Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2570/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın veril məsi tələbinə dair” inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1672/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X8 arasında Ləhiş ərazisindəki 783 nömrəli bağın istifadəyə verilməsi haqqında 24294 №-li, xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisindəki 0,12 ha torpaq sahəsi olan 783 №-li bağ sonuncunun istifadəsinə verilmişdir.
2. X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
3. İddiaçı Bakı şəhəri 39 saylı Notariat ofisinə müraciət edərək vəfat etmiş a tası X1mış miras əmlaka dair "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsini xahiş etmişdir.
4. X4 vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və İddiaçı miras qoyanın vərəsəsi olması barədə 1 saylı Bakı şəhər Ərazi İdarəsinə məlumat verilməklə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi, 783 №-li bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, elektron kadastrına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qa rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “783” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək, X4 istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 hektar olan 783 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandı rmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli, 24294 №li Müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən "783" saylı bağ sahəsi iddiaçıya verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciəti xx.xx.2022-ci il tarixli imtina məktubu ilə təmin edilməmişdir. Cavabdehin etirazı:
9. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq s ahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə sorğularına cavab olaraq təqdim edilmiş və məhkəmə tərəfindən araşdırılmış bağ sahəsinə dair arxiv materialları
10. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq cavabdehin **********21 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Ləhiş bağ massivində yerləşən 783 saylı bağ sahəsinə dair arxiv qovluğunda olan, xx.xx.1991-ci il tarixdə Lenin rayonu Kürdəxanı XDS-nin deputatı Hüseynov Ə.H və Bağlar birliyinin mühəndisləri Qazıyev E.İ., Zeynalov D.K-nın iştirakı ilə tərtib olunmuş akta əsasən, Balaxanı qəsəbəsi, Sabir küçəsi, ev № 2-də yaşayan X5 tərəfindən idarəyə verilmiş ərizəyə əsasən həmin ünvanda olmuşlar. Yoxlama zamanı aşkar olunmuşdur ki, həmin vətəndaş Ləhiş bağlar sahəsində olan 783 №-li bağdan istifadə edir. Belə ki, qonşu bağ icarədarları ilə aparılan sorğular zamanı aşkar olunmuşdur ki, 1970-ci ildə E.K.Əliyev ərizə ilə bağlar idarəsinə müraciət etmiş və Bağlar idarəsinin nümayəndəsi ona həmin 783 №-li bağ sahəsini göstərmiş, lakin onlara məlum olmayan səbəblərdən o, bağ müqaviləsi ala bilməmişdir. Həmin bağ sahəsi hal-hazırda idarənin boş bağlar balansındadır. Bu illər E.K.Əliyev və onun ailə üzvləri həmin bağdan istifadə edirlər. Həmin bağda 1 otaq, 1 mətbəx 9,0 kv. metr, üzüm-50, əncir-4 və nar 6 ağac vardır. Vətəndaş E.K.Əliyevin 783 №-li bağdan istifadə etməsini bağ qonşuları təsdiq etmişdir.
11. Bakı şəhər X10 İcraiyyə komitəsi Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən “ “Ləhiş”dəki 783 №-li bağ barədə” verdiyi xx.xx.1991- ci il tarixli 405 №-li arayışın surətindən müəyyən olunur ki, 0,25 hektar torpaq sahəsi olan həmin bağ birliyin boş bağlar balansındadır. X6 xahiş edir ki, uzun müddət istifadə etdikləri bu bağ sahəsini onun adına təhkim etsinlər. 783 №-li bağda yaşayış evi tikilmiş və bağ becərilir. E.K.Əliyevin həmin bağdan uzun müddət istifadə etməsi qəsəbə sovetinin deputatı, bağ qonşuları və sahə mühəndislərinin tərtib etdikləri sənədlərlə təsdiq edirlər. “Ləhiş”dəki 783 №-li bağın yeni qaydaya müvafiq olaraq 0,12 ha hektar torpaq sahəsinin E.K.Əliyevin adına təhkim edilməsindən ötrü sənədlər Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Komissiyasında baxılmasına göndərilmişdir. 12. “Bağın icarəyə verilməsi haqqında” 24294 №-li xx.xx.1992-ci il tarixli mü qavilənin surətindən müəyyən olunur ki, qeyd olunan müqavilə bir tərəfdən Bakı şəhər X13 İcraiyyə komitəsinin nizamnaməsi əsasında fəaliyyət göstərən, gələcəkdə “Birlik” adlandırılacaq Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin direktoru Məmmədov M. şəxsində, digər tərəfdən Bakı şəhər İcraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1992-ci il tarixli qərarının 707 №-li protokolu əsasında hərəkət edən, gələcəkdə icarədar adlandırılacaq E.K.Əliyevə Ləhiş qəsəbəsində 0,12 ha bağ sahəsi, sahəsi 16,8 kv. m. olan 1 otaqdan ibarət binanı, yardımçı binaları hər iki tərəfin imzaladığı və müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” verilməsi və “İcarədar”ın həmin bağ sahəsini təhvil alması barədə bağlanmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10488/2022 nömrəli qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən mərhum X4 istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 hektar olan 783 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən həm iddiaçının müraciətinə cavab olaraq verilmiş imtina bildirişində, həm də iddiaya dair yazılı etirazda göstərilmiş dəlillər hazırkı iddianın təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.29-cu bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbin in təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü tarixli, 21(103) - 1672/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(112) - 10488/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkə məsi tərəfindən iş dəqiq və düzgün araşdırılmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquq ların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur;... Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul e də bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqın da” Qanunun 8.0, 8.0.7-ci maddələrinin tələblərindən göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
26. İş materiallarından görünür ki, iddiaçının mərhum atası 8 oktyabr 2004-cü il tarixində Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının ink işafı və istismarı Birliyi ilə Ləhiş ərazisindəki 783 nömrəli bağın istifadəyə verilməsi haqqında 24294 №li müqavilə imzalamış, nəticədə Sabunçu rayonu, Ləhiş ərazisindəki 0,12 ha torpaq sahəsi olan 783 №li bağ sonuncunun istifadəsinə verilmişdir.
27. İddia olunan bağ sahənin iddiaçının sələfinin istifadəsinə qanuni əsaslarla verildiyindən, yuxarıda istinad edilən normaya əsasən o, həmin bağ sahəsinə mülkiyyət hüququ əldə etmişdir. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı v erir.
29. Beləliklə, iddiaçının həmin normadan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
30. Hazırkı halda, cavabdehin imtinasının əsasını elektron kadastrı məlumatına əsasən göstərilən torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluğu təşkil edir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, mərhum İddiaçı həmin bağdan istifadəsi qəsəbə sovetinin deputatı, bağ qonşuları və sahə mühəndislərinin tərtib etdikləri sənədlərdə təsdiq edilirlər.
32. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.29-cu bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir.
33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1672/ 2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.