Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2569/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi: Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Bəhruz Səfərovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu n Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı işlədiyi 06.10.1981-ci – 15.06.1993-cü illəri sosial sığorta stajına daxil etməklə ona ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-738/2019 saylı iş üzrə 17.04.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 sentyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1961-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçir ir. İddiaçı 16.07.1981-ci il tarixdən -13.10.1981-ci il tarixədək Marneuli rayonunda ƏMXİ-də dərzi, 06.10.1981-ci il tarixdən - 15.06.1993-cü il tarixədək Marneuli ŞİPTM-70-də usta, 10.01.1996-cı il tarixdən - 01.01.2006-cı il tarixədək “xxxx” müəssisəsində dərzi işləmişdir. (ZT seriyalı ******* saylı əmək kitabçası). Tibbi - Sosial Ekspert Komissiyasının 01.05.2017-ci il tarixli arayışına əsasən iddiaçıya ümumi xəstəlik səbəbi ilə İİ qrup əlillik dərəcəsi təyin edilmiş, növbəti müayinə tarixi 01 may 2022-ci il tarixə təyin edilmişdir. DSMF-nin Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 17 noyabr 2017ci il tarixli 1127 saylı qərarı ilə əmək stajı öz təsdiqini tapmadığından, iddiaçının əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə ərizəsi təmin edilməmişdir. İd diaçı ərizə ilə cavabdehə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdehin 20 noyabr 2017-ci il tarixli, 18/04-6788 saylı məktubu ilə bildirilmişdir ki, əmək pensiyası hüququnu zəruri edən vacib şərtlərdən biri tələb olunan iş stajının olmasıdır. AR ƏM-nin 87-ci maddəsinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Gürcüstan Respublikasından daxil olmuş yoxlama aktına əsasən iddiaçının ümumi iş stajı təsdiqini tapmadığından ərizənin təmin edilməsi mümkün olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 06.10.1981-ci il tarixdən Marnuelska ŞİPTMdə usta kimi çalışmış və 15.06.1993-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Gürcüstan Respublikasından daxil olmuş yoxlama aktına əsasən ümumi iş stajı təsdiqini tapmadığ ından ərizənin təmin edilməsindən imtina olunmuşdur. Ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. İmtinanın səbəbi şöbə tərəfindən verilmiş sorğunun nəticəsi olmuşdur. 10.01.1996-cı ildən 01.01.2006-cı ilə qədər «xxxx» müəssisəsində dərzi işləmişdir. Tibbi Sosial Ekspertiza Komissiyasının 01.05.2017-ci il tarixli arayışına əsasən iddiaçıya ümumi xəstəlik səbəbi ilə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassızdır. Belə ki, işlədiyi dövrlər əmək kitabçasında öz təsdiqini tapmışdır, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbə sinə qarşı işlədiyi 06.10.1981-ci – 15.06.1993-cü illəri sosial sığorta stajına daxil etməklə ona ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 16.03.2018-ci il tarixli iş № 2-1(82)-869/2018, (sədrlik edən hakim Hökümə Babayeva) qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçının 06.10.1981-ci il tarixdən - 01.01.1992-ci il tarixədək Gürcüstan SSRİ-də işlədiyi dövrü sosial sığorta stajı kimi nəzərə almaqla iddiaçıya ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinincavabdehə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Məh kəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16.03.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 09.08.2018-ci il tarixli iş № 2-1(103)-1446/2018 (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Sənan Hacıyev və Səriyyə Seyidova) qərarı ilə birinci instansiya məhkəməsinin2-1 (82)-869/2018 nömrəli iş üzrə 16 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarının qəbul edilməsi, iddiaçının cavabdehin Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı ona işlədiyi 06.10.1981-15.06.1993-cü i lləri sığorta stajına daxil edilməklə, ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.08.2018-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni məhkəmə baxışına qaytarılmasını Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 26dekabr 2018-ci il tarixli iş № 2-1(102)2362/2018 (hakimlər Kəmaləddin Bədəlov - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Sevda Hüseynova) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, iş üzrə apelyasiya instansiya məhkəməsinin 09.08.2018-ciil tarixli 2-1(103)-1446/2018 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 17.04.2019-cu il tarixli iş № 2-1(103)-738/2019 (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vüsalə Baxışova) qərarı ilə birinci instansiya məhkəməsinin 16.03.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Apelyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və pr osessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı cavabdehə pensiya təyin olunması barədə müraciət etsə də, aparılmış araşdırma nəticəsində onun sosial sığorta stajının olmadığı müəyyən olunmuşdur. Gürcüstan Respublikasından daxil olmuş yoxlama aktına əsasən iddiaçının ümumi iş stajı təsdiqini tapmadığından ona pensiya təyin edilməsi mümkün olmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2-1(103)-738/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili B.Səfərov kasasiy a şikayətində qeyd edilənləri rədd edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17.04.2019-cu il tarixli qərarının dəyişdirilməməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının q üvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 17 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri he sab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Apelyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı cavabdehə pensiya təyin olunması barədə müraciət etsə də, aparılmış araşdırma nəticəsində onun sosial sığorta stajının olmadığı müəyyən olunmuşdur. Gürcüstan Respubli kasından daxil olmuş yoxlama aktına əsasən iddiaçının ümumi iş stajı təsdiqini tapmadığından ona pensiya təyin edilməsi mümkün olmamışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının 12 il 6 ay 24 gün iş stajını mötəbər hesab edərək qəbul etmiş, lakin mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam araşdırılmaması səbəbindən, cavabdehin 24 aprel 2018-ci il tarixli arayışında göstərilən, iddiaçının 01.01.2007-ci il tarixdən 01.01.2010-cu il tarixədək 2 il 6 ay s osial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeyd edilən 990,89 manat pensiya kapitalı olmasına hüquqi qiymət verilməmişdir. Bununla da, apelyasiya instansiyası məhkəməsinin iddiaçının 12 il 6 ay 24 gün iş stajından başqa mötəbər iş stajının olmadığına dair mövqeyi əsaslı olmamışdır.» Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında qeyd etmişdir ki, «apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün o, minimum 13 il 4 ay iş stajına malik olmalıdır. Əmək kitabçasının məlumatları həqiqi qəbul edilərsə, qanunun bu şərti iş üzrə yerinə yetirilmir. Belə ki, 06.10.1981-01.01.1992-ci illərdə iddiaçının stajı 10 il 2 ay 24 gün təşkil edir, onun 01.05.2013-01.09.2015-ci illərdə cəmi 2 il 4 ay sığorta stajı və 636,17 manat pensiya kapitalı vardır, bu da cəmləndikdə 12 il 6 ay 24 gün edir. İddiaçının iddia ərizəsində yalnız 06.10.1981-11.06.1993-cü illərdə işlədiyini göstərdiyini, ondan əvvəlki 16.07.1981-13.10.1981-ci və sonrakı 10.01.1996 01.01.2006-cı illərdə işləməsini qeyd etmədiyini, bu sənədləri sonradan məhkəməyə təqdim etdiyini, onun əmək kitabçasında 10.01.1996 - 01.01.2006-cı illərdə “xxxx” müəssisəsində çalışdığı əks olunsa da, hüquqi şəxslərin dövlət reyestrində bu adda hüquqi şəxs olmadığını, “xxxx” MMC-nin isə 05.05.2009-cu ildə qeydiyyata alındığını nəzərə alaraq, apelyasiya instansiya məhkəməsi iddiaçının 12 il 6 ay 24 gündən başqa iş stajına tənqidi yanaşmış və mötəbər sübut kimi qəbul etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsas ən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əm ək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Yəni, 12.1-ci maddəsini təhlili onu göstərir ki, əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün pensiyaçı əlil olmalı və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla, ən azı 5 il sığorta stajına malik olmalıdır. xx.xx.1961-ci il təvəllüdlü iddiaç ının “Əmək pensiyaları haqqında” AR Qanununun 12.1-ci maddəsi ilə tələb olunan sığorta stajı aşağıdakı qaydada hesablanır: ona əlillik təyin olunan 56 yaşı - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 41 yaş x 4 ay = 164 ay: 12 ay = 13 il 4 ay. Göründüyü kimi, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün minimum 13 il 4 ay iş stajı tələb olunur. Göründüyü kimi, iddiaçının 16.07.1981-ci il tarixdən 13.10.1981-ci il tarixədək Marneuli rayonunda ƏMXİ-də dərzi, 06.10.1981-ci il tarixdən 15.06.1993-cü il tarixədək Marneuli ŞİPTM-70-də usta vəzifəsində çalışması faktı ona məxsus olan 24.07.1981-ci il tarixdə tərtib edilmiş ZT seriyalı ******* saylı əmək kitabçası ilə öz təsdiqini tapmışdır. (10 il 2 ay 24 gün). Cavabdehin 04.05.2017-ci il tarixli arayışına əsasən iddiaçı 01.05.2013-cü il tarixdən 01.09.2015-ci il tarixə qədər 2 il 4 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 636,17 manat pensiya kapitalı vardır. Cavabdehin 24.04.2018-ci il tarixli arayışına əsasən iddiaçının 01.01.2007-ci il tarixdən 01.01.2010-cu il tarixədək 2 il 6 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində göstərilən illər üzrə indeksləşmə dərəcələri nəzərə alınmaqla 990,89 manat pensiya kapitalı vardır. Göründüyü kimi, iddiaçının əlilliyə görə pensiya hüququnun yarandığı tarixə 15 il 24 gün sosial sığorta stajına malik olmuşdur ki, inzibati orqan bu illəri əmək stajı kimi qeydə almalı idi. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normaların ı düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 17.04.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.04.2019-cu il tarixli 2-1(103)738/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2569/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2569/2019
11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver