Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2577/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2577/19 Bakı şəhəri 06 noyabr 2019-cu il Açar sözlər: qacqın statusunun verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştiraakı ilə, tərəflərin iştirakı olmadan, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 04iyun 2019-cu il tarixli, 2-1(103)-12 81/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İQ-104/5 saylı, 06 noyabr 2018-ci il tarixli və 15 saylı, 10 yanvar 2019-cu il tarixli qərarlarının ləğv edilməsi, onların “qaçqın statusunun verilməsi haqqında” vəsatət təmin olunaraq iddiaçılara və onların ailə üzvləri olan qızları – 2008-ci il təvllüdlü Qasemi Zahra, 2011-ci il təvəllüdlü Qasemi Sahar, oğlu 2016-cı il təvəllüdlü Qasemi Farhana qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdirlər. İşin fak tiki vəziyyəti İddia ərizəsində bildirilmişdir ki, İddiaçı1 etnik mənşəyinə görə hazaradır, Əfqanıstan vətəndaşıdır, hər hansı dinə etiqad etmir. İddiaçı2 etnik mənsubiyyətinə görə hazaradır, şiədir və Əfqanıstan vətəndaşıdır. İddiaçı1 məhəlli məktəbdə beş il təhsil alıb, ölkədəki müharibə səbəbindən təhsilini davam etdirə bilməmiş, Əfqanıstanda olan zaman atasına torpaq becərməkdə kömək etmiş, atasının ölümündən sonra isə Pakistana gedərək əvvəlcə tikinti sahəsində daha sonra isə aşbaz kimi işləmişdir. İddiaçı1 bildirmişdir ki, onun babasına məxsus olan torpaq sahəsinin onun atası və atasının əmisi arasında bölüşdürülməsi zamanı iddiaçının atası ilə onun digər qohumları arasında mübahisə yaranmışdır. Mübahisə nəticəsində atası və bir qardaşı vəfat etmişdirlər. İddiaçı qardaşı ilə birlikdə Pakistana qaçmış, qardaşının da içində olduğu avtobus Talibanlar tərəfindən ələ keçirilmişdir. İddiaçı1 Pakistanda aşbaz işləmiş və digər iddiaçı olan İddiaçı2 ilə evlənmişdir. İddiaçı Pakistanda yaşadığı zaman ona atəş açılmış və o, yaranlanmışdır. Atəş açılan şəxslərdən birinin onun əmisi olduğunu ehtimal etmişdir. İddiaçılar 2018-ci ilin iyun ayında Azərbaycan Respublikasına gəlmiş və geri qayıdacağları təqdirdə düşmənləri tərəfindən təqibə məruz qalacağları əsası ilə qaçqın statusunun verilməsi barədə cavabdehə müraciət etmişlər. Cavabdeh isə onların vəsatətlərinin əsassız olmasına istinad etməklə qaçqın statusunun verilməsindən qanunsuz və əsassız olaraq imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkə məsinin 05 mart 2019-cu il tarixli, 2-1(81)1330/2019 saylı qərarı ilə (hakim Elçin Məmmədov) iddia rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçılarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusunun mövcudluğu öz təsdiqini tapmadığından cavabdeh iddiaçılara münasibətdə əsaslı qərar qəbul etmişdir. Həmin qərardan iddiaçılar apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2-1(103)-1281/2019 saylı qərarı ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qəra rı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki, iddiaçının ölkəsini tərk etməsinin əsas səbəbi qanunvericiliklə qaçqın statusunun verilməsi üçün əsas olan irqi əlamətinə görə deyil, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə deyil torpaq mübahisəsi ilə bağlı öz qohumları tərəfindən təqib edilməsidir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1, “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydaları”nın 10, 12, 13-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verə rək, onun ləğv, iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində sadaladığı halları və tətbiq edilməli maddi hüquq normalarını təkrarlamış və cavabdeh tərəfindən hansı maddi hüquq normalarının pozulduğu barədə bildirməklə öz tələblərini irəli sürmüşdür. İddiaçı tərəfindən yol verilən maddi hüquq pozuntusu kimi göstərilmişdir ki, cavabdeh tərəfindən işin mühüm faktları müəyyən edilməmiş və iş üzrə mühüm faktların mötəbərliliyi qiymətləndirilməmişdir. İş üzrə mühüm fakt iddiaçının müəyyən sosial qrupa mənsubiyyətinə və qohumları ilə baş vermiş münaqişəyə görə təqib edilməsi riskidir. İddiaç ı məhz etnik mənşəyinə və ailə daxili münaqişəyə görə pis rəftara məruz qala biləcəyi üçün Əfqanıstana geri qayıtmaq istəmir. Həmçinin, cavabdeh qaçqın anlayışının maddi-hüquq şərtlərini iddiaçıya düzgün tətbiq etməmişdir. 1951-ci il “Qaçqınların statusu haqqında” Konvensiyada və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində müəyyən edilmiş qaçqın anlayışına əsasən, qaçqın statusunun verilməsi üçün ilkin tələb edilən zəruri maddi-hüquq element əsaslı təqib qorxusudur. Cavabdeh əsassız olaraq iddiaçının işində əsaslı təqib qorxusu olmaması nəticəsinə gəlmiş, iddiaçının müsahibəsində bildirdiyi məlumatları yetərli səviyyədə araşdırmamışdır. Halbuki, iddiaçı işin mühüm faktları, yəni onun təqibə mə ruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və onun verdiyi izahatlar mötəbərdir. Buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1, BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlığının “Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və prosedurlar haqqında” Təlimata, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bu nun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 06 noyabr 2018-ci il tarixli, İQ-140/5 saylı, “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərara əsasən, Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı1 və ailə üzvlərinə (arvadı, 1986-cı il təvəllüdlü İddiaçı2,qızları, 2008-ci il təvəllüdlü Qasemi Zahra, 2011-ci il təvəllüdlü Qasemi Sahar.oğlu, 2016-cı il təvəllüdlü Qasemi Farhan) qaçqın statusu verilməsindən imtina edilm işdir. 03 avqust 2018-ci il tarixli, ***-**** sayl vəsatətin (ərizə-anket) 1 №-li əlavəsinə əsasən, İddiaçı1 müsahibi zamanı bildirmişdir ki, əslən Əfqanıstandan olsa da, son 12 ili Pakistanda, Kvettı şəhərində yaşamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 yanvar 2019-cu il tarixli, 15 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərara əsasən, qaçqın statusunun verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin 06 noyabr 2018-ci il tarixli, İQ-140/5 nömrəli qərarından Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı1 tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçıların öz ölkələrin tərk etməsinə əsas səbəb, onların hazara qrupuna aid olmaları deyil, iddiaçının atasının əmisi oğla nlarına münasibətdə daha çox torpaq sahəsinə malik olmasıdır. İddiaçı1 cavabdehin müsahibəsi zamanı “Əfqanıstanı nə üçün tərk etmisiniz” sualına cavab olaraq Əfqanıstanı torpaq üstündə atasının əmisi oğlanları tərəfindən qətlə yetirilmək qorxusu olduğu üçün tərk etdiyi, Pakistanı da həmin səbəbdən tərk etdiyini bildirmişdir. Müsahibə zamanı iddiaçı Əfqanıstana qayıtmaq istəməmələrinin başqa bir səbəbinin olmadığını qeyd etmişdir. İddiaçılar hər hansı bir siyasi, dini, ictimai və ya hərbi partiyanın üzvü olmamışdırlar. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Apellyasiya məhkəməsinin nəticəsinə görə, iddiaçının ölkəsini tərk etməsinin əsas səbəbi qanunvericiliklə qaçqın statusunun verilməsi üçün əsas olan irqi əlamətinə görə deyil, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə deyil, torpaq mübahisəsi ilə bağlı öz qohumları tərəfindən təqib edilməsidir. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlillərinin mahiyyətinə görə, onların əsaslı təqib qorxusu ilə üzləşdiyi hallara dair verdikləri müsahibə cavabdeh və məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən dəlillə razılaşmadığını bildirir. “Qaçqınların statusu haqqında” Konvensiyanın 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıd a bilmir. “Qaçqınların statusu haqqında” 1967-ci il tarixli Protokoluna əsasən, 1951-ci il iyulun 28-də Cenevrədə imzalanmış Qaçqınların statusu haqqında Konvensiyanın yalnız 1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində qaçqına çevrilmiş şəxslərə şamil olunduğunu nəzərə alaraq, Konvensiya qaəbul edildikdən sonra qaçqınlara aid yeni vəziyyətlərin yarandığını və ona görə də buna aidiyyatı olan qaçqınların Konvensiyanın təsirindən kənarda qala bilməsini nəzərə alaraq, Konvensiyada verilən tərifə uyğun gələn bütün qaçqınların göstərilən 1951-ci il 1 yanvar tarixindən asılı olmayaraq bərarbər statusa malik olması lüzumu nəzərə alınaraq, aşağıdakılar barədə razılığa gəlmişlər: Bu Protokolun məqsədləri üçün “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı halla r istisna olmaqla, Konvensiyanın 1 A(2) maddəsinin tərifini “ 1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və “...həmin hadisələr nəticəsində” sözlərini çıxmaq şərti ilə uyğun gələn hər bir şəxs üçün nəzərədə tutulur. (maddə 1, bənd 2) “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşl ığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Beləliklə, şikayətdə də sadalanmış normaların məzmunu kimlərə qaçqın statusunun verilməli olduğunun əhatə dairəsini müəyyən edir: - irqi əlamətinə görə; - milliyyətinə görə; - dini etiqadına görə; - müəyyən sosial qrupa mənsubluğuna görə; - siyasi əqidəsinə görə. Göründüyü kimi istər daxili qanunvericilik, istərsə də beynəlxalq hüquq bütün qrupları deyil, dairəsi konkret şəkildə müəyyən edilmiş şəxslərə “qaçqın” statusunun verilməli olmasını müəyyən etmişdir. Müddəaların tələblərinin, yəni iddiaçıların vəziyyətinin həqiqətən “qaçqın” anlayışı ilə əhatə edilən şərtlərə cavab verilməsinin müəyyən edilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydalarının” tələblərinə uyğun olaraq müsahibə aparılmışdır. İstinad edilən Qaydaların: - 1-ci bəndinə əsasən, «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir; - 7-ci bəndinə əsasən, «Qaçqın» statusu verilməsi haqqında və satət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır; - 8-ci bəndinə əsasən, müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Müsahibə nəticəsində cavabdeh inandırıcılığın qiymətləndirilməsi zamanı iddiaçının bildirdiklərinin bir qisminin sübuta yetirildiyi, lakin vətəndaşı olduğu ölkədə heç bir sosial grupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olmadığı m üəyyən edilmişdir. Belə ki, iddiaçı müsahibə zamanı Əfqanıstanı torpaq üstündə atasının əmisi oğlanları tərəfindən qətlə yetirilmək qorxusu olduğu üçün tərk etdiyi, Pakistanı da həmin səbəbdən tərk etdiyini bildirmişdir. Müsahibə zamanı iddiaçı Əfqanıstana qayıtmaq istəməmələrinin başqa bir səbəbinin olmadığını qeyd etmişdir. Bunlar isə onun söylədiklərini təqibə məruz qalması ilə bağlı inandırıcılıq baxımından şübhə altına almışdır. Cavabdehin mübahisələndirilən qərarında bildirilmiş mövqeyi və onunla razılaşan apellyasiya məhkəməsinin nəticəsi yuxarıda istinad edilmiş “qaçqın” statusu anlayışı ilə müəyyən edilmiş şərtlərin mövcud olmamasına düzgün olaraq əsaslanmış və məhkəmə kollegiyası bu nəticə ilə razılaşdığını qeyd edir. Beləliklə, iddiaçının irqi əlamətinə, milliyyətinə, dini etiqa dına, müəyyən sosial qrupa mənsubluğuna və siyasi əqidəsinə görə təqibə məruz qalması müəyyən edilmədiyindən, onun “qaçqın” statusunun alınmasından imtinası qanunqmüvafiq hesab edilməlidir. Məhkəmə kollegiyası iddiaçının sığınacaq, inzibati icraat, səmərəli vasitələr hüququ pozulması ilə bağlı dəlilini “qaçqın” statusunun verilməsindən imtinaya dair gəlinmiş nəticəni yuxarıda göstərilənlərə əsasən əsassız olduğundan və apellyasiya məhkəməsinin qərarının nəticəvi hissəsinə təsir etməyən digər dəlillərin əlavə olaraq qiymətləndirilməsini zəruri hesab etmir. Bu baxımından İnsan Hüquqiları üzrə Avropa Məhkəməsinin ifadə edilmiş mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın “Ədalətli məhkəmə araşdırması hüququnu” nəzərdə tutan 6-ci maddəsinin 1-ci bənd inin tələbləri məhkəmə qərarlarında hər arqumentə ətraflı cavab tələb etmək kimi başa düşülə bilməz. “Van de Hurk v. The Netherlands” işi üzrə (N 16034/90) qəbul etdiyi 19 aprel 1994cü il tarixli qərarında həmin məhkəmə göstərmişdir ki, məhkəmələr hər hansı suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarına münasibətdə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilm əsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, belə inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur. Cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmuş, cavabdehin imtinası qanuna zidd deyil və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq norm alarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il ta rixli, 2-1(103)-1281/2019 saylı qərarı dəyişdirilmədən saxlanısın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2577/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2577/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver