Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2573/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə dəymiş zərərin ödənilməsi) 15.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pulun tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cti il tarixli, 21(105)-123/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 1967-ci ildə inşa edilmiş 3 saylı yataqxananın 3 saylı mənzili 2003-cü ildən İddiaçı istifadəsindədir. İddiaçı yaşayış yeri üzrə həmin mənzildə qeydiyyatdadır. 2. 2014-cü ildə Cavabdeh tərəfindən Ceyranbatan qəsəbəsində 3 ədəd binanın qəzalı vəziyyətdə olması nəzərə alınaraq həmin binalarda təmir işləri aparılmışdır. Təmir işləri ilə əlaqədar 3 saylı binadan bütün sakinlər müvəqqəti olaraq köçürülmüşdür.
3. İddiaçının iddiasına görə ilkin söküntü işləri aparıldıqdan sonra iddiaçının mənzili təmir edilməmiş, iddiaçı 10 ay kirayədə qaldıqdan sonra öz hesabına mənzili bərpa etmişdir.
4. İddiaçı dəymiş zərərlə bağlı ilkin olaraq ray on məhkəməsinə müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarı ilə həmin iş üzrə icraata xitam verilmişdir.
5. Məhkəmə hesab etmişdir ki, Cavabdeh inzibati orqandır. Baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Belə ki, iddiaçıya məxsus mənzilə dəymiş ziyan Xırdalan şəhərində 5 ədəd, Ceyranbatan qəsəbəsində 3 ədəd çoxmərtəbəli binaların qəza vəziyyətində olması səbəbi ilə həmin binalarda kompleks bərpa-gücləndirmə və təmir işlərinin aparılması ilə əlaqədar olmuşdur. İş üzrə iddiaçı həmin kompleks tədbirlər çərçivəsində görülmüş işlər nəticəsində onun mənzilinə dəymiş ziyanın ödənilməsini tələb edir və tələbini inzibati orqan olan Cavabdehnə qarşı yönəltmişd ir. Belə olan halda mübahisə inzibati orqanın publik hüququn nizamasalma predmetinə aiddir.
6. Bundan sonra iddiaçının dəymiş ziyanın ödənilməsinə dair müraciəti Cavabdeh xx.xx.2021-ci il tarixli 5/2024 saylı məktubu ilə təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pulun tutularaq ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 3 saylı evin 3 saylı mənzili iddiaçıya məxsusdur. 2014-cü ildə təmir işləri ilə əlaqədar işçilər iddiaçının yaşadığı mənzilə gəlmiş və mənzi lin qapılarını, döşəməsini sökmüşlər. Söküntü işləri başa çatdıqdan sonra mənzildə heç bir iş görülməmişdir. İddiaçı dəfələrlə Cavabdehnə müraciət etmişdir. Vəsait olmadığına görə işlərin yarımçıq qalması bildirilmişdir. O, 10 ay kirayədə qaldıqdan sonra öz hesabına mənzili bərpa etmişdir. Mənzilin yenidən təmirinə 7100 manat pul xərcləmişdir. İddiaçının mənzilinə maddi zərərin dəyməsi işin mübahisə edilməyən halıdır və mənzilə 4903 manat ziyan dəyməsi də ekspert rəyi ilə təsdiq edilir. Bundan sonra o dəymiş zərərin ödənilməsi ilə əlaqədar Cavabdehnə ərizə ilə müraciət etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Mülki məhkəmə icraatı zamanı məhkəmə qərarları ilə müəyyən edilmiş məbləğdə ziyan cava bdeh tərəfindən ona ödənilməlidir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(118)-285/2022 nömrəli (hakim İ.R.Quliyev) qərarı ilə iddianın təmin edilərək cavabdehdən dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, “...iddiaçıya ziyanın dəyməsi hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılan zaman müvafiq ekspertizada təyin edilərək öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə əsas mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqanda iddiaçıya dəymiş ziyanı inkar etmir, sadəcə cavabdehin onlar yox, digər qurumlar ola biləciyini bildirirlər”. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə mülki hüquq münasibətləri əsasında yaranmadığına, inzibati orqanların fəaliyyəti əsasında yarandığına görə iddiaçıdan cavabdehin düzgün müəyyən edilməsi kimi öhdəliyinin tələb edilməsi ədalətli hesab edilə bilməz. Söküntü işlərinin hər hansı bir podratçı şirkətə həvalə edilməsi iddiaçı ilə onlar arasında birbaşa hüquq münasibəti yaratmır. İddiaçının dəymiş ziyanı İcra Hakimiyyətindən tələb etməsi əsaslıdır və dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir.
11. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cti il tarixli, 2-1(105)-123/2023 nömrəli qərarına əsasən (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/ H.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(118)-285/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında eyni tələb üzrə mülki işə dair məhkəmə qərarlarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdehndən dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat pulun tutulması qət olunmuş, apellyasiya instansiyas ı məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan fotoşəkillərdən, qaimə sənədlərindən görünür ki, iddiaçıya məxsus mənzildə müvafiq söküntü və təmir işləri aparılmışdır. İddiaçının mənzilinə maddi zərərin dəyməsi işin mübahisə edilməyən halıdır və mənzilə 4903 manat ziyan dəyməsi də ekspert rəyi ilə təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus mənzil də daxil olmaqla üç binada bərpa gücləndirmə və təmir işlərinin aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 “Azkommunlayihə” İnstitutu tərəfindən layihəsmeta sənədləri hazırlanıb və podratçı təşkilat “Azər Mənzil Kompleks Layihə Təmir” Birliyi tərəfindən işə başlanılıb. Lakin sonradan dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılmadığı üçün işlər dayan dırılıb. Məsələ ilə əlaqədar olaraq dəfələrlə cavabdeh tərəfindən aidiyyəti orqanlara məktublar göndərilsə də, bunun heç bir nəticəsi olmayıb. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan Cavabdeh tərəfindən müxtəlif orqanlara ünvanlanmış məktublardan göründüyü kimi, Abşeron rayonunda qəzalı vəziyyətdə olan binaların bərpa-gücləndirmə və təmir işləri cavabdeh tərəfindən aparılmışdır. İddiaçıya məxsus binada bərpa-gücləndirmə və təmir işlərinin aparılması cavabdeh tərəfindən aparıldığından iddiaçıya dəymiş zərər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cti il tarixli, 2-1(105)-123/2023 nömrəli qərarını ləğv edib İddiaçı iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. İddiaçının mülki məhkəməyə müraciəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsində ikinci icraat zamanı aparılan araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçının mənzilinə maddi zərərin dəyməsi işin mübahisə edilməyən halıdır və mənzilə 4903 manat ziyan dəyməsi də ekspert rəyi ilə təsdiq edilir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021ci il tarixli, 2(102)-2896/2021 saylı qərarına əsasən Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
17. Hazırki iş üzrə apellyasi ya instansiyası məhkəməsinin qərarından aydın görünür ki, işə baxan apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə heç bir münasibət bildirib hüquqi qiymət verməmişdir.
18. Belə ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mənzil də daxil olmaqla Xırdalan şəhərində beş, Ceyranbatan qəsəbəsində isə üç binada bərpa-gücləndirmə və təmir işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 “Azkommunlayihə” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanmış və podratçı təşkilat “AzərMənzilKompleksLayihəTəmir” Birliyi tərəfindən işə başlanılmışdır. Lakin sonradan Dövlət Büdcəsinin ehtiyat fondundan vəsait ayrılması məsələsi həll edil mədiyindən işlər dayandırılmışdır. Məsələ ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə bu məsələ ilə əlaqədar aidiyyəti direktiv orqanlara məktublar ünvanlanmışdır.
19. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş arayışda 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan rayonun sosial- iqtisadi inkişafının sürətləndirilməsi üçün 2.0 milyon manat ayrıldığı qeyd olunduğundan məhkəmə həmin arayışa istinad edərək dəymiş zərərin İcra Hakimiyyətindən tutulmasının əsaslı olduğunu qeyd edərək qərar qəbul etmişdir. Lakin həmin vəsaitin iddiaçıya məxsus mənzilin yerləşdiyi binaların təmiri üçün ayrılıb-ayrılmaması məsələsini araşdırmamışdır. Qeyd etmişlər ki, Xırdalan şəhərində 5(beş), Ceyranbatan q əsəbəsində 3(üç) ədəd çoxmərtəbəli yaşayış binalarında kompleks bərpa gücləndirmə işləri aparılmışdır, həmin binalar cavabdehə məxsus mənzilin yerləşdiyi binalardan fərqli binalardır. RİHB-nın Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən təqdim olunmuş arayışda da qeyd olunmuşdur ki, iddiaçının mənzilinin yerləşdiyi 3 saylı binada 2014-cü ildə heç bir əsaslı və cari təmir işləri aparılmamışdır.
20. Göründüyü kimi işə baxan məhkəmə cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlillərində göstərilən halları araşdırmadan maddi və prosessual hüquq normalarını pozulmasına səbəb olan qərar qəbul etmişdir.
21. Şikayət əsaslandırılarkən İnzibati Prosessual Məcəllənin 12, 58, 68, 69-cu maddələrinə istinad edilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şika yətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə
71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini he ç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya h üquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 25. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
26. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”:
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: 4.9.10. çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması məqsədi il ə xüsusi proqramlar hazırlamaq və onların icrasına nəzarəti həyata keçirmək;
27. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Pr osessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyas iya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİ N MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə qismən riayət edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdehdən 1500 manat tutulması hissəsində ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, iddiaçı dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pulun tutularaq ona ödənilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir.
32. İddiaçının cavabdehdən təmir işlərinin aparılması zamanı dəymiş zərərin ödənilməsini tələb etdiyi Ceyranbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 1967-ci ildə inşa edilmiş 3 yataqxananın 3 saylı mənzilin onun qanuni istifadəsində olması və beləliklə də iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğu, habelə iddiaçının müvafiq zərərin ödənilməsi tələbi ilə bağlı cavabdehə müraciət etməsi işin mübahisələndirilməyən hallarıdır.
33. Cavabdehin əsas dəlili qeyd edilən mənzildə İcra Hakimiyyəti tərəfindən hərhansı təmir işlərinin aparılmama sı və nəticə olaraq da onun tərəfindən iddiaçıya zərər vurulmaması ilə bağlıdır.
34. Apellyasiya instansiyası məhkəməsi cavabdehdən dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməli olması qənaətinə gəlmişdir.
35. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının qeyd edilən mənzildə təmir işlərinin məhz cavabdeh tərəfindən aparılması barədə dəlilləri ilə əlaqədar cavabdeh birinci instansiya məhkəməsinə hər-hansı yazılı etiraz təqdim etməmiş, habelə iş üçün zəruri olan halların araşdırılması, təmir işlərinin hansı qurum tərəfindən aparılması, işlərin hansı səbəbdən dayandırılması ilə bağlı birinci instansiya məhkəməsinin sorğularını cavablandırmamışdır.
36. Cavabd eh kassasiya şikayətində də iddiaçının mənzilinin yerləşdiyi 3 saylı binada 2014-cü ildə heç bir əsaslı və cari təmir işləri aparılmadığını qeyd etmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin hazırkı qərarın 24-26-cı bəndlərində istinad olunan normalarının tələbləri baxımından iddiaçıya dəymiş zərərin əvəzi 4903 manat ödənilməsi ilə bağlı əsasların mövcud olmasına dair məsələ apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, öz ərazisində ərazidə yerləşən çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması məqsədi ilə xüsusi proqramlar hazırlamaq və onların icrasına nəzarəti həyata keçirmək səlahiyyəti olan Cavabdeh hazırkı iş üzrə iddiaçının dəlillərini sadəcə inkar etməsi və müvafiq təmir işləri ilə bağlı hər-hansı sübutun təqdim edilməməsindən ibarət olan davranışı məhkəmənin qeyd edilən təmir işləri ilə əlaqədar iddiaçıya zərərin vurulmasında məhz cavabdehin təqsirinin olması qənaətinə gəlməsinə əsas verir.
39. Apellyasiya instansiyası məhkəmə sinin qərarına əsasən həmçinin iddiaçıya kirayədə qaldığı 10 ay müddətində kirayə haqqı əvəzinə 1500 manat məbləğində pulun tutularaq ödənilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
40. Qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində kirayədə qaldığı 10 ay müddətində kirayə haqqı əvəzinə 1500 manat məbləğində pul ödədiyini qeyd etsə də, göstərilənlərə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən həmçinin iddiaçının eyni tələblə mülki məhkəməyə müraciəti əsasında aparılmış icraat zamanı iddiaçıya dəymiş zərərlə bağlı ətraflı araşdırma aparıldığına, iddiaçının tələb etdiyi məbləğlərin əsaslı olduğunun müəyyən edildiyi qənaətinə gəlmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi mülki iş üzrə iddiaçının kir ayədə qalmasına dair hər hansı araşdırmanın aparılmadığını və ümumiyyətlə həmin iş üzrə icraata xitam verildiyini nəzərə almamışdır. İşdə olan sənədlərlə iddiaçının 1500 manat kirayə haqqı ödəməsi sübuta yetmir.
43. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı 10 ay müddətində kirayə haqqı əvəzinə 1500 manat məbləğində pulun tutularaq ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalı, həmin hissədə şikayət təmin edilməməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023 -cü il tarixli, 2-1(105)-123/2023 saylı qərarı Cavabdehndən 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.