Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2575/2019 08.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRAR Açar sözlər: prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ayrı-ayrı illərin bir gününün üç gün sayılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğunun vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna (bundan sonra cavabdeh) qarşı “ prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)1223/2019 saylı, 23 may 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 8 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdeh tərəfindən verilmiş 24 may 2016-cı il tarixli arayışa əsasən iddiaçı 4 mart 1992-ci il tarixdən 6 yanvar 2016-cı il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 6 yanvar 2016cı il tarixl i əmrinə əsasən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.1, 26.1.7-ci maddələrinə müvafiq olaraq əmək intizamını kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric olunmuşdur. Azərbaycan Respublikası Baş prokurorunun 28 dekabr 2005-ci il tarixli əmri ilə iddiaçıya kiçik ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və prokurorluqdan xaric edilərkən o, həmin rütbədən məhrum edilməmişdir. İddiaçının prokurorluq orqanlarında iş stajı 23 il 10 ay 02 gün təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20 avqust 2018-ci il tarixli məktubda qeyd olunur ki, iddiaçının xidmət illərinə görə pensiya təyin edilməsi üçün döyüş əməliyyatları dövründə Laçın rayon prokurorluğunda işlədiyi müddətin ikiqat ölçüdə hesablanmaqla iş stajına daxil edilməsi və xidmət illərinə gör ə pensiya almaq hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün aidiyyəti orqana təqdim olunmasından ötrü arayışın verilməsi barədə müraciətinə baxılmışdır. İddiaçıya bildirilmişdir ki, müraciətində göstərilən xüsusatlarla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət etmək hüququ vardır. İddiaçı 18 sentyabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, döyüş şəraitində döyüş əməliyyatları dövründə, 4 mart 1992-ci il ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor-müstəntiqi vəzifəsində işlədiyi 1 il 2 ay 21 gün müddətin bir ayı üç ay sayılmaqla, bir xidmət günü üç xidmət günü hesablanmaqla əlavə olaraq 2 il 5 ay 12 gün müddətin güzəştli əmək stajı ki mi müəyyən edilməklə prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq stajına daxil edilməsi və xidmət illərinə görə prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 4 mart 1992-ci il tarixdən 6 yanvar 2016-cı il tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir və hal-hazırda heç bir yerdə işləmir. Respublikanın prokurorluq orqanlarında xidmət etdiyi 23 il 10 ay 02 gün müddətin (qulluq illərinin) 4 mart 1992-ci il ildən 24 may 1993-cü il tarixədək, ilk 1 il 2 ay 21 gününü hərbi prokuro rluğun səlahiyyətlərini mülki prokurorluq həyata keçirdiyi bir dövrdə ərazisində döyüş əməliyyatları aparılan və dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə yerləşən Laçın rayon prokurorluğunda döyüş şəraitində stajor-müstəntiq vəzifəsində işləmişdir və həmin müddət üçün ona ikiqat həcmdə əmək haqqı ödənilmişdir. Prokurorluq orqanlarına işə qəbul edilməmişdən əvvəl isə 1988-ci ilin fevral ayından 1991ci ilin oktyabr ayınadək, 3 il 9 ay müddətində müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrinin tərkibində olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı aparılan döyüşlərdə iştirak etmiş və “Qarabağ müharibəsi” veteranıdır. Göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, döyüş şəraiti ndə döyüş əməliyyatları dövründə, 4 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunda işlədiyi 1 il 2 ay 21 gün müddətin güzəştli şərtlərlə hesablanmaqla qulluq stajına daxil edilməsi və ona prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün aidiyyəti pensiya təyin edən orqana - DSMF-nin Nəsimi rayon şöbəsinə təqdim olunmasından ötrü arayış və bununla bağlı əhəmiyyətli məlumatları özündə əks etdirən digər zəruri sənədlərin verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə cavabdehin rəhbərliyinə müraciət etmişdir. Cavabdeh həmin müraciətində göstərilən xüsusatlarla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət etmək hüququnun olmasını qeyd etməklə bundan imtina olunması barədə iddiaçının ünvanına 20.08.2018-ci il tarixli cavab məktubu göndərmişdir. İnzibati orqanın - Azərbaycan Respublikası Baş Prokurorluğunun, döyüş şəraitində döyüş əməliyyatları dövründə Laçın rayon prokurorluğunda işlədiyi 1 il 2 ay 21 gün müddətin güzəştli şərtlərlə hesablanmaqla iş (sosial sığorta) stajına daxil etməkdən imtina etməsi hesab edir ki, mövcud qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, onun prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəy yən edilməsi və hesablanması qaydalarının 3.4-cü bəndinin müddəalarından aydın olur ki, prokurorluq orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992ci il 23 noyabr tarixli 631 nömrəli və “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda adı çəkilən 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarında prokurorluq orqanları işçiləri birbaşa nəzərdə tutulmasa da, bu Qərarın Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydaları”nın 3.4-cü, eləcə də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.6-cı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının təsdiq edilməsi barədə 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarının 3.8-ci bəndlərinin müddəaları ilə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının müəyyən edilməsi və hesablanmasında güzəştli şərtlər, yuxarıda sadalanan həmin normativ hüquqi aktların müvafiq normalarının tələblərindən göründüyü kimi eyni zamanda xidmət illərinə görə pensiya almaq hüququna malik olan prokurorluq orqanları işçilərinə şamil edilməsi halları bilavasi tə idarəetmə orqanları tərəfindən müəyyənləşdirilmişdir. Göstərilən normativ aktların bu müddəalarının hüquqi əsası kimi qəbul edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci bəndinin “b” yarımbəndinin 14-cü abzasında göstərilir ki, bu Qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrı-ayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilər. Habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsində hüququn analogiyasından və qanunun analogiyasından istifadə olunması qaydası nəzərdə tutulmuşdur. X2 13.1-ci maddəsində göstərilir ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüq uqun analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmçinin sözügedən Konstitusiya Qanununun 13.2-ci maddəsinin tələblərinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Göründüyü kimi prokurorluq orqanları işçilərinə xidmət illərinə görə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydasını tənzimləyən konkret qanunvericilik normaları olmadığından, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorl uq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası” isə əlavə haqq almaq hüququ verən iş stajının hesablanması qaydasını tənzimlədiyindən, Azərbaycan Respublikası Konstitusiya Qanunun 13-cü maddəsinin tələbləri nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının güzəştli şərtlərlə hesablanması ilə bağlı normaları həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik norması kimi hər bir halda prokurorluq orqanları işçilərinin barəsində tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsa slanmalıdır. Konstitusiyanın həmin maddəsinin Vİİ hissəsinin tələblərinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ayrı-ayrı vaxtlarda müəyyən əlavə və dəyişikliklər edilməklə hazırda qüvvədə olan «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 1992- ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının məzmunundan görünür ki, bu qərar xüsusi staj tələb olunan sahədə işləyən və xidmət illərinə görə pensiya almaq hüququna malik işçilərə aid olduğundan, həmin qərarın uzun müddət xidmət vaxtının hesablanması ilə bağlı müddəaları müvafiq idarəetmə orqanlarının yuxarıda sadalanan normativ hüquqi aktlarına əsasən prokurorluq orqanlarında qulluq keçən şəxslərə də şamil edilir. Habelə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsində və digər normativ hüquqi aktlarda Nazirlər Kabinetinin bu Qərarı əsasında hesablanması nəzərdə tutulan sosial sığorta stajları da xüsusi staj tələb olunan sahədə işləyən işçilərin, o cümlədən prokurorluq orqanları işçilərinin xidmət illərinə görə əmək pensiyası hüququ verən xüsusi əmək stajlar ına güzəştli şərtlərlə daxil edilir. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 125 nömrəli Qərarına əsasən Nazirlər Kabinetinin 1992ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına edilən dəyişikliklərə qədər döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilən iş stajının bir ayı üç ay sayılmaqla, bir xidmət gününün üç xidmət günü kimi hesablanması müəyyən edilmişdir. Bununla belə konkret halda onun döyüş bölgəsində döyüş əməliyyatları dövründə, habelə respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə yerləşən Laçın rayon prokurorluğunda xidmət etməklə güzəştli şərtlə rə aid edilən iş (sosial sığorta) stajı sözügedən normativ hüquqi aktın həmin müddəaları qüvvədə olduğu zaman qazanılmışdır. Belə olan halda da Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının bu güzəşt hüququnun yarandığı dövrdə qüvvədə olan normaları tətbiq edilməklə qazanılmış 1 il 2 ay 21 gün iş stajı güzəştli şərtlərlə bir ayı üç ay sayılmaqla, bir xidmət günü üç xidmət günü kimi hesablanmaqla əlavə olaraq 2 il 5 ay 12 gün müddət prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq stajına daxil edilməli və ona prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiya təyin edilib verilməsi üçün DSMF-nin Nəsimi rayon şöbəsinə xüsusi əmək stajı barədə müvafiq arayış təqdim olunmalıdır. “Prokurorlu q orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 6 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə olan dəyişikliklərə qədər qüvvədə olmuş 32.4-cü maddəsinin tələblərinə görə də yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş işçilər xidmət illərinə görə pensiya hüququna malikdirlər və öz xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 2017-ci il in iyulun 1-dək qüvvədə olmuş 9.4-cü və 9.4.1-ci maddələrinə əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazda qeyd olunmuşdur ki, iddiaçı 4 mart 1992-ci ildən 6 yanvar 2016-cı il tarix ədək Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. İddia ərizəsində o, 4 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunda stajor-müstəntiq vəzifəsində işlədiyini və həmin dövrün ikiqat hesablanmasını tələb edir. Prokurorluq orqanlarında xidmət illərinin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarının 12 nömrəli əlavəsində “prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası” ilə tənzimlənir. Həmin qaydalarda əlavə haqq almaq hüquqi verən iş stajının hesablanması qaydası, əlavə haqqın hesablanması və verilməsi qaydası, əlavə haqq almaq hüquqi verən iş stajının müəyyən edilməsi qaydası barədə müddəalar öz əksini tapmışdır. Müharibə, münaqişə və digər fövqəladə hallarda xidmət illərinə görə stajın hər hansı bir digər qaydada hesablanması barədə müddəa yoxdur. Eyni zamanda “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 1-ci bəndinin birinci hissəsində pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının aid edildiyi şəxslərin dairəsi müəyyən olunmuşdur. Belə ki, Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən, pe nsiya təyin edilməsi üçün uzun müddət xidmət zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə aid edilmişdir. Göründüyü kimi, həmin Qərarda pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtı prokurorluq işçilərinə şamil edilməmişdir. Həmin dövrdə Azərbaycan Respublikası Baş Prokurorunun müvafiq əmrinə əsasən 1993-cü ilin yanvarından sərhədyanı və münaqişə zonalarında çalışan prokurorluq işçilərinə ikiqat əmək haqqı ödənilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-250/2019 saylı iş) 22 fevral 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddia nı rədd etməsini onunla əsaslandırmışdır ki, iddia ərizəsində istinad edilən qərarın prokurorluq orqanının işçilərinə münasibətdə tətbiq edilməsi nəzərdə tutulmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qərarı ilərazılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7məruzəçi, X5 və X6, 2-1(103)-1223/2019 saylı iş) 23 may 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 7 iyun 2019-cu il tarixdə qərarın surətini almış, 8 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin də lilləri iddia ərizəsinin dəlilləri ilə eynidir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasına yazılı vəsatət təqdim edərək “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarının prokurorluq işçilərinə şamil edilib-edilməməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət etdiyindən, şifahi vəsatətində isə onu təmsil edən vəkilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmədiyindən məhkəmə iclasının təxirə salınmasını xah iş etmişdir. İddiaçının Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarının kimlərə şamil olunması barədə Nazirlər Kabinetinin iddiaçıya ünvanlanmış 14 iyun 2019cu il tarixli məktubu mövcud olduğundan, habelə iddiaçının təmsil etdiyi vəkilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermək imkanı olduğundan, vəkilin məhkəmə iclasında iştirakını istisna edən hal olmadığından iddiaçının vəsatəti təmin edilmir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı 1 il 2 ay 21 gün xid mət illərinin bir gününün üç gün sayılmaqla həmin müddətin qalan qulluq stajına əlavə edilməsi və müvafiq arayışı aidiyyətin üzrə göndərilməsi barədə cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin hallarından görünür ki, iddiaçı 4 mart 1992-ci il tarixdən 6 yanvar 2016-cı il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmişdir. Cavabdehin 6 yanvar 2016-cı il tarixli 10/01-11/03-k saylı əmrinə əsasən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.1, 26.1.7-ci maddələrinə müvafiq olaraq əmək intizamını kobud şəkildə pozduğuna görə o, prokurorluq orqanlarından xaric olunmuşdur. İddiaçının prokurorluq orqanlarında iş stajı 23 il 10 ay 02 gün təş kil etmişdir. İddiaçı prokurorluq orqanlarında işlədiyi dövrün 4 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək hissəsini Laçın rayon prokurorluğunda stajor-müstəntiq vəzifəsində işləmişdir. İddiaçıya görə işlədiyi 1 il 2 ay 21 gün müddətin bir ayı üç ay sayılmaqla, bir xidmət günü üç xidmət günü hesablanmaqla əlavə olaraq 2 il 5 ay 12 gün müddətin güzəştli əmək stajı kimi müəyyən edilməklə prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq stajına daxil edilməli və 25 il xidmət illərinə görə prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana xüsusi əmək stajı barədə cavabdeh tərəfindən müvafiq arayış təqdim olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ilə qədər q üvvədə olmuş 9.4.1-ci maddəsinin redaksiyasına görə prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Laçın rayon prokurorluğunda işlədiyi illərin bir gününün üç gün hesablanmalı olmasını Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 3.4-cü bəndi və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pe nsiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.6-cı bəndi ilə əsaslandırmışdır. Adı çəkilən bəndlərdə qeyd edilmişdir ki, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanlarının xidmət müddətinin (qulluq illərinin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nöm rəli...”Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarının 1-ci bəndində zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, feld yeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətin dairəsi sadalanmış, lakin prokurorluq orqanlarının əməkdaşlarının xidmət illərinin hesablanmasına dair hər hansı müddəa mövcud olmamışdır. İddiaçı özü də Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında prokurorluq orqanlarının əməkdaşlarının xidmət illərinin hesablanmasına dair müddəanın olmadığını bildirmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının kassasiya şikayətinə əlavə etdiyi Nazirlər Kabinetinin Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərovun imzaladığı 14 iyun 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, daxil olmuş müraciəti şöbədə araşdırılmışdır. Müəyyən edilmişdir ki, Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992ci il 23 noyabr tarixli 631 nömrəli qərarının 1-ci hissəsi ilə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə güzəştli şərtlər müəyyən edilmişdir. Həmin hissədə xidmət müddətinin (qulluq illərinin) güzəştli şərtlərlə hesablanmasının şamil edildiyi orqanların sırasında prokurorluq orqanlarının əməkdaşlarının adı sadalanmamışdır. Bundan başqa, 20 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ”Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarı (2 və 6-cı bəndlər istisna olmaqla) qüvvədən düşmüş hesab edilmişdir. “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarın 2 və 6-cı bəndləri isə hazırkı mübahisəyə aid olmayan “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası”nın təsdiq edilməsi (2-ci bənd) və “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 1994-cü il 21 fevral tarixli, 73 nömrəli qərarının (beşinci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilməsi (6-cı bənd) barədə olmuşdur. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi tərəfindən iddiaçıya ünvanlanmış 04.02.2019-cu il tarixli, 3/444-07 saylı məktubunda iddiaçının müraciətinə cavab olaraq ona bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndində hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədl iyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması zamanı nəzərə alınmalı olan normativ hüquqi aktların siyahısı göstərilmişdir:... Göründüyü kimi, xidmət müddətinin (qulluq illərinin) hesablanması üçün bu siyahıda prokurorluq orqanlarından başqa digər orqanların da fəaliyyəti ilə bağlı aidiyyəti (xüsusi) aktlar yer almışdır. Yəni sözügedən sənədlərin bəndin əvvəlində sadalanan bütün şəxslərə şamil olunması qeyri-mümkündür. Bu baxımdan Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının siyahıda əks olunmasının səbəbi məhz həmin Qərarda adıçəkilən kateqoriyadan olan şəxslərə münasibətdə tənzimləməni həyata keçirməsidir. Məhkəmə kollegiyası da bir daha vurğulayır ki, Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarında hansı ş əxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətin nəzərə alınmalı olması göstərilmişdir və qərardakı siyahıda prokurorluq orqanlarının əməkdaşlarının adı əksini tapmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1223/2019 saylı, 23 may 2019-cu il tari
Məhkəmə qərarları › İş №2-1(102)-2575/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2575/2019
08.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver