Məhkəmə qərarları › İş №2-1(102)-2567/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2567/2019

15.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2567/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: digər payçıların adları qeyd edilmədən yeni çıxarışın verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X4, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) cavabdeh Azərbaycan Respu blikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evinə dair digər payçıların pay hissəsi və adı göstərilməməklə ayrıca çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-1188/2019 saylı, 14 may 2019-cu il tarixli qərarından iddiaçıların verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdeh tərəfindən verilmiş 2 noyabr 2011-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əs asən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (sonradan-mübahisəli ev) paylı mülkiyyət hüququ üzrə altı payçıya məxsus olmuşdur; D tikilisi və Q tikilisindən 2/4 hissə İddiaçı1; Q tikilisindən 2/4 hissə İddiaçı2; 1 otaq (12.3 kv.m, k/s 8,4 kv.m) X3; A və V tikilisindən 3 otağı X1; 2 otaq (23.7 kv.m, k/s 2,9 kv.m) Məmmədov X2; 1 otaq (13,3 kv.m, k/s 8,6 kv.m) X7. Cavabdehin 15 oktyabr 2018-ci il tarixli müşayiət məktubu ilə daşınmaz əmlakın texniki inventarlaşdırması şöbəsinin təsdiq etdiyi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bölgü sxemi İddiaçı1 təqdim edilmişdir. Digər mülkiyyətçilər notarial qaydada təsdiq olunmuş müvafiq ərizələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, birgə paylı mülkiyyətdə olan sözügedən fərdi yaşayış evinə dair onların adları o lmadan yeni çıxarışın verilməsinə etiraz etmədiklərini və razı olduqlarını bildirmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2, Bakı şəhəri, Yasamal rayonu, B.Şahtaxtinski küçəsi 15 saylı fərdi yaşayış evinin D və Q tikililərinə dair cizgiyə uyğun olaraq onlara digər payçıların pay hissəsi və adı göstərilməməklə ayrıca çıxarışın verilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişlər. İddiaçıların müraciəti cavabdeh tərəfindən cavablandırılmamışdır. İddiaçılar 12 oktyabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı fərdi yaşayış evinin D və Q tikililərinə dair cizgiyə uyğun olaraq İddiaçı1 və İddiaçı2 digər payçıların pay hissəsi və adı göstərilməməklə ayrıca çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 saylı fərdi yaşayış evinin D tikilisi və Q tikilisindən 2/4 hissəsi İddiaçı1, Q tikilisinin 2/4 hissəsi isə İddiaçı2 mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq, onlara Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Mülkiyyətlərində olan ünvan 1 saylı fərdi yaşayış evi ümumilikdə A, B, D, Q, E və V tikililərindən ibarətdir. Həmin evin digər mülkiyyətçiləri X8, X5, Məmmədov X6 və X9r. Mülkiyyətlərində olan fərdi yaşayış evinin D və Q tikililəri digər tikililərdən təcrid olunmuşdur və giriş-çıxışı da ayrıdır. Hesab edirlər ki, cavabdeh tərəfindən qanuni tələbləri yerinə yetirilməmiş, əsassız olaraq onlara müvafiq çıxarışın verilməsindən imtina edilmişdir. Bunun nəticəsində onların mülkiyyət hüquqları kobud şəkildə pozulmuş, mülkiyyətlərində olan sözügedən daşınmaz əmlak üzərində sərəncam vermək hüquqlarından məhrum olmuşlar. İddiaçılar tələblərinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, 9.2, 15.2, 23.1-ci maddələrinə, Mülki Məcəllənin 148.1-ci maddəsinə istinad etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X11, 2-1(81)-692/2019) 13 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Bəxsus Şaxtaxtinski küçəsi, 15 saylı fərdi yaşayış e vinin D və Q tikililərinə dair cizgiyə uyğun olaraq İddiaçı1 və İddiaçı2 digər payçıların pay hissəsi və adı göstərilməməklə ayrıca çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab edərək göstərmişdir ki, mübahisəli evin digər payçıları onların adları olmadan İddiaçı1 adına yeni çıxarışın verilməsinə dair razılıq ərizələrini notarial qaydada təsdiq etdirmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X12məruzəçi, X10 və X17, 2-1(103)-1188/2019 saylı iş) 14 may 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməmi şdir. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, paylı mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, B.Şahtaxtinski küçəsi 15 saylı fərdi yaşayış evinin digər payçılarının onların adları olmadan İddiaçı2 adına yeni çıxarışın verilməsinə dair razılıq vermələri işin materiallarından müəyyən edilmir; İddiaçı1 verilmiş razılıq ərizələrinə gəldikdə, MA seriyalı 0353888 saylı, 02 noyabr 2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa sözügedən fərdi yaşayış evinin D tikilisi və Q tikilisindən 2/4 hissə İddiaçı1 məxsusdur. Başqa sözlə, iddiaçıların daşınmaz əmlakdakı paylarının sahəsi (kv.m-lə) daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışda dəqiq göstərilməmişdir. Həmin razılıq ərizələrində də paylı mülki yyətdə olan fərdi yaşayış evinin hansı hissəsinin (neçə kv.m-də) İddiaçı1 adına ayrıca mülkiyyətçi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı olmasına münasibət bildirilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hər bir paylı mülkiyyətçiyə aid edilmiş hissəsinin bölgü sxemi yalnız cavabdeh inzibati orqanın daşınmaz əmlakın texniki inventarlaşdırması şöbəsi tərəfindən təsdiq edilmiş, paylı mülkiyyətçilərin adları qeyd olunsa da, onlar tərəfindən təsdiq edilməmişdir. Buna baxmayaraq iddiaçılar, digər paylı mülkiyyətçilər tərəfindən təsdiq edilməmiş həmin cizgiyə müvafiq olaraq adlarına ayrıca çıxarışın verilməsi üçün hazırkı iddianı qaldırmışlar. Qanunvericiliyin tələbinə görə paylı mülkiyyətdə olan daşınmaz əmlaka dair sahiblik, istifadə və sərəncam bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir. Hazırkı halda isə hər bir paylı mülkiyyətçinin (iddiaçıların da bir-biri üçün olmaqla) müvafiq razılığı və ya paylı mülkiyyətdə olan əmlakın real bölgüsünə dair hər hansı sübut cavabdeh inzibati orqana və məhkəməyə təqdim edilməmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş, istinad olunan maddi hüquq normalarının tələblərinə zidd nəticəyə gəlmişdir. İddiaçılar 28 iyun 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynidir. tərəflərin izahatları: İddiaçıların vəkili məhkəm ə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçıların kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçılar mülkiyyətlərində olan mənzilə yalnız onların adları qeyd edilməklə və digər payçıların adları və payları göstərilməməklə ayrıca daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş (səh 1214), lakin cavab almamışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur. Cavabdehin tərtib etdiyi 2 noyabr 2011-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (sonradan-mübahisəli ev) paylı mülkiyyət hüququ üzrə altı payçıya məxsus olmuşdur; D tikilisi və Q tikilisindən 2/4 hissə İddiaçı1 (iddiaçıya); Q tikilisindən 2/4 hissə İddiaçı2 (digər iddiaçıya); 1 otaq (12.3 kv.m, k/s 8,4 kv.m) X3; A və V tikilisindən 3 otağı X1; 2 otaq (23.7 kv.m, k/s 2,9 kv.m) Məmmədov X2; 1 otaq (13,3 kv.m, k/s 8,6 kv.m) X7 məxsusdur. Cavabdehin tərtib etdiyi bölgü sxemində iddiaçıların, habelə digər payçıların payları göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonrahüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. İddiaçıların paylarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması səlahiyyəti cavabdehə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə 2.1-ci bənddə qeyd edilmişdir ki, nümunəsi bu sənədin 1 nömrəli əlavəsində göstərilən dövlət reyestrindən çıxarışda aşağıdakılar göstərilir: 2.1.4. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs haqqında məlumat; 2.1.15. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda - hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq, hər bir hüquq sahibinin payı... Həmçinin 2.7-ci bəndə görə daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda, çıxarış hər bir mülkiyyətçiyə verilir. Normanın məzmununa görə daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq, hər bir hüquq sahibinin payı dövlət reyestrindən çıxarışda göstərilir. İddiaçılar D və Q tikilisinə çıxarış almaq arzusundadırlar, işdə olan çıxarışlarda D və Q tikililərinə iddiaçılardan başqa digər 4 nəfər payçının mülkiyyət hüquqlarının olması qeyd edilməmişdir. Odur ki, iddiaçıların D və Q tikililərinə digər payçıların adları və payları göstərilmədən yeni çıxarış almaq hüquqları vardır. Bununla belə, belə hüququn gerçəkləşdirilməsi üçün aşağıdakılar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. İşin 9-cu səhifəsində olan cavabdeh tərəfindən təsdiq edilən bölgü sxeminin texniki pasportlara əsasən tərtib edilməsi qeyd edilmiş, texniki pasportlar məhkəmə tərəfindən tələb edilib, mülkiyyətçilərin paylarının çıxarışa uyğun tərtib edilməsi müəyyən edilməmişdir. İşdə mövcud olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda digər mülkiyyətçilər B.İsmayılovun adına 1 otaq və İ.Tahirovanın adına 1 otaq göstərilmiş, həmin otaqların iddianın predmetinə aid D və Q tikililəri daxilində olub-olmaması müəyyən edilməmişdir. Digər payçılar notarial qaydada təsdiq edilmiş ərizələrində birgə paylı mülkiyyətdə İddiaçı1 onların adları olmadan yeni çıxarışın verilməsinə etiraz etmədiklərini göstərmiş, lakin digər iddiaçı G.İbrahimzadəyə belə razılıq verilib-verilməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə cavabdehin tərtib etdiyi bölgü sxeminin də iddiaçılarla yanaşı, digər payçılar tərəfindən imzalanmamasının səbəblərini araşdırmamışdır. Həm d aşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həm də bölgü sxemi cavabdeh tərəfindən tərtib edilsə də, iddiaçılara məxsus daşınmaz əmlakın ümumi sahəsi qeyd edilməmiş, məhkəmə bununla bağlı araşdırma aparmamışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”n 2.1.9-ci bəndinə görə daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) çıxarışda göstərilməlidir. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən, inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Apellyasiya məhkəməsi mübahisəyə qanunvericiliyin yuxarıda bəhs edilən normalarına uyğun cavabdehin hərəkətlərinə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi adları daşınmaz əmlakın dövlət reyestrində qeyd edilən digər mülkiyyətçilərin məhkəmə icraatına cəlb edilməsi məsələsini müzakirə etməmişdir. İPM-in 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). İPM-in 12-ci maddəsinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin o luna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1188/2019 saylı, 14 may 2019-cu il tarixli qərarıləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar