Məhkəmə qərarları › İş №2-1(102)-2573/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2573/2019

23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2573/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2573/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: qanunvericilik dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış, qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirmir, yaşayış evinə istifadə hüququ olan digər şəxsə bir hissə ödənildiyindən, kompensasiyanın tamamilə cavabdehə ödənilməsi mümkün olmamışdır). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, cavabdehin vəkil i Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 21.450 manat kompensasiya ödənilməklə mənzilin boşaldılması tələbi, Cavabdeh2 İddiaçınə qarşı 45.690 manat kompensasiyanın verilməsi barədə qarşılıqlı iddia tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1192/2019 saylı qərarından Cavabdeh2 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Resp ublikasının Nazirlər Kabinetinin 51 saylı, xxxx 2018-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi İddiaçı müəyyən edildiyini, qərarın icrası məqsədi ilə İddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu»nu təşkil etdiyini və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndırici cəlb etdiyini, cavabdehlərin ünvan 1 ünvanında yaşadıqlarını, həmin mənzilin (əmlak) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xxxx 2018-ci il tarixli qərarının təsirinə düşdüyünü, cavabdehlərə danışıq (kön üllü alqı-satqı) yolu ilə daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildirişin göndərildiyini, İddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə yaşadıqları ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici «xxxx» MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin xxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə 46.690 manat məbləğində kompensasiyanı (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəmə yə hazır olduqlarını, lakin cavabdehlərin təklif olunan kompensasiyanı almaqdan imtina etdiklərini bildirərək, cavabdehlərdən Cavabdeh2 21.450 manat kompensasiya ödənilməklə mənzilin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, mübahisəli ünvan 3 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı iş üzrə cavabdehlərə əvvəl 46.690 manat kompensasiya ödənilərək, mənzilin boşaldılmasını xahiş etdiyini, lakin iddiaçı tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, ona 20.450 manat məbləğində və Cavabdeh1 Əli qızına isə 22.628 manat məbləğində kompensasiya ödənilməsinin xahiş edildiyinə görə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək zərurəti yaratd ığını, ilkin iddia tələblərindən fərqli olaraq təklif olunan kompensasiya məbləğinin 46.690 manatdan 43.078 manata qədər endirildiyini, məhkəmədən, həmin məbləğin ayrı-ayrılıqda olmaqla mülkiyyətçi və istifadə hüququ olan cavabdehə verilməsinin xahiş olunduğunu, məbləğlər müəyyən edilərkən onlara məlum olmayan hesablama qaydasından istifadə edildiyini, daşınmaz əmlakın mülkiyyətçisinə 20.450 manat, istifadə hüququ olan şəxsə isə 22.628 manat kompensasiya məbləğinin təklif edildiyini, mübahisəli mənzilin bağışlanma müqaviləsi əsasında əldə edildiyini və həmin mənzilə Cavabdeh1 istifadə hüququnun Yasamal rayon Məhkəməsinin 2(004)9508/2015 saylı, xxxx 2015-ci il tarixli qətnaməsi ilə tanındığını göstərərək, 45.690 manat kompensasiyanın ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-138/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 4 ünvanda yerləşən mənzilə sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 4 ünvanda yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh2 21.450 manat kompensasiya ödənilərək, cavabdeh tərəfindən ünvan 4 ünvanda yerləşən mənzilin boşaldılması, qarşılıqlı iddianın təmin edilməməsi qərara alınmışdır (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1192/2019 saylı qərarı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması, qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, mübahisəli yaşayış evi Cavabdeh2 mülkiyyətində olmuş, Cavabdeh1 məhkəmə qaydasında yaşayış sahəsindən istifadə hüququ əldə etmiş, iddiaçı heç bir əsas olmadan mülkiyyətçi ilə deyil, istifadə hüququ olan şəxslə kompensasiya verilməsi məsələsini müzakirə etmiş, Cavabdeh2 məxsus əmlakın daha ucuz alınmasını təmin etmək məqsədilə formal olaraq, Cavabdeh1 da cavabdeh kimi göstərməklə məhkəməyə müraciət etmiş, sonradan ona “təklif” etdiyi məbləği ödəməklə faktiki olaraq aşağı qiymətləndirilmiş alış qiymətinin yarıdan da az hissəsinin verilməsinə nail olmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması, qarşılıqlı iddia tələblərinin təmin edilməsi bar ədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasın a gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi mə sələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1192/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xxx 1999-cu il tarixdə verilmiş FM seriyalı, **** nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin 1 yaşayış otağı Cavabdeh2 adına xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş, 43 saylı Mənzil Kommunal İstismar Sahəsinin xxxx 2018-ci il tarixli arayışına əsasən Cavabdeh2 həmin ünvanda qeydiyyatdadır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, xxxx 2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşlara məxsus X1 küçələri arasındakı ərazidə 1130 ədəd, X1 prospekti, X1, X3 və X4 küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun o laraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi İddiaçı müəyyən edilmiş, Qərarın icrası məqsədi ilə İddiaçınə göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi tapşırılmış, X1 küçəsi, ev 28 ünvanda yerləşən fərdi yaşayış evi Nazirlər Kabinetinin 51 saylı, xxxx 2018-ci il tarixli qərarının təsiri altına düşür, Yasamal rayon İcra Hakimiyyəti «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, həmin ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar «xxxx» MMC-ni müstəqil qiymətləndirici olaraq cəlb etmiş «xxxx» MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində xxxx 2018-ci il tarixli «Qiymətləndirmə hesabatından çıxarış»a əsasən daşınmaz əmlakın 2018-ci ilin xx ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla, həmin ev 28 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar Cavabdeh 2 20.450 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuş, xxxx 2018-ci il tarixli akta əsasən İddiaçı cavabdehə 20.450 manat məbləğində kompensasiy anı ödəməyə hazır olduğunu bildirmiş, lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, mülki qanunvericilik dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyriyaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində «Mülkiyyət» adı altında birləşdirir, fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma prosedurları Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir, həmin Qanunun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfində n müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilməsi imkanını nəzərdə tutmuş, Qanunun 53-cü maddəsində isə alan orqanın alınan əmlakla bağlı sahibliyin əldə edilməsinə dair məhkəmə qərarının icrası ilə bağlı müddəa nəzərdə tutulmuş, ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakın İddiaçı tərəfindən alınmasının həmin Qanunun tələblərinə uyğun olması işin halları ilə təsdiq edilmiş, Yasamal rayon məhkəməsinin 2(004)-9508/2015 saylı, xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən mübahisəli evə istifadə hüququ olan Cavabdeh1 ilə iddiaçı arasında xxxx 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandığından, təklif olunan kompensasiyanın hamısının Cavabdeh2 ödənilməsi mümkün olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının 2010-cu il xxxx tarixli ***** nömrəli Qanununun tətbiqi ilə əlaqədar «Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xxxx 2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi «Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövl ət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.» kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında «Azərbaycan Respublikasının xxxx 2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsi isə «Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tə rəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: Torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən Alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində məhkəmə qərarlarının icrası barədə qanunvericiliyin müvafıq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hi ssəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində «Mülkiyyət» adı altında birləşdirdiyini, işin halları ilə ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakın İddiaçı tərəfindən alınma sının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının təsdiq edildiyini, Yasamal rayon məhkəməsinin 2(004)-9508/2015 saylı, xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən mübahisəli evə istifadə hüququ olan Cavabdeh1 ilə iddiaçı arasında müvafiq alqı-satqı müqaviləsi bağlandığından, təklif olunan kompensasiyanın hamısının Cavabdeh2 ödənilməsinin mümkün olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq norm alarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1192/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1192/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar