Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-257/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi; artıq ödənilmiş təqaüd məbləğinin şəxsdən geri tələb olunması; etimad hüququnun qorunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1969-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Döv lət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğv edilməsi və ödənilməmiş təqaüd məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2023-cü il tarixli, 21(104)-401/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 258 nömrəli Fərmanına uyğun olaraq iddiaçıya X4 dul arvadı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir.
2. Dövlət Sosial Müdaf iə Fondunun Gəncə-Daşkəsən Regional Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda audit yoxlaması zamanı xx.xx.2017-ci il tarixli, 1366 nömrəli Fərmana əsasən Azərbaycanın Milli Qəhrəmanı şəhid X4 ailə üzvlərindən onun anası X3 olmasına baxmayaraq, heç bir sənəd təqdim edilmədiyindən təqaüdün bütövlükdə yalnız iddiaçıya ödənildiyi, bunun nəticəsində artıq ödəmənin yarandığının aşkar edildiyi üçün ona təqaüdün ödənilməsinin xx.xx.2021-ci il tarixdən dayandırıldığı qeyd olunmuşdur.
3. Cavabdehin “Təqaüd təyinatı üzrə” xx.xx.2022-ci il tarixli, 2543/**********0 nömrəli qərarı ilə digər ailə üzvünə təqaüdün təyin olunmaması səbəbindən iddiaçıya xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş vəsaitin tutulması qərara alınmışdır. İŞ ÜZRƏ QƏB UL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, 2543/**********0 nömrəli qərarının təqaüd işi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona ödənilməmiş 2700 manat fərq məbləğinin əvəzləşdirilməsi hissəsinin ləğv edilməsi və ödənilməli olan 2700 manat təqaüd məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanın 2.1-ci yarımbəndinə müvafiq olaraq iddiaçıya Azərbaycan Milli Qəhrəmanı şəhid X4 dul arvadı olduğuna görə təqaüd təyin edilmişdir. Lakin cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay ərzində 2700 manat təqaüd ona ödənilməmişdir. Cavabdeh bunu mərhumun anası sağ olduğu üçün aparılmış əvəzləşmə ilə əsaslandırsa da, hansı qanunvericiliyə əsasən ona düşən hissənin kəsildiyini əsaslandıra bilməmişdir.
6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 258 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 650 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 750 manat, xx.xx.2021-ci il tarixdən 900 manat məbləğində müddətsiz təqaüd təyin edilmişdir. Lakin Fərmana xx.xx.2017-ci il tarixdə müvafiq dəyiş iklik edildikdən sonra iddiaçının mərhum həyat yoldaşı Milli X1 anası X3 olmasına baxmayaraq, təqaüd ödənişi ailə üzvlərinin sayına uyğun olaraq bərabər məbləğdə bölünməmiş və təqaüd iddiaçıya tam məbləğdə ödənilmişdir. Nəticədə iddiaçıya xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə ödənilmiş təqaüd məbləği Milli Qəhrəmanın digər ailə üzvünə bölüşdürülmədiyi üçün cavabdehin xx.xx.2022-ci il tarixli, 2543/**********0 nömrəli qərarına əsasən 41858,06 manat artıq ödəmə müəyyən edilmişdir. İddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, artıq alınmış məbləğ onun təqaüd işi üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş 2700 manat fərq əvəzləşdirildikdən sonra qalıq 39158,06 manat 2022-ci ilin mart ayından hər ay 20 faiz olmaqla 180 manat məbləğində qanuna müvafiq qaydada tutulacaqdır. Odur ki, iddia tələbi əsassızdır.
7. Gəncə İnzibati Məhkəməsinin (hakim: Fikrət Hüseynov) 06 mart 2023-cü il tarixli, 2-1(114)-892/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 2543/**********0 nömrəli qərarı artıq ödəmənin müəyyən edilməsi və artıq ödənilmiş vəsaitin tutulması, eləcə də xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya ödənilməmiş 2700 manat fərq məbləğinin əvəzləşdirilmə hissəsində ləğv edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya təyin edilmiş təqaüddən tutulmuş 2700 manat məbləğin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycanın Milli Qəhrəm anı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 258 nömrəli Fərmanının 2.1-ci bəndinə xx.xx.2017-ci il tarixində müvafiq dəyişiklik edildikdən sonra iddiaçının mərhum həyat yoldaşı Milli X1 anası X3 olmasına baxmayaraq təqaüd ödənişi ailə üzvlərinin sayına uyğun olaraq bərabər məbləğdə bölünməmiş və iddiaçıya tam məbləğdə ödənilmişdir. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya müvafiq təqaüd bu sahədə səlahiyyətli qurum tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə, iddiaçıya təqaüd üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun o nun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir.
9. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi və digər qanunvericilik aktları ilə artıq ödənilmiş məbləğin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçıya təqaüd məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də təqaüd ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Belə ki, ilkin təyinat zamanı sözügedən Fərmanın qüvvədə olan redaksiyasında təqaüd ödənilməli olan ailə üzvləri sırasında Milli Qəhrəman adı verilmiş şəxsi n valideynləri olmamışdır, həmin Fərmana edilmiş sonrakı dəyişiklikdə isə təqaüd ödənilməli olan ailə üzvlərinin sayında olan dəyişikliyə görə iddiaçı məlumat vermək vəzifəsi daşımamışdır. Başqa sözlə, həmin Fərmanda olan dəyişiklikdən irəli gələn məsələlərin həlli aidiyyəti dövlət orqanlarının vəzifəsi olmuşdur. Bu səbəbdən də, qanunvericiliyin müvafiq tələbləri şəxsin əvvəllər mövcud olan vəziyyətinə (sosial statusu və s.) görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmi şdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşad Mamedov /sədrlik edən və məruzəçi/, Afiq Hüseynzadə və Azər Bayramov) 10 avqust 2023-cü il tarixli, 2-1(104)-401/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan Prezident təqaüdü işində olan sənədlərdən də görünür ki, üçüncü şəxs X5 qeyd olunan təqaüdün verilməsi ilə bağlı cavabdehə hər hansı müraciəti olmamışdır. Bundan əlavə, iş materiallarından da cavabdehin iddiaçıdan tutduğu pul məbləğinin üçüncü şəxs X7 ödənilməsi müəyyən edilmir.
14. Cavabdeh kassasi ya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, Milli Qəhrəmanın anası X9 2023-cü ilin sentyabr ayında Nazirliyə müraciət edərək, Fərmanda 2017-ci il tarixdə dəyişiklik edilməsinə baxmayaraq ona heç bir ödənişin edilmədiyini bildirmişdir. Qeyd edilən müraciət əsas götürülərək ona müvafiq təqaüd təyin edilmiş, ən son 2023-cü ilin dekabr ayının da təqaüd ödənişi (50%, məbləğlə - 900 manat) verilərək, 2023-cü ilin iyul-dekabr ayları üzrə ödəmənin verilməsi cavabd eh tərəfindən artıq təmin edilmişdir. Pensiya və sosial müavinətlər haqqında qanunvericilikdən fərqli olaraq, Prezident təqaüdləri üzrə müraciət edilən tarixdən əvvəlki 3 il üçün ödənişin aparılmalı olması ilə bağlı müddəa qanunvericilikdə olmadığından, təqaüd ödənişi müvafiq təqaüdə hüququ yaranan andan vətəndaşa ödənilir. Qeyd olunana əsasən, X7 hüququnun olduğu əvvəlki dövr üzrə ödəmələr də hər ay üzrə təqaüd ödənişi həyata keçirilərkən əlavə olaraq veriləcəkdir. Lakin qeyd etmək lazımdır ki, apellyasıya instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılacağı təqdirdə X7 əvvəlki dövrlər üzrə (xx.xx.2017-ci il tarixdən) müvafiq ödənişlərin həyata keçirilməsi mümkün olmayacaqdır. İddiaçının etimadın qorunması hüququna malik olmasına istinad edilərək 2017-ci ilin may ayından etibarən təqaüdün 100%-lə verilməli olmasının müəyyən edilməsi, həmin dövr üzrə ödənişə hüququ yaranan digər şəxsi – X8 qanunvericiliklə ona verilmiş hüquqdan məhrum edəcəkdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2005-ci il tarixli, 258 nömrəli fərmanına Fərmanı
1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1800 (min səkkiz yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü həmin şəxslərin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir: 2.1 (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına və 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı uşaqlarına; “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 3 may 2017-ci il tarixli, 1366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2017-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 770) ilə 2.1-ci bənd yeni redaksiyada verilmişdir: “2.1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, bu kateqoriyalardan ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, bununla bağlı birinci növbədən olan digər qohumları yoxdursa, baba və nənələrinə.”. 18. “İn zibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdı r. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati a ktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla m üəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. M addə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz ə lverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilm əməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılı ğı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etmə klə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin mübahisələndirilən qərarının qismən ləğv edilməsi və ödənilməmiş təqaüd məbləğinin iddiaçı ya ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respubl ikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 258 nömrəli Fərmanına uyğun olaraq iddiaçıya Azərbaycanın Milli Qəhrəmanı şəhid X4 dul arvadı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Sözügedən Fərmana xx.xx.2017-ci il tarixli, 1366 nömrəli Fərmanla dəyişiklik edilmiş və vəfat etmiş Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməli (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) olduğu ailə üzvləri sırasına həmin şəxsin valideynləri də əlavə edilmişdir. Sonradan cavabdeh tərəfindən audit yoxlaması zamanı aşkar edilmişdir ki, Azərbaycanın Milli Qəhrəmanı şəhid X4 anası X3 olmasına baxmayaraq, Prezident təqaüdü sözügedən Fərmana xx.xx.2017-ci il tarixdə edilmiş müvafiq dəyişikliyə əsasən ailə üzvl ərinin sayına uyğun olaraq bərabər məbləğdə şəhidin anasına və iddiaçıya deyil, tam həcmdə yalnız iddiaçıya ödənilmişdir. Nəticədə iddiaçıya xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq məbləğin ödənildiyi müəyyən olunmuş və həmin artıq ödənilmiş vəsaitin iddiaçıdan tutulmasına dair cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 2543/**********0 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən, artıq ödənilmiş 41858,06 manat vəsaitin, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək iddiaçıya ödənilməmiş 2700 manat fərq məbləği ilə əvəzləşdirildikdən sonra qalan 39158,06 manat hissəsinin 2022-ci ilin mart ayından hər ay 20 faiz olmaqla 180 manat məbləğində iddiaçıdan tutulması qərara alınmışdır. İddiaçı hazırda cavabdehin həmin qərarını və onun nəticələrini mü bahisələndirir.
28. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin xx.xx.2022-ci il tarixli, 2543/**********0 nömrəli qərarının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona ödənilməmiş 2700 manat fərq məbləğinin əvəzləşdirilməsi hissəsində ləğv edilməsinə və ona ödənilməli olan 2700 manat təqaüd məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir.
29. Nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icra atı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
31. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
32. Bu qərarın 29-31-ci bəndlərində qeyd edilən qayda artıq ödənilmiş təqaüd məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan h əmin təqaüdün təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində təqaüdün artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin geri tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı olduğu təqdirdə həmin məbləğin geri qaytarılması barədə qərar qəbul etməyə və ya məhkəmədə iddia qaldırmağa haqlı sayılmalıdır.
33. Cavabdehin kassasiya şikayətinin iddiaçıya münasibətdə etimadın qorunması hüququna istinadən 2017-ci ilin may ayından etibarən Prezident təqaüdünün tam şəkildə iddiaçıya verilməli olmasının müəyyən edilməsinin, həmin dövr üzrə ödənişə hüququ yaranan digər şəxsi – X8 qanunvericiliklə ona verilmiş hüquqdan məhrum edəcəyi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırkı mübahisədə artıq ödəmə inzibati orqanın təqsiri üzündən baş vermiş və iddiaçının təqsirli davranışına bağlı olmamışdır. Qanunvericiliyin düzgün tətbiqinə və obyektiv qanunauyğun qərarın qəbuluna məsuliyyət daşıyan cavabdehin yanlış hərəkətinin məsuliyyətinin və neqativ hüquqi nəticələrinin yükünün iddiaçının üzərinə qoyulması yuxarıda qeyd edilmiş səbəblərdən yolverilməzdir.
34. Həmçinin məhkəmənin qeyd olunan yanaşması digər şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquqlarının, konkret mübahisəyə münasibətdə isə X5 Prezident təqaüdünün, buna hüququnun yarandığı tarixdən ödənilməsini tələb etmək imkanının məh dudlaşdırılmasını şərtləndirən və cavabdeh tərəfindən həmin tarixdən ödənişin həyata keçirilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, Prezident təqaüdünün tam şəkildə iddiaçıya ödənilməsi (bunun cavabdehin təqsirli davranışının nəticəsi olduğu və şəxsin etimad hüququnun qorunduğu hallarda) X7 hüququnun yarandığı tarixdən Prezident təqaüdünün ödənilməsini istisna edə bilməz və etməməlidir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə isə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən s axlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2-1(104)-401/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.