Məhkəmə qərarları › İş №2-1(102)-2572/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2572/2024

13.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2572/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 2-1(10 3)803/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əqli Mülkiyyət Agentliyinin sertifikatlarına əsasən, “янтарь” “янтарный свет” “дары янтаря” və “янтарный край” əmtəə nişanları iddiaçının adına qeydiyyata alınmışdır.

2. Həmin əmtəə nişanlarının qanunsuz istifadəsi ilə bağlı iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş və müraciət əsasında inzibati icraat başlanılmışdır.

3. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati icraata xitam verilmişdir.

4. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus əmtəə nişanlarından istifadə zamanı “Haqsız rəqabət haqqında” Qanunun 4 və 9-cu maddələrinin tələblərinin pozulması müəyyən edi lməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qərarın ləğv olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırmışdır ki, Əqli Mülkiyyət Agentliyinin sertifikatlarına əsasən, “янтарь” “янтарный свет” “дары янтаря” və “янтарный край” əmtəə nişanlarından 29-cu sinif üzrə, “янтарь” həm də 35-ci sinif üzrə müstəsna istifadə etmək hüququ iddiaçıya verilmişdir. İddiaçı tərəfindən həmin əmtəə nişanlarının qanunsuz istifadəsi ilə bağlı cavabdehə müraciət edilmiş və inzibati icraat başlanılmışdır. İnzibati icraat nəticəsində həmin əmtəə nişanlarından müstəsna istifadə etmək hüququ iddiaçıya məxsus olsa da, üçüncü şəxs tərəfindən antiinhisar qanunvericiliyin po zulması əlamətlərinin aşkar edilməməsi barədə cavabdeh qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, üçüncü şəxslər iddiaçının icazəsi olmadan əmtəə nişanlarından istifadə etmişlər.

7. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazının dəlilləri ondan ibarətdir ki, "xxxx" MMC tərəfindən Rusiya Federasiyasına məxsus şirkətlərlə aralarında bağlanılmış alqı-satqı müqavilələrinə əsasən mallar alınaraq idxal edilmiş, həmin məhsulların pirat olması barədə gömrük orqanlarında hər hansı hal aşkar edilməmiş, haqsız rəqabət halına rast gəlinməmişdir. İddiaçının malların istehsalçısı olmamaqla yanaşı, özünün Rusiya Federasiyasından idxal etdiyi mallara eyni adda olan əmtəə nişanı barədə şəhadətnamə alması, digər təsərrüfat subyektlərinin həmin malları qanunauyğun şə kildə idxal edib ticarət fəaliyyəti ilə məşğul olmasına, dolayısı ilə rəqabətin məhdudlaşdırılmasına səbəb olan hallara gətirib çıxarmamalıdır.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 18 avqust 2023-cü il tarixli 21(112)-5393/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından da göründüyü kimi, mübahisələndirilən qərar cavabdeh tərəfindən antiinhisar qanunvericiliyinin pozulması faktlarının mövcudluğunun təsdiq edilməməsi səbəbindən qəbul edilmişdir ki, iddiaçı üçüncü şəxslər tərəfindən həmin pozuntuların törədildiyi, cavabdeh isə həmin pozuntuların mövcud olmadığına əsaslanır. Pozuntunun mövcud olma ehtimalının əsası isə iddiaçının sahibliyində olan əmtəə nişanlarından üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlıdır. Məhkəmə hesab etmişdir ki, həmin əmtəə nişanlarından qanunsuz istifadə həqiqətən də antiinhisar qanunvericiliyinin pozulması deməkdir ki, həmin pozuntu cavabdeh tərəfindən icraata xitam verilməsi barədə qərarın ləğvi üçün əsas olmalı idi. Lakin hazırkı iş üzrə üçüncü şəxslər tərəfindən istifadə mövcud olsa da, istifadə qanunsuz olmadığından antiinhisar qanunvericiliyin pozuntusundan söhbət gedə bilməz. Belə ki, aparılmış icraatdan görünür ki, “Haqsız rəqabət haqqında” Qanunun 4-cü və 9-cu maddələrinin eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi və əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi istiqamətində araşdırma aparılmışdır. Cavabdeh hesab edir ki, həmin hallarla bağlı hər hansı pozuntu mövcud deyildir. Məhkəmə də həmin mövqedə olmaqla, hesab etmişdir ki, istər həmin maddənin tələblərinin, eləcə də digər aidiyyəti maddələrin tələblərinin üçüncü şəxslər tərəfindən hər hansı pozuntusu halı mövcud olmamışdır. Belə ki, icraata xitam verilməsi barədə qərar mübahisələndirilərkən iddiaçı nəzərə almamışdır ki, əmtəə nişanlarından istifadə qanunsuz yox, qanuni əsaslarla olmuş, üçüncü şəxslər tərəfindən məhsulların dövriyyə yə buraxılmasında hər hansı təqsir mövcud olmamış, həmin məhsullar məhsulun istehsalçısı olan Rusiya Federasiyasında fəaliyyət göstərən müəssisələr tərəfindən razılaşdırılmaqla, gömrük orqanları tərəfindən rəsmiləşdirilmə aparılmaqla üçüncü şəxslər tərəfindən dövriyyəyə buraxılmışdır. Nə qədər ki, istər məhsulun istehsalçısı, istər istehsalçı müəssisənin yerləşdiyi ölkənin gömrük orqanı, istərsə də ölkəyə qanuni əsaslarla məhsulların idxalına nəzarət edən yerli gömrük orqanı tərəfindən adıçəkilən məhsulların idxal edilərək dövriyyəsinə razılıq verilmişdir, təqsir ünsürünün mövcudluğu zəruri olan pozuntu halının baş verməsindən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, üçüncü şəxslər məhsulların idxalını istehsalçı müəssisə və ölkələrin gömrük orqanlarının qanunauyğun görüntüdə olan davran ışına uyğun olaraq həyata keçirmişdir ki, iddiaçı istehsalçı müəssisə ilə əmtəə nişanına sahib olduğu halda, həmin məhsulların üçüncü şəxslərə satışını mübahisələndirmədən və həmin məhsulların satışı barədə gömrük rəsmiləşdirilmələrinin aparılmasına dair müraciətlər etmədən, baş vermiş halla bağlı bütün məsuliyyətin üçüncü şəxslərdə olduğu və antiinhisar qanunvericiliyinin məhz onlar tərəfindən pozulması hallarının mövcudluğunu cavabdeh qarşısında irəli sürmüşdür. Məhkəmə elə yuxarıda göstərilən əsaslara istinad edərək hesab etmişdir ki, üçüncü şəxslər tərəfindən qanunvericiliyin pozuntusu halının mövcudluğu üçün “təqsir” ünsürü istisna edilir və üçüncü şəxslər tərəfindən hər hansı qanunvericilik normasının pozuntusu müəyyən edilmədiyindən, cavabdeh tərəfindən aparılmış inzibati icraat nət icəsində qanuni və əsaslı qərar qəbul edilmişdir ki, həmin qərarın ləğv edilməsinə münasibətdə qanuni əsas mövcud deyildir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, S.R.Səlimova və M.N.Tağızadə) 22 may 2024-cü il tarixli, 21(103)-803/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qər arın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Haqsız rəqabət haqqında” Qanun: Maddə

1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: haqsız rəqabət - bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onları n işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri;... Maddə

4. Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Maddə

9. Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi; əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması; əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması; əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi....

17. Göm rük Məcəlləsi: Maddə 280.1. Hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onun əqli mülkiyyət hüquqlarının obyektinə olan hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir 280.2. Əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizədə aşağıdakılar göstərilməlidir: 280.2.1. hüquq sahi bi haqqında məlumat; 280.2.2. əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə məlumat; 280.2.3. tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan malın təsviri; 280.2.4. malların pirat və ya kontrafakt olmasını aşkar etməyə imkan verən məlumatlar; 280.2.5. malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyi. 280.3. Ərizəyə tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallar üzərində ərizəçinin hüquqlarını təsdiq edən sənədlər (əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və məlumat toplusunun qeydiyyatı haqqında şəhadətnamə, əmtəə nişanı və coğraf i göstərici haqqında şəhadətnamə, patent, lisenziya müqaviləsi və ya əqli mülkiyyətə dair qanunvericiliyə uyğun olaraq digər sənədlər) əlavə olunur.... 280.5. Ərizə ilə birlikdə tərkibində əqli mülkiyyət obyekti olan malın, habelə pirat, yaxud kontrafakt malların nümunələri təqdim edilə bilər.... 18. “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”: Bənd 1.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunverici liyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər.... Bənd 2.14. İşin icraatına onun mahiyyəti üzrə qərar çıxarılmamışdan aşağıdakı hallarda xitam verilə bilər: antiinhisar qanunvericiliyinin pozulmasına yol vermiş şəxs qanun pozuntusunu könüllü surətdə aradan qaldırdıqda; antiinhisar qanunvericiliyinin pozulması faktlarının mövcudluğu Komissiya tərəfindən təsdiq olunmadıqda....

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə da ir tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barəd ə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayət çinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxı şının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin bütün dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. İşdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, sahibliyində olan əmtəə nişanlarından üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi ilə bağlı pozuntular törədilməsinə görə onun müraciəti əsasında cavabdehin inzibati icraat başladığını, araşdırma apardığını, daha sonra isə əsassız olaraq həmin işin icraatına xitam verildiyini bəyan edir.

26. Qeyd edilməlidr ki, aşağı instansiya məhkəmələrində icraat zamanı işin araşdırılan hallarına əsasən müəyyən edildiyi kimi, əmtəə nişanlarının üçüncü şəxslər tərəfindən istifadəsi halı mövcud olsa da, həmin istifadənin qanunsuz olması ilə bağlı sübut yoxdur. Belə ki, icraata xitam verilməsi barədə qərar mübahisələndirilərkən iddiaçı nəzərə almamışdır ki, əmtəə nişanlarından istifadə qanunsuz yox, qanuni əsaslarla olmuş, adı çəkilən məhsu llar üçüncü şəxslər tərəfindən dövriyyəyə buraxılarkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, həmin məhsullar Rusiya Federasiyasında fəaliyyət göstərən, məhsulun istehsalçısı olan müəssisələr tərəfindən razılaşdırılmaqla, gömrük orqanları tərəfindən müvafiq rəsmiləşdirilmə aparıldıqdan sonra üçüncü şəxslər tərəfindən dövriyyəyə buraxılmışdır.

27. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır ki, üçüncü şəxslər məhsulların idxalını istehsalçı müəssisə və ölkələrin gömrük orqanlarının qanunauyğun görüntüdə olan davranışına uyğun olaraq həyata keçirmişlər ki, iddiaçı istehsalçı müəssisə ilə əmtəə nişanına sahib olduğu halda həmin məhsulların üçüncü şəxslərə satışını mübahisələndirmədən və həmin məhsulların satışı barədə gömrük rəsmiləşdirilmələrini n aparılmasına dair müraciətlər etmədən, baş vermiş hallarla bağlı bütün məsuliyyətin üçüncü şəxslərdə olduğu və antiinhisar qanunvericiliyinin məhz, onlar tərəfindən pozulması hallarının mövcudluğuna istinad etməkdə haqlı sayıla bilməz.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təkrarlanan kassasiya dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024 -cü il tarixli, 21(103)-803/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar