Məhkəmə qərarları › İş №2-1(102)-2571/2018

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2571/2018

28.11.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2571/2018 28.11.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2571/18) Bakı şəhəri 28 noyabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi xxxun və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh ƏƏSMN yanında DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 14 avqust 2018-ci il tarixli 2-1(103)-1679/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 28 noyabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1992-ci ildə döyüş bölgəsində döyüş əməliyyatlarında aktiv iştirak edən N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmişdir. Hərbi hissənin tərkibində Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə aktiv iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Yaralandıqdan sonra döyüşçü yoldaşlarının köməkliyi ilə ilkin tibbi yardım gös tərilərək hərbi hissənin tibb bölüyünə yerləşdirilərək orada stasionar şəraitdə müalicə almışdır. Döyüşlərdə aldığı xəstəliklərin fəsadlaşması nəticəsində Tibbi Sosial Ekspert Komissiyasının müvafiq qərarına əsasən ona İİ qrup ümumi səbəbdən əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. Bundan sonra isə Tibbi Sosial Ekspert Komissiyasının 13.10.2017-ci il tarixli qərarına əsasən əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək İİ qrup “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. Müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu olduğu üçün AR Müdafiə Nazirliyinə müraciət edərək barəsində məlumat vərəqi doldurularaq cavabdehə təqdim olunmuşdur. Bundan sonra isə cavabdeh tərəf üzərinə düşən öhdəliyi təmin etməli idi. İddiaçı X1 cavabdeh ƏƏSMN DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı 13.10.2017-ci il tarixdən təyin edilmiş əlilliyə görə pensiyasının son üç ili tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 11 may 2018-ci il tarixli iş № 2-1(81)-2579/2018, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh ap elyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 11 may 2018-ci il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 14 avqust 2018-ci il tarixli iş № 2-1(103)-1679/2018 (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin 11 may 2018-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçıya ilk olaraq İİ qrup “ümumi xəstəlik” olaraq, DSMF-nin Xocalı rayon şöbəsindən əmək pensiyası təyin edilmişdir. İddiaçı Tibbi Sosial Ekspert Komissiyasına müraciət edərək əlilliyinin səbəbin dəyişərək “Azərbaycan Respublikası Müdafiəsi zamanı almışdır” müayinədən keçmişdir. Daha sonra, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “məlumat vərəqi” İdarəyə göndərilmişdir. Tərəflərindən “məlumat vərəqi”nə əsasən pensiya təyin edilmiş və DSMF-nin Yasamal rayon şöbəsinə sorğu göndərilərək aldığı pensiyanın dayandırılması barədə məlumat verilməsi xahiş edilmişdir. DSMF-nin Yasamal rayon şöbəsi iddiaçının pensiya işini bağlayaraq İdarəyə göndərmiş və tərəflərindən əlillik səbəbinin dəyişdirildiyi 01 yanvar 2018-ci il tarixdən əmək pensiyası təyin edilmişdir, yəni, iddiaçıya, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə - “Azərbaycan Respublikası müdafiəsi za manı alınmışdır” İ qrup əlillərə müvafiq təminat xərcliyinin 100 faizi miqdarında pensiya təyin edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən bildirirlər ki, iddiaçının əlil səbəbi əvvəllər “ümumi xəstəlik” olduğundan son 3 ilin ödənilməsi qanunvericiliyə uyğun deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir. Həmin Qanunun 20.16.1-ci maddəsinə görə İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələrini yerinə yetirərkən əlil olmuş) müvafiq təminat xərcliyinin 100 faizi, İİ qrup müharibə əlillərinə 80 faizi, İİİ qrup müharibə əlillərinə 55 faizi məbləğində, 20.16.2-ci maddəsinə görə İ qrup digər əlillər ə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlillərə) müvafiq təminat xərcliyinin 60 faizi, İİ qrup əlillərə 55 faizi, İİİ qrup əlillərə 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə, bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. Qeyd olunanlara baxmayaraq apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı işin hallarını tam və hərtərəfli araşdırmamış və əsassız nəticəyə gəlmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2-1(103)-1679/18 saylı qərarının ləğv edilməsini və iddia tələbini rədd edilməsi barədə yeni q ərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 14 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi xxx da, cavabdehin vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 14 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin ed ilməməli, apelyasiya instansiyası məhkəməsinin 14 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslan ıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 14 avqust 2018-ci il tarixli, 21(103)-1679/2018 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2-1(81)- 2579/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 11.1, 11.2.1, 12.2, 20.1.1, 20.16, 32.1, 32.1-1, 37.7-ci maddələrinə, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.5-ci bəndinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olmasına dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayəti 5 səhifədən ibarət olsa da, orada göstərilmiş maddi hüquq normalarının böyük əksəriyyəti ümumi məlumat xarakterlidir və cavabdeh həmin maddi hüquq normalarına əsaslanmaqla məhkəmənin nəzərinə çatdırır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmiş, həmin funksiyaların keçirilməsi qaydaları mövcuddur, təminat xərcliyinin (pul təmin atının) anlayışı barədə izah verir və sairə. Başqa sözlə, cavabdehin kasasiya şikayətində göstərdiyi yeganə dəlil ondan ibarətdir ki, iddiaçının əlil səbəbi əvvəllər “ümumi xəstəlik” olduğundan son 3 ilin ödənilməsi qanunvericiliyə uyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi bu yeganə dəlili əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddə tlərə təyin edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 13 oktyabr 2017-ci il tarixdən hərbi qulluqçu kimi əlilliyə görə pensiyaçı olması onun həmin tarixdən əvvəlki son üç il üçün pensiya fərqini almasına mane olmur. Belə ki, iddiaçıya əvvəlki son üç il üçün pensiya fərqini almasına mane olan, bunu qadağan edən və ya iddiaçının buna dair hüququnu məhdudlaşdıran hər hansı bir maddi hüquq norması yoxdur. Əksinə “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-ci maddəsinə müvafiq olaraq əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhk əməsinin 14 avqust 2018-ci il tarixli dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2018-ci il tarixli, 21(103)-1679/18 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar