Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2568/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X5 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: inzibati orqanların qərar və hərəkətlərindən yaranan digər mübahisələr; əcnəbiyə qaçqın statusunun verilməsi GİRİŞ HİSSƏ Hakimlər: 29.08.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X1 və http://supremecourt.gov.az/static/view/102X3 dan ibarət tərkibdə, Tərəflərin iştiraki olmadan, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının 14 may 2019-cu il tarixli qərarından iddiaçıtərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xidmətin Vİ-45/2 saylı, 13 sentyabr 2018-ci il tarixli və 311 saylı, 16 noyabr 2018-ci il tarixli qərarlarının ləğv edilməsi, X6 “qaçqın stausu verilməsi haqqında” vəsatəti təmin edilərək X7-ya və onun ailə üzvü 2006-cı il təvəllüdlü X4-a “qaçqın statusu verilməsi” barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh Xidmətin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 14 fevral 2019- cu il tarixli qərarı ilə (hakim A.Abdullayeva; iş No 2-1(81)-706/2019) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş № 21(103)-1150/2019) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yenm qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkə məsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı X2 vətəndaşıdır, 1979-cu il təvəllüdlüdür 2006-cı il təvəllüdlü qızı ilə 16 avqust 2018-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdeh Xidmətə müraciət etmişdir. Onun vəsatəti araşdırılmaq üçün cavabdeh Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və qızı ilə müsahibə aparılmışdır. İddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı O, Misirin paytaxtı Qahirə şəhərində anadan olduğunu, xristian dininə etiqad etdiyini, “Əl-Sələm Əl-Kəhrəbaiyyə” adlı məktəbdə 11 illik orta təhsil aldığını, 1990-cı ildə “Əl-Məhəd Əl-Fənniyə Əl-Sinaiyyə Əl-Matariyyə” adlı instituta daxil olduğunu, 2 il elektrik mühəndisi ixtisası üzrə təhsil aldığını qeyd etmişdir. O, 2010-cu ildə “Falatr” adlı şirkətə işə düzəldiyini, 3 il burada operator (telefonlara cavab vermək) işi ilə məşğl olduğunu, sonra “Saxra” adlı şirkətə keçdiyini, 1 il burada işlədikdən sonra “Melina” adlı şirkətə işə düzəldiyini, burada evlərin qiymətləri barədə məlumatları toplayaraq birj aya təqdim etməklə məşğul olduğunu, 2001 -ci ildə xristian dininə etiqad edən Misir vətəndaşı X8-Səid ilə ailə qurduğunu, bu nikahdan 2 övladlanın dünyaya gəldiyini, 2009-cu ildən etibarən əri ilə aralarında ailə-məişət zəmnində problemlərinin başlandığını, nəticədə ərinin ondan evi tərk etməyi tələb etdiyini, uşaqlarını isə əlindən aldığını, sonradan məhkəməyə müraciət etdiyini, uşaqlarını geri tələb etdiyini, nəhayət 2014-cü ildə məhkəmə yolu ilə uşaqlarını ərindən ala bildiyini, 2018-ci ilə qədər uşaqları ilə birlikdə anasının evində yaşadığını, polisə müraciət etsə də, oğlunu geri qaytara bilmədiyini, nə vaxtsa ərinin qızını da əlindən ala biləcəyindən ehtiyat etdiyi üçün bu hadisədən təxminən 5 ay keçdikdən sonra ölkəsini tərtk etdiyini, 03.07.2018-ci il tarixdə qızı ilə birlikdə Azər baycana gəldiyii qeyd etmişdir. Cavabdeh Xidmətin 13 sentyabr 2018-ci il tarixli Vİ-45/2 saylı qərarına əsasən iddiaçıya ailə üzvü ilə birlikdə qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Cavabdeh Xidmətin həmin qərarında göstərilmişdir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən o nlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir İddiaçı cavabdeh Xidmətin həmin qərarından inzibati qaydada şikayət vermişdir Lakin cavabdeh Xidmət tərəfindən “İnzibati şikayətin təmin edilməməsi” haqqında 16.11.2018-ci il tarixli 311 saylı qərar qəbul edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı və ailə üzvü vətəndaşları olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. Eyni zamanda cavabdeh Xidmət iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlilləri qeyd olunan normaların tələblərinə müvafiq qiymətləndirmiş və aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlməməsi səbəbi ilə ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. İddiaçının şikayətinin dəlili ondan ibarətdir ki, ərizəçinin müsahibə zamanı verdiyi izahatları düzgün qiymətləndirilməmişdir. Bu dəlil əsassızdır, belə ki, iş üzrə müəyyən edilir ki, iddiaçının təqdim etdiyi yeganə sübut onun inzibati icraatda verdiyi izahatlarıdır. Həmin izahatlardan isə iddiaçının və ailə üzvünün təhdid və təqib olunmadığı məlum olmuşdur. Cavabdeh Xidmətin apardığı inzibati araşdırma materiallarına əsasən, ərizəçinin vətəndaşı olduğu ölkədə dövlət orqanla rı tərəfindən təqibə məruz qalmaları müəyyən edilmədiyindən, cavabdeh Xidmət tərəfindən ona qaçqın statusunun verilməsindən imtina olunması "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə zidd olmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, şikayət instansiyasının ilkin inzibati aktı dəyişdirmədən saxlayan qərarının (konkret halda 311 saylı, 16.11.2018-ci il tarixli qərar) ayrıca mübahisələndirilməsi nəzərdə tutulmamışdır. Hazırki işdə iddiaçı ona qaçqun statusunun verilməsi məsələsi ilə bağlı cavabdeh Xidmətin ilkin inzibati aktı - Vİ-45/2 saylı, 13.09.2018-ci il tarixli qərarı ilə yanaşı, tələbinin davamı olaraq, şikayət instansiyasının 311 saylı, 16.11.2018-ci il tarixli qərarının da ləğv edilməsi ni xahiş etmişdir. İddia tələbinin əsassız olması nəzərə alınmaqla, qeyd olunan pozuntunu 1-ci instansiya məhkəməsinin iş üzrə qərarının, cavabdehin 311 saylı, 16.11.2018-ci il tarixli nömrəli qərarına aid hissədə ləğvi üçün əsas deyil və belə olan halda iş üzrə qərar dəyişdirilmədən saxlanmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmn aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqa dına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 419 saylı 13 noyabr 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3cü bəndinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və - şəxslə aparılan müsahibədən s onra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Həmin Qaydanın 7-ci bəndinə əsasən Qaçqın statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İPM-nin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda şi kayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən ilkin inzibati aktla müqayisədə İinzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; iddiaçının kassasiya şikayətində gös tərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X5 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2568/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2568/2019
29.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver