Məhkəmə qərarları › İş №2-1(102)-2568/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2568/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2568/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabi litasiya Agentliyinə qarşı “ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2-1(103)-1896/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci inst ansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(112)-12630/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1896/2023 nömrəli, 23 may 2023-cü tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(112)-12630/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən etmişdir ki, şikayət prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1896/2023 nömrəli, 23 may 2023-cü tarixli qərarı 6 iyun 2023-cü il tarixdə elektron sistemə yerləşdirilmiş, kassasiya şikayəti isə 31 iyul 2023-cü il tarixdə tarixində, yəni prosessual qanunvericiliklə müəyyən edilmiş 1 ay müddət keçdikdən sonra poçt rabitəsinə təqdim edilmişdir. Bununla bağlı apellyasiya instansiya məhkəməsi 31 iyul 2023-cü il tari xli məktubla cavabdehə hüquqi yardım göstərərək yuxarıda qeyd olunan çatışmazlığın aradan qaldırılmasını təklif etmişdir.

7. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış şikayət vermə müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizədə qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə qərarının poçt vasitəsi ilə göndərilməsinin istisna olunması, qərarın yalnız elektron kabinet vasitəsi ilə təqdim edilməli olduğu qənaətinə gəlməsi və qanunvericiliklə müəyyən edilmiş müddətin axımının elektron kabinet vasitəsi ilə təqdim edilmə anından hesablanması anlaşılan deyil. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 78.1-1-ci maddəsinə əsasən "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin Məcəllənin 10-1.3-сü maddəsində nəzərdə tutulmu ş qaydada aparılan elektron məhkəmə icraati zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımı qaydada təsdiq olunmuş sürətinin təqdim olunması tələb edə bilər. Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən hamin Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:

8. İş kassasiya instansiyasına daxil olduqdan sonra cavabdehin şikayəti üzr ə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1896/2023 nömrəli, 23 may 2023-cü tarixli qərarı elektron imza ilə təsdiq edilməklə 6 iyun 2023-cü il tarixdə saat 10:50-də elektron sistemə yerləşdirilmiş, kassasiya şikayəti isə 31 iyul 2023-cü il tarixdə tarixində, yəni prosessual qanunvericiliklə müəyyən edilmiş 1 ay müddət keçdikdən sonra poçt rabitəsinə təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

9. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üs ullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azər baycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-). Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

10. Mülki Prosessual Məcəllə: Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların "Elektron məhkəmə” informasiya sistemində yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə mə lumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

11. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə 2.1.5. elektron kabinet - istifadəçinin özü barəsindəki məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifədir. 13.1.İnformasiya sistemindən istifadə "Vahid məhkəmə portalı” və onun tərkib hissəsi olan elektron kabinet vasitəsilə həyata keçirilir. 13.2.İstifadəçilər "Vahid məhkəmə portalı” vasitəsilə açıq sənədlərlə (məlumatlarla) tanış ola, X1 ("ASAN login”) ilə eyniləşd irildikdən sonra avtomatik qaydada yaradılmış elektron kabinetləri vasitəsilə özlərinə aid sənədləri (məlumatları) əldə edə, habelə onların gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron variantlarını çap edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

13. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 aylıq müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

14. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsi tələb edir k i, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə çatdırılsın.

15. Göründüyü kimi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu və tərəflərin “elektron kabinet”inin mövcud olduğu məhkəmələrdə məhkəmə aktlarının tərəflərə məxsus elektron kabinetdə yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş təqdim etməni özündə ehtiva edir. Başqa sözlə, məhkəmə aktının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə yerləşdirilməsi həmin aktın təqdim edilməsi kimi qəbul edilir.

16. Məhkəmə kol legiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 20.3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1 və 135.6-cı maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğundan, eyni zamanda cavabdehin həmin informasiya sistemində “elektron kabinet”i mövcud olduğundan və yekun məhkəmə aktı elektron imza ilə imzalanmaqla həmin elektron kabinetə yerləşdirildiyindən həmin qərardan şikayət verilməsi müddəti qərarın elektron kabinetə yerləşdiyi gündən hesablanmalıdır.

17. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı qaydada cavabdehə hüquqi yardım məktubu ünvanlanaraq kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən bu raxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən prosessual müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 9-1.1-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Cavabdeh dövlət orqanı olmaqla elektron kabineti mövcud olmuş və apellyasiya instansiya məhkəməsi də haqlı olaraq qəbul etdiyi qərarı cavabdehin elektron kabinetin də yerləşdirmişdir. Qanunverici məhkəmə qərarının elektron kabineti olan tərəfin elektron kabinetində yerləşdirilməsini digər tərəfin (hazırkı halda iddiaçının) seçimi və arzusu ilə şərtləndirməmişdir. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsinin aktları məhkəmə sənədi hesab edilir, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının mübahisə ilə bağlı 2-1(103)-1896/2023 nömrəli, 23 may 2023-cü tarixli qərarı məhkəmə sənədidir və həmin Məcəllənin 135.6-cı maddəsinə müvafiq olaraq məhkəmə sənədi cavabdehin elektron kabinetində yerləşdirilmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə məhkəmə sənədinin elektron kabinetdə yerləşdirilməsi onun poçt göndərişi ilə çatdırılmasını istisna edir. “Elektron imza və elektron sənəd haqqında” Q anunun 3.5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.

19. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı 6 iyun 2023-cü il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet”ində yerləşdirildiyindən (təqdim edildiyindən) və cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixində imzalanaraq məhkəməyə göndərildiyindən cavabdeh apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş 30 günlük prosessual müddəti ötürmüşdür.

20. Kassasiya şikayəti vaxtında verilmədiyindən, yuxarıda sadalanan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kassasiya mümkün sayılmayaraq kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır.

21. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 21(103)-1896/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar