Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2572/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçılar İstehsalat Birliyi “xxxx” Xüsusi SC, İddiaçı2 və İddiaçı3 SC-nin cavabdeh AR Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs “xxxx” MMC-nin iştirakı ilə) qarşı QƏRAR Açar söz: Əmtəə nişanın ləğv edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçıların vəkili Vəkil2, üçüncü şəxsin nümayəndələri Emin Balaşovun, Tamerlan Seyidovun və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İstehsalat Birliyi “xxxx” Xüsusi SC, İddiaçı2 və İddiaçı3 SC-nin cavabdeh AR Əqli Mülkiyyə t Agentliyinə (üçüncü şəxs “xxxx” MMC-nin iştirakı ilə) qarşı qərarın ləğv edilməsi və şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 03 aprel 2019-cu il tarixli, 2-1(103)-775/2019 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə (məhkəmə iclası 18 sentyabr 2019-cu il tarixdə keçirilmiş, məhkəmə qərarı 25 sentyabr 2019-cu il tarixdə elan edilmişdir) Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İstehsalat Birliyi “xxxx” Xüsusi SC, İddiaçı2 və İddiaçı3 SC-nin cavabdeh ləğv prosesində olan AR Standartlaşdırma və X1 Komitəsinə qarşı AR Standartlaşdırma və X1 Komitəsinin Apelyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E- 1525 saylı qərarının tamamilə ləğv edilməsi və “Ракушечка” əmtəə nişanının qeydiyyata alınmasına dair 20 oktyabr 2016-cı il tarixli, №2016 1208 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 26.11.2018-ci il tarixli iş № 2-1(81)-3440/2018, (sədrlik edən hakim A.Abdullayeva) qərarı ilə iddianın təmin edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxsapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.11.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03.04.2019-cu il tarixli iş № 2-1(103)-775/2019 (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışova) qərarı ilə birinci instansiya məhkəməsinin 26.11.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxalanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Üçüncü şəxsin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,“xxxx” MMC-yə məxsus “Rakuşeçka” adlı əmtəə nışanının Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və X1 Komitəsində qeydiyyata alınan zaman və sonradan da iddiaçı tərəfindən verilən etiraza baxılan zaman Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X1 Komitəsinin Apelyasiya Şurasında həmin nişanı n ekspertizası aparılmış və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X1 Komitəsinin Apelyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1525 saylı qərarı ilə “Rakuşeçka” adlı əmtəə nişanının qeydiyyata alınmasına dair 20 oktyabr 2016-cı il tarixli, 2016 1208 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair etirazı əsassız olduğu üçün təmin etməmişdir. Belə olan halda məhkəmə müvafiq məhkəmə ekspertizası təyin etmədən özü ekspert qismində çıxış edərək işə birtərəfli qaydada yanaşmış və nəticədə yanlış qərar qəbul etmişdir. Bundan başqa iddiaçılar tərəfindən qeyd olunan “Rakuşeçka” adlı əmtəə nişanı Azərbaycan Respublikasında qeydiyyata alınmamışdır. İş materiallında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 04 aprel 2018-ci il tarixli m üşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərindən və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesabfakturalar, qaimələr, spesifikasiyalardan görünür ki, “Peçenye təsviri” nişanlı peçenyelər “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmədiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə bu halı da nəzərə almamış və bu hala düzgün qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarında “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun 29-cu maddəsinə istinadən “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies maddəsinin tələblərinin pozulduğu qənaətinə gəlməsi də düzgün deyildir. Əksinə istinad etməli olan həmin “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6-cı maddə nin (3) bəndinə istinad etməmişdir. Həmin maddədə qeyd olunur ki, “İttifaqın hər hansı ölkəsində lazımı şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərə alınmalıdır”. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarında bu maddələrin tələbləri kobud surətdə pozulmuşdur. Bundan başqa apelyasiya instansiyası məhkəməsinin qərarında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə istinad edilməsi də əsassızdır. Belə ki, həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqli d edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfındən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin Əmtəə nişanının, coğrafı göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. Bu barədə bildirmək istəyir ki, “xxxx” MMC qeyd olunan əmtəə nişanını qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirmişdir. Belə olan halda hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin bu maddəyə istinadı əsaslı hesab edilməməlidir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsinin qərarında “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası”nın 2-ci mad dəsinə və həmin maddənin 6-cı bəndinə istinadı da əsaslı hesab edilməməlidir. Belə ki, həmin konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinə görə “Ədəbi və bədii əsərlər” termini ifadə olunma üsulu və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərab ər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Qeyd olunan maddəsi ədəbi və bədii əsərlərin dairəsini konkretləşdirmiş və əmtəə nişanlarını bu konvensiyanın predmeti kimi nəzərdə tutulmamışdır. Belə olan halda həmin maddənin 6-cı bəndinə istinadı da əsaslı hesab olunmamalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs “xxxx” MMC kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-775/2019 saylı, 03 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddiaçılar İddiaçı1, Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı3 iddiasının rədd edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iz ahatı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddiaçılar İddiaçı1, Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı3 iddiasının rədd edilməsinə dair qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndələriE.Babaşov və T.Seyidov da, üçüncü şəxsin vəkili Vəkil1 çıxışı na uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddiaçılar İddiaçı1, Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı3 iddiasının rədd edilməsinə dair qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqti sadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi Faiq Əlizadə məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, üçüncü şəxsin nümayəndələri və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə üçüncü şəxsin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhk əməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edil məməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 03 aprel 2019-cu il tarixli, 2-1(103)-775/2019 saylı qərarı ilə, apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2-1(81)-3440/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 3, 5, 6, 29, 31-ci maddələrinə, “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinə, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 2-ci maddəsinə istinad etməklə, belə hesab etmişdir ki, Azərbaycan Respublikasının 14 sentyabr 1995- ci ildən qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın, 27 noyabr 1998-ci il tarixdən qoşulduğu “Ədəbi və Bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının müddəaları nəzərə alınmaqla iddiaçıların ərizəsi əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəldiyindən, qərar sübutlara və tətbiq edilməli olan maddi hüquq normalarına istinad edilməklə əsaslandırıldığından qərarın apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 03 aprel 2019-cu il tarixli, 2-1(103)-775/2019 saylı qərarla və həmin qərardan üçüncü şəxs “xxxx” M MC-nin verdiyi kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin inzibati mübahisələrə dair çıxardığı Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən ləğv edilmiş qərarların məhkəmə təcrübəsi göstərir ki, bunların əsasında həm maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi və həm də iş üzrə əhəmiyyət kəsb edə biləcək sübutların məhkəmə tərəfindən tələb edilməməsi və nəticə etibarı ilə sübutların tam və hərtərəfli araşdırılmaması durur. Halbuki məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçü n əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərinə riayət etməmişdir. Belə ki, məlum olduğu kimi, iddiaçıların iddia tələblərindən biri olaraq cavabdehin verdiyi 20 oktyabr 2016-cı il tarixli, 2016 1208 nömrəli şəhadətnamənin et ibarsız hesab edilməsi irəli sürülmüşdür. Lakin iş materiallarında sözügedən şəhadətnamə mövcud deyildir, yəni, nə birinci instansiya, nə də ki apelyasiya instansiyası məhkəməsi iddia predmetlərindən biri olan şəhadətnaməni İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin müəyyən etdiyi kimi sübut olaraq tələb etməmiş, nəticə etibarı ilə də araşdırmamış və həmin sənəd işdə ümumiyyətlə olmadığı halda məhkəmələr ona hüquqi qiymət vermiş, yəni, birinci instansiya məhkəməsi şəhadətnaməni etibarsız hesab etmiş, apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, sübutların qiymətləndirilməsinə belə yanaşma, yəni, faktiki olaraq sübut işdə olmadığı halda onun “qiyabi” şəkildə qiymətlənd irilməsi qanuna zidd olmaqla yol verilməzdir. Həmçinin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin 226, 227-ci səhifəsində olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq olaraq 24 yanvar 2019-cu il tarixli və 11 yanvar 2019-cu il tarixli məktublarında göstərilmiş məlumatları nəzərə almamış və nəticə etibarı ilə də araşdırılmamışdır, halbuki həmin məktublarda konkret şəkildə yazılmışdır ki, İddiaçı3 SC, “xxxx” İstehsalat Birliyi və “xxxx” Ticarət Evi tərəfindən Azərbaycan Respublikası ərazisinə “xxxx” MMC vasitəsilə 2010-2015-ci il ərzində “Çuk və Qek” və “Mone” əmtəə nişanlı konfetlərin, həmçinin “xxxx” əmtəə nişanlı peçenyelərin idxal olunması, eləcə də “xxxx” MMC-nin 2010–2016-cı illər ərzində həmin şirkətlərlə xarici iqtisadi fəaliyyəti haqqınd a Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. Beləliklə, göründüyü kimi, “Rakuşeçka” adlı əmtəənin idxalı barədə Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçılar tərəfindən qeyd olunan «Rakuşeçka» adlı əmtəə nişanının Azərbaycan Respublikasında qeydiyyata alınmamasına qiymət verməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işin hallarını “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6-cı maddəsinin (3) bəndi baxımından araşdırmamışdır. Halbuki həmin maddədə deyilir ki “İttifaqın hər hansı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxıl olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərə alınmalıdır”. Bundan başqa apelyasiya instansiyası məhkəməsinin qərarında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə istinad edilməsi də əsassızdır. Belə ki, həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanmasi; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə e dilməsi kimi hərəkətlərə yol verilmir. Eyni zamanda qeyd edilməlidir ki, “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə görə “Ədəbi və bədii əsərlər” termini ifadə olunma üsulu və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarl a ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Qeyd olunan maddə ilə ədəbi və bədii əsərlərin dairəsi konkretləşdirilmiş və əmtəə nişanları bu konvensiyanın predmeti kimi nəzərdə tutulmamışdır. Lakin apelyasiya instansiyası məhkəməsi həmin maddi hüquq normasının müddəalarını nəzərə almamışdır. Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə qeydiyyatın etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin birinci hissəsinə əsasən, əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına uyğun gəlmirsə və y a 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Həmin maddənin ikinci hissəsinə əsasən, əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: “əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Ko nvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə”. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies maddəsində qeyd olunmuşdur: Sənaye mülkiyyətinin mühafizəsi üzrə “Paris Konvensiyası”nın üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distributoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiyanın” həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir, bir şərtlə ki, həmin müvəkkil və ya nümayəndə (distributor) öz hərəkətinə bəraət qazandıran sübutlar təqdim etməsin (Если агент или представитель того, кто является владельцем знака в одной из стран Союза, подает без разрешения владельца заявку на регистрацию этого знака от своего собственного имени в одной или в нескольких таких странах, владелец имеет право воспрепятствовать регистрации или потребовать ее аннулирования либо, если закон страны это разрешает, переоформления регистрации в свою пользу, если только агент или представитель не представит доказательств, оправдывающих его действие). Eyni zamanda qeyd edilməlidir ki, “Əmtəə nişanları və coğrafı göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6 “ç” maddəsinin ikinci hissəsinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən is tifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, qeydiyyatın əsaslılığı prezumpsiyası mövcuddur və qeydiyyatın etibarsızlığını sübut etmək etiraz verən şəxsin üzərinə düşür. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən bu maddi hüquq normaları ilə araşdırılmasının zəruriliyi müəyyən edilmiş və nəticə etibarı ilə də iş üzrə düzgün qərar qəbul edilməsinə bilavasitə təsir edən işin hallarını tam və hərtərəfli tədqiq etməmişdir. Bu məhkəmə kollegiyası tərəfindən İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin pozulması kimi qiymətlənd irilir. Belə ki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan rədd edilməlidir. İşə apelyasiya instansiyası məhkəməsində təkrar baxıldığı zamani işin bütün halları tam və hərtərəfli araşdırmaqla, onlara maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənlə rə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Üçüncü şəxs “xxxx” MMC-nin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli, 2-1(103)775/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2572/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2572/2019
25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver