Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-257/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi, şikayət üzrə apelyasiya icraatının mümkün sayılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövl ət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1109/2021 nömrəli 30 aprel 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə dördqat məbləğ nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİ LMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2020 saylı, 04 avqust 2020-ci il tarixli qərarı ilə (hakim:R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçının əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 nömrəli qərarına əsasən 12 aprel 1988-ci il tarixdən 17 avqust 1988-ci il tarixədək Çernobıl AESdə qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 17.213 rubl dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla həmin dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə 1 yanvar 2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Məhkəmə hesab etmişdir ki, cavabdeh tə rəfin iddiaçıya əmək pensiyasının həmin qaydada hesablanmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
4. Sonradan cavabdeh birinci instansiya məhkəməsinə vəsatət verərək Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunmasını xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qərardadı ilə (hakim:R.L.Kərimli) vəsatət təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-4454/2020 saylı, 04 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2020 saylı 4 avqust 2020-ci il tarixli qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması istisna olunmadığından, həmin qurum (DSMF) qərarla maraqlarına toxunan şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməli, sözügedən qərar ləğv edilməli və işə onun da prosessual iştirakı ilə mahiyyəti üzrə baxılması təzələnməlidir.
7. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1916/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: E.E.Nağıyeva və N.Ş.Cəfərov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/ 2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatəti təmin edilməmişdir.
9. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4454/2020 saylı, 04 avqust 2020-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir.
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1109/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: C.A.Yusifov və A.Ə.Hüseyn) cavabdehin şikayəti üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
11. Apelyasiya i nstansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti üzrsüz səbəbdən buraxdığından şikayət mümkün sayıla bilməz.
12. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək onun ləğv edilməsini və apelyasiya şikayəti üzrə icraatın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, cavabdeh apelyasiya şikayəti vermə müddətini ötürməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məc əlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlid ir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85.1 Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələ bləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassız olduğundan təmin edilə bilməz.
18. Belə ki, iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin 04 avqust 2020-ci il tarixli qərarını 10 sentyabr 2020-ci il tarixdə müvafiq poçt qəbzinə imza etməklə qəbul etmiş, apelyasiya şikayəti isə 28 dekabr 2020-ci il tarixdə poçt vasitəsi ilə birinci instansiya məhkəməsinə göndərilmişdir.
19. Göründüyü kimi, cavabdeh apelyasiya şikayəti vermə müddətini ötürmüş, lakin müddət bərpasına dair vəsatət verməmişdir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş proses sual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
21. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər prosessual müddətin ötürülməsi səbəbinin üzrlü hesab edilməsinə əsas vermir. Odur ki, apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət cavabdeh tərəfindən üzrsüz səbəblərdən ötürüldüyündən apelyasiya instansiyası məhkəməsi cavabdehin şikayəti üzrə аpelyаsiyа icra atını mümkün saymamaqda haqlı olmuşdur.
22. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1109/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.