Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2570/2018 28.11.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2570/18) Bakı şəhəri 28 noyabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı ona 47 yaşının tamam olduğu 19 mart 20 17-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçən dövr üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Xətai rayon şöbəsinə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1825/2018 saylı iş üzrə 11.09.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 28 noyabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1970-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı iddia tələbin i onunla əsaslandırmışdır ki, iddiaçı 19 dekabr 2017-ci ildə ərizə ilə DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə müraciət edərək, 47 yaşının tamam olduğu 19 mart 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və keçən dövr üçün pensiya məbləğinin hesablanıb bir dəfəyə ödənilməsini xahiş etmiş, lakin DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin 05.01.2018-ci il tarixli 19/153-01 saylı cavab məktubu ilə xahişi təmin edilməmiş və imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 il həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı ona 47 yaşının tamam olduğu 19 mart 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçən dövr üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmiş dir. Birinci instansiya məhkəməsinin 13 mart 2018-ci il tarixli iş № 2-1(82)-1067/2018 (sədrlik edən hakim Xalıq İmanov) qərarı ilə iddia tələbinin “birdəfəlik” sözü çıxarılmaqla təmin edilməsi, iddiaçıya 47 yaşının tamam olduğu 19 mart 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçən dövr üçün pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinincavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 13 mart 2018-ci il tarixli qərarının ləğv edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 11 sentyabr 2018-ci il tarixli iş № 2-1(103 )-1825/2018 (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, İlqar Murquzov və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 13.03.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları bu hüquqların həyata keçirilməsi qaydaları 01.01.2006-cı ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsən ətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayın həmin işlərdə çalışmışlarsa, qadınlar 55 yaşına çatdıqda, azı 20 ilsığorta stajına malik olduqda və bu müddətin azı 10 il həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır. Lakin hər iki instansiya məhkəməsi cavabdehin iddia ərizəsinə etdiyi etiraza məhəl qoymayaraq əsassız qərar qəbul etmişlər. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsini şöbəyə həvalə etmişdir, iddia ərizəsi əsassız olaraq təmin edilmiş və onunla da maddi hüququ normaları pozulmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh apelyasiya instansiyası məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzr ə apelyasiya instansiyası məhkəməsinin 11.09.2018-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni məhkəmə baxışına qaytarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçıA.Orucov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 11 sentyabr 2018-ci il ta rixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halların ın düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları bu hüquqların həyata keçirilməsi qaydaları 01.01.2006-cı ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunan kişilər 57 yaşına ç atdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayın həmin işlərdə çalışmışlarsa, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 il həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır. Lakin hər iki instansiya məhkəməsi onların iddia ərizəsinə etdiyi etiraza məhəl qoymayaraq əsassız qərar qəbul etmişlər. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsini şöbəyə həvalə etmişdir, iddia ərizəsi əsassız olaraq təmin edilmiş və onunla da maddi hüququ normaları pozulmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş mater iallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus əmək kitabçasından və Azərbaycan Milli Elmlər X1 tərəfindən verilmiş 15.12.2017-ci il tarixli 029-08/655 saylı arayışına əsasən iddiaçı 26.10.1987-ci ildən hal-hazırkı günədək orqanizm üçün xüsusi ilə zərərli sayılan peşələrdə işləyir ki, həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyah ısının Vİİİ, yəni “Kimya istehsalı” bölməsinin 1-ci bəndinin (1080A010) və XXİİ, yəni “Radioaktiv maddələrlə, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri” bölməsinin yarımbölməsində güzəştli iş kimi nəzərdə tutulmuşdur. 01.01.2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edil məsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndinə əsasən Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərəmüvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştlı şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajı Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ii tarixədək qazanmış olsunlar. 01.01.2006-cı ilədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik e dilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin a) bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malik idi: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü ma ddəsinə 1997-ci il 26 iyun tarixli 358-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılır. Qeyd olunan qanunvericilik normalarının hüquqi təhlili göstərir ki, qadınların 47 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə bir yerdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 7 il 6 ay, ümumi iş stajı minimum 15 il olmalı; 3) 7 il 6 ay xüsusi və 15 il ümumi iş stajı 01.01.2006-cı ilədək mövcud olmalıdır. Azərbaycan Respublikası DSMF-nin 17 saylı 21.11.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş (23.11.2011-ci il tarixdə Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş) “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin qaydalardan da göründüyü kimi, qanunun qüvvəyə mindiyi günədək, yəni 01 yanvar 2006-cı ilədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi stajı sosial sığorta stajı üzrə deyil, əmək kitabçasına əsasən müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının 01.01.2006-cı il tarixə 15 ildən artıq ümumi iş stajının olması ona məxsus əmək kitabçası ilə, 7 il 6 aydan ildən artıq güzəştli iş stajının olması Azərbaycan Milli Elmlər X1 tərəfindən verilmiş 15.12.2017- ci il tarixli 029-08/655 saylı arayış ilə, 19.03.2017-ci il tarixdə 47 yaşının tamam olması isə iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi ilə təsdıq olunur. Bu səbəbdən də, cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubunda qeyd edilmiş əsasını məhkəmə, cavabdehin formal mülahizəsi kimi qiymətləndirir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanu nun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində ödənilməmiş pensiyanın məbləğ fərqinin ona birdəfəlik ödənilrnəsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 11.09.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli 2-1(103)-1825/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2570/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2570/2018
28.11.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver