Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2578/2018 05.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Maliyyə Nazirliyi və Qaçqınların və X2 üzrə Dövlət Komitəsi iştirakı ilə) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2578/18) Bakı şəhəri 05 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Maliyyə Nazirliyi və Qaçqınların və X2 üzrə Dövlət Komitəsi iştirakı ilə) qarşı Bakı şəhəri, Xətai rayonu, K.Kərimov 15 saylı inzibati binada yaşadığına görə adının köçürülmə siyahısına salınmaqla ona kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 31 avqust 2018-ci il tarixli 2-1(103)-1889/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 05 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Maliyyə Nazirliyi və Qaçqınların və X2 üzrə Dövlət Komitəsi) qarşı Bakı şəhəri, Xətai rayonu, K.Kərimov 15 saylı inzibati binada yaşadığına görə adının köçürülmə siyahısına salınmaqla ona kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi il ə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddiaçı 16 fevral 2018-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, K.Kərimov 15 saylı inzibati binada yaşadığına görə adının köçürülmə siyahısına salınmaqla ona kompensasiya verilməsi və ya mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 05 iyun 2018-ci il tarixli iş № 2-1(82)-884/2018, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh və üçüncü şəxs Maliyyə Nazirliyiapelyasiya şikayətləri verərək birinci instansiya mə hkəməsinin 05 iyun 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdilər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 31 avqust 2018-ci il tarixli iş № 2-1(103)-1889/2018 (hakimlər S.Seyidova - sədrlik edən və məruzəçi, V.Ağayev və V.Məmmədov) qərarı ilə üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2-1(82)-884/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın çıxarılması, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, K.Kərimov, 15 saylı inzibati binada iddiaçının yaşadığına görə adının köçürülmə siyahısına salınmaqla ona kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,11 sentyabr 2017-ci il tarixdə baş vermiş yanğın nəticəsində K.Kərimov küçəsi, 15 saylı ünvan qəzalı vəziyyətə düşmüşdür. O, da bununla, yəni, Cavanşir küçəsi, 15 ünvanı ilə bağlı İcra Hakimiyyətinə müraciət etsə də, müraciətinə Xətai rayon İcra Hakimiyyətinin 09 avqust 2016-cı il tarixli məktubunda konkret olaraq göstərilmişdir ki, onun yaşadığı Kərimov küçəsi, 15 ünvanında yaşayan məcburi köçkünlərin köçürüləcəyi təqdirdə qaldırdığı məsələyə baxılacaqdır. Lakin heç bir məsələyə baxılmadı və onu yaşayış sahəsindən, qeydiyyatda olduğu mənzildən məhrum etdilər və onu arxayın salmaq üçün atılmış addımın olduğunu gördüm. Sonradan 26 avqust 2016-cı il tarixli ona verilmiş cavab məktubunda konkret olaraq göstərilmişdir ki, K.Kərimov küçəsi, 15 ünvanı qəzalı vəziyyətdədir. Həmin ünvanda yerləşən 27 məcburi köçkün ailəsi köçürülən zaman onun da köçürülməsi öz həllini tapacaqdır. Bu məktubla Xətai rayon İcra Hakimiyyəti üzərinə öhdəlik götürmüşdür və hazırda həmin öhdəlikdən yaradılmış komissiya siyahıya alınarkən boyun qaçırmışdır. Digər 06 oktyabr 2017-ci il tarixli M-411 saylı məktubda qeyd olunur ki, həmin ünvanda yerləşən binada yaşayan məcburi köçkünlərin köçürülmə zamanı müstəsna hal kimi onun məsələsinə baxıla bilər. Bu işdə yeganə cavabdeh Xətai rayon İcra Hakimiyyətidir. B unu özləri verdikləri məktubla da sübut edirlər. Hazırda həmin bina ilə bağlı Xətai rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya səriştəsizliyi nəticəsində bir ildir ki, köçürməni həyata keçirə bilmədiyindən sözügedən 27 ailədən birinci qrup X4 və ikinci qrup Qarabağ əlili X5 və onun ailəsiylə birgə 3 ailə faktiki olaraq hal-hazıra kimi K.Kərimov küçəsi, 15-də yerləşən binada yaşayış var. Bina hələ də sökülməyib. Onlar qəzalı şəraitdə yaşayırlar. Bakı Apelyasiya Məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn halları və işin həlli baxımından əhəmiyyət kəsb edən mübahisəli məqamları sonadək aydınlaşdırmamış, bununla da, prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan məhkəmə qərarı qəbul etmişdir. Sadəcə olaraq onun məcburi köçkün olmadığını nəzərə almışdır. Həmin ərazidə 23 məcburi köçkün ailəsi yaşadığı halda 27 ailəyə pul ayrılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən İddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 31 avqust 2018-ci il tarixli, 2-1inz(103)1889/18 saylı qərarının ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəb ul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 31 avqust 2018-ci il tarixli qərarının ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına qaytarılması barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkilçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 31 avqust 2018-ci il tarixli qərarının ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına qaytarılması barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştir ak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasınagəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 31 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 31 avqust 2018-ci il tarixli, 21(103)-1889/2018 sayl ı qərarla, üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2-1(82)-884/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın çıxarılması, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, K.Kərimov, 15 saylı inzibati binada iddiaçının yaşadığına görə adının köçürülmə siyahısına salınmaqla ona kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqında” Qanunun 1, 9, 10, 12-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 58.7, 68.1, 68.2-ci maddələrinə əsa slanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı kasasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır, belə ki, ilk öncə iddiaçının iddia ərizəsində irəli sürdüyü iddia tələbinə diqqət yetirilməlidir. Məlum olduğu kimi İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 15 saylı inzibati binada yaşadığına görə adının köçürülmə siyahısına salınmaqla ona kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 16 fevral 2018-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə rək, iddia tələbinin “Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 15 saylı inzibati binada yaşadığına görə adının köçürülmə siyahısına salınmaqla ona kompensasiya verilməsi və ya mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 15 saylı inzibati binada yaşadığına görə adının köçürülmə siyahısına salınmaqla ona kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir. Beləliklə, iddiaçının iddiasını Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 15 saylı inzibati binada yaşadığına görə adının köçürülmə siyahısına salınmaqla ona kompensasiya verilməsi və ya mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulması tələbi təşkil edir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı, X1, X3 və X6 ünvan 2 ünvanında qeydiyyatdadırlar. 20 avqust 2003-cü il tarixli, 64 nömrəli orderə əsasən Cavanşir küçəsi, 14 ünvanında yerləşən yataqxananın sahəsi 18,13 kvadrat metr olan 37 nömrəli otağı Bakı Avtomobil zavodunda çilingər vəzifəsində işləyən İddiaçı ayrılmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli, 217s saylı sərəncamına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2003-cü il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsait indən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Xətai rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq, ünvan 3 ünvanlarında yerləşən və qəzalı vəziyyətdə olan yataqxana binalarında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 60 ünvanında yerləşən yataqxana binasında məskunlaşmış 1 məcburi köçkün ailəsi də daxil olmaqla, cəmi 94 ailənin hər birinə və 1 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə 45000,0 manat hesabı ilə birdəfəlik maddi yardım üçün 4275000,0 manat, yataqxana binasının sökülməsi, onun yerləşdiyi ərazinin abadlaşdırılması üçün 200000,0 manat və bank xidmətl əri xərci üçün 21375,0 manat olmaqla, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin ehtiyat fondundan Xətai rayon İcra Hakimiyyətinə 4496375,0 manat məbləğində vəsait ayrılması, ünvan 4 ünvanında yerləşən yataqxana binasında məskunlaşmış 24 məcburi köçkün ailəsi də daxil olmaqla, cəmi 91 ailənin hər birinə 45000,0 manat hesabı ilə birdəfəlik maddi yardım üçün 4095000,0 manat, yataqxana binasının sökülməsi, onun yerləşdiyi ərazinin abadlaşdırılması üçün 200000,0 manat və bank xidmətləri xərci üçün 20475,0 manat olmaqla, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər” üzrə nəzərdə tutulmuş vəsaitdən Xətai rayon İcra Hakimiyyətinə 4315475,0 manat məbləğində vəsait ayrılması, bu sərəncamın 1-ci və 2-ci h issələrində göstərilən vəsaitlərin müəyyən olunmuş qaydada ödənilməsinin təmin edilməsinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılması, bu sərəncamın 1-ci və 2-ci hissələrində hər bir ailə və mülkiyyətçi üçün nəzərdə tutulmuş maddi yardımın ailə başçılarının (və ya müvəkkil edilmiş şəxslərin) və mülkiyyətçinin adına açılmış müvafiq bank hesablarına köçürülməsini vəsait Xətai rayon İcra Hakimiyyətinin xəzinə hesabına köçürüldükdən sonra 5 (beş) gün müddətində təmin edilməsini Xətai rayon İcra Hakimiyyətinə tapşırılması qərara alınmışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 14 aprel 2016-cı il tarixli, 75 nömrəli sərəncamına əsasən ünvan 5 ünvanlarında yerləşən yataqxana binaların ın qəzalı vəziyyətə düşərək istismara yararsız olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli, 217s saylı sərəncamı ilə həmin yataqxana binalarında məskunlaşmış 60 saylı yataqxanada 1 məcburi köçkün ailəsi də daxil olmaqla, cəmi 94 ailənin hər birinə və 1 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin, 120 saylı yataqxanada 24 məcburi köçkün ailəsi olmaqla cəmi 91 ailənin hər birinə köçürülməsi məqsədilə 45000,0 manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu tədbirlərin yerinə yetirilməsi Xətai rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qeyd olunan sərəncamın icrasını təmin etmək məqsədilə Cavanşir küçəsi, 60 və 120 ünvanlarında yerləşən yataqxana binalarında məskunlaşmış cəmi 185 ailənin və 1 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin köçürül məsini təmin etmək məqsədilə komissiya yaradılması qərara alınmış, qısa müddət ərzində yataqxana binalarında məskunlaşmış 185 ailənin siyahılarını dəqiqləşdirilməsi, hər ailə başçısına və 1 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə 45000 manat olmaqla Kapital Bankın 1 saylı Xətai filialında hesab açılması və kompensasiyanın ödənilməsi həmin bank tərəfindən həyata keçirilməsi Komissiyaya tapşırılmışdır. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 122 saylı MKİS-nin istismarında olan Cavanşir küçəsi, 120 saylı (keçmiş Cavanşir küçəsi, 14 saylı) ünvandakı yataqxana binası qəzalı vəziyyətdə olduğundan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə həmin binadan köçürülməsi üçün sənədləri toplanmalı olan və Nazirlər Kabinetini n 14 aprel 2016-cı il tarixli 217s saylı sərəncamı ilə nəzərdə tutulmuş vəsaiti alacaq ailələrin siyahısına görə həmin siyahıda İddiaçı adı yoxdur. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən ünvan 6 ünvanda yerləşən inzibati tikilidə 12 sentyabr 2017-ci il tarixdə baş vermiş yanğın nəticəsində əmlakına və yaşayış sahələrinə ziyan dəymiş məcburi köçkünlər haqqında məlumata əsasən İddiaçı adı siyahıda qeyd olunmamışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 02 may 2018-ci il tarixli 02/592 nömrəli məktuba görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2017-ci il tarixli 78 2s nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən 15 saylı inzibati binada 11 sentyabr 2017-ci il tarixdə baş vermiş yanğın nəticəsində həmin binada müvəqqəti məskunlaşmış 27 məcburi köçkün ailəsinə kompensasiya verilməklə köçürülmə prosesi həyata keçirilmişdir. Lakin İddiaçı məcburi köçkün olmadığı üçün ona kompensasiya verilməmişdir. Beləliklə, İddiaçı sözügedən pul kompensasiyasının verilməməsinin yeganə səbəbi İddiaçı məcburi köçkün statusuna malik olmamasıdır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsin də daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər; 10-cu maddəsinə əsasən, Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının: 2-ci bəndinə əsasən, Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq i cra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi həyata keçirir. Beləliklə iddiaçı məcburi köçkün statusunda olmamış, ona “Məcburi köçkün vəsiqəsi” verilməsi barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş iddiaçının Avtomobil zavodunda çilingər vəzifəsində işləməsi barədə 20 avqust 2003-cü il tarixli, 64 nömrəli order mötəbər süb ut hesab edilə bilməz. Belə ki, “xxxx” ASC-nin orderin tarixindən də göründüyü kimi order 20 avqust 2003-cü il tarixdə verilmişdir. Halbuki qeyd olunan orderin verildiyi tarixdə qeyd olunan mənzildə iddiaçı yox, faktiki olaraq məcburi köçkün statusunda olan başqa şəxslər yaşamış və qeyd olunan şəxslərə mənzilin söküntüsü ilə bağlı da kompensasiya ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının yataqxanada qeydiyyatı formal olduğundan, məcburi köçkün olmadığından, adına verilmiş orderin həqiqiliyinə şübhə olduğundan, iddia tələbi əsassızdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ona sözügedən məsələ ilə əlaqədar zərər dəydiyini saydığı halda, məcburi köçkün statusuna malik olmadığından, başqa əsasla iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 31 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 avqust 2018-ci il tarixli, 21(103)-1889/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2578/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2578/2018
05.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver