Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2571/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi (güzəştli iş stajı; maşinist; quraşdırıcı); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu 14 fevral 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tarixli 2-1(103)-1525/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hüququ yarandığı 57 yaşının tamam olduğu 14 fevral 2019-cu il tarixdən güzəştli şərtlər lə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin edilməsindən imtina dəlilləri ondan ibarətdir ki, iddiaçıya məxsus güzəştli arayış əsasında onun tələbi üzrə faktiki şərtlərin mövcudluğu sübut olunmur.
3. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 09 oktyabr 2023-cü il tarixli, 21(112)-2470/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edi lməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və E.Ə.Əliyev) 21 may 2024-cü il tarixli, 2-1(103)1525/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kass asiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqeyə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyin ə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsas landırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
11. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2023-cü il tarixli, 2-1(102)1878/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2- 1(102)-52/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olması ətraflı araşdırılmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar alınmalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
12. Hazırkı mübahisəyə münasibətdə iddiaçının Bakı Karamel Fabrikində (Bakı Qənnadı Kombinatında) işlədiyi müddətlə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2002-c i il tarixədək Bakı Karamel Fabrikində (Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin xx.xx.1988-ci il tarixli 190 saylı əmri ilə Bakı Karamel Fabrikinin adı Bakı Qənnadı Kombinatına dəyişdirilb) maşinist, çilingər vəzifələrində işləmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi həmin vəzifələrin güzəştli olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmələr müəssisənin mövcudluğu, özəlləşdirilib-özəlləşdirilməməsi ilə bağlı araşdırma apararaq aidiyyəti orqanalara sorğular vermişdir. Sorğulara cavab məktublarından məlum olmuşdur ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Bakı Qənnadı Kombinatının 1, 2 və 5 saylı sexlərinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.1997-ci il tarixli, 149 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.1997-ci il tarixində tam özəlləşdirilmişdir.
13. Göründüyü kimi, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi Bakı Karamel Fabriki (Bakı Qənnadı Kombinatı) özəlləşdirilmiş və "xxxx" ASC yaradılmışdır. Məhkəmə tərəfindən iddiaçının həmin dövrlərdə işlədiyi vəzifələrin güzəştli olub-olmaması ilə bağlı aidiyyəti olaraq "xxxx" ASC-yə sorğu ünvanlanmış və məlum olmuşdur ki, həmin vəzifələr güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aiddir. İddiaçının işlədiyi müəssisə Bakı Qənnadı Kombinatı hal-hazırda mövcud olmasa da, iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, daha sonra özəlləşdirilməsi və səhmlərin özəlləşdirilərək "xxxx" ASC olması öz təsdiqini tapmışdır.
14. Eyni zamanda, əmək kitabçasında iddiaçının xx.xx.1990-ci il tarixdən quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunsa da, həmin dövrdə də onun məhz, maşinistin əmək funksiyalarının icra etməsi "xxxx" ASC tərəfindən təsdiq olunmuşdur.
15. Məhkəmə kollegiyası iddiaçının “McDermott X3” Şirkətində işlədiyi müddətə münasibətdə qeyd edir ki, iş materiallarında olan əmək kitabçasının surətindən də göründüyü kimi, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “McDermott X3” Şirkətində quraşdırıcı vəzifəsində işləmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçının həmin vəzifədə işlədiyi müddətin güzəştli olub-olmaması ilə bağlı araşdırılma aparılmış, müəssisə mövcud olmadığına görə, "xxxx" MMC, “Azfen” BM və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna s orğular verilmişdir. "xxxx" MMC və “Azfen” BM iddiaçının həmin müəssisələrdə işləmədiyini əsas gətirərək, quraşdırıcı vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olub-olmamasının müəyyən edilməsinin onların səlahiyyətində olmadığını bildirmişdir. Lakin işin birinci instansiya icraatı zamanı məhkəmə iddiaçı ilə yanaşı “McDermott X3” Şirkətində “quraşdırıcı” vəzifəsində işləmiş hər hansı şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alması ilə bağlı araşdırma aparmış, X1 pensiya işini tələb etmişdir. Vətəndaşın pensiya işinə daxil olan sənədlərdən müəyyən olunmuşdur ki, həmin şəxs 06 may 2002-ci il tarixdən 13 avqust 2007-ci il tarixədək Bakı Dərin Özüllər Zavodunun ərazisində yerləşən “McDermott X3” Şirkətində işləmiş, Heydər Əliyev adına Bakı Də rin Özüllər zavodu tərəfindən həmin şəxsə güzəştli arayış (quraşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XXVİİ bölməsində, kod ******* a-14612 altında nəzərdə tutulması) verilmişdir, bununla da onun pensiyası güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirilmişdir.
16. Göründüyü kimi, iddiaçı ilə eyni vəzifədə işləyən “McDermott X3” Şirkətinin əməkdaşına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir ki, bu zaman Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu “quraşdırıcı” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XXVİİ bölməsində kod ******* a-14612 altında nəzərdə tutulan vəzifə olduğunu təsdiq etmişdir. İddiaçının işlədiyi “MakDermott X3” Şirkətinin mövcud olmaması və ya Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu tərəfindən “quraşdırıcı” vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına əsas olan vəzifəyə aid olub-olmaması ilə bağlı məhkəmə sorğusuna cavab verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan bir haldır və ona əlavə məsuliyyət yaratmamalıdır.
17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
18. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
19. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətin in təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tarixli, 21(103)-1525/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.