Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2574/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2574/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifə sinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)874/2019 saylı qərarından cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx1989-cu ildən 1996-cı ilə qədər Lenin (sonradan Xətai) adına sovxozda mühasib işlədiyini, xx.xx.1969-cu il təvəllüdlü olmağı və xxxx 2018-ci ildən ikinci qrup əlil olması nəzərə alınmaqla, əlilliyə görə pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla əmək kitabçası ilə təsdiq edilən əmək stajının olmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, xxxx 1985-ci ildən 29 iyun 1987-ci ilə qədər təhsil müddəti, 1987-ci ilin 26 xx tarixindən 31 may 1989-cu ilə qədər hərbi xidmətdə olduğu müddət və xxxx 1989-cu ildən 1996-cı ilə qədər Lenin adına sovxozda və Xətai adına kolxozda işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81 )-97/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xxxx 2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifə si cavabdehin üzərinə qoyulmuşdur (hakim – S.Ə.Əliyeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-1(103)-874/2019 saylı qərarı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsasl andırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı 2018-ci ildən ikinci qrup əlildir, fərdi hesabının sığorta hissəsində 5205.76 manat pensiya kapitalı var və xxxx 2017-ci ilə qədər 7 il 11 ay sosial sığorta stajı mövcuddur, lakin, hazırda mübahisə predmeti olan təhsil müddəti və kolxozda işlədiyi dövr onun sosial sığorta stajına daxil edilə bilməz. Belə ki, iddiaçının pensiya hüququ 2018-ci ildə yaranmış, xxxx 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmət dövrü sosial sığorta stajına daxil edilsə də, təhsil müddəti daxil edilmir. Tərəflərin izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi ü çün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmad an məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qi ymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-874/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ***** nömrəli diploma əsasən İddiaçı, 1985-ci ildən 1987-ci ilə qədər Bakı Maliyyə-Kredit Texnikumunda təhsil almış, xxxx 1987-ci ildən xxxx 1989-cu ilə qədər Sovet Ordusu sıralarında xidmət etmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xxxx 2017-ci il tarixli, **** nömrəli arxiv arayışına əsasən iddiaçı, xxxx 1989-cu ildə Lenin adına Sovxoza mühasib vəzifəsinə qəbul edilmiş, 1996-cı ilə qədər Xətai adına kolxozda işləmiş, “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” 908 nömrəli, xxxx 2018-ci il tarixli arayışına əsasən iddiaçının xxxx 2009-cu ildən xxxx 2017-ci ilə qədər 7 il 11 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 5205,76 manat pensiya kapitalı var, İddiaçı 2018-ci ilin fevral ayından ikinci dərəcəli əlillik verilmiş, iddiaçı, Dövlət Sosial X1 rayon şöbəsinə müraciət edərək, əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, sonuncu, xxx 2018-ci il tari xli məktubla iddiaçının əmək kitabçası ilə təsdiq edilən əmək stajının olmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, İddiaçı 01.09.1989-cu ildə Lenin adına Sovxozda mühasib, 1996-cı ilə qədər Xətai adına kolxozda işləməsi, həmçinin iddiaçının xxxx 2009-cu ildən xxxx 2017-ci ilə qədər 7 il 11 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 5205,76 manat pensiya kapitalının olması faktları iş materiallarındakı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xxxx 2017-ci il tarixli, **** nömrəli arxiv arayışı və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” 908 nömrəli, xxxx 2018-ci il tarixli arayışı ilə tə sdiq olunur, şəxsin təqdim etdiyi əmək kitabçasında qeyd olunan iş illərinin dövlət arxivinin arayışları isə təsdiq olunması həmin iş illərinin onun sosial sığorta stajına daxil edilməsi üçün əsas hesab olunur, eyni zamanda iddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir, qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir, ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir, təhsil müddətinin sığorta stajına daxil ed ilməsi məsələsi şəxsin pensiya hüququnun yarandığı vaxtla müəyyən edilə bilməz, həmçinin inzibati orqan tərəfindən imtina məktubunda vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddəti və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmiş, bundan başqa iddiaçı xxxx 2018-ci il tarixdən İİ qrup əlildir və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az deyildir, beləliklə, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. xxxx 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsin in ğ) bəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığort a haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 21.2.11-ci maddəsinə əsasən də hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığorta stajına daxil edilir. Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi hald a bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 2019-cu il xxxx etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin xxxx tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il xxxx olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il xxxx olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7- ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il xxxx olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xxxx 2017-ci il tarixli, ***** nömrəli arxiv arayışı və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” 908 nömrəli, xxxx 2018-ci il tarixli arayışı iləiddiaçının xxxx 1989-cu ildə Lenin adına Sovxozda mühasib, 1996-cı ilə qədər Xətai adına kolxozda işləməsi, həmçinin xxxx 2009-cu ildən xxxx 2017-ci ilə qədər 7 il 11 ay sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində 5.205,76 manat pensiya kapitalının olması faktı təsdiq olunduğuna görə cavabdehin imtinasının qanunsuz və əsassız olduğunu, həmçinin “Əmək pensiyaları haqqında” Qanunda “təhsil müddətinin əmək stajına daxil edilməməsi” halının pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxslərə şamil edildiyini, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci madd əsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edildiyini nəzərə alaraq kassasiya şikayətinin “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə istinadla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının xxxx 2019-cu il tarixli, 2-1(103)-874/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-874/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2574/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2574/2019
28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver