiliyin tələbi baxımından iddiaçıya 3cü dərəcə əlillik təyin edilməsi üçün əsas verir, bu səbəbdən ona həmin diaqnoz əsasında 3 -cü dərəcə əlillik təyin edilməlidir.

30. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, eyni diaqnoz əsasında iddiaçı 2012-ci il tarixdən etibarən bir neçə dəfə 3-cü dərəcə əlillik verilmişdirsə diaqnoz dəyişmədiyi halda növbəti dəfə əlilliyin verilməsindən imtina edilməməlidir. Əgər iddiaçının xəstəliyi reabilitasiya oluna biləndirsə və ya xəstəliyi yaxşıya doğru dəyişmişdirsə bu zaman qeyd olunan hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Halbuki iddiaçının xəstəliyi ilə bağlı vəziyyətinin dəyişməsi, əvvəlki diaqnozu ilə müqayisədə irəliləyişin olub-olmaması və s. bağlı cavabdeh tərəfindən hər hansı sənəd təqdim edilməmişdir.

31. Sonda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı əlilliyinin uzadılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etsə d ə, tələbinin əsaslandırması və hüquqi marağı ona 3-cü dərəcə əlillik təyin edilməsindən ibarət olduğundan apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsini “iddiaçıya xx.xx.2021-ci il tarixli göndəriş əsasında İİİ dərəcə əlilliyin həmin tarixdən təyin olunması” göstərilməklə dəyişdirilmədən saxlamışdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1440/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar