Məhkəmə qərarları › İş №2-1(102)-2569/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2569/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2569/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli mənzil növbəsinə götürülmüş ehtiyatda olan hərbi qulluqçuya mənzil kirayəsi xərclərinin ödənilməsi; maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ehtiyatda olan hərbi qulluqçuya mənzil kirayəsi xərclərinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hərbi xidmətdə olmuş və Müdafiə Nazirliyinin 0170 saylı xx.xx.2021-ci i tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır.

2. Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 188 saylı Sərəncamına görə, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Nağıyeva Ulduzan, oğulları Nağıyev Ülvi, Nağıyev Ömər) ilə birgə təsərrüfat aparırlar. O, Cavabdehnə müraciətində Azərbaycan Respublikası Silah lı Qüvvələrində zabit kimi qulluq etdiyini, hazırda isə ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatda olduğunu bildirərək yaşayış şəraitinin yaxşılaşdırılması üçün ona verilmiş imtiyazları nəzərə alıb, güzəştli mənzil növbəsinə qəbul olunması üçün sərəncam verilməsini xahiş etmiş və mənzil növbəsinə qəbul olunması üçün tələb olunan müvafiq sənədləri təqdim etmişdir. Vətəndaş İddiaçı və onun ailə üzvlərinin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Cavabdehndə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna alınması məqsədəmüvafiq hesab edilərək Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə əsasən, iddiaçı 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Nağıyeva Ulduzan, oğulları Nağıyev Ülvi, Nağıyev Ömər) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan hərbi qulluqçuların (zabit) güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir.

3. Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 393 saylı Sərəncamına görə, vətəndaş İddiaçı Cavabdehnə müraciət edərək Azərbaycan Respublikasının müdafiəsi uğrunda İİ Qarabağ müharibəsi döyüşlərində iştirak etdiyini, İİ qrup Qarabağ müharibəsi əlili olduğunu bildirmiş və yaşayış şəraitinin yaxşılaşdırılması mənzil növbəsinin İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına keçirilməsini xahiş etmiş və tələb olunan müvafiq sənədləri təqdim etmişdir. Azərbayca n Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə əsasən Cavabdeh başçısının 188 saylı xx.xx.2021-ci il tarixli Sərəncamına dəyişiklik edilərək, iddiaçının mənzil növbəsi İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına keçirilmiş, 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Nağıyeva Ulduzan, oğulları Nağıyev Ülvi, Nağıyev Ömər) ilə İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsi siyahısında saxlanılmışdır.

4. İddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, o, yaşayış yeri üzrə Yasamal RİH başçısının 188 saylı xx.xx.2021-ci il tarixli sərəncamı əsasında ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçot siyahısına daxil edilmişdir. 188 saylı xx.xx.2021-ci il tarixli sərəncamla mənzil növbəsi İİ qrup Qarabağ Müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına keçirilmişdir. Qarabağ müharibəsi əlillərinin yaşayış sahəsi ilə təmin edilməsi növbəlilik prinsipi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Kirayə haqqı yalnız ehtiyatda olan hərbi qulluqçu kimi mənzil uçot siyahısına alınan vətəndaşlara ödənilir. Onun mənzil növbəsi Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil uçot siyahısına keçirildiyindən kirayə haqqı ödənilməsi ilə bağlı xahişin yerinə yetirilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və iddiaçının ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülərək kirayə haqqı ilə təmin olunması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. iddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1999-2021-ci illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmiş, polkovnikleytenant rütbəsinə kimi yüksəlmiş, 22 il boyunca layiqincə vətənə xidmət etmişdir. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0170 saylı əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) əsasən həqiqi hərb i xidmətdən ehtiyata buraxılaraq ordu sıralarından tərxis olunmuşdur. O və ailə üzvləri-həyat yoldaşı, iki oğlu ünvan 2 ünvanında qeydiyyatda olduğundan ehtiyata buraxıldıqdan sonra yaşayış sahəsi ilə təmin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdehə mənzil növbəsinə götürülmək üçün tələb olunan müvafiq sənədləri təqdim etdikdən sonra Yasamal RİH Başçısının xx.xx.2021-ci il tarixli, 188 nömrəli Sərəncamı ilə o, 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. Daha sonra isə xəstəliyi ilə əlaqədar olaraq İİ qrup Qarabağ müharibəsi əlili olduğu üçün ərizə ilə cavabdehə müraciət edərək müharibə əlili kimi mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Yasamal RİH Başçısının xx. xx.2021-ci il tarixli, 393 nömrəli Sərəncamı ilə Yasamal RİH Başçısının xx.xx.2021-ci il tarixli, 188 nömrəli Sərəncamına dəyişiklik edilərək o və 4 nəfər ailə tərkibi ilə İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına keçirilmişdir. Bundan sonra hər ay ödənilən kirayə pulunun verilməsi dayandırılmışdır. "Hərbi qulluqçuların statusu haqqında" qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 174 saylı qərarına əsasən mənzil alanadək mənzil uçotuna götürülmüş hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi xərcləri ödənilir. Rayon İcra Hakimiyyətinin balansında yaşayış sahəsi mövcud olmadığından Yasamal RİH Başçısının xx.xx.2021-ci il tarixli, 188 nömrəli sərəncamı qüvvədə olan zaman rayon İcra Hakimiyyəti tərəfindən hər ay mənzil kirayə p ulu ilə təmin olunmuşdur. Hal-hazırda ailə üzvlərilə birlikdə ünvan 3 ünvanında kirayə yaşayır. Eyni zamanda, cavabdehə müraciət edərək İİ qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsində olsa da, ehtiyatda olan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi və kirayə pulunun ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə imtina cavabı verilmişdir. cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı etirazı təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4333/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərin in məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir.

11. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Yasamal RİH-in xx.xx.2021-ci il tarixli, 393 nömrəli sərəncamı ilə İİ qrup Qarabağ müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığından, qanunvericilikdə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan şəxslərə mənzil kirayə xərclərinin ödənilməsi nəzərə tutulmadığından, həmçinin mövcud qanunvericiliyə əsasən kirayə haqqı yalnız ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan vətəndaşlara ödənildiyindən, iddiaçının hazırkı tələbi əsassızdır və təmin edilməməlidir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı məhkəmə iclasında cavabdehin xx.xx.2021-ci il tarixli, 393 nömrəli sərəncamını mübahisələndir mədiyini bildirmişdir (iş v.99).

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülərək onun kirayə haqları ilə təmin olunması barədə iddiası cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli sərəncamı qüvvədə olduğu üçün təmin oluna bilməz. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5 1.2ci maddəsi əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan vətəndaşların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarına əsasən dövlət tərəfindən hər ay verilən 150 manat (ailə üzvlərinə 75 manat) kompensasiya almaqlarına maneə deyil.

17. Mənzil Məcəlləsinin 51-ci maddəsində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan vətəndaşların digər əsasla dövlətdən aylıq maddi kompensasiya almasına təkzib edən heç bir imperativ norma mövcud deyil. Cavabdeh tərəfindən formal olaraq Mənzil Məcəlləsində nəzərdə tutulmayan şərtə istinad edilərək iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarı əsasında dövlət tərəfindən hər ay verilən 150 manat (ailə üzvlərinə 75 manat) kompensasiyanın v erilməsində imtina edilmişdir.

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər.

19. İddiaçının ehtiyatda olan zabit olması (xəstəliyə görə) və İİ Qarabağ müharibəsi iştirakçısı olması barədə inzibati aktlar qüvvədə olduğu üçün Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərə findən həmin aktların qiymətləndirilməsi Azərbaycan Respublikası qanunvericiliyinin imperativ normalarına ziddir, sözügedən inzibati aktlar hər kəs üçün məcburidir və hüquqi qüvvəsi vardır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ərizə və vəsatətlər:

21. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hazırkı işə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Vəsatət əsaslandırılmamış, hazırkı işə şifahi məhkəmə iclasında baxılmasını zəruri edən hallar vəsatətdə göstərilməmişdir.

22. Məhkəmə kollegiyası iddiaçının vəsatətini İPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin hazırkı mübahisəyə tətbiqinin əsası kimi qəbul etmir. Belə ki, həmin normanın tələbinə görə, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul e dilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olsun.

23. İPM-in 96.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş əsaslar hazırkı işdə müəyyən edilməmişdir.

24. İddiaçı tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, buradan, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. İnzibati Prosessual Məcəllə: Maddə

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində bax ır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qayd asında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə inzibati məhkəmə icraatının iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

110. Prosessual xərcləri ödəmək vəzifəsi 110.1. Prosessual xərclər ödən ilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. 26. “Hərbi qulluqçuların statusu haqqında” Qanun:... Maddə

12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ...

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.... Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabi netinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. 27. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarı

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat;...

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. İddiaçı və vəkili ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasını xa hiş etmişlər.

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vaxtında verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı iddiaçıya xx.xx.2023cü il tarixdə iddiaçıya elektron kabineti vasitəsilə təqdim olunmuş, iddiaçı xx.xx.2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün İPM-lə müəyyən edilmiş 1 aylıq müddət keçmədən apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmin olunmasını xahiş etmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və qərardad icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı vəkil ilə təmin olunmuş və xx.xx.2023-cü ilə tarix də, yəni iddiaçının vəkil ilə təmin olunduğu tarixdən 1 ay ərzində kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.

30. Kassasiya şikayəti, həmçinin formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilir.

31. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası, ilk növbədə qeyd edir ki, iddiaçının tələbi öz məzmununa görə cavabdehin inzibati aktlarının mübahisələndirilməsinə yönəlməmişdir. Bu qənaət həm də ondan irəli gəlir ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məh kəməsində icraat zamanı iddiaçı məhkəmə iclasında cavabdehin xx.xx.2021-ci il tarixli, 393 nömrəli sərəncamını mübahisələndirmədiyini məhkəməyə bildirmişdir (bu qərarın 13-cü bəndi). Belə olan halda, məhkəmə İPM-in 52-ci maddəsinə əsasən, iddiaçının iddia tələbindəki ifadə tərzini onun hazırkı iddia ilə əslində çatmaq istədiyi nəticəyə uyğun qəbul etməli, həmin nəticəyə yönələn tələbin hüquqi əsaslarını müəyyən etməli, buradan, maddi hüquq normalarını düzgün tətbiq etməli idi.

33. Məhkəmə kollegiyası, məhz qeyd olunanları nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının tələbi, onun ifadə tərzinə görə və əslində çatmaq istədiyi nəticəyə uyğun olaraq “güzəştli mənzil növbəsinə götürülmüş ehtiyatda olan hərbi qulluqçuya mənzil kirayəsi xərclərinin ödənilməsi” kim qəbul edilməli və iddia həmin məzmunda təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 34. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin müddəalarının məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır... Yaşa, xəstəliyə, ştatların ixtis arına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəy yən etdiyi məbləğdə və qaydada ödəyirlər.

35. Cavabdeh də məhz həmin Qanunun 12-ci maddəsinin müddəalarına əsaslanmaqla xx.xx.2021-ci il tarixli, 188 №-li sərəncamı ilə iddiaçının 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülməsinə və ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil-uçot siyahısına daxil edilməsinə qərar vermişdir.

36. Cavabdehin xx.xx.2021-ci il tarixli, 393 №-li sərəncamı ilə xx.xx.2021-ci il tarixli sərəncama dəyişiklik edilməsi, iddiaçının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsindən və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli, 174 nömrəli Qərarından irəli gələn hüquqlarına təsir etmir.

37. Digər tərəfdən, cavabdehin xx.xx.2021-ci il tarixli sərəncamı ilə xx.xx.2021-ci il tarixli sərəncamındakı dəyişiklik yalnız iddiaçının və onun ailə üzvlərinin adlarının bir güzəştli mənzil növbəsi siyahısından digər güzəştli mənzil növbəsi siyahısına keçirilməsini tənzimləmiş, iddiaçının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində ehtiyata və ya istefaya buraxılmış şəxslər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək hüququna (hazırkı halda, kirayə haqqı xərclərinə görə kompensasiya almaq hüququna) təsir etməmiş, bu hüququ heç bir halda məhdudlaşdırmamışdır.

38. Beləliklə, iddiaçı, istər xx.xx.2021-ci il tarixli sərəncamda qeyd olunan “ehtiyatda olan hərbi qulluqçuların güzəştli mə nzil-uçot siyahısı”na daxil edilmiş olsun, istərsə də, xx.xx.2021-ci il tarixli sərəncamda qeyd olunduğu kimi, onun “mənzil növbəsi İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsi siyahısında saxlanılsın”, o, hərbi xidmətdən ehtiyata buraxılmış, yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi, seçilmiş yaşayış yerinə gəldiyi günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini onun müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli, 174 nömrəli Qərarı ilə müəyyən edilmiş məbləğdə və qaydada ödənilməsini tələb etmək hüququna sahibdir.

39. Qarabağ müharibəsi əlillərinin yaşayış sahəsi ilə təmin edilməsinin növbəlilik prinsipi ə sasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsi barədə cavabdehin dəlili isə onu “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsi və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı irəli müəyyən edilmiş öhdəliyin icrasından azad etmir.

40. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn tələb hüququ vardır.

41. İcraat üzrə prosessual xərclər İPM-in 110.1-ci maddəsinə uyğun olaraq həll edilir.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-977/ 2023 nömrəli qərarı ləğv edilir. İddia aşağıdakı məzmunda təmin edilir. Cavabdehin üzərinə iddiaçıya “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli, 174 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada və məbləğdə kompensasiya ödənilməsi öhdəliyi qoyulur. İcraat üzrə prosessual xərclər cavabdehə aid edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar